“Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu Qarabağ məsələsini dalana saldı”
Oxunub: 4560
09 Feb 2016 | 10:33
 “Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu Qarabağ məsələsini dalana saldı”


Moderator.az hüquq professoru, tanınmış iş adamı, xeyriyyəçi İlham Rəhimov ilə müsahibəni təqdim edir:

 -Böhran Sizə necə təsir edib? Bir iş adamı kimi böhranın zərbəsini hiss edirsizmi? Sizin işiniz, biznesiniz Rusiyadadır və Rusiya iqtisadi baxımdan Azərbaycandan da pis durumdadır.
 
- Təbii ki, bizə də təsir edir. Ona görə ki, neft dəyərdən düşdükcə rus pulunun dəyəri də aşağı düşür. 2 mindən çox  işçimiz var, onların maaşını rublla veririk...
 
- Bu vəziyyətdən sonra maaşları qaldırmısızmı? Rus iş adamları, Rusiyada işi olan azərbaycanlı iş adamları, sıravi rus insanı bu krizisi necə yaşayır? 

- Biri var dövlətin özündə bu problem yarana; hansı dövlət ki, daxilində bu problemi hansısa yolla, məsələn, daxili istehsalın köməyi ilə həll edir, orda problem azdır. Amma hətta iynəni də xarici ölkədən alan ölkə üçün vəziyyət çətindir. O baxımdan, məsələn, Rusiya və Türkiyədə daxili istehsal var. Elə ölkə var ki, neftə oturub, ondan başqa istehsalı yoxdur. Amma Rusiya silah satışına görə dünyada ikinci yerdədir. Onlar təkcə keçən il 10 milyard dollarlıq silah satıblar. Azərbaycanda da, Rusiyada da təbii sərvətlər var, amma Qərbdə yoxdur. Əvəzində isə Qərbdə texnologiya var, bizdə isə o yoxdur. 

- Burda necə bir tərs mütənasiblik var? Bunun açmasını verə bilərik? 

- Qərbin ehtiyacı təbii sərvətlərədir. Azərbaycanın da, Rusiyanın da ehtiyacı texnologiyayadır. Texnologiya deyəndə istənilən növ texnologiya nəzərdə tutulur. Telefondan tutmuş, neft avadanlığına qədər. Əgər Rusiya o texnologiyanı özü istehsal etsə, asılılıq azalır. Amma Qərb gedib özünə təbii sərvət tapa bilməyəcək axı. Bunları perspektiv üçün deyirəm... Hansı ölkənin təbii sərvəti varsa, o, texnologiyasını inkişaf etdirsə, daha qabağa gedəcək. 

- Dağlıq Qarabağda dövri döyüşlər gedir. Bu məsələnin fonunda bizim ermənilərin əsirliyində olan iki girovumuz yada düşür. Biz bilirik ki,  əlaqələri geniş olan bir azərbaycanlı kimi siz bu cür məsələlərlə maraqlanır, narahat olursuz. Bu iki girovun qaytarılması istiqamətində hər hansı fikirləriniz var? 

- Bu məsələ ilə bağlı olaraq əvvəlcə Rusiya siyasətçiləri və hökumət nümayəndələri ilə məsləhətləşdim. Məsələ burasındadır ki, bu qeyri-adi hadisədir, yəni onu hüquqi cəhətdən tənzimləmək mümkün deyil. Biz onların hüquqi statusunu müəyyənləşdirə bilmirik. Yəni onlar nə əsirdirlər, nə cinayətkardırlar, nə də casusdurlar. Onlar Qarabağ ərazisində öz evlərində, Azərbaycanda  bandit qruplaşmaları tərəfindən tutulublar. Ona görə də onlar terroristlərin əlində girov sayılırlar. Hansıları ki, ya gərək hərbi yolla azad edəsən, ya da ki danışıqlar yolu ilə. Ona görə də ermənilər nə deyirlərsə: istintaq, məhkəmə prosesi və s.-in heç bir hüquqi gücü yoxdur. Əgər Avropa Məhkəməsinə müraciət edilsə, onlar banditlərin bu hərəkətini cinayət əməli hesab edəcəklər.


“Mənə çox xoşdur  ki, məndən soruşurlar: ”Niyə sizi təltif etmədilər"? Ən pisi və xoşagəlməyəni odur ki, haçansa deyirlər: “Onu nəyə görə təltif ediblər”?


- Bəs Rusiya Ermənistan və ya Qarabağ rəhbərliyinə müraciət edə bilərmi?

- Bu həm siyasi, həm də hüquqi cəhətdən qeyri-mümkündür.  Əgər Rusiya Ermənistana müraciət etsə, bu o deməkdir ki, Qarabağ Ermənistan ərazisidir. Əgər Qarabağ separatçılarına müraciət edilsə, bu, Qarabağın müstəqil, hüquqi subyekt kimi tanınmasının təsdiqidir. Məlumdur ki, girovlardan biri Rusiya vətəndaşıdır. Hətta belə olan halda da onlar bilmirlər ki, kimə müraciət etsinlər. Hərçənd ki, hüquqi nöqteyi-nəzərdən onlar Azərbaycana müraciət etməlidirlər. Çünki onların tutulduqları və indi olduqları yer Azərbaycan ərazisidir.  Ona görə ən doğru yol beynəlxalq təşkilatlara müraciət etməkdən ibarətdir. Gəlin hələlik müəyyən edək: onlar əsirdilər, ya girov? 

- Rəsmi qaynaqlarda girov olaraq təqdim edilir. 

- Təbii ki. Əsir o vaxt ola bilərdi ki, müharibə gedib və bunlar da əsir düşüblər. Onlar bizim öz vətəndaşımızdır, bizim öz torpağımızdadırlar. 

- Bu status onların geri qaytarılması baxımdan vəziyyəti ağırlaşdırır, ya yüngülləşdirir? 

- Əsir düşənlərdə durum bir az yüngüldür. Çünki onların beynəlxalq statusu var və geri qaytarılmaları ilə məşğul olan beynəlxalq təşkilatların sayı çoxdur. Amma girov düşəndə belədir ki, bu halda məsələ ya danışıqlar yolu ilə getməlidir, ya da gedib girovları azad etmək lazımdır.

- Məhz bu məqamda bir sualı biz sizə verməyə bilməzdik. Söhbət Ermənistan tərəfinin Ramil Səfərovun işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təkrar müraciətindən gedir. Hamıya məlumdur ki, Siz bu problemi yaxşı bilirsiniz. Buna görə də fikrinizi bilmək istərdik...

- Bəli, mən ermənilərin belə bir müraciətinin olmasını KİV-lərdən oxumuşam. Düşünürəm ki, burada təəccüblü bir şey yoxdur, çünki Ramil Səfərov azad olduğu gündən erməni tərəfi hay-küy qaldırmağa, müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyə başladı. Bir qədər əvvəl mən Bolqarıstanda beynəlxalq tədbirdə iştirak etdim. Burada müxtəlif ölkələrdən gələn çoxlu hüquqşünaslar var idi. Tədbirdə iştirak edənlərdən biri Ramil Səfərovun azad edilməsinin hüquqi cəhətdən qanunauyğunluğuna dair məsələ qaldırmağa cəhd etdi. Mən təbii ki, ondan bu məsələni bağlamağı tələb etdim və bununla hər şey bitdi. Məsələ burasındadır ki, bu problem doğrudan da, təkcə ermənilər tərəfindən deyil, başqaları tərəfindən  və müxtəlif tədbirlərdə müntəzəm olaraq qaldırılır. Heç kəs ermənilərə Avropa Məhkəməsinə müraciət etməyi qadağan edə bilməz. 


“23 ildir ki, gəlib-gedirlər və heç bir xeyri yoxdur, ATƏT-in Minsk Qrupu faydasız qurumdur”

Bu onların hüququdur. Ona görə də fikirləşirəm ki, məhkəmə baş tuta bilər, çünki bu səs-küylü məsələdir.  Digər tərəfdən də, erməni diasporunun ölkəmizi dünya ictimaiyyəti qarşısında qaralamaq üçün bütün vasitələrdən istifadə etdiyini unutmaq olmaz. Bu fakt onlara bizə qarşı ideoloji və siyasi mübarizədə, o cümlədən Qarabağ məsələsində bir vasitə kimi çox vacibdir. Başqa cür desək, məsələnin hüquqi tərəfi onları heç maraqlandırmır. Əgər məhkəmə prosesi baş tutsa, beynəlxalq və milli hüquq əsasında öz mövqelərimizin hüquqi və siyasi müdafiəsi üçün hazırlaşmalıyıq. 

- Yeri gəlmişkən, Azərbaycanın müharibə yolu ilə, öz hərbi potensialı hesabına  torpaqlarını azad etmək imkanını yaxın perspektivdə necə görürsünüz? Sülh danışıqlarının fayda vermədiyi görünür. O baxımdan Rusiya-Türkiyə münasibətləri fonunda bu perspektivi məhz Sizin necə qiymətləndirməniz də maraq doğurur? 

- Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu hesab edirəm ki, Qarabağ məsələsini dalana saldı. Bu baxımdan, münasibətin korlanmasının əslində bizə də böyük zərbəsi dəyib. Çünki Rusiya ilə Türkiyənin yaxın münasibəti imkan verirdi ki, Türkiyə Qarabağ probleminin həlli prosesinə daha çox cəlb olunsun. Bir neçə il bundan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd məsələsi, blokadanın götürülməsi gündəmə gəldi. O zaman bunu Qarabağ məsələsi ilə bağlayırdılar. Siz necə düşünürsüz, yaxın müddətdə o sərhəd açıla bilər, ya yox? ... 

Yox. Deməli, hər dəfə bu məsələ gündəmə gəlsə, ermənilər də sərhəd və blokada ilə bağlı yarımçıq qalan həmin mövzunu müzakirəyə qoyacaqlar.

Yadınızdadırsa, o zaman işə Amerika qarışmışdı. İndi deyəcəklər ki, bu məsələni gündəmə gətirirsizsə, gəlin onda sərhədlərin açılmasını da həll edək. Ona görə demək istəyirəm ki, münasibətlərin bu həddə çatmasının Qarabağ məsələsinin həlli baxımından mənfi təsiri var. 

- Bəs ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqları? Sizcə, bunun faydası olacaqmı, bu format davam etdirilməlidir?

- Bu, mənasızdır. Bir təşkilatın və bu formatın konfliktin həlli ilə bağlı heç bir faydası yoxdur. Bu təşkilatın zamana görə dəyişən həmsədrləri 23 ildir ki, ancaq turist kimi gəlib-gedirlər. Ortada isə heç bir nəticə yoxdur. Bunu niyə əminliklə deyirəm?  O qurumla müəyyən qədər aktiv işləyən Rusiya siyasətçiləri ilə çox söhbətim olub. Onların danışıq və fikirlərindən əmin oldum ki, o qurum əhəmiyyətsiz bir şeydir. 

“Mənim Rusiyaya münasibətim qətiyyən siyasətlə əlaqəli deyil. İstəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, isti münasibətlər olsun. Bunu bizim indiki real vəziyyətimiz tələb edir”


- Professor, Azərbaycanın cəlb edildiyi vətən müharibəsi nəticəsində bizim 1 milyona yaxın qaçqınımız oldu. Hazırda da məhz müharibə qaçqınları dünyanın xəbər məkanında mövzu olaraq, birinci sıradadır. Ona görə də bir hüquq alimi kimi bu mövzuda açıqlamalarınız maraqlı olardı. Avropaya axışan  müharibə qaçqınlarının statusu nədir? Onlar dünya üçün kimlərdir? 

- Beynəlxalq normativlərə görə, kimin qaçqın, kimin miqrant, kimin immiqrant sayılması müəyyən edilib. Bu dəqiqə onlar da, Avropa da çətinlik içindədir. Onların hüquqi statusunu müəyyənləşdirə bilmirlər. Bəziləri qaçqın deyir, bəziləri köçkün. Qaçqın o adamlar sayılır ki, öz vətənlərindən hansısa səbəblərə görə, əsasən də vətənində müharibə gedirsə, ya da vətəndaş müharibəsi alovlanıbsa,  başını götürüb ölkəsini tərk edir. Bu halda sabitlik olan heç bir dövlətin onları qəbul etməmək ixtiyarı yoxdur. 

- Amma Avropa belə etmir axı. Bəzi ölkələrdə - Yunanıstanda, Macarıstanda, Serbiyada sərhədlər bağlanıb və faktiki qaçqınların girişinə icazə verilmir. Hər gün beynəlxalq media vasitəsilə nə qədər belə faciəvi hekayələrin şahidi oluruq...  

- Heç fikirləşmisiz ki, o qaçqınların heç biri niyə müsəlman ölkələrinə getmirlər? Çevrədəki ölkələrin hamısı müsəlman olsalar da, onların üzərindən Avropaya yürüş edirlər. Siz bunu düşünmüsünüz? 

- Maraqlıdır. Amma əksəriyyəti Türkiyəyə sığınıb, indi də oradadırlar... 


- Türkiyəyə ona görə gedirlər ki, Türkiyənin ərazisindən keçirlər. Onlar suriyalılardır və Türkiyə-Suriya sərhədindən toplu halda Türkiyəyə girirlər.  Hazırda 2 milyon qaçqın Türkiyə ərazisində qalıb. Onlar kimlərdir? Nisbətən imkanlı suriyalılar. Hansıların ki, imkanı var, ev alır, iş tapırlar. Kimin ki, heç bir imkanı yoxdur, Türkiyədə qalmır. Onlar bilirlər ki, Almaniyaya gedən kimi ev verirlər, pulsuz tibbi xidmət göstərirlər, uşağını məktəbə düzəldirlər, aylıq müavinət verirlər. 

- Çevrədəki zəngin ərəb ölkələri bunu edə bilməzdimi? 

- Mən də onu soruşuram ki, niyə ora getmirlər? Ona görə ki, qaçan ərəblər çox yaxşı başa düşürlər ki, insan özünü ən yaxşı Avropada hiss edir. Onlar gözəl başa düşürlər ki, yaşayış necədir, harada insana necə azadlıq verilir... 

- Avropanı təriflədiniz, ona görə bu sualı verməmək mümkün deyil. Nə əcəb, siz də bir çox imkanlı, tanınmış simalar kimi, Avropaya yerləşmirsiz? Özü də elm adamısız, yaradıcılıqla məşğul olursunuz, kitablar yazırsız. Kənar müşahidələr də onu göstərir ki, Siz biznesdən daha çox elmlə məşğul olmaqdan zövq alırsınız. Gedib, Avropaya yerləşib, rahat elmlə məşğul olmaq niyə istəmirsiz?

- Məndən bir dəfə soruşdular ki, əgər Bakıda yaşamaq mümkün olmasa, harada yaşamaq istəyərsiz? Dedim ki, iki yer var. Birinci İstanbul, ikinci Moskva. 

- Yəni Sizinçün Avropaya köç istisna olunur? 

- Mən Avropada heç bir vaxt bir həftədən çox qala bilmirəm. Düzdür, adam özünü orada çox rahat hiss edir. Adamdan orda soruşan olmur ki, sən burda nə edirsən...  

- Kitab yazmaq, yaradıcılıq çox maraqlı bir prosesdir. Hər kəs özünü bir köşədə, bir yerdə rahat hiss edir. Sizin kitablar harda yazılır?

“Tələbəlik illərindən başlamış indiyə qədər davam edən dostluq münasibətlərində olduğum bir insandan mükafat almaq o qədər də başadüşülən deyil”


- Bakıda, Novxanıdakı bağımda, bəzi hallarda təyyarədə. 

- Bir dəfə demişdiz ki, təyyarədə, yerlə göy arasında özümü çox rahat hiss edirəm. 

- Bəli, bəzən 5-6 saat uçursan, təyyarədə rahatçılıqdır, heç kim mane olmur. Orda kitab oxuyub, qeydlər edirəm. Kitabın özünü yazmaq isə ev şəraitində, sakit məkanda olur. Əsasən də dediyim kimi, Novxanıda. 

- Nəvələr mane olmur? 

- Yox, onlar şənbə-bazar günü gəlirlər. Onlar da öyrəşiblər. Gələn kimi mənimlə görüşüb gedirlər. Bilirlər ki, mən işləyirəm, mane olmaq olmaz. 


- İş prosesi dediniz. Onun nə qədər hissəsi biznesə, nə qədəri  yaradıcılığa həsr olunur? 

- Fikir verirsizsə, kitablarımın çıxması son 5 ildə daha intensiv oldu. Çünki onlardan əvvəl o biznesi qurmaq, relsə qoymaq  lazım idi. Artıq onun hamısını eləmişəm. Moskvada biznes özü nizamda, qaydasındadır. Bu işlərə baxan cavanlar var. Əgər təcili bir problemi həll etmək, müzakirə etmək lazım olarsa ortaqlarla görüşürük, bir qərar qəbul edirik.
 
- Yubiley ərəfəsində daha bir kitabınız çıxdı, tərcümə olundu bir neçə dilə. Sanki bir dövrə yekun vurdunuz. Yaradıcılıq prosesi davam edirmi? Planınız nədir? 

- Mən plan qurmağı sevmirəm. Hər şey ekspromt olur. Bundan qabaq mənim çox kitablarım çıxıb. 5 il bundan qabaq “Cinayət və cəza”nı yazan zaman düşünürdüm ki,  bununla öz sahəmdə sözümü dedim, daha kitabla məşğul olmayacam. Yazdım, qurtardım, kitab çap olundu, oxudum. Gördüm ki, bu kitabda nəsə çatışmır, sözümü tam deməmişəm, bir boşluq var... 

- Bu düşüncələr nəyi ortaya çıxardı? 

- “Cinayət və cəzanın fəlsəfəsi”ni - bu adda yeni kitabı. Sonra yenə eyni proses oldu. Düşündüm ki, bununla proses yekunlaşdı. Amma kitab ərsəyə gələndə yenə gördüm ki, sözümü tam deməmişəm. Bu dəfə də “Cəzanın əxlaqı” barədə yazdım. 

- Sizin kitabları kim oxuyur? Oxucu kontingentiniz kimdir? 

- Hüquqşünaslar, hüquq fakültəsinin tələbələri, müəllimlər. “Cinayət və cəzanın fəlsəfəsi”ni isə hüquqşünaslarla yanaşı, filosoflar da oxuyur.
 
- Kitablarınızdan neçəsi dərslik kimi istifadə olunur? 

- Moskvada, Türkiyədə və Azərbaycanda dərslik kimi istifadə olunur. “Cinayət və cəzanın fəlsəfəsi” Azərbaycan, rus, türk, italyan, ingilis,  yəhudi, bolqar dillərinə tərcümə olunub. 

- Bu kitablara görə patent alırsızmı? Kitab yazmaqdan gəlir əldə etmək olurmu? 

- Bəli. Kitabların satışından əldə etdiyim gəliri “Alimlər Fondu”na keçirirəm. İtaliyadadır o fond. 

-  Kitablarınızın satış qiymətləri neçəyədir? 

- Hər ölkədə fərqlidir. Məsələn, İngiltərədə 25 funt sterlinqdir bir kitabın qiyməti. 

- Yəni milli valyuta ilə 70 manata yaxın? 

- Bəli. Amma onun qiymətini mən qoymamışam. Nəşriyyatlar özləri müəyyənləşdirir, bizimlə razılaşdırırlar. 

- Oxucu dərhal bu rəqəmləri hesablayacaq. Baxmayaraq ki, kitablardan gələn gəliri fonda köçürürsüz, maraqlanacaqlar ki, satışdan əldə edilən gəlirin neçə faizi sizindir? 

- Hər mağazanın öz faizi var. Onlar öz faizini götürür, qalan hissə müəllifə yönəldilir. 

- Rusiya və Türkiyə iqtidarlarının yaxın və keçmiş münasibətləri barədə geniş açıqlamalar verdiniz. Azərbaycan və Rusiya iqtidarlarının münasibətləri hazırda nə yerdədir? İstidir, soyuqdur, çox yaxşıdır? 

- Siz onu məndən yaxşı bilirsiz. Azərbaycan iqtidarı ilə Rusiya iqtidarının çox gözəl münasibətləri var. Ötən il Jirinovskidən tutmuş, bir çox siyasət adamına qədər Azərbaycana gəlmişdi. Parlament sədri, prezidentin özü səfərlərdə olub.

- Sizin Azərbaycan hökuməti ilə münasibətləriniz necədir? Ümumiyyətlə, belə bir münasibət varmı? 

- Mən Azərbaycanda bizneslə məşğul deyiləm. Üstəgəl, hər hansı vəzifə daşımıram ki, hökumət orqanları ilə münasibətim də ola. Sadəcə olaraq, kimin mənə münasibəti yaxşıdırsa, mənim də ona yaxşı münasibətim var. Soyuq, laqeyd, pis münasibəti olanlara da adekvat münasibət göstərirəm. 

- Hansısa bir təklif olarsa, təcrübənizdən yararlanmaq, islahatlar kontekstində Sizdən faydalanmaq,  buna reaksiyanız necə olar? 

- Aydın məsələdir ki, mən Azərbaycan vətəndaşıyam, burda yaşayıram. Azərbaycandakı problemlərə də laqeyd yanaşmağım mümkün deyil. Hansısa sahədə köməyim dəyə biləcəyini görsəm, həmişə hazıram ki, nəyisə müzakirə edim. 

- Sizin kitablarınızda Qurani Kərimdən sitatlar var. Maraqlıdır, özünüz namaza başlamaq, Həcc ziyarətinə getməklə bağlı nə düşünürsüz? 

- Bunlar daxildən gələn məsələlərdir, zamana ehtiyacı var. Mən Qurana kitab yazmağa görə müraciət etmədim ki. Bəziləri deyir ki, mən Quranı oxudum. Bu sözdən xoşum gəlmir. Gərək Quranı daxildən hiss edəsən. Mənim daxilimdə elə bir istək vardı ki, Quranı başa düşüm - Allah bizə nə göndərib? Oxuduqca əmin oldum ki, bunların mənə məşğul olduğum hüquq sahəsində köməyi dəyə bilər. Bu, mənə həm də niyə görə lazım idi? Avropaya konfransa gedəndə alimlər İslamdan, Qurandan, şəriətdən danışanda fikirlərinin yanlış olduğunu gördüm. Mən onlara cavab vermək üçün Qurana müraciət etdim. 

- Yaxın gələcəkdə kitablarınız arasında memuarlar da ola bilərmi? 

- Qorki deyirdi ki, insan öz həyatını yazmağı bacarırsa, o, yazıçı sayıla bilər.  Memuar yazırsansa, gərək onda həyatında nə varsa, onu yazasan. Siz elə insan tapa bilərsiz ki, həyatında nə varsa, onu olduğu kimi səmimi yazsın? Ya da memuar yazanların çoxu bəzi hadisələri özünə sərf edən şəkildə yazır. 

- Bəs siz hər şeyi səmimi olaraq bir memuarda yazmağı düşünürsüzmü? 

- Ola bilər. Elə bir fikrim var.

“Bakıdan başqa, özümü iki yerdə rahat hiss edirəm - Moskvada və İstanbulda; Avropada isə heç vaxt bir həftədən çox qala bilmirəm”


- Sizə axırıncı sualı vermək istərdik... Bir qədər əvvəl yubileyinizi qeyd etdiniz. Sizi niyə təltif etmədilər?

- Yeri gəlmişkən, bu sualı mənə çoxları verir. Birincisi, sual ünvanına uyğun deyil, ikincisi, mənə çox xoşdur  ki, məndən soruşurlar: “Niyə sizi təltif etmədilər”? Ən pisi və xoşagəlməyəni odur ki, haçansa deyirlər: “Onu nəyə görə təltif ediblər”? Düzdür, mənim Rusiyadakı dostlarım bu məsələni qaldırmaq istədilər Rusiyada. Lakin mən qəti şəkildə xahiş etdim ki, bunu etməsinlər.

- Niyə görə ki? Axı hamı bilir ki, Siz Rusiya ilə bizim ölkəmiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görürsünüz?

- Bu məsələnin həm obyektiv, həm də subyektiv cəhətləri var.  Tələbəlik illərindən başlamış indiyə qədər davam edən dostluq münasibətlərində olduğum bir insandan mükafat almaq o qədər də başadüşülən deyil. Bundan başqa, rusiyalı dostlarıma dedim ki, mən Azərbaycanın vətəndaşıyam, Rusiyanın yox. Hərçənd ki, bu fakt mühüm əhəmiyyət kəsb etmir. 

Əgər mən razılaşsaydım, yəqin ki, jurnalistlər, elə siz özünüz də deyərdiniz ki, mən rusiyayönümlüyəm. Aristotel deyir: “Uşaqları tərbiyə edənlər  onları dünyaya gətirənlərdən daha çox ehtirama layiqdirlər. Çünki valideynlər bizə yalnız həyatı, müəllimlər isə yaxşı həyatı bəxş edirlər”. Ola bilsin ki, Aristotel haqlıdır, mənsə ata-anamı, doğulduğum torpağı ən müqəddəs sayıram. Əgər Azərbaycan mənim üçün ana və atadırsa, haradakı mən anadan olmuşam, Rusiya isə mənim üçün harada ki, təhsil almışam - müəllimdir və mən bununla həmişə çox fəxr etmişəm, indi də fəxr edirəm. Ona görə də bu ölkəyə, bu xalqa hörmətlə yanaşıram. Əgər siz bunu rusiyayönümlülük hesab edirsinizsə, səhv edirsiniz. Mənim Rusiyaya  münasibətim qətiyyən siyasətlə əlaqəli deyil. İstəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, isti münasibətlər olsun. Bunu bizim indiki real vəziyyət tələb edir. (musavat.com)
Oxşar xəbərlər
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA