Əli İnsanov - müxalifətin vahid lideri - “Niyə də yox!”
Cəmiyyət
Oxunub: 2073
09 Feb 2016 | 10:46
Əli İnsanov - müxalifətin vahid lideri  - “Niyə də yox!”
Sabiq naziri qazanmaq uğrunda gizli savaş...; 

Məhbəsdəki nazirin azadlığa çıxmasına 8 ay qalır; onunla bağlı sensasion iddialar var;

Müxalif düşərgə gözünü 13 saylı “zon”a dikib; 

Sabiq nazir “çıxan kimi bunlarla savaşa başlayacam”, - bəyanatını hər gün təkrar edir...
 
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs edilməsindən 10 il 4 aya yaxın vaxt ötür. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin bu ilin oktyabrında cəza müddəti başa çatır. Görünən odur ki, o, cəza müddətini günə-gün çəkəcək. Çünki hakimiyyət məlum proseslərə görə hələ də qəzəbli olduğu üçün İnsanovu vaxtından əvvəl azad etmək fikrində deyil.

Avropa İnsan Haqları Məhkəməsinin sabiq nazirin azadlığa buraxılması üçün qəbul etdiyi qərar da nəticəsiz qalıb. Lakin İnsanovun azadlığa çıxacağı müddət yaxınlaşdıqca, onunla bağlı cəmiyyət daxilində bəzi iddialar səslənməyə başlayıb. Müxalif düşərgə elektoratında isə ondan ciddi gözləntilər var. Bu düşərgə özünün ənənəvi liderləri ilə heç bir siyasi nəticə əldə etmədi. Son 23 il ölkənin demokratik düşərgəsi üçün bir kabus oldu: daimi məğlubiyyət bir lənət kimi düşərgəni izləməkdədir. 

Azərbaycanda iqtidarın ictimai dayaqlarının sarsıldığı dönəmlər də daxil, müxalifət təşkilat və rəhbərləri bu qədər böyük müddətdə tərəfdarlarını iqtidara daşıya bilmədilər. Hətta hakimiyyətin, parlamentdəki yerlərin qismən bölgüsü belə mümkün olmadı. Məhz bu səbəbdən Azərbaycanın milli-vətənpərvər kəsiminin bir qismini özündə birləşdirən müxalifət düşərgəsi hazırda böhran yaşayır. Siyasi müxalifətin elektoratı bütünlüklə virtual məkana transfer etmiş vəziyyətdədir. Burada onlar bir-birilərinə və bəzən də hakimiyyətə hücum edirlər. Bakının küçə və meydanlarında isə xalq və iqtidar üz-üzə qalıb. Bəzi fraqmentlərdə xalqın narazı hissəsinin bir qismi etirazlara qalxır, lakin onun önündə və yanında siyasi təşkilatçı yoxdur. Müxalifət hər dəfə kütləvi etirazlardan və onun məsuliyyətindən imtina edir. Bu da hakimiyyətə daha rahat işləmək və xalqın etirazlarını idarə etmək imkanları yaradır.
  
Məhz uğursuzluq səbəbindəndir ki, məyus müxalif elektorat özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarır. Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, “pirim” deyə, qəbul etdi, başının üstünə qaldırdı, öz liderlərindən də çox sevdi, dəstəklədi... Səbəb sadə idi -  insanlar məğlubiyyətdən, siyasətin küncündə qalmaqdan, bu vəziyyətin yaratdığı sıxıntılı həyatdan yorulmuşdular.

Lakin İbrahimbəyov hamını məyus etdi -  yaşlı avantürist onminlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi...


Sonra kiçik bir zaman kəsimində sabiq nazir Fərhad Əliyevin adı önə çıxdı -  lakin o da elektoratı məyus etdi və siyasi məkana daxil olmadan, ölkəni tərk etdi... 

Daha sonra düşərgə “qiyamçı səfir” Arif Məmmədova ümidləndi. Nə baş vermişdi? Əslində heç nə!  Səfir bir bəyanat vermişdi, onu işdən atdılar; o isə daha bir neçə dəfə kəskin bəyanat verdi... 


Düşərgə dərhal bir-birinə dəydi - onların qulaqlarına  uzaqdan “ağ atlı oğlan”ın at kişnərtisinin səsi də gəlirdi. “Ağ atlı oğlan” -  Arif Məmmədov üfüqdə bir parladı... AXCP elektoratı həyəcanlandı -  Rüstəmə “pirim, mürşüdüm” deyənlər eyni münasibəti Arif Məmmədova sərgilədilər. Onun adına toz qonduranlara “xain, satqın, casus” ibarələri yağdırıldı... 

Nəticə nə oldu? Heç nə... söndü. Məlum oldu ki, “kişnəyən at” Arif Məmmədovun deyilmiş. Arif müəllim indi də virtual məkanda açıqlamalar yayır -  lakin indi onun açıqlamalarına gülənlərin, ya da laqeyd yanaşanların sayı onları “layk” edənlərin sayından dəfələrlə çoxdur. 

***


Mərhum prezident Heydər Əliyevin əsas kadrlarından və alovlu tərəfdarlarından biri olan Əli İnsanov isə özünün müəyyən keyfiyyətləri ilə düşərgə fəallarının, eləcə də liderlərinin diqqətini çoxdan cəlb edib. Əvvəla, belə bir əfsanə dolaşır ki, sabiq nazir çox zəngindir. İkincisi, mənsub olduğu region camaatı arasında yüksək nüfuzunu hələ də qoruması barədə də xəbərlər dolaşmaqdadır. Həm də iddia olunur ki, artıq qərbi azərbaycanlılar hakimiyyətin dəstək elektoratı deyillər; onlar statuslarından və özlərinə verilən qiymətdən narazıdırlar. 

Daha bir cəhət isə Əli İnsanovun 10 illik məhbəs həyatına, xəstəliklərinə və yaşlı halına rəğmən, sınmaması, onu həbs edənlərə dirəniş göstərməsi və Fərhad Əliyevdən fərqli olaraq, hakimiyyətə əfv üçün yalvarmamasıdır. 

“Əsil siyasətçi” obrazını bağıra-bağıra, kəskin ifadələr və qətiyyətli jestlərlə danışan birilərində görməyə alışqan olan, başqa standartlar tanımayan elektorat üçün bu keyfiyyətlər olduqca cəlbedicidir. 23 yaşlı məğlubiyyət tarixi onları alternativlərə həssas edib: başlarındakı liderlər də buna xüsusi müqavimət göstərmirlər. Onlar hesab edirlər ki, elektoratlarına ilham vermək üçün kənardan “legioner” gətirmək heç də pis iş deyil; onsuz da enində-sonunda, həmin adamları və ümumilikdə prosesi özləri idarə edəcəklər. Çünki iddialarına görə, “çox ağıllı və təcrübəlidirlər...”


İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib. Bir neçə ay sonra Azərbaycan siyasətinin ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq. Bəs sual olunur, Əli İnsanov 13 saylı “zon”dan hara gedəcək? Fərhad Əliyev kimi xaricəmi, yoxsa birbaşa ölkənin siyasət məkanına daxil olub, hakimiyyətə qarşı savaşmı açacaq? 
Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır - Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkir və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda, Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur...

Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur, lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. 

Əli İnsanov möhkəm və köhnə kişidir. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir. Cənab İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. 

“Əli İnsanov bir zamanlar təmsil olunduğu hakimiyyətdən vurulan köhnə komanda yoldaşlarını bir araya gətirə və onları müxalif düşərgə ilə əlaqələndirə bilər. Onun hətta imkanları var ki, indi xaricdə olan və müxalifətlə gizli əlaqələri bərpa edən Fərhad Əliyevlə də təmasa keçsin və danışıqlar aparsın. Əli İnsanovun müxalifət düşərgəsinə açıq keçidi burada vəziyyəti kökündən dəyişərdi. O, bir-biri ilə müharibə vəziyyətində olan AXCP və Müsavatı bir araya gətirə biləcək yeganə simadır. Əli müəllim müxalifətin vahid lideri ola biləcək bir şəxsiyyətdir”, deyə, onu yaxından tanıyan sabiqlərdən biri “Yeni Müsavat”a bildirib. O deyib ki, Əli İnsanov məhbus yoldaşlarına “...çıxan kimi bunlarla (hakimiyyətlə) savaşa başlayacam”, ifadəsini dəfələrlə, həm də yüksək səslə söyləyib... 
***
Müsavat başqanının müavini Elman Fəttahın məsələyə reaksiyası maraqlı oldu: “...Əli İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində Müsavat başqanının müavini Tofiq Yaqublu ilə birlikdə qalır. Çox yaxşı münasibətləri var. Tofiq bəy onun prinsipiallığını çox yüksək qiymətləndirir. Biz də bu fikirlərlə razıyıq. Hər şey İnsanov azadlığa çıxdıqdan sonra məlum olacaq. Çünki azad olunduqdan sonra onun hansı işlə məşğul olacağı məlum deyil. Müxalifət lideri olub-olmamaq kimi keyfiyyətlər yalnız siyasi fəaliyyətlə ortaya çıxan məsələlərdir. Azərbaycan siyasəti lider problemi yaşamır. Hər bir Azərbaycan vətəndaşı siyasi partiya qura bilər, yaxud digər qurumlarda təmsil oluna bilər. Bu məsələləri indidən qiymətləndirmək doğru olmaz. Əli İnsanova azadlıq arzulayırıq. Biz onu siyasi məhbus sayırıq. Digərləri kimi onun da fotosu Müsavatın qərargahdan asılıb”...
Politoloq Qabil Hüseynli ictimaiyyət arasında sabiq nazirin nüfuzunu duyduğunu söylədi: “İnsanovun siyasi reytinqinin yüksək olduğunu söyləmək olar. Amma yaş o yaş deyil. Bu yaşda siyasətlə məşğul olmaq Heydər Əliyev kimi şəxslərin işi idi. İnsanovda da Heydər Əliyev əzmi, iradəsi, siyasəti olacaqsa, o da cəmiyyət arasında ciddi simaya çevrilə bilər. Onun siyasi perspektivinə ümid bəsləmək olar”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub.(“Yeni Müsavat”)


Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA