“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev Moderator.az-a açıqlamasında ölkə mediasına yönəlik təzyiqlərə münasibət bildirib. A.Əliyevin sözlərinə görə, bu gün tənqidi media orqanlarının sayı azaldığı üçün təzyiqə məruz qalan KİV-lərin də sayı azdır:
“Müəyyən dar dairə var ki, onlar bağlanmaq təhlükə qarşısında qalıb və ya müəyyən təzyiqlərlər üzləşirlər. Onlar basqı altında qalıblar. Azadlıq Radiosu ilə bağlı problemlər yaşandı, bundan sonra “Meydan”nın üzərinə gedildi və s. Lakin məsələyə geniş aspektdən yanaşsaq deməliyik ki, əslində basqı altında saxlanılası elə çox media da yoxdur. Söhbət indiki şəraitdə tənqidi mediadan gedir. Hansı ki, bu media orqanları saytlarda cəmləşib. Bu saytların da vəziyyəti kifayət qədər ağırdır. Orada da cızıqdan bir qədər çıxmaq istəyənlərə müxtəlif təzyiqlər göstərilir. Bu təzyiqlər həm prokurorluğun timsalında, həm də maliyyə çətinlikəri timsalında qalır. Bu baxımdan mediaya göstərilən təzyiqin kəmiyyəti azalıb. Çünki təzyiq edilməsi gərəkən medianın dairəsi də azalıb”.
Seymur Əliyev