Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatların əslində cinayət olduğunu və Kremlin bu cinayətə görə məsuliyyətə cəlb edilməsi gərəkdiyini vurğulayıb:
“Əslində Rusiya Suriyada törətdiklərinə görə məsuliyyətə
cəlb edilməlidir. Çünki bu gün Rusiya Suriyada qanlı cinayətlər işləyir. Terrorla
mübarizə adı altında qadınları, qocaları, uşaqları qətlə yetirir. Bu cinayətlərin
ağır nəticələrini Suriya xalqı, Türkiyə, İordaniya, daha sonra isə Avropa ölkələri
çəkir. Bu səbəbdən də Rusiya və Əsədin bu qədər əl-qoç açmasına imkan vermək
olmaz. Lakin hələ ki, bu qüvvələrin aktivliyinə şahid olmaqdayıq. NATO və onun
aparıcı dövlətlərinin nə üçün passivlik sərgiləməsi isə anlaşılan deyil”.
Seymur Əliyev