Vüqar Həşimov öldü, yoxsa?! - ARAŞDIRMA
Oxunub: 7764
08 Feb 2016 | 22:26
Vüqar Həşimov öldü, yoxsa?!  - ARAŞDIRMA

Azərbaycan şahmatının “arxasız” nəhəngi ”“ Vüqar Həşimovun həzin və acı taleyi”¦

Bu il Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi nəzərdə tutulub. Uzun illər, hətta sovet dönəmində Azərbaycan Şahmat Məktəbinin əldə etdiyi yüksək nailiyyətlər Azərbaycan bayrağını ali yarışlarda dalğalandırıb. Son zamanlar isə şahmat sahəsində yaranmış tənəzzül, Azərbaycan şahmatçılarının dünya yarışlarında birincilik qazanmaması, bu mövzuya yenidən qayıtmağımıza, araşdırma aparmağımıza səbəb oldu.

Niyə və nə üçün? 

Niyə bir vaxtlar dünya birinciliyinə iddialı olan Azərbaycan şahmatı, bu gün süni tənəffüz aparatına bağlanmış koma vəziyyətindəki xəstəni xatırladır? Bir zamanlar Azərbaycanı dünyada tanıdan şahmatçılarımızın tədricən arenadan uzaqlaşması, bu sahədə məşhurlaşmağa imkan tapmayan bir çox şahmatçıların isə ayrılaraq Avropaya və dünyanın aparıcı ölkələrinə üz tutmasının kökündə nə dayanır? Əgər göründüyü kimi, prezident İlham Əliyevin də bu sahədə dövlətin diqqət və qayğısının olması haqda göstərişləri varsa, o zaman şahmatı nəfəs almağa, yaşatmağa, dünya liderliyini ələ almağa qoymayan amilləri yaradan nə kimi səbəblər var? Nə üçün bir vaxtlar Azərbaycanın bayrağını ən ali yarışlarda dalğalandıran şahmatçılarımız bu gün süstlük, inamsızlıq içərisindədirlər?

Apardığımız araşdırmalar bizə bir çox məqamlara aydınlıq gətirməyə yardımçı oldu. İlk toqquşduğumuz məqam isə, artıq dünyada olmayan Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran Vüqar Həşimovla bağlı oldu. Vüqar Həşimov həm də ona görə diqqətimizi çəkdi ki, bu böyük şahmatçının ötən ay ölüm ildönümü idi. Onu bizdən artıq qoca bir il ayırır”¦

Dünya şöhrətli Vüqar Həşimov kimdir?

v7

Azərbaycan vikipediyası belə yazır:

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə, 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub, 2014-cü il yanvarın 11-də beyin xərçəngindən müalicə olunduğu Almaniyanın “Heydelberq” klinikasında dünyasını dəyişib.

“Yarışlara Azərbaycan üçün qatılan” Vüqar Həşimovu isə dünya belə tanıyır:

v10

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran Vüqar Həşimov.

Ölümündən bir qədər əvvəl onun Milli komandanın tərkibindən uzaqlaşdırılması, özünün də dediyi kimi, bir nəfərə qarşı deyil, Azərbaycan dövlətçiliyinin əleyhinə atılan bir addım idi.

Maraqlıdır ki, Vüqar Həşimovun vaxtsız ölümünü onun əldə etdiyi nailiyyətlərə edilən sui-qəsd kimi dəyərləndirənlər də var. Onlar hesab edirlər ki, belə göstəricilərə malik bir şahmatçının Azərbaycanın milli komandasında təmsil olunması bəzi qüvvələr üçün qəbuledilməz idi.

O səbəbdən də Vüqar Həşimovun vaxtsız xəstəliyə tutulması, eyni zamanda ölkə daxilində ona qoyulan qadağalar və sonunda onun ölkədən kənarda baş tutan vaxtsız ölümü bu gün də müəmmalı suallar yaradır: Vüqar Həşimov ağır sürən xəstəlikdən ölüb, yoxsa belə bir xəstəliyə düçar edilərək, öldürülüb?

Maraqları üstələyən “Litvinenko hadisəsi” də belə qənaətə gəlməyə əsas verir.

Bir qədər əvvələ qayıdaq.

Vüqar Həşimovun dünya çempionatında ard-arda uğur qazandığı günlərə”¦

Dünya şahmatına olan maraq hər zaman güclü olub. O baxımdan da qədim və elitar sayılan bu oyun zaman-zaman ən ali tribunalardan izlənilib. Təbii olaraq, oyunçular da hər zaman diqqət mərkəzində olublar. Sovet dönəmində Azərbaycan Şahmat Federasiyasının “arxalı” olduğu üçün daha irəli getdiyini söyləyənlər, bunu müstəqil Azərbaycana şamil etmirlər. Bu barədə daha çox dərinə getmək və az qala bəşər övladının tüklərini biz-biz edəcək məqamlara belə toxunmaq olar. Lakin hazırda bununla kifayətlənib, Azərbaycanın şahmat sahəsini tənəzzülə uğradan səbəblərə aydınlıq gətirməyə çalışacağıq.

Azərbaycan şahmatını tənəzzülə aparan “şahmat siyasəti

Oyuna qalibiyyət qatan oyunçuların müxtəlif yollarla sıradan çıxarılması.

Bu qədər yüksək göstəriciyə malik olan bir şahmatçının Milli komandadan uzaqlaşdırılmasını, bu sahənin rəsmiləri özünəməxsus şəkildə izah etməyə çalışırlar. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov sual yaradan açıqlama verir: “Tutaq ki, onu dəvət eləmək federasiyada kiminsə yadından çıxıb, məncə o, federasiyanın nəinki qapısını, bacasını döyməliydi, maraqlanmalıydı ki, məni niyə görə dəvət eləmirsiniz?” (!!! ”“ Red.)

(//www.azadliq.org/content/article/2184957.html)

v3

Niyə? Mahir Məmmədov məmurdur və hər şeydən əvvəl dövlətin maraqlarından çıxış etməyə borcludur. O zaman yüksək göstəriciyə malik şahmatçının Federasiyada kimlərinsə yadından çıxması kimi açıqlamalar verməsi nə dərəcədə ağla batandır? Belə çıxır ki, dövlətin üzərində illərlə zəhmət qoyduğu istənilən idmançı hansısa məmurun marağında deyilsə, ali yarışlardan uzaqlaşdırıla və üstündən xətt çəkilə bilər ”“ Vüqar Həşimov kimi”¦

Vüqar Həşimov “Azadlıq radiosu”na müsahibə verir və diqqət edin, nə deyir: “Mənim haqqımda deyilənlər hamısı yalan, şər və böhtandır. Məni heç kim heç bir yerə dəvət etməyib. Nə hansısa görüşlərə dəvət etməyiblər, nə də Vüqar Həşimov özü-özünü yığmadan uzaqlaşdırıb. Federasiyanın vitse-prezidenti Mahir Məmmədov deyir ki, onu biz Prezident Kubokuna dəvət etmişik. Ancaq Federasiyanın prezidenti həm Elman Rüstəmov, həm də vitse-prezident Faiq Həsənov, yarış ərəfəsində o vaxtı müsahibələri olub və bu müsahibələr hal-hazırda da internetdə var. Hər ikisi deyib ki, bu, federasiyanın şəxsi işi olub və buna görə də onlar məni dəvət etməyiblər. Bu, açıq-aşkar həmin müsahibələrdə var, yəni bu da digər tərəfdən göstərir ki, nə qədər yalandır”.

(//www.azadliq.org/content/article/2183767.html)

v2

Müsahibədən də göründüyü kimi, Vüqar Həşimov yığma komandada bir qrup səlahiyyətli məmurun apardığı “şahmat gedişinin” qurbanı olub.

Vəkil Aslan İsmayılov 28 yanvar 2014-cü il tarixli azadlıq.info-ya ünvanlanan məqaləsində (//www.azadliq.info/40715.html) yazır:

“Azərbaycan Şahmat Federasiyasının sədr müavini Faiq Həsənov Vüqar Həşimovun məzarı yanında bunları dedi: “Vüqar Həşimov uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkib və bundan da vəfat edib”. Bu, onun Vüqar Həşimov barədə yekun, iyrənc çıxışı idi. Bir müddət öncə isə keçmişdə Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı, hazırda isə Azərbaycan Şahmat Federasiyasının sədr müavini işləyən dostu Mahir Məmmədovla birlikdə onlar bəyan bunu etmişdilər:

v1
“Həşimov ulduz xəstəliyinə tutulub”, “Həşimov komandanı ruhdan salır”, “Həşimov Kasparovun klubunun tərəfində çıxış edib”, “Bizdə yetərincə Həşimov kimilər var”, “Azərbaycanın maraqlarını Həşimova etibar etmək olmaz” və s.

“Qələbə qazanandan sonra verilən kömək yavaş-yavaş yox olmağa başladı”

“Azadlıq” radiosuna verdiyi müsahibədə Vüqar Həşimov maraqlı məqama toxunub. Ona verilən “Teymur Rəcəbova ARDNŞ, Şəhriyar Məmmədyarova isə Dövlət Sərhəd Xidməti himayədarlıq göstərir. Bəs sizə hansı qurumu təhkim ediblər?” sualına belə cavab verib: “Çox ürəkağrıdıcı məsələdir. Çünki dediyim kimi, mən şahmata 7 ildən sonra qayıtdım. 2008-ci ildə şahmatda hazırlaşmağa başladım. O zaman Bakıda qran-pri keçirilirdi. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun reytinqi o yarışa düşürdü. Mən də o zaman Azərbaycanın üçüncü şahmatçısıydım. O yarışa dəvət aldım. Həmin yarışda qələbə qazandım. Qələbə qazanandan sonra ona qədər kömək vardısa, artıq yavaş-yavaş yox olmağa başladı. Neçə vaxtdır, 1-2 ildir, sıfır dərəcəsinə çatıb. Bu, doğrudan da çox pisdir. Çünki keçən il cənab prezident şahmatın inkişafı ilə bağlı sərəncam imzalamışdı. Orada mənim kimi səviyyəli şahmatçılara hər bir kömək olması haqqında göstərilib. Ancaq çox təəssüf ki, bunun heç biri görünmür. Təəssüf edirəm ki, hal-hazırda belə bir hal, yəni belə hadisələr baş verir, ona görə mən deyirəm, cənab prezidentə məktub da yazmışdım. Çox təəssüflər olsun ki, o da çatmayıb. İnanıram ki, sonunda cənab prezidentə bu məsələlər hamısı çatdırılacaq və tədbir görüləcək”.

v8

Daha sonra Federasiyada baş verən qanunsuzluqlar Aslan İsmayılovun məqaləsində bu cür ifadə olunur: “Beynəlxalq yarışların birində uğurlu çıxışdan sonra beynəlxalq usta İlahə Qədimova “Zerkalo” qəzetinə belə müsahibə verir: “Bu yarışdakı uğurdan sonra mən qadın yığmasının məşqçisi Fikrət Sideifzadəni görüb ona tərəf getdim ki, yarışla bağlı təəssüratlarımı bölüşüm, o isə özünü elə apardı ki, guya nə məni görür, nə də ki, uğurlarımı. Bu cür münasibətdən sonra mən Şahmat Federasiyasından yalnız ziyan görmüşəm. Başa düşə bilmirəm ki, nə baş verir”¦”

Tanış etirafdır! Azərbaycan çempionu, beynəlxalq usta Firuzə Vəlixanlı bir sıra qəzetlərdə dəfələrlə deyib: “BP şirkəti Azərbaycanın aparıcı şahmatçı xanımlarına kompüterlər hədiyyə edib. Faiq Həsənov mənə verilmiş kompüteri ələ keçirib”.

Kimdir Faiq Həsənov?

v

Faiq Həsənov Azərbaycan şahmatında olduğu kimi, Vüqar Həşimov məsələsində də kilid adamdır. Bu səbəbdən onun haqqında bir az ətraflı danışmalı olacağıq. Amma ilk başdan maraqlı bir problemlə qarşılaşdıq. Faiq Həsənovun adı Azərbaycan Şahmat Federasiyasının Vikipediya səhifəsində vitse-prezident olaraq keçir və oradan Faiq Həsənovun Vikipediya səhifəsi açılır. Orada bu məlumatlar yer alıb:

“1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin təlbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.”

v4

Amma əldə etdiyimiz məlumatlara görə, burada yazılanlar doğru olmaya bilər. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Faiq Həsənov Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb və ondan sonra Bakıda uzun müddət Kənd Təsərrüfatı Nazirliyində çalışıb. İxtisası aqronomdur. Göründüyü kimi, yuxarıdakı məlumatlar bunu əks etdirmir. Bütün hallarda biz hər iki informasiyanı təqdim edirik. Qoy hansı doğrudursa, o olsun. Amma bilinən tək şey odur ki, Faiq Həsənov şahmatçı deyil və şahmat çevrələrinin məlumatlarına görə, əldə etdiyi bütün maddi nemətlər də şahmata gəlişindən sonra başlayıb. Yəni şahmat Faiq Həsənov üçün sözün bütün mənalarında “çörək ağacı” olub”¦

v5

Və”¦ Şahmat Federasiyasının vitse-prezidenti olan bu adamın göründüyü kimi, şahmatla bağlı heç bir təhsili, şahmatla heç bir bağlılığı yoxdur. Amma onu Azərbaycanın Şahmat üzrə milli yığmasına baş hakim təyin ediblər. Təbii ki, belə olan halda, Azərbaycanın milli sərvəti olan istedadlı idmançılarımız hansısa sifarişin qurbanı olaraq kənarda qalarsa, təəccüblənmək lazım deyil. Bir vaxtlar dünyaya meydan oxuyan şahmatçılarımız, bu cür kadrlar hesabına tənəzzülə məhkumdurlar. Onsuz da hər zaman bu məmləkətdə “atın qabağına ət, itin qabağına ot atıblar”.

Ən dəhşətlisi də odur ki, ”“ başqa sözlə ifadə etmək olmur ”“ Faiq Həsənov kimi aqronom Azərbaycanda minlərlədir, ancaq Vüqar Həşimov kimi istedadlar isə millətin sərvətidir. Faiq Həsənovun şahmat hakimliyinə gəlincə isə, 10-12 vərəqdən ibarət broşürlə tanış olub, hakimliklə məşğul olmaqmı olar?

Sabir Rüstəmxanlı və Aynur Sofiyeva niyə düzünü danışmırlar?!

Aynur_Safieva

Azərbaycan Şahmat Federasiyasının üzvü kimi də Faiq Həsənovun legitimliyi ilə bağlı çoxlu suallar var. Azərbaycan Şahmatçılarının Plenumu Sabir Rüstəmxanlını Azərbaycan Şahmat Federasiyanın sədrliyi vəzifəsindən azad edib, yerinə Aynur Sofiyevanı sədr seçəndə, plenum demək olar ki, yekdilliklə ona qarşı səs verdi və Həsənovu Fahmat Federasiyasının Prezidiumunun tərkibinə seçmədi.

Aynur Sofiyeva yenidən onun xeyrinə səs verməyi təklif etsə də, nəticə dəyişmədi. Ertəsi gün isə elan edildi ki, Faiq Həsənov Şahmat Federasiyasının sədr müavini vəzifəsinə “seçilib”. Faktiki olaraq bütün bu müddət ərzində Faiq Həsənov qeyri-legitim sədr müavini olub.

Bir neçə gündən sonra gözlənilmədən Faiq Həsənovun familiyası Azərbaycan Şahmat Federasiyasının Prezidiumunun üzvlərinin siyahısında peyda olur. Bunun nə cür baş verdiyi ilə bağlı çoxsylı suallara cavab verməkdən yayınan Sabir Rüstəmxanlı və Aynur Sofiyeva belə əsaslandırmağa çalışdılar ki, ikinci dəfə səsvermə keçirilib və Faiq Həsənov bu səsvermədə seçilib.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, birincisi, belə prosedurların təkrarlanması Federasiyanın Nizamnaməsində nəzərdə tutulmur və ikincisi də, haqqında danışılan ikinci səsvermə ilə bağlı heç kimin xəbəri olmayıb.

Aynur Sofiyeva niyə hönkürərək ağladı?

Ona görə də istər Sabir Rüstəmxanlı, istərsə də Aynur Sofiyeva “ikinci səsvermə” məsələsinə aydınlıq gətirməli və bununla da yaranmış suallara cavab verməlidirlər. Əks təqdirdə, Vüqar Həşimovun ölkədən didərgin düşməsinin, yarışlardan bilərəkdən uzaqlaşdırılmasının, böyük gərginlik və əsəb içində qalmasının baiskarı olan Faiq Həsənovu müdafiə etməklə Aynur Sofiyeva böyük günaha batır. Şahidlərin sözlərinə görə, Vüqar Həşimov dəfn olunan zaman Aynur Sofiyeva hönkürtü ilə ağlayırmış. Ona qarşı edilən haqsızlığa laqeyd qaldığı üçün Aynur Sofiyevanın tökdüyü göz yaşlarına da artıq heç kəs inanmayacaq.

Məsələnin həssasiyyətini nəzərə alıb Sabir Rüstəmxanlı, Faiq Həsənov və Aynur Sofiyeva ilə əlaqə yaratmaq istədik. Faiq Həsənovun ünvanına Şahmat Federasiyasının rəsmi elektron poçtuna sorğu göndərdik. Amma sorğuya cavab ala bilmədik. Faiq Həsənovun göstərilən ünvandakı telefonları da çatımlı deyildi. Görünür, ünvanlar dəqiq deyildi.

sabirrustemxanli-1

Sabir Rüstəmxanlının facebook səhifəsindəki mesaj qutusuna da sorğu göndərdik və Sabir bəy çox keçmədi ki, sorğumuza cavab verdi: “Şahmat Federasiyası respublikada ilk müstəqil idman birliklərindən biri idi. Valideynlərin və idmançıların təklifi ilə prezidentliyə razılıq vermişdim. Çox çətin illərdi. Federasiyaya maliyyə dəstəyi verən tapmaq zülüm idi. Belə çətin şəraitdə biz şahmatçılarımızın demək olar ki, bütün beynəlxalq yarışlarda iştitakına nail olduq. Mənim vaxtımda bir neçə idmançımız qrossmeyster oldu. Sonra işim çox olduğundan istefa verdim. Faiq Həsənovu mən işləyəndə də, məndən sonra da federasiyanin işgüzar, hörmətli, ölkəmizi beynəlxalq şahmat aləmində ləyaqətlə təmsil edən əsl peşəkar kimi tanımışam. Federasiyanın prezidentliyindən çıxandan sonra şahmatçılarla əlaqəm üzüldü. Ağır illər idi, iş başdan aşırdı. Yalnız Aygün Sofiyevanı görürdüm. Federasiya barədə tez-tez soruşmaq düzgün anlaşılmazdı. Ona görə də sualların qalanına cavab vermek imkanım xaricindədir”¦”

Göründüyü kimi, Sabir Rüstəmxanlı verdiyimiz suallar haqqında ümumiyyətlə, danışmayıb. Bu da aldığımız məlumatların həqiqət olduğunu göstərir. Bütün cəhdlərimizə baxmayaraq Aynur Sofiyeva ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Rüşvət və korrupsiya

Bütün sahələrə yol tapan bu dağıdıcı amil Şahmat Federasiyasından da yan keçə bilməzdi. O baxımdan, ayrı-ayrı idmançıların dilindən səsləndirilən bu fikirlər eyni qənaəti yaradır. Şahmat Federasiyası daha çox  “başıaşağı, söz dinləyən, səsi çıxmayan, bir sözlə, manqurt” axtarışındadır. Onlara dikbaş, istedadlı, Azərbaycanın adını birincilər sırasına qatacaq gənclər lazım deyil. Əgər bu sahəni həqiqətən də inkişaf etdirmək dövlətin maraqlarında olsaydı, o zaman Aslan İsmayılovun təbirincə desək, “Gürcüstanda benzin satan Mahir Məmmədov və gübrə üzrə mütəxəssis Faiq Həsənov” kimi adamlar bu sahəni idarə etməzdilər. (Yeri gəlmişkən, Tiflisin eyni məhəlləsindən olan bu dostları hələ də şərikli biznesləri bir-birinə bağlayır). İdarəçilik bu gün də şahmat sahəsindən şər və böhtanla, yalan məlumatlarla uzaqlaşdırılan insanlara həvalə olunardı. Halbuki maliyyə və bank sektorunu yerlə sürükləyən Elman Rüstəmovun Şahmat Federasiyasının prezidenti olaraq, onu da hansı istiqamətə apardığını düşünmək o qədər də çətin deyil.

elman_rustemov_001

Yazıya zəruri haşiyə:

“Ağası Gülüm olanın başına külüm olar” deyib Azərbaycan ataları. Elman Rüstəmov Azərbaycan manatının taleyinə nə gün ağladı ki, Şahmat Federasiyasının da gününə nə gün ağlasın. Bu da dəyişən Azərbaycan manatı deyil ki, Mərkəzi Bankın anbarlarından “KamAZ”la çıxarıb daşıyasan. Bu, intellektdir, bu, başdır, bu, ağıldır ”“ bunu iri yük maşınları ilə daşımaq olmur. Ya da Avstriya banklarında milli pulumuzu çap etməyin qarşısında “otkat” deyil ki, rahatca alıb həzmi-rabedən keçirsin. Elman Rüstəmov-Faiq Həsənov ancaq bunu edə bilər ”“ arxası olmayan bir gənci, Azərbaycanın başını zirvələrə qaldıracaq bir intellektual Vətən övladını çürütmək və ölümə tərk etmək. Onlar ağıllı başlardan pul qazana bilmirlər, “otkat” ala bilmirlər axı.

Bir neçə il əvvəl Azərbaycanın şahmat üzrə milli komadasının kapitanı Zurab Azmayparaşvili mətbuatda demişdi ki, əgər yarışlara Vüqar Həşimovsuz getsək, komanda medalsız qalacaq. Onun təsbitləri özünü doğruldu. Artıq neçə ildir ki, Azərbaycan beynəlxalq şahmat yarışlarında qızıl medalsız qalıb.

Qeyd: Deyilənlərə görə, Azərbaycandan uzaqlaşdırılsa da, Vüqar Həşimovun “sakit durmaması” səlahiyyətli məmurları ciddi narahat etməyə başlamışdı. Onun həm Azərbaycan şahmatının reallıqları barədə mətbuata verdiyi açıqlamalar, həm də bu məsələ ilə bağlı prezidentə etdiyi müraciətlər ola bilsin ki, bir yerdən yuxarıya sıza bilərdi. Baxmayaraq ki, prezident ölkədə baş verən neqativ hadisələrdən peşəkarcasına qorunurdu.

O zaman qərar verildi: Vüqar Həşimov bir daha Azərbayanın milli yığmasının tərkibində olmayacaq, xaricdəki fəaliyyəti onu Azərbaycandan uzaqlaşdıracaq və tədricən ictimaiyyət bu adda şahmatçını tamamilə unudacaq.

Lakin onlar yanılmışdılar. Vüqar Həşimovun müəmmalı ölümü, onun yenidən və açılmayan sirlərin üstü açılana qədər gündəmdə qalmasına imkan yaradacaqdı.

v12

İ.S. Vüqar Həşimovun ölümündən sonra Şəmkirdə beynəlxalq şahmat turnirinin keçirilməsi nəzərdə tutuldu. Bu, çox düzgün və doğru qərardı, ancaq ortada bir “əmma” olmasaydı. Turnirə məhz Faiq Həsənov baş hakim təyin olundu. Bu da o deməkdir ki, sağlığında Azərbaycanın Şahmat üzrə Milli Yığmasının tərkibindən uzaqlaşdırdığı Vüqar Həşimovun hesabına Faiq Həsənov Şəmkirin lüks mehmanxanasında bir ay yeyib-içir, ona dövlət maşını təhkim olunur, üstəlik də qonorar və şirinlik. Bax, bu, taleyin ironiyasından başqa bir şey deyil. İlahi ədalətin nə vaxt bərqərar olacağını dəqiq bilməsək də, bunun nə vaxtsa baş verəcəyinə əminik. Əminik ki, Vüqar Həşimovun ölümü ilə nəticələnən faciədən əvvəl və sonra qazananları Allah özü cəzalandıracaq. O isə hər zaman olanları beləcə təbəssümlə seyr edəcək”¦(Xural.com)

v9

Oxşar xəbərlər
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA