“Prezidentə xəyanət edən məmurun anasını Hafiz Hacıyev...”
Oxunub: 11113
07 Feb 2016 | 10:40
“Prezidentə xəyanət edən məmurun anasını Hafiz Hacıyev...”

Azərbaycanda manatın devalvasiyasından sonra baş verən hadisələr və yaranmış vəziyyət siyasətçilər tərəfindən müxtəlif aspektlərdən işıqlandırılır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də son aylar yaşanan proseslərə özünəməxsus fikirləri var. 

Beləliklə, partiya sədri növbəti müsahibəsində o yaranmış ağır durumun günahını bəzi məmurların xalqa zidd siyasətində axtarmağı lazım bildi.

”“ Son zamanlar ölkədə manatla bağlı baş verən prosesləri necə qiymətləndirərdiniz?

”“ Bu məsələlərə mənfi prizmadan baxıram. Zamanında iqtisadi sektorda fəaliyyət göstərən məmurlar məsələ ətrafında qəti mövqelərini ortaya qoymuş olsaydı, düzgün proqnoz və təhlillər aparsaydılar, Azərbaycan manatı da bu dərəcədə aşağılanmazdı. Yəni, baş verən hadisə ölkənin iqtisadi sektorunda olan ciddi nöqsanlarla bağlıdır. Azərbaycan Mərkəzi Bankı və maliyyə naziri bu sahədə ciddi nöqsanlara yol verib. Düzdür, bununla bağlı bütün məsələni Beynəlxalq Bankın üzərinə atıblar. Məlumatıma görə hazırda həbsdə olan Beynəlxalq Bankın sədri maliyyə naziri və Mərkəzi Bankın sədrilə üzləşmək istəyir. Bu gün Azərbaycan banklarında baş verən özbaşınalıq ölkəmizi bu vəziyyətə gətirib çıxarıb. Ölkədən milyardlarla dollar çıxarılıb. Sahibkarlıq adı ilə rəsmiləşdirilərək böyük həcmdə pullar mənimsənilib. Bunu isə Mərkəzi Bank rəhbərliyi və maliyyə naziri də bilirdi. Ona görə ki, Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətə aiddir. Maliyyə naziri bununla bağlı dövlət başçısına lazımı məlumatları vaxtında çatdırsaydı, bunlar baş verməyəcəkdi. Yaxud da Mərkəzi Bank sədri həmin məsələdə qəti mövqe ortaya qoysaydı, bu baş verməzdi. Məndə belə bir təəssürat formalaşıb ki, onların hamısı əlbir olaraq prezidentə düzgün məlumat verməyiblər. Təəssüf edirəm ki, ölkə prezidenti bu gün çox çətinliklə üzləşib. Bu çətinlikdən çıxmaq üçün də ciddi fəaliyyət göstərir. Millətini sevən insan həmişə onun yanında olur. Amma təəssüf ki, iqtisadi sahədə olan yarıtmaz kadrlar ölkə prezidentini fakt qarşısında qoyurlar. Prezident məsələn, bir ay öncə deyirdi ki, manat öz dəyərini itirməyəcək. Amma bir gecə içində manat dəyər itirdi. Bunun hamısını Prezidentə qarşı qurulmuş oyun hesab edirəm. Prezident iradə ortaya qoyur. Amma onun səhərisi manat devalvasiyaya uğrayır. Bu isə böyük bir siyasi sabotajdır. Bu prezidenti nüfuzdan salmağa hesablanmış addımlardır. Həmin məqamlar üzə çıxmalıdır.  Hakimiyyət daxilində olan bəzi insanlar isə dövlət başçısına qarşı sabotajla, ədalətsizliklə məşğuldur. Həmişə demişəm, bu gün də onun cəzasını çəkirəm, mənə qarşı təzyiqlər olur. Lakin mən qardaşımı müdafiə etmək üçün hər bir maskalanmış, hakimiyyət daxilində kiflənmiş insanların iç üzünü açacağam. Nəyə əsas var idi ki, ölkədə manat birdən-birə bu qədər devalvasiyaya uğradı? Buna ehtiyac yox idi. Məmurların hakimiyyətdə olarkən oğurladığı pulların bir faizini fond yaradıb ora yatırmaqla problemlərin həllinə yönəltsəydilər, ölkə bu vəziyyətdən çıxa bilərdi. Görürsünüz ki, manatın devalvasiyaya düşməsilə nə qədər iş yerləri bağlandı. Bağlanan iş yerlərindən çıxarılan insanlar bu hökumətdən razı ola bilərmi, qətiyyən yox. Bu baxımdan deyirəm ki, hakimiyyət daxilində olan məmurlar dövlət başçısına xəyanıt edirlər. Bu birmənalı şəkildə belədir, onu sübut etməyə əlimdə kifayət qədər faktlar da var.

IMG_0606”“ Maliyyə naziri Samir Şərifov bildirmişdi ki, Beynəlxalq Bankda baş verənlərdən xəbərimiz olmayıb, bizə yalan danışıblar. Yəni illərlə Cahangir Hacıyev onları aldadıb. Buna inanırsınız?

”“ Qətiyyən. Samir Şərifov bu fikirdədirsə, deməli o yerində olmayıb. Tabe olan bir qurumdan düzgün məlumat ala bilmirsənsə, daha niyə həmin vəzifədə oturmusan? S. Şərifov, sən yerində olmayan bir adamsan. Necə olur ki, xarici dövlətlərə əlin uzanır, özünü gələcək prezident kimi görə bilirsən, Beynəlxalq Bankın səhmlərinin 51 faizini dövlət sənə etibar edib, amma deyirsən ki, məni aldadıblar. Hər ay yoxlamalar gedirdi və yoxlanılıb onlara məruzə olunurdu. Onlarin dedikləri fikirlərlə gördüyü əməllər bir-birinə düz gəlmir. Maliyyə naziri bilmirdi ki, Azərbaycanda 7-8 milyard kredit verilir? Bilirdi,çünki onlara özü qol çəkib, bunlar onun razılığı ilə baş verib. Cahangir Hacıyev üzləşmə tələb edib, üzləşəndə görün ortaya nələr çıxacaq. Bir il öncə dediyim fikirlər belədə öz təsdiqini tapacaq. Düşünürəm ki, bu məsələdə Cahangir Hacıyevlə bərabər, Beynəlxalq Bankın sədri və maliyyə naziri də istintaqa cəlb olunmalıdır, Azərbaycan xalqına və prezidentə etdikləri xəyanətə görə cavab verməlidirlər. Bu kimi insanlar Azərbaycan büdcəsini dağıtdı. Bir il bundan öncəki Azərbaycan bu gün gəlib zəif bir günə düşdü.  Prezident bu problemlərin həlli üçün onların üzərinə gedir, qoymur ki, xalq əziyyət çəksin. Amma daxildə sabotajlıqla məşğul olan, başqa dövlətlərdən asılı qüvvələr, hakimiyyət daxilindəki müəyyən qruplara işləyən nazirlər prezidenti nüfuzdan salmaq, xalq arasında çaxnaşma yaratmağa çalışırlar.  Birinci şaxnaşma baş verdi, ikinci çaxnaşmaya ciddi hazırlıq gedir. Onlar başlarının altına yastıq qoyub yatmasın. Məmurlar prezidentin tapşırığı ilə guya ki, rayonlarda görüş keçirirlər. Amma həmin görüşü rayon icra hakimiyyəti işçiləri, partiya aktivləri, büdcədən maliyyələşən vəzifəli adamların iştirakı ilə keçirirlər. Onların ora getməsinə ehtiyac yoxdur, arxa tərəfdə məmurlarla görüşmək istəyən kəndçi, fəhlə, əzabkeşlə görüşsünlər. Samir Şərifov televiziyaya çıxaraq Mərkəzi Bank sədrinin dediyinin əksini danışır, onun düz demədiyini bildirir. Mərkəzi Bank sədri də onun əksinə danışır.  Millət kimə inansın və nə etsin?

”“ Bu məmurlar isterikaya düşərək bir-birini təkzib edir, yoxsa planlanmış bir oyundur?

”“ Bu planlanmış hadisədir. Onların ağılı olmasaydı dövlətdən bu qədər pul oğurlamazdılar. S. Şərifov xalqı yastıqda gizlətdikləri pulu çıxarmağa səsləyir. Xalqın məgər yastıqda pulumu var? S. Şərifov gedib özü xaricdə banklarda qoyduğu pullarını çıxarsın. Yəni, bunlar düşünülmüş məsələlərdir. Dövlət başçısına xəyanət etmək üçün bütün bu variantlara gedirlər. İki nazirin bir-birini təkzib etməsilə millətdə bir çaşqınlıq yaranıb. Onlar qorxu həddinə gəlib çatıb. Biri deyir, dollarla kredit alanların məsələsinə baxılacaq, Şərifov isə elan edir ki, qətiyyən bu fikirdə deyillər. Necə yəni sənin həmin məsələni həll etmək üçün 2 milyard manat pulun yoxdur. Avstriya, İsveçrə banklarında qoyduğunuz pullardan gətirin və xalqa vurduğunuz ziyanı ödəyin. Bunlar qurulmuş oyunlardır ki, prezidenti nüfuzdan salsınlar. Hakimiyyət daxilində olan insanlar istəyir ki, neqativ məqamların hamısını prezidentin üzərinə yükləsinlər. Prezident bütün səylərini düşdüyümüz böhrandan çıxmağa yönəldib. Məmurlar isə millətin düşdüyü bu günkü vəziyyətdən də istifadə edir, yumurtalarını, toyuqlarını baha satıb, özləri üçün mənfəət güdürlər. Onlar prezidentə qarşı sabotajla məşğuldurlar. Ürəyim ağrayır, Azərbaycanın belə bir gözəl prezidenti ola-ola, ətrafındakılar ona xəyanət edir. Xəyanətin qarşısını almaq üçün də “Qocalar evi” adlanan Nazirlər Kabineti istefaya getməlidir. Nə qədər ki, bu baş verməyib ölkənin vəziyyəti yaxşı olmayacaq. Bu məmurlar o qədər piylənib ki, belədə onlara atılan siyasi güllələrin də təsirinin olmayacağını düşünürlər. Siz prezidentə nə qədər xəyanət edəcəksiniz? Onun mənim kimi qorxmaz qardaşı var. Məni də hədələyirsiniz ki, niyə prezidenti müdafiə edirəm. Demişəm və yenə də deyirəm, yaxın günlərdə də gözləyirik, prezident iqtisadi sektorda olan nazirləri istefaya göndərməsə Azərbaycanda qarışıqlıq labüddür. Mart-aprel aylarında ölkədə böyük qarışıqlıq gözlənilir. Ölkə daxilində də qarışıqlıq yaradılmasına böyük önəm verənlər var ki, bununla da məmurlar oğurladıqlarının yaddan çıxmasına  və öz işlərini görməkdə davam edə bilmələrinə çalışırlar. Məsələnin kökündə o dayanır ki, bu gün gedən proseslərin hamısı bir nəfərin üzərinə hesablanmış oyunlardır. Cahangir Hacıyev sizləri də çağırır, sizlərin də yeri türmədir.

IMG_0611”“ Əvvəl 10 min, sonra da 5 min dollaradək olan kreditlərin 1.05 manat kursu ilə qaytarılacağı bildirildi. Sonradan isə bunlar da unuduldu. Amma S. Şərifov xalqı qıcıqlandıraraq deyir ki, banklar xeyriyyə təşkilatları deyil”¦

”“ Onlar xalqın hissiyyatı ilə oynayır. Xalqda böyük ümid var idi ki, 5 yaxud 10 min dollar civarında olan kreditlər bağışlanacaq. Bu proses Qazaxıstanda baş verdi. Azərbaycanda da bu borc xərcləri bağlamaq üçün böyük bir məbləğə ehtiyac yoxdur.  Məmurların vicdanı olsa, prezidenti çox istəsələrdi, bizdə də buna gedərdilər. Amma söhbət ondan gedir ki, həmin məmurlar xalqın heysiyyatı ilə oynayır, onu ələ salırlar.  Bu baxımdan həmişə demişəm, yenə də deyirəm ki, məmurların xaricdə və daxildə qanunsuz yolla əldə etdiyi mülklərin bir hissəsini satsaydılar, millətin borcunu da ləğv etmək olardı. Millət də öz prezidenti ilə həmişə fəxr edib, bu gün də fəxr edərdi. Amma məmurlar milləti ümidsizlik bataqlığına yuvarlayıb. Görürsünüzmü ümidsizlik üzündən son zamanlar nə qədər insan intihar edir. Məmurların vicdanları yoxdurmu bəyəm? 2 milyard dollar onlar üçün heç nədir. Necə olur ki, xaricdə milyonlarla hektar yer alıb, villalar tikə bilir, qaynatası, atası nazir olan oğul Londonda 30 milyon dollara özünə ev alır, amma insanların kreditlərini bağlamağa getmirlər? Prezidentə sadiq adamlardırlarsa, bunu etməli idilər. Adi bir katibəyə Quba rayonunda tikdirdikləri villanın qiyməti milyon manatlarla ölçülür. Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi iki dağ arasında 10 milyardlara başa gələn malikanələri görmür? İcra başçısından soruşmurlar ki, aldığı əmək haqqı 900 manat olduğu halda, bu malikanələri hansı vəsaitlə tikib? Soruşmurlar, çünkü hamısı şərikdir. Əvəzində korrupsiya adı ilə xəstəni əməliyyat edən və bu zaman 100 manat pul alan həkimi tuturlar. Ona görə də bu yolda mücadilə edirəm, həyatımı risqə qoyuram ki, məmurların Azərbaycanı diz çökdürməsinin qarşısını ala bilim. Neftdən gələn gəlir azalan kimi Azərbaycan çökməlidir, niyə? Niyə kənd təsərrüfatını qaldırmayıblar? Hanı zavod və fabriklərimiz? “Azərsun” dollarla bağlı olmadığı halda, Azərbaycan çayının qiymətini qaldırır. Bu şirkət dünən 90 qəpiyə satdığı çayı, indi 1.80 manata satır. Məsələnin kökündə dayanan budur. İcazə versinlər məhsullları biz gətirək, qardaşıma kömək edim ki, xalqımız aclığı hiss etməsin. Amma qoymurlar. Nəyə ehtiyac var idi ki, Fazil Məmmədov müşavirlərin sayını bu günkü durumda artırır? Ölkədə real vəziyyət bundan ibarətdir. Nöqsanları demək lazımdır. Hər şey yaxşıdır deyib, özümüzü məhv etməyə dəyməz. Gəlin nöqsanlardan çıxış yollarını axtarıb tapaq. Apardığım mücadilə, qardaşıma etdiyim kömək budur. Ayrı nə edə bilərəm? Özüm kirayədə qalan, bir qarın ac, bir qarın tox yaşayan bir insanam. Amma məmurlar özlərinin saxladığı 10-12-ci xanımlarına xarici ölkələrdə malikanələr, vilalar  tikirlər.  Maaşları 1700 manatdır, belə olan halda bu qədər villalara pulu hardan alıblar? Niyə bu haqda tədbir görülmür? Həyatım təhlükədə də olsa məcburam ki, qardaşımın yolunda ölümə gedəm. Prezidentə yalandan hər şeyin yaxşı olduğunu deyən məmurlarla sona qədər mübarizə aparacağam.  Məni hədələmələrinin mənası yoxdur.

”“ Bu günlərdə prezidentin üstünə düşdüyü məsələlərdən biri də sahibkarlıqla bağlı olan məsələdir. Prezident dəfələrlə bəyan edib ki, sahibkarları qorumaq lazımdır. Amma dəfələrlə görmüşük ki, məmurlar bunun əksinə gedirlər”¦

”“ Bütün bunlar ölkənin birinci şəxsinə qarşı atılmış oyunlardır. Bunları da söyləyəndə düşmən olursan. Xalq səni sevir, amma hakimiyyətdə olan 5-6 nəfər səninlə düşmən olur. Yaxşı ki, canım qardaşım, prezidentim hələ mənə inanır, məni müdafiə edir, yoxsa məni diri-diri udarlar. Biz nə deyirik? Deyirik, canın çıxsın, bir ildə rüşvət alma. Öləcəksən? Canın çıxsın sahibkarı incitmə! Canın çıxsın, xalqın qanını sovurma! Sənə ayrı nə deyirəm? Deyirəm, gəl mənə ev ver? Kirayədə qalıram, dostlarım ayda 600 manat  kirayə pulumu verirlər. Gündə bir dəfə çörək yeyirəm. İki kiloda sizin qiymətini qaldırdığınız kartofdan alıram, gündə birini yeyirəm. Mən bununla yaşayacam. Ancaq siz belə həyatda yaşaya bilmirsiniz.  Siz artıq “orientrovka”nı itirmisiniz və prezidentə xəyanət edirsiniz. Prezidentə xəyanət edənin anasını da Hafız Hacıyev ağladacaq.(Yenicag.az)

Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 01:16
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 01:16
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO