Uzaqdakı ən yaxın-Pakistan...
Oxunub: 1902
08 Feb 2016 | 21:27
Uzaqdakı ən yaxın-Pakistan...
("Qənirə Paşayeva ilə addım-addım Pakistan")

(1-ci yazı)

Orda bir ölkə var ”“ paklıqdan gələn...
Coğrafi məqamı uzaq olsa da, yaxından yaxındı ruh baxımından. Əzizdən əzizdi ünvanı bizə.
Orda ”“ Güney Asiyada bir dost, qardaş ölkə var.

O ölkə ki, doğma Azərbaycanımız müstəqilliyini bərpa etdiyi günlərdə onu ilkin olaraq tanıyan üç ölkədən biri oldu.

O ölkə ki, doğma, əbədi və əzəli torpaqlarımızı işğaldan azad etmədiyinə görə bütün şirnikləndirici vədlərə, əməkdaşlıq çağırışlarına baxmayaraq işğalçı ermənilərin, Ermənistanın üzünə qapılarını açmır, hər cür əlaqə təkliflərini rədd edir.

O ölkə ki, Parlamentində Xocalı soyqırımını tanıyan, erməni vəhşiliklərini kəskin pisləyən 2 qətnamə qəbul edib.

Bu, bütün beynəlxalq platformalarda Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı dəstəkləyən Pakistandır.

Ərazisinin böyüklüyünə görə dünyanın 36-cı böyük ölkəsi olan Pakistan!
Əhalisinin sayına göə dünyada 6-cı sırada yer tutan Pakistan!
Ən böyük müsəlman əhalisinə malik ikinci ölkə...
Silahlı qüvvələrinin sayına görə dünyada səkkizinci yeri tutur.
Misirli Ənvər Əl Sadatdan sonra Nobel mükafatına layiq görülən və elm sahəsində bu mükafata ilk olaraq sahib çıxan ilk müsəlmanın ”“ fizika nəzəriyyəçisi Mohammad Abdus Salamın vətəni olan Pakistan...

Dünyanın ən gənc Nobel mükafatçısı Molala Yusifzainin dünyaya göz açdığı Pakistan...
Bu həmin Molala Yusifzaindir ki, Pakistanın quzeyində, Talibanın güclü olduğu Svat vadisində doğulub boya-başa çatmışdı. Təhsil və qadın hüquqları müdafiəçisi kimi tanınan bir ad sahibiydi. Pakistanlı qızların məktəbə getməsi, yönündə apardığı mücadiləni Taliban ideoloqları ona bağışlamadı. Adını ölüm siyahısına saldılar, 2012-ci ildə məktəbdən evə dönərkən gülləbaran etdilər. xəstəxanada onu ziyarət edən Pakistanın Baş naziri Raza Pervez Aşraf demişdi ki, bu basqı sadəcəbir nəfərə qarşı yox, bütün insanlığa, millətimizə və toplumuza edilən qəsddir. Malala Pakistanın gerçək üzüdür. 
Ona edilən qəsd bütün dünya tərəfindən, eləcə də ABŞ prezidenti Barak Obama tərəfindən qınandı. 2014-cü ildə Nobel Barış ödülünə layiq görüldü. 
Və nəhayət, dünyada ən çox qaçqının sığınacaq tapıb məskunlaşdığı ölkələrin önündə gələn dövlətlərdən biri, xeyirxah ölkədi Pakistan.
Varlığına salam olsun,Pakistan

Ruhum, qəlbim, düşüncəm, Yaradanım mənə “adlar içində adı-ünvanı doğmadan-doğma, əzizdən əziz olan dost, qardaş Pakistan dövləti haqqında düşüncələrini yazıya al, kitaba köçür” deyir. Bu gözəl səslənişə bütün ruhumla, düşüncələrimlə, hafizəmin imkan verdiyi qapsam çevrəsində əməl etmək istəyirəm. Bilirəm ki, bu, mənim eyni zamanda da vəfa borcumdu. “Əssalam, ey doğma, əziz Pakistan! ”“ söyləyirəm. ”“ İslam daşıyıcısı, müsəlman toplumu olan varlığına salam olsun”.
Tarixinə, bu gününə və gələcəyinə salam olsun. Əbədi-əzəli və dönməz dostluğumuza, anlaşmamıza, etibarımıza salam olsun...

Salamlarımın heç əskik olmadığı İslamabadı ”“ Pakistanın baş şəhərini göz önünə gətirdikcə Şərqin böyük bir dühasının, könül adamının dediklərini anır, anıram: “Bir şəhərdə ki, insanların birliyi qarşılıqlı kömək məqsədi daşıyır və bunun nəticəsində əsl xoşbəxtliyə nail olunur, demək bu şəhər xeyirxahlıq şəhəridir”.

Xeyirxahlıq ölkəsi kimi görüb-tanıdığım Pakistandan, dostluq-qardaşlıq şəhəri kimi köksümə sıxdığım İslamabaddan, bu gözəl ölkənin bölgələrindən söz açmaq istəyirəm; ruhumun dərinliyindən gələn “Əssalamu əleykə” sayğısı, istəyi ilə...
“Cive, cive, cive, Pakistan”

Bir az da, bir az da dərinə gedib, ötənləri ansaq indiki Pakistan ərazisində 15-ci yüzildə fırtına kimi əsən Türk-Moğol kökənli dövlətin, Babur imperiyasının (Böyük Moğol İmperiyasının davamı), qurucusu və ilk Türk hökmdarı Babur şahı anmalı olacağıq; görkəmli dövlət xadimi və ədib, eyni zamanda Orta Asiya türk ədəbiyyatının Nəvaidən sonra ən böyük siması olan Babur şahı... Nəsrlə yazılmış “Baburnamə” əsərindən başqa Nəvai üslubunda şeirlərini oxumuşuq ta gəncliyimizdən:

Canımdan özgə yari vəfadar tapmadım,
Könlümdən özgə məhrəmi əsrar tapmadım.
...Canımdan özgə canına dil-əfkar görmədim,
Könlüm kimi könlünə giriftar görmədim...

Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi “Baburnamə” əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur, eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.

Bu, o Babur şahdı ki, “Ta bilinə hər kişinin təbi ilə haləti” deyib də səsləniş edirdi 1483-1530-cu illərin ucalığından. Ancaq səsi, ruhu yaxından yaxın, doğmadan-doğma gəlmədədi.
Bəlkə dünyalarca məşhur Tac-Mahalı yapdıran, adı 16-cı yüzilin səhifəsinə vəfadarlıq simvolu kimi həkk olunan, Türk-Moğol imperatorluğunun Teymuroğulları xanədanlığının 5-ci hökmdarı Cahan Şahdan söz açaq bir az... Dünyanın ən zəngin taxt-tacına sahib idi. Ötkün hökmlü xanədan sahibiydi. Sevimli xatununu əcəl aldı, yer gizlədi. Cahan şahın cahanlığı bu nisgili sinirə bilmədi. Ömrünün sonunacan yas saxladı, taxtı-tacı gözündən düşdü. Bir könül dostunun xatirəsi önündə qayb etdi uca taxtını. O unudulmaz əhdə-peymana əbədi abidə olsun deyə sevimli xatununun adına Tac-Mahalı yapdırdı; əbədi vəfanın simvolu kimi... Teymuroğulları xanədanlığının 5-ci hökmdarı yaddaşlarda belə əbədiləşdi; Tac-Mahal sevdasıyla... Bu üzdən ortaq bir keçmiş bağlılığımız var hind-türk tarixiylə, Pakistan tarixiylə, Pakistan insanlarıyla.

Mənimlə eyni yaşda olanlar TRT-nin illər öncə yayımladığı bir melodiyanı heç unutmazlar ki! O gözəlim melodiyanın sözləri boyunca şərqiçilər dönüb-dönüb də təkrar edərdilər:

“Cive, cive, cive, Pakistan,
Pakistan, cive, Pakistan”.

Sonralar öyrəndik ki, “cive”nin anlamı “yaşa” deməkmiş. Pakistanlı şərqiçilər eynilə ustad aşıqlarımızın dil əzbəri etdikləri kimi oxuyurlarmış: “Yaşa, yaşa, Azərbaycan! Azərbaycan, Azərbaycan, Azərbaycan!”

Mahnıya, hər cür öygüyə yatımlıdı dövlətlərimizin adı.
Coğrafi baxımdan uzaqdan uzaq, göz məsafəsi ilə iraq olsaq da, ruh, adət-ənənə, din yaxınlığımız arada etibarlı bağlar, körpələr kimidi. Ruhən iç-içə, könül-könüləyik. İlk baxımdan uzaq görünürük. Mahiyyətcə isə bir-birimizin daxili dünyasında, qəlbində, ruhundayıq Pakistan insanlarıyla...
İndiki halda bu yazı mənim üçün gözəl fürsət kimidi. Bu fürsətin ən ali, əsas məramı dost, qardaş ölkə olan Pakistanı olduğu kimi, bütün dəyərləri, adət-ənənələri, tarixi, mədəniyyəti, təbiət özəllikləri, iqtisadi-siyasi durumu ilə bir arada Azərbaycan insanına anlatmaqdır. Az da olsa, məhz öz müşahidəm, öz münasibətim, öz baxışım, öz duyğum kimi anlatmaq. Öz bildiyim, öz qəbul etdiyim kimi anlatmaq.
Doğma, dost və qardaş olan Pakistan! Bu yazımın başlıca məramı, var olma, yazılma səbəbi o böyük, əbədi duyğudan qaynaqlanır ki, “qoy məndən ən cüzi bir şey qalsın ki, səni heç bir zaman unuda bilməyim...”

Sənə olan hədsiz sayğımın, marağımın məhəbbət, ehtiram telləri ilə sənin varlığına, haqq-sayına, etibarına bağlanım!
O yerə, o məkana ki:

“Orada fikir qorxu bilmir və insanın başı qürurla ucalır;
O yerə ki, orada düşüncə, öyrənmək duyğusu azaddır;
O yerə ki, dünya arakəsmələrlə qəfəslərə bölünməmişdir;
O yerə ki, orada sözlər həqiqətin dərinliklərindən gəlir;
O yerə ki, orada yorulmaz, bitib-tükənməz arzular əllərini mükəmməlliyə doğru uzadır;
O yerdə ki, orada şüurun parlaq bulağı barsız, qumluq çöllüklərdə itib-batmır;
O yerə ki, ağıl və zəka yüksək arzulara və işlərə yönəlir...” (Taqor)
Səsimi, arzularımı dost-qardaş Pakistan insanlarının, pakistanlı ruhdaşlarımızın, dindaşlarımızın səsinə, istəklərinə qoşuram: “Qoy bizim ölkələrimiz daim ulu ozanların, böyük aydınların vəsf etdiyi azadlıq, əmin-amanlıq, insanlıq, doğmalıq səmasının altında əbədi var olsun, ey bizim ulu Tanrımız, ulu haqqımız, ulu varlığımız!”

Dost-qardaş ölkə olan Pakistanın tarixi yaşantılarını, olmuşlarını göz önünə gətirirəm...
Azərbaycan tarixinin gizlinləri vərəqlənir gözlərim önündə... Baxıb görürəm ki, eyni təhdidlər, qoruq-qadağa buxovları, müstəmləkə zəncirləri uzun illər boyunca xalqlarımızın azadlıq duyğusunu əhatələyib. Mənəvi yaşantılarımızın, oxşar taleyimizin bu səmti, bu yönü də var.

Ölkələrimizin dəniz sahiliylə çevrələnməsi, oxşarlığı da göz önündədi: Bizdə göy Xəzərdi, orda Ərəb dənizi. Pakistanın sınırları boyunca 100 kilometrlərlə uzanıb gedir Ərəb dənizinin sahilləri. İllah da Pakistanın ən böyük şəhərlərindən olan Kəraçi səmtdən göz yetirəsən... Diqqətini çəkən nə varsa tam bir Xəzər seyri ovqatı yaşadır sənə. Tarix qoxuyan minarələr bizim İçəri şəhərin tarixi küçələrini, Qala divarlarını birər-birər yada salan, xatırladan görüntülər... Qüllə saatları, azan səsləri əbədiyyət vaxtının hesabını çəkməkdədi.

Göz yetirib baxdıqca qəlbimdən, düşüncələrimdən elə hey keçməkdəydi ki, dost, qardaş ölkələr mənəvi, ruhi, inam-inanc, siyasi, mədəni dəyərləri ilə bərabər, həm də coğrafiyası, təbiət özəllikləri ilə oxşar, bir-birinin bənzəri olurlar.

Dənizdən çayına, dərəsindən dağına, meşəsinə, insanların doğma, tanış təbəssümünə qədər doğmadı, oxşardı Pakistan bizə. Xalçalarının ilməsinə, əl işlərinin yeləninə, naxışına qədər, nə varsa oxşardı, tanışdı, dostum!
(Ardı var)
Oxşar xəbərlər
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...