"Qamət Süleymanov Allahın əksinə çıxır"
Oxunub: 5815
08 Feb 2016 | 22:04
Moderator.az-ın suallarını Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu cavablandırıb. 

- Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov mətbuata müsahibəsi zamanlı sizinlə bağlı olan suala “Düzü Sərdar Cəlaloğlu mənim üçün maraqlı bir persona deyil. Mən Sərdar Cəlaloğluna və onun kimilərinə məsləhət görürəm ki, dindən danışmasınlar. Çünki dini bilən adam danışmalıdır”- deyə cavab verib... 

- Niyə? Dindən danışmağı qadağan edirmi? Allah təala hamını dinə dəvət edir, Qamət də deyir ki, mən dindən danışmayım. Bu da o deməkdir ki, Qamət Allahın əksinə çıxır. Getsin Allahla öz arasında bildiyini etsin.

- Sərdar Cəlaloğlu nə deyir ki, Hacı Qamət ona dindən danışmağı qadağan edir? 

- Qamət din xadimidir, mən isə "Qurani-Kərim"in elmi-fəlsəfi izahı ilə məşğulam, bununla bağlı təxminən on cildlik kitab hazırlayıram. "Quran"da belə bir ayə var: “Sizin aranızdan gərək elə adamlar çıxsın ki, "Quran"ı insanlara izah etsin”. Mən bu ayəni rəhbər tutaraq "Quran"ı şərh edirəm, indi səhv və ya düz izah etdiyimi Allah bilər, mən bilərəm. Əgər səhv izah edib İslam dininə zərər vuracağamsa, Allah buna görə cəzamı verəcək. Yox, əgər düz izah edib İslama xidmət edəcəyəmsə, Allah buna görə məni mükafatlandıracaq və bu da Allahla bəndə arasında olan məsələdir.  Qamətin verdiyi “bəyanat” da onu göstərir ki, onun din haqqında ətraflı məlumatı yoxdur. Çünki "Quran"da “Sizin aranızdan gərək alimlər çıxsın ki, bu kitabı xalqa izah etsinlər”- deyə yazılır. İzah elmi və fəlsəfi biliklərlə ayəni geniş xalq kütlələrinə anlatmaq deməkdir. Mən din xadimi deyiləm, çıxıb desəm ki, namazı belə qılın, orucu belə tutun, bax, o zaman mənə irad bildirə bilərlər.

- Sərdar bəy, mümkündürsə bir qədər də təriqət və məzhəblər haqqında düşüncələrinizi bölüşməyi xahiş edirəm. Peyğəmbərin dövründən 200 il sonra yaranan təriqət və məzhəblər əslində nəyə xidmət edir? 

- "Qurani-Kərim" Fatihə surəsi ilə başlayır və həmin surədə deyilir: “Allah, sən bizi doğru yola yönəlt, səndən başqa bizi doğru yola yönəldən yoxdur”. Buna “hidayət” deyirlər. Allah təala deyir ki, hidayət yalnız mənə məxsusdur, hətta peyğəmbərə də “Sənin də hidayət etmək hüququn yoxdur”- deyir. Allahın doğru yolunun adı “Siratəl Müstəqim”dirsə və vəhabilər doğurdan da düzgün yoldadırlarsa özlərini “Siratəl Müstəqim” adlandırardılar da, nəyə görə vəhhabi adlandırırdılar ki?! Allahın başçılığı altında gedilən yolun adı “Siratəl Müstəqim”dir. Vəhhabiliyin getdiyi başçısı Vəhhabdır, şiəliyin getdiyi yolun başında duran İmam Cəfərdir, sünniliyin başında duran İmam Malikdir, imam Həmiddir. 

Əslində təriqət və məzhəblər əqidədir, əqidə də inancın dünyagörüşünə çevrilməsidir. Dünyagörüşü insan beyninin məhsuludur, inanc isə belə desək, Allahın ağlının.  Hikmət Allahın verdiyi bilgidir, əqidə, yəni təriqət və məzhəblərin getdiyi yol isə ayrı-ayrı adamların, alimlərin biliyi əsasında gedilən yoldur. Bu yolu Allah Təala əyri yol adlandırır. Yəni İslamda bütün təriqət və məzhəblər "Siratəl Müstəqim"ə görə əyri yoldur.
 
Qamət əgər bunu sübut etsə ki, yox, düz yoldur, onda məntiqlə Allah təalanın "Siratəl Müstəqim"i, yəni Allahın dəvət etdiyi yol yanlış yoldur, Əbdül Vəhhabın dəvət etdiyi yol düzdür. Onlar da gərək allahın əvəzinə Əbdül Vəhhaba itaət edələr, ona ibadət edələr. 

Əgər doğurdan da İslam təriqət və məzhəblər əsasında mövcud olsaydı niyə peyğəmbərin dövründə və peyğəmbərdən də iki yüz il sonraya qədər təriqət və məzhəblər olmayıb. Niyə məzh 200- ildən sonra təriqət və məzhəblər ortaya çıxıb. Əgər doğrudan da İslamda təriqət və məzhəblərin yaradılması vacib idisə, bu yol düzgün yol idisə elə bu peyğəmbərin dövründə yaradılardı, peyğəmbər öləndən sonra yaradılardı. Nə oldu ki, 200 ildən sonra təriqət və məzhəb moda düşdü. Belə çıxır ki, 200 il müddətində olan insanlar heç birisi müsəlman deyildi. Bunu necə izah edir bəs Qamət?

- Demək ki, məzhəb və təriqətlər Allaha şərik çıxmaqdır? 

- Quranın dediyi budur, Allahdan başqa bəndəni kimsə doğru yola yönəldə bilməz. Əgər belədirsə mən Sərdar Cəlaloğlu çıxıb deyirəm ki, sizi doğru yola yönəldərəm, deməli mən Allaha şərik çıxıram. Yəni təriqət və məzhəbdə olmaq Allaha şərik çıxanların dalıyca getmək deməkdir. Faktiki olaraq islam dinində insanların düşüncəsi ilə inanmaq əqidə adlanır, bunlar da məzhəb və təriqətlərdir, böyük quruplardır. Bunlar da əyri yollardır, Allah təalaya daha uzaq, daha dolayı yolla aparan yollardır. Quranda yazılır: “Mənim bir yolum var, o da doğru yoldur, o da mənim əmrlərimi qüsursuz yerinə yetirməkdir”. Allah təalanın əmrləri Quranda aydın ayələrdə çox açıq şəkildə yazılıb və bunu izah etməyə də ehtiyac yoxdur. Məsələn, deyir ki, səbr et, şükr et, qorx, ümid et, itaət et, ibadət et, ziyarət et, zəkat ver, oruc tut, allahın yolunda vuruş. On əmrdir və bunların beşi müsəlmançılığa, beşi möminliyə aiddir. Əbdül Vəhhab və ya şiə təriqətinin başçısı İmam Cəfər, sünnilərin inandığı Hənəfi, Şafi və ya nurçuların inandığı Nursi Allahın əmrlərindən başqa hansı yeni əmri gətiriblər? Hansı yolu getməyi bizə göstəriblər? Axı, Allah təala dedi ki, mənim yolum mənim əmrlərimin icraasından ibarətdir. Demədi ki, mənim yoluma əlavə şərklər qoşulsun. Biri deyir ki, dəstəmazı belə al, o biri deyir yox, belə al, namazda əlini qoltuğuna qoy və ya yana qoy. Demək bir adamın qolları yoxdursa, o namaz qıla bilməz? Əgər olarsa belə məsələlərlə insanları niyə ayırmalıdırlar? Məsələn, şiələr namaz qılanda möhür qoyurlar. Deyilir ki, möhür qoymaq müstəhəbdir, əgər qoymaya bilərsənsə, qoyma da və elə bütün müsəlmanlarla birgə ol. Qoyub özünü müsəlmanlardan niyə ayırırsan ki?!

- İndi bu məntiqlə islamda yüzdən artıq təriqət və məzhəb var. Belə çıxır ki, bunun biri düzdür, 99-u yanlış?

- Faktiki olaraq islam dinində insanların düşüncəsi ilə inanmaq əqidə adlanır, bunlar da məzhəb və təriqətlərdir, böyük quruplardır. Bunlar da əyri yollardır, Allah təalaya daha uzaq, daha dolayı yolla aparan yollardır. Hər təriqət öz yolunu düz hesab edir, bir nəfər özünü düz hesab edir, yerdə qalan 99 yanlış. Məntiqlə yanaşsaq 99 adamın dediyi düz olar, yoxsa bir adamın? Deməli, 99 adamın təsdiqlədiyi düzdür. Kim ki, özünə “mən düzəm” deyirsə onun dediyi yalandır. Beləliklə hər din təriqəti yalnız “özüm düzəm” dediyinə görə yalan çıxır və beləliklə bütün təriqət və məzhəblər inkar olunmuş olur. Bu adi məntiqdir, burada Qamət olmağa, Səudiyyə Ərəbistanında əlləm-qəlləm işlər oxuyub gəlib burada insanların başını xarab etməklə iş düzəlmir ki. "Qurani-Kərim"də açıq şəkildə yazılır, bunu nə Sərdar Cəlaloğlunun, nə Qamətin, nə də hansısa ayətullahın şərh etməyinə ehtiyac yoxdur. 

Baxın, görün indi düz yolda olan kimdir? Bu düz yoldurmu? “Bizdən başqa düz yol yoxdur, qalanlar hamısı əyri yoldur”  deyənlərmi? Allah təala deyir ki, “Kimin düz yolda olduğunu yalnız qiyamət günü mən deyəcəyəm, əgər Allaha inanırsınızsa məzhəblərdən və təriqətlərdən hansının düzgün olduğunu qiyamətə qədər gözləyin, deyin ki, qiyamət günü Allah təala deyəcək ki, hansı yol düz idi”. İndi bu Qamət də qiyamət gününü gözləməyib, Allahın əvəzindən vəhabiliyin düz yol olduğunu deyir. Hər təriqət “biz düzük” deməklə allaha şərik qoşur. Allah təala deyir ki, sizin bildiklərinizi də, bilmədiklərinizi də mən bilirəm. Sən yalnız öz bildiyinə görə deyə bilərsən ki, düzəm, amma Allahın bildiyini bilmədiyinə görə deyə bilməzsən ki, mən mütləq şəkildə düzəm. 

- Sərdar bəy, demək ki, "Quran"ı şərh etdiyinizə görə yox, məhz təriqət və məzhəblərə qarşı çıxdığınıza görə sizi qəbul etmək istəmirlər? 

- Allah təala Quranda alimlərin izah etməli olduğu ayələri göstərir. Heç kəs də Qurani Kərimlə bağlı kiminsə danışmağını qadağan edə bilməz. Mənim İslamın parçalanmasının əleyhinə çıxmağımdan narazı qalırlar, halbuki, Qurani Kərimdə onlarla ayə var ki, parçalanmayın, dağılmayın, allahın evindən yapışın, bir yerdə olun, bir hümbət olun, bir qövm olun və s. Bunlar parçalayırlar və deyirlər ki, parçaladığımıza görə də biz danışaq, Sərdar Cəlaloğlu İslamın birləşməsini istədiyinə görə danışmasın. Baxın görün Allahın yoluyla kim gedir? "Qurani-Kərim"in "Bəqərə" surəsində Allah buyurur: “Kafir o adamlardır ki, Allahın birləşdirilməsini kəsirlər”. Allahın birləşdirilməsində ən birinci məsələ müsəlmanların bir qardaş olması, bir yerdə olmasıdır. Hərə bir yerdə bir təriqət, məzhəb yaradıb, digər təriqət və məzhəbə qarşı müharibə elan edib. Harda tutdu başın kəsir, harda tutdu qulağın kəsir. Allah buyurur: “Hətta ayrılırsız belə bir-birinizə qarşı güldən ağır söz deməyin”. İslamda isə indi təriqət və məzhəbə görə bir-birilərini öldürürlər, qırırlar, nəslin kəsirlər. Hətta vəhhabilərin liderinin hökmünə görə şiələrin canı və malı onlara halaldır. Bu nə deməkdir axı? Axı Allah təala deyir ki, bir günahsız insanı öldürmək bütün insanlığı öldürmək, bir insna həyat vermək bütün insanlığa həyat vermək deməkdir. Sən Allahdan çox bilirsən ki, belə fətva verirsən? Allah hətta kafirləri belə müəyyən şərtlər daxilində öldürməyi qadağan edir. Deyir: “Həddi keçməyin, əgər onlar sizə qarşı vuruşmurlarsa onlarla işiniz olmasın”. Başqa bir ayədə də deyilir: “Başqa dindən olanları, hətta bütpərəstlərin bütlərini belə təhqir etməyin, onlar da nadanlıq ucbatından Allahı təhqir edərlər”. Allah təala bu qədər tolerant olmağı tələb etdiyi bir halda özünü müsəlman adlandırıb bir-birini qıran insanlar var. 

- Təriqətlərə qoşulanların sayının artmasını dini təhsilsizliklə əlaqələndirmək olarmı? 

- Bu yaxınlarda İslam Universitetini bitirmiş bir oğlanla yaxınlarda söhbət etdim. Həmin oğlan mənə deyir ki, Məhəmməd peyğəmbər "Quran"ı özü yazıbdır. İlahiyyat universitetini qurtarıb, ancaq namazı da tərk edib, ateist olub. Baxın, görün ilahiyyat universitetini qurtaran biri nə deyir, həm də deyir ki, Məhəmməd Peyğəmbər çox arvad almaq istəyib və buna görə də "Quran"a bəzi maddələri salıb. Və yaxud da elə həmin Qamətin mənsub olduğu təriqətin nümayəndələrindən biri deyir ki, mən yerin fırlanmağına inanmıram. Halbuki, "Quran"ın müsəlləf surəsində yazılır ki, yeri mən hərəkətdə olan yaratdım. Həmin təriqətdən olan biri homoseksualların evlənməsi ilə bağlı fətva vermişdi. Başqa bir İŞİD şeyxi vəhhabilərə öz ana və bacıları ilə nigaha girməyə icazə verib. Yəni ki, cihad edən biri qadın tapmırsa öz anası və ya bacısı ilə kəbinə girə bilər. Bu nə deməkdir axı? "Quran"da "Nisa" sürəsində kəbinə girmək qadağan olanların siyahısı var və orada deyilir ki, hətta bibi, xala, bacıqızı, qardaşqızına yaxın belə dura bilməzsən və bu günahdır. Sən "Quran"ın bu ayəsini qoyaraq elə bir fətvanı necə verə bilərsən? Bu İslamdırmı? Baxın, bu da onların təriqətinin şeyxləridir ki, belə bəyanatlar verirlər. "Qurani-Kərimi" açıq-açığına inkar edirlər. Rast gəldiyim vəhhabilərin  99 faizindən "Quran"ı oxuyub-oxumadıqlarını soruşmuşam, cavabları belə olub: “Bizə deyiblər ki, "Quran"ı oxumayın, başa düşməzsiz, çaşarsınız, düzünü biz deyirik, siz bizə inanın”. Bu nə deməkdir axı? Allah təala buyurur ki, “Quran"ı ömrünüzün sonunacan oxunan bir kitab kimi yaratdım və hər bir müsəlman "Qurani-Kərim"i özü oxumalıdır”. Ancaq bu gün İslam təriqətləri "Quran" oxumağı qadağan edir. Bəziləri "Quran"ı oxumadan hansısa kitablardan "Quran"a zidd fikirləri rəhbər tutaraq güya öz aləmlərində dindardırlıq edirlər. 


- Həmin təriqət və məzhəb liderlərinin mətbuatda, televiziyada danışmalarına imkan yaratmaq nə qədər doğrudur? 

- Onların danışmasına imkan yaratmaq çox düzgündür, çünki nəyisə gizlətməklə məsələ həll olunmur. Hansısa məsələnin doğruluğunu aşkarlıqla, müqayisə etməklə üzə çıxarmaq olur. Ancaq bunu birtərəfli qaydada etmək olmaz. Məsələn, mənim fikrimi öyrənirsiz və indi Qamətin mənim fikrimə münasibət bildirmək imkanı yoxdur. Və ya Qamət həmin sözü deyəndə mənim ona cavab vermək imkanım olmayıb. Ən yaxşısı olardı ki, mən Qamətlə üz-üzə gələm, bəlkə də o elə mənim dediklərimi alqışlayacaq. Mən təklif edirəm ki, Qamət doğrudan da özünü ağıllı və savadlı hesab edirsə gəlsin elə sizin saytınızda üz-üzə debat edək və "Quran"ı ortalığa qoyub faktlarla danışsın, mənə sübut etsin. Mən deyirəm ki, islamda təriqət və məzhəblər yanlış yoldur, yalnız bir yol var o da Allahın "Quran"da göstərdiyi yoldur. Əgər haqlıdılarsa, özlərinə inanırlarsa, gəlsinlər açıq debat edək. 

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib