ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında ölkədəki mövcud maliyyə-iqtisdi böhrana görə bilavasitə cavabdehlik daşıyan şəxslərin adını açıqlayıb. S.Cəlaloğlunun sözlərinə görə, indiki durumda bu şəxslərin vəzifədən azad edilməsi və barələrində araşdırılma aparılması vacibdir:
“Bu gün ölkədə maliyyə-kredit
böhranı müşahidə edilir. Yaranmış mövcud vəziyyətə görə əsas məsuliyyəti Milli
Bankın sədri, vergilər naziri, maliyyə naziri və digər şəxslər daşıyır. Buna görə
də iqtisadi sektora rəhbərlik edən şəxslərin hamısı istefa verməli, onların bir
çoxunun baş verən proseslərdəki məsuliyyət payı araşdırılmalıdır. Həmçinin, maliyyə
naziri ilə bağlı da belə bir araşdırılma aparılmalıdır. Ölkənin maliyyə sistemi
bu vəziyyətə düşüb, ancaq bu şəxs yenə də özünü söz sahibi hesab edir, çıxıb
söz deyir. Bu, absurd və gülüncdür”.
Seymur Əliyev