“İnsanları şərləyib, həbs etmək doğru deyil” - İqbal Ağazadə
Oxunub: 1976
10 Feb 2016 | 12:26
“İnsanları şərləyib, həbs etmək doğru deyil”  - İqbal Ağazadə
Moderator.az Ümid Partiyasının sədri İqbal Ağazadənin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Bir neçə gənci özünüzə müavin təyin etdiniz...

- Gənclərə daim diqqət ayırmışam. Amma partiya quruculuğu kifayət qədər təcrübə tələb edir. Yeni gənc müavinlərimin də təcrübələri yüksəkdir. Ona görə də onlara etimad göstərildi. Yaxın günlərdə gənclərlə bağlı yeni təyinatlar olacaq. Gənclərin siyasətə gəlişi siyasətin rəngini dəyişəcək. Gənclik daha enerjilidir və zamanın tələblərinə uyğun addım atmaqda maraqlı olur.

Bu gün Azərbaycan gəncliyinin böyük kəsimi bizimlədir. Heç bir siyasi qurumda Ümiddə olan qədər gənc yoxdur. Amma təkcə gəncliyin səsinə ümid etmirik. Siyasət hakimiyyətə gəlmək üçün bir körpüdür. Heç kəs siyasi partiya ilə hakimiyyətə gəlmir. Partiya üzvləri dəstəklədikləri namizədlərin təbliğatını aparmaq, fikirlərini cəmiyyətə çatdırmaq üçün bir vasitədir. Əgər hakimiyyətə üzvlərimizlə gəlməyi düşünsək, gərək 2-3 milyon üzvümüz olsun. Amma min nəfərlik gerçək komandımız 2-3 milyon seçicinin səsini almağa kömək edər. Təbii ki, o komandanı qura bilsək... Ana xəttimiz budur ki, yeni nəsillə işləyəcəyik. Gərəkirsə, mən də postumdan gedəcəm və gənclərin yanında məsləhətçi olacam.

- 3 ay yarım bundan öncəki deputat İqbal Ağazadə ilə indiki İqbal Ağazadə arasındakı fərqli və oxşar cəhətlər nədən ibarətdir?

- Fərqlilik odur ki, bu gün başqa bir istiqamətdə təşkilatlanma forması ortaya qoymağa məcburuq. Bundan əvvəl komissiyalarda təmsil olunurduq, dövlətin komissiyalara ayırdığı vəsaitlər var idi. Gəlir mənbələrimiz tənzimlənirdi. 40-dan yuxarı dairədə 1500 nəfər komissiya üzvümüz var idi. Bir nəfər də MSK-da çalışırdı. Bunlar formalaşmış strukturlar idi. İndi tamam fərqli vəziyyətdir. Şəxsi düşüncəmdə, fəaliyyətimdə dünənki İqbal Ağazadə ilə indiki İqbal Ağazadə arasında heç bir fərq yoxdur. Dünən hansı mövqedə idimsə, indi də o mövqedəyəm. Siyasi fəaliyyətimi oturduğum kürsülər deyil, ağlım müəyyən edir. İstər həbsdə, istər Milli Məclisdə, istərsə də partiya sədrliyində olum, düşüncəm dəyişməyəcək. Qələbənin modelini, ölkəmizin demokratikləşməsini bunda görürük. Dünənki siyasi kursumuz bu gün də davam edir. Özümüz imtina etməyənə qədər o kurs dəyişməyəcək.

- İndi sizin üçün partiyanı idarə etmək daha rahat deyilmi?

- Mənim üçün vaxt və rahatlıq anlayışı yoxdur. Hazırda çətin olan bir məsələ var. Yenə də seçicilərim mənə müraciət edirlər. Problemlərini deyirlər, mən onları artıq həll edə bilmirəm. Qalan vəziyyət eynidir.

- Demək istəyirsiniz ki, hazırkı deputat Araz Əlizadə seçicilərlə maraqlanmır?

- Seçicilərim müraciət edirlər ki, filan problemlərimiz var, hara baxırsınız? Cavab verirəm ki, bağışlayın, millət vəkili deyiləm. Seçici qayıdıb deyir ki, axı biz sizə səs vermişik. Seçicilərim həm təəssüflənir, həm də təəccüblənirlər.

- İqbal bəy, iqtisadi böhran fonunda müxalifət yenə də təşkilatlana bilmədi. Bəlkə də mövcud vəziyyət birlik üçün bir şans idi. Amma olmadı...

- Müxalifətin bir araya gəlməsinin tərəfdarı deyiləm. Niyə tərəfdarı deyiləm? Bizi mübarizədən uzaqlaşdıran, təşkilatlanmağımızı bəzən əngəlləyən birləşəcəyimizə olan xülyamızdır. Ümid etmişik ki, güc olmasam, digəri ilə birləşib güc olaram. Hər kəs başını aşağı salıb partiyasını qurmalı, yaxud blokunu müəyyənləşdirməlidir. Bu xətlə də hakimiyyətə doğru getməlidir. Hazırda çox pis bir mühit yaranıb. Fərz edək ki, belə mühitlə müəyyən qüvvələr hakimiyyətə gəlir və daxildə bir-birilərini didirlər. Heç bir vəzifəsi olmayanlar belə belə pis münasibətdədirsə, görün hakimiyyətə gəlsələr nə vəziyyət yaranar. Bu baxımdan hər kəs komandasını müəyyən etməli, hakimiyyətə gəlməlidir. Funksional əməkdaşlıq ola bilər, amma birləşməmək daha yaxşıdır.

- Nəzərdə tutduğunuz komandanı formalaşdırmısınız?

- Bu istiqamətdə ciddi şəkildə çalışırıq. Yəqin ki, yaradacağıq.

- Hazırda “antiböhran koalisiyası”nda təmsil olunursunuz. Proses necə gedir?

- Bu, funksional əməkdaşlıqdır. Burada blok, məsuliyyət və öhdəlik yoxdur. Ölkənin bugünkü vəziyyətində funksional əməkdaşlığın yollarını arayırıq. Cəmiyyətin aktiv kəsimini bir yerə toplayıb, hakimiyyətə mesajlar vermək lazım gəlir.

- Bu qurum da qısamüddətli müxalif birliklərdən olacaq?

- Bu əməkdaşlıq uzunömürlü də ola bilər. ADP ilə uzun müddətdir funksional əməkdaşlıq edirik. Biz bunu öyrənməliyik ki, funksional əməkdaşlıqlar, hökmən dava ilə bitməli deyil.

- İqtisadi böhran zamanı hakimiyyətə ilk təkliflər paketini Ümid hazırladı. Ardınca isə digər qurumlar. Amma hakimiyyət məhəl qoymadı...

- Bu fikirlərlə razı deyiləm. Hakimiyyət bir bənddən başqa, bütün təkliflərimizi ya natamam, ya da özünə uyğun şəkildə yerinə yetirir. İctimai nəzarət dedik, buna uyğun Apelyasiya Şurası yaradıldı. Tikinti sektoru ilə bağlı təkliflərimiz oldu, hökumət bu istiqamətdə müəyyən addımlar atdı. Neft sektoru və digər sahələrlə bağlı hazırda üzərində çalışdıqları təkliflərimiz oldu. Onlar iddia edə bilərlər ki, heç kimin planından yararlanmayıblar. O zaman sadə bir sualım olacaq. Biz planlarımızı açıqlamayana qədər niyə bunları etmirdiniz? Müəlliflik iddiasında deyilik. Ölkəmizin çətin durumla üzləşməsini istəmirik. Amma hakimiyyət hələ də böhran olduğunu qəbul etmək istəmir. Qorxumuz ondadır ki, iqtisadi və siyasi böhran birləşə bilər. Bu zaman hökmən xaos yaranacaq. Ortalığa bu iki siyasi böhranın birləşməməsi modelini qoyduq. Siyasətdən başlayıb, iqtisadiyyatı idarə etmək lazımdır. Hakimiyyət əksini edir. Dünya iqtisadiyyatın siyasət üzərində hökmranlığına son qoyub. Artıq siyasəti pul müəyyən etmir. Siyasət iqtisadiyyat üzərində hökmranlıq edir. Hakimiyyət bunu etiraf etməkdən çəkinir. Siyasi məhbuslar azad olunmur, Qərblə münasibətlər qorxulu mərhələyə keçir. Sanksiyalar dönəmi başlasa, Azərbaycan üçün asan olmayacaq. İqtidar batan iqtisadiyyatı xilas etməyə çalışır. Atılan addımların həlli uzun zaman tələb edir. İş yerlərinin açılacağı deyilir. Hər kəs bilir ki, böhran zamanı bu mümkün deyil. “Üzən manat” məzənnəsinə keçildiyi deyilir, amma Mərkəzi Bank manatı nəzarətində saxlamağa çalışır.

Banklar ləğv olunur, zorla birləşdirmə halları olur. Bunlar səmərəsizdir. Neftin təsirində olan manat bazarda ya möhkəmlənər, ya da dəyərdən düşər. Valyutan bazarda möhkəmlənə bilmirsə, istiqraz nə qədər kömək edə bilər? Yersiz cəhdlər edilir. Elə yoxlamalar aparılır ki, mənə şəxsən gülməli gəlir. Deyirlər ki, möhtəkirlik edən filan qədər şəxs tutulub. Ayıbdır. Qiymət qaldırmağa görə kimisə həbs etmək faciədir. Qiyməti nə qədər qoymuşam, şəxsi işimdir. Kiminsə xoşuna gəlmirsə almasın. İnsanları şərləyib, həbs etmək doğru deyil. Hökumət gedən proseslərlə bağlı ciddi düşünməlidir. Hakimiyyətdəki müəyyən qruplar, şəxslər israrla prezidenti inandırmağa çalışırlar ki, tədbirlər paketi vəziyyəti normallaşdıracaq. Özlərini yaxşı etmək üçün belə paketlər hazırlayırlar. Bunların heç biri uğur gətirməyəcək. Məhkəmələr işləmədiyinə görə Apelyasiya Şurası yaradılıb. Hakimiyyətə sual verirəm ki, nə üçün 3-cü hakimiyyət işləmir? Paralel strukturlara heç bir ehtiyac yoxdur. Bir növ “ASAN Xidmət” modelidir. “ASAN Xidmət”də iqtidar müəyyən qədər uğur qazandı. Baxmayaraq ki, bu qurum qanunlarımıza ziddir. Çünki həmin strukturlar var. Niyə vəzifələrini yerinə yetirmirlər? O qurumlar üçün büdcədən saxlama xərcləri ayrılıb. Bu pullar hara gedir? Dövlət həm “ASAN Xidmət”ə, həm də paralel olan strukturlara vəsait xərcləyir. İndiyə qədər məhkəmələr barəsində dediklərimiz təsdiq olunub. Maliyyə naziri deyir ki, bundan sonra hər qəpiyin qiymətini biləcəyik. Sual olunur: niyə indiyə qədər hər qəpiyin qiymətini bilməmisiniz? Belə idarəçilik olmaz...

- İqbal bəy, müxalifətin gündəm yaratmaqda şou əhlinə belə uduzduğu mətbuatdan açıq görünür. Sizcə, ictimaiyyət, yoxsa müxalifət günahkardır?

- Müxalifət indiyə qədər olan siyasi prosesləri təhlil edərək, hakimiyyətin yanaşmasından ehtiyatlanaraq hadisələri təbii axarına buraxıb. Çalışırlar ki, kimsə nədəsə ittiham olunmasın. Müxalif qurum olaraq, gündəm yaratmaq barədə düşünmürük. Hesab edirik ki, seçici tərəfindən verdiyimiz mesajlar qəbul olunur. Siyasətimizi bunun üzərində qururuq. Siyasi sistemdə axsama var. Müxalifət bunu dəyişməlidir, amma gücü çatmır. İqtidar çalışır ki, siyasi gündəmi müxalifətin zəif tərəfləri ilə göstərə bilsin. İqtisadiyyatın siyasət üzərində hökmran olduğu vaxtlarda insanlar daha çox başqa məsələlərə meylli olurlar. Azərbaycan tipli ölkələrdə bu daha çox işə yarayır. Amma iqtisadi-siyasi böhran olduqda, siyasətə meyllənmələr artır. Azərbaycan seçicisinin “siyasət mənlik deyil” demək dövrü arxada qalıb. Bu tək müxalifətin günahı deyil. Dünyanın ən demokratik ölkələri belə bu vəziyyəti yaşayıblar. Azərbaycanda siyasətin hakim olacağı dövr başlayır.

- İqbal bəy, üçüncü devalvasiyanı gözləyirsizmi?

- Mütləq. Buna şübhə etmək mümkün deyil. Proqnozum budur ki, Novruz bayramı ərəfəsində üçüncü devalvasiya olacaq.

- Hökumət bunun qarşısını almaq üçün nə etməlidir?

- Hakimiyyət verdiyi qərarları yerinə yetirməli, “üzən manat” siyasətini davam etdirməlidir. Belə böhranlar zamanı əhali çörəkpulu qazanmağın yollarını aramalı, dövlət təşkilatçı rolunu oynamalıdır. Azərbaycan hakimiyyəti isə əksini edir. Özü nəsə etməyə çalışır.

***

Sonra keçid alırıq Türkiyə-Rusiya münasibətlərinə. “Azərbaycan iki qonşu dövlətdə yaranmış vəziyyətdə nə etməlidir” sualını İ.Ağazadə belə cavablandırdı:

- Azərbaycanın bu məsələlərdə yanlış siyasəti oldu. Vaxtilə elə Milli Məclisdə çıxışım zamanı da bildirmişəm ki, Ermənistanla Türkiyə əlaqələrini açmaq lazımdır, Türkiyə Cənubi Qafqaza girməlidir. Türkiyənin regionun lider dövləti olmasının vacibliyini demişəm. Hakimiyyət daxilindən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı basqılar oldu. Əgər Türkiyə Ermənistana girmiş olsaydı, indi Azərbaycan nə etməklə bağlı sual axtarmazdı. Bu sualı Ermənistan axtaracaqdır. Rusiya isə Türkiyəni regiondan çıxarmaq üçün yollar arayacaqdır. Bu mərhələdə edəcəyimiz heç nə yoxdur. Bu, Türkiyə-Rusiya savaşı deyil, region uğrunda mübarizənin növbəti mərhələsidir. Burada Türkiyə tək tərəf deyil. NATO bu məsələlərdə tərəfdir. Azərbaycan indiki şəraitdə Rusiyaya tərəf ola bilməz. Çünki Rusiyanın bizdən istəyəcəyi ilk şey anti-Türkiyə siyasəti olacaq. Azərbaycanda isə buna gedəcək hakimiyyət, xalq və müxalifət yoxdur. Hər kəs Türkiyənin yanındadır.

- Sizcə, bu gərgin münasibətlər hara qədər davam edəcək?

- Hamı III Dünya müharibəsindən danışır. Əslində qalsa, bu müharibə davam edir və çoxdan başlayıb. Məkan Yaxın Şərqdir. I və II dünya müharibəsini görənlər, yaxud eşidənlər hesab edirlər ki, müharibə hökmən kiminsə sərhədində olmalıdır. İndiki dövrdə böyük dövlətlər müharibələri öz ərazilərində aparmırlar. Türkiyə, Rusiya, NATO və ərəb ölkələri bu müharibənin içərisindədirlər. Bütün dünyanı bu müharibənin əhatə etməsi vacib deyil. Məgər II Dünya müharibəsi bütün dünyada gedirdi? Bu müharibə bitərsə, Rusiya-Türkiyə münasibətləri normallaşa bilər. Bunun bitməsi üçün də çox şərtlər lazımdır. Böyük dövlət gerçəkliyə söykənməyən iddialarından geri durmalıdırlar. Rusiya başa düşməlidir ki, onun dünyadakı yeri bu qədərdir. Dövlətləri zorla birliklərə qoşmaq olmaz. Təhdidlər bitəndə 3-cü dünya savaşı da bitəcək.

Nə zaman Türkiyə, Rusiya, NATO və ərəb ölkələri bir masa ətrafında Bəşər Əsədin getməsini müzakirə edəcəklər, yaxud sülhdən danışacaqlar, bax o zaman deyəcəyik ki, 3-cü dünya savaşı bitdi. Bu gün dünyada gerçəkdən bu savaş gedir. Bu savaşın I və ya II dünya müharibələrinə oxşaması şərt deyil. Ölənlər əvvəlkilərdən az deyil. Yad planetdən qoşulduqları zaman məgər bu müharibə başlamış sayılacaq? Kimsə gözləyir ki, müharibə Avropa sıçrayacaq, yanılır. Avropa öz içərisindən müharibələri çoxdan çıxararaq, təhlükəsizlik zolağı cızıb. Bu gün müharibəni Avropaya, Amerika ərazisinə keçirəcək güc yoxdur. Orada savaş başlayıbsa, orada da bitəcək.
Oxşar xəbərlər
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 22:06
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
27 Mar 2024 | 21:48
Moskvada ticarət mərkəzi bomba təhlükəsi səbəbindən boşaldılıb
27 Mar 2024 | 21:44
Xocalıda qalıqları tapılan şəhidin oğlu: “Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - VİDEO
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA