İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilməsi Rusiyadakı bəzi radikal qrupları hərəkətə gətirib. Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-i yəhudi mərkəzi elan edərək öz hesabatında bu qurumun rəhbəri, tanınmış iqtisdçı alim Vüqar Bayramovu öldürməyə səsləyib.
“Pleskov Slavik Qrupu”
elan edib ki, V.Bayramov Xəzər yəhudisidir və qrup üzvlərindən kimsə onunla yemək
yeyərsə, onun yeməyinə zəhər qatıb öldürməlidir.
Maraqlıdır, rus radikal
qrupunun ölüm təhdidi ilə əlaqədar olaraq V.Bayramov təhlükəsizliyinin təmin edilməsi
məqsədi ilə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcəkmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən CESD sədri Vüqar Bayramov hələlik gözləmə mövqeyi
tutacaqlarını, təhdidlərin davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlrına
müraciət edəcəklərini vurğulayıb:
“Əgər biz nəzərə alsaq
ki, həmin qrup Rusiyada radikal və millətçi qrup kimi tanınır, o zaman onların
rus və ingilis dilində yaydıqları hesabatda yer alan bu çağırışı kifayət qədər ciddi
hesab etmək olar. Söhbət Azərbaycan təşkilatını əhudi sistemi ilə əlaqələndirməkdən
gedir. Bildiyiniz kimi, bizim təşkilat regionda ən güclü beyin mərkəzi kimi
tanınır. Rusiyanın sözügedən radikal qrupu isə hesab edir ki, azərbaycanlılar
belə bir beyin mərkəzi yarada bilməz. Onların fikrincə, bunu yalnız yəhudilər
yarada bilər. Bu, yanlış bir qənaətdir və Azərbaycanın, onun vətəndaşlarının
intellektual səviyyəsini aşağılamaq deməkdir.
Biz indiki mərhələdə
proseslərin necə davam edəcəyini gözləyirik. Proseslərin sonrakı inkişafını izləyəcəyik.
Əgər sonrakı proseslər zamanı da bu cür çağırışlar davam edərsə, o zaman biz Azərbacan
dövlətindən, onun hüquq-mühafizə orqanlarından bizi müdafiə etmələri ilə bağlı
müraciət ünvanlayacayıq. Biz Azərbaycan vətəndaşlarıyıq və beyin mərkəzi olaraq
da Azərbaycanda fəaliyyət göstəririk. Əminik ki, Azərbaycan dövləti bu məsələdə
bizi tək qoymayacaq”.
Seymur Əliyev