Məlum olduğu kimi, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari Azərbaycanın sabiq MTN rəhbəri Eldar Mahmudovun Səudiyyə Ərəbistanı və İsraillə əlaqələrinin araşdırılacağını bildirib. İran rəsmisinin sözlərinə görə, araşdırılacaq əsas məsələ bu əməkdaşlığın İranın maraqlarına ziyan verib-vermədiyi olacaq.
Maraqlıdır,
E.Mahmudov faktoru İranla Azərbaycan arasına növbəti gərginliyə səbəb ola bilərmi?
Mümkündürmü ki, E.Mahmudov İranın timsalında ölkəmizi daha bir problemlə baş-başa
qoysun?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə E.Mahmudov
erasının artıq başa çatdığını və bu mənada iki dövlət arasında münasibətlərin gərginləşməsi
üçün əsas olmadığını vurğulayıb:
“E.Mahmudov
məsələsi artıq qapanıb. O, vəzifədən uzaqlaşdırılıb. Hesab edirəm ki, E.Mahmudovun
Səudiyyə Ərəbistanı və İsraillə bütün mümkün əlaqələri və bu əlaqələrin İrana
verdiyi ehtimal edilən ziyanla bağlı hansısa fakt aşkarlanarsa belə, bu, İranla
Azərbaycan arasında gərginliyə səbəb olmayacaq. Çünki bütün bunlar artıq geridə
qalıb. Əgər bu təhlükə gələcəklə bağlı olsaydı, o zaman baş verənlərin iki dövlət
arasında gərginliyə səbəb olacağını iddia etmək olardı”.
Seymur
Əliyev