Topal Teymurun elm yolunda səltənət taxtını qurban verən nəvəsi -LAYİHƏ
Oxunub: 4786
11 Feb 2016 | 13:37
Topal Teymurun elm yolunda səltənət taxtını qurban verən nəvəsi -LAYİHƏ
Moderator.az saytı “Bir əfsanəydi” layihəsi çərçivəsində bu dəfə tarixə baş vuracaq. XV əsrdə nəhəng Teymurilər dövlətini idarə edən, Əmir Teymurun ən sevimli nəvəsi olan Uluqbəyin elm yolunda səltənət taxtını qurban verməsindən danışıcağıq:

1449-cu il”¦ Qara buludlar Teymurun əsasını qoyduğu və öz adını verdiyi imperiyanın başının üstündən getməyə hələ ki, tələsmir”¦ Məhz bu buludların altında kimsəsiz Səmərqənd çöllərində bir atlı harasa dördnalla çapır. Sanki hər şey onun atının mənzil başına tez çatmasından asılıdır”¦ Doğurdan da belədir. O adam mənzil başına tez çatmasa, xilaskar rolunu oynamasa insanlar çox şeydən məhrum olacaqlar”¦

Bu atlı Əlin Quşçudur. Şərqin böyük riyaziyyatçı və  astronomlarından biri. Sonradan ona zəmanənin “ikinci Ptolemeyi” adını verəcəklər. Amma hələ ki, Əli Quşçudur. Və”¦ O, tələsməlidir. Bir zamanlar tələbəsi, sonra yaxın dostu və məsləkdaşı olan Teymur nəvəsi Uluqbəyin dünya elminə səs salacaq elmi irsini mütləq aradan çıxarıb Çinə aparmalıdır. Çünki vəziyyət durmadan qəlizləşirdi. Uşaq vaxtından tanıdığı şahzadə Uluqbəy hər zaman at oynatmaq, qılınc çapmaqdan yayınıb meyilini kitablara, dərslərə  salsa da zamanın gərdişindən qaça bilmədi. O, da bir tərəfi axsaq olan taxtda oturdu. Bir müddət riyazi hesablamalardan, astronomik proqnozlarından kənarda qaldı. Deyilənə görə, özünü dünyanın ağası hesab edən babası Teymur uşaq vaxtı Uluqbəydən nə istədiyini soruşur.  Sevimli nəvəsinə deyir ki, nə desən sənin üçün edəcəyəm. Bu zaman Uluqbəy ulduzları göstərək deyir: -Bax, mən onları istəyirəm”¦

Yalnız bir elm adamı başa düşə bilərdi ki, Uluqbəy  üçün elmdən ayrılıb şah olmaq, elə ulduzlardan ta taxta qədər yıxılmaq aşağılanmaq demək idi. Lakin bu “aşağılanma”nın  ömrü çox olmur. Uluqbəy oğlu namərd Əbdüllətifin “sayəsində”  aradan götürülür. O zaman taxtdan endirilən və oğlu Əbdüllətiflə üz-üzə gələn Uluqbəy ondan yeganə xahişini edir. Vaxtilə taxtda olan zaman böyük alim Qiyasəddin Cəmşid Kaşaninin səyi nəticəsində tikdirdiyi Uluqbəy rəsədxanasına getməyi və ömrünün sonuna qədər də elmlə məşğul olmasını xahiş edir. Əbdüllətif və şeyxlərdən ibarət olan divan bunu öncə qəbul edir. Uluqbəyin qarşısına şərt qoyurlar ki, əgər, Məkkəni ziyarət edib  “din”ə gəlsə, həmişəlik Səmərqənddəki rəsədxanasında yaşaya bilər. Uluqbəy razılaşır. Amma gecə divan yenidən çağırılır və artıq yolda olan Uluqbəyin ölümü üçün fitva verilir. Yolda olan alimə çatmaq üçün səlcuqlardan olan  Abbas adlı döyüşçünü görəvləndirlər və tapşırıq verirlər ki, Uluqbəyi haqlayıb onun başını gətirməlisən. Bu addım Abbasın ürəyindən olur. Səbəbi də bu idi ki, Uluqbəy vaxtilə onun qanunsuzluğa yol verən atasını öldürtdürmüşdü. Abbas cəmi iki yoldaşı ilə Məkkəyə gedən keçmiş əmiri  yolda yaxalayır, onlara çataraq deyir: 

- Əmir Əbdüllətifdən əmr var ki, siz edam olunasız. 

Söhbət elə bununla da bitir. Uluqbəy sözlərinin üstündə durmayan insanlardan aman istəmir. Və”¦ elə yoldaca edam olunur”¦ 

Həmin atlı da məhz bu edam xəbərini eşidəndən sonra Səmərqənddəki rəsədxanaya tələsən “ikinci Ptolemey”, Şərqin ən böyük astronomu sayılan Əli Quşçudur.. O, eşidir ki,  təzə əmir Səmərqənddəki rəsədxananı şeyxlərin fitvası ilə dağıtmaq istəyir. Çünki şeyxlər oranı dinsizlik yuvası adlandıraraq həmən yıxılmasını təklif edirlər. Rəsədxanada isə bir sıra elmləri tədris edən alimlər, tələbələr, elmin müxtəlif sahələrinə aid olan hücrələr, müxtəlif astronomiya  cihazları və s var idi. Əli Quşçu bilirdi ki, artıq rəsədxanadakı heyətin əksəriyyəti bundan xəbərdar olub, oranı tərk ediblər. Bir-iki sadiq şəxsdən başqa indi orada kimsə yoxdur. Lakin oradakı ən dəyərli nəsnələr isə Uluqbəyin yazdığı elmi əsərlərdir. Həm onları həm də  başqa dəyərli əsərləri bir kisəyə yığıb harasa getmək lazımdır. Artıq Heratda onu gözləyirdilər. 


- Əvvəlcə, bir az çörək ver, tələsik çıxdım və bir tikə çörək də özümlə  götürmədim”. - Rəsədxananın qapısını açan gözətçiyə Əli Quşçu ilk olaraq bunu deyir. O, çox gözəl bilir ki, sabah bu gözəl bina yerində olmayacaq. Heç olmasa bu binanın ruhunu xilas etmək lazımdır. Bütün dəyərli elmi irslərin yerini əzbər bildiyindən çox axtarışlar etmir. Sonradan dünyanın qəbul edəcəyi elmi yeniliklərlə dolu olan əsərləri özü ilə götürərək yol düşür.

Yolu isə çox uzundur. Vaxtilə Uluqbəyin onu elmi məqsədlə göndərdiyi və alimlərinin bir çoxunu tanıdığı məşhur Herat onu qəbul etmir. Onlar bunu özləri üçün siyasi təhlükə hesab edirlər. Məcbur qalıb dünyanın axırına- Çinə gedir”¦ Amma atının tərkində olan kisəyə zərrə qədər də ziyan gətirmir. Onu göz bəbəyi kimi qoruyur.  Çində sakitliyin bərqərar olduğunu görəndən sonra Osmanlıya üz tutur. İstanbul sonradan həm onun həm də çiynində ruhunu zəkasını daşıdığı böyük alim Uluqbəyin parlayacağı yer olacaqdı.


Uluqbəy rəsədxanası...Alimin sirli hesabları...

Aradan əsrlər, qərinələr keçir. Dünyadan çox hökmdarlar keçir, çox əmirlər edam olunur amma Uluqbəyin adı bir alim kimi hər zaman diri qalır.  Hətta XX əsrin əvvəllərinə qədər...

1908-ci ildə rus arxeoloqu Vyatkin Səmərqənd ətrafında arxeoloji qazıntılar aparır. Arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Sonda torpaq idarəsinin arxivinə də gedir. Bir neçə ay orada çalışır. Gərgin axtarışdan sonra XVII əsrə aid bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Müəyyən olunur ki, həmin sahə Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsində yerləşir. Beləliklə, Vyatkin rəsədxananın harada olduğunu təxminən müəyyən edir. Səhəri həmin sahəyə gəlir. Tələsmədən təpəyə qalxır. Ətrafı seyr edir. Aşağıda dayanmış dehqanlar ona yaxınlaşır və deyir:

- Bura müqəddəs yerdir, buranı qazmaq olmaz. Burada məzar var!

- Axı məzar bütün təpəni tuta bilməz!

- Çox-çox əvvəl burada Uluqbəyin rəsədxanası olub.

- Bax, mən o rəsədxananı axtarıram...

Qoca dehqanlar şübhə ilə başlarını bulayır. Bir-birilərinə deyirlər. Biz də elə bilirik ki, bu rus balası dəfinə axtarır...

Rəsədxanada qazıntı işinə bir də 1941-ci ildə II Cahan müharibəsinə az qalmış başlanır. Lakin iyunun 22-də qazıntı işi dayandırılır. 1948-ci ildə iş yenidən bərpa olunur. Sonuncu qazıntı işləri Uluqbəy rəsədxanasını yenidən qurmağa əsas və imkan verir.

Səmərqəndin dörd tərəfindən də aydın görünən təpənin üstündə girdə, tənha və sirli bir bina ucaldılır. Damında çoxda böyük olmayan cihazlar yerləşdirilir. Mərkəzində Vyatkinin tapdığı kvadrat möhkəmləndirilir. Kvadratın bir ucu yerin altında, o biri ucu binanın çölünə çıxarılır. Onun hər iki tərəfində ulduzları və günəşi müşahidə etmək, nəzəri işlər görmək üçün müxtəlif binalar tikilir.

Rəsədxananın içəri divarları şəkillərlə, sxemlərlə bəzədilir. Şəkil və sxemlərdə yeddi qübbə, doqquz səma, yeddi planet, ulduzlar və iqlim qurşaqlarına ayrılmış Yer kürəsi göstərilir. Orada həm də zəngin kitabxana yaradılır. Çünki rəsədxana təkcə müşahidə yeri olmamışdı. Orada dövrün ən bilikli adamları - riyaziyyatçılar, filosoflar çalışmışdır. Təbii ki, rəsədxanada rəmmallar da çalışıb. Çünki o dövrdə rəmmallıq astronomiya və riyaziyyata nisbətən daha nüfuzlu elm olub. Belə ki, riyaziyyat və astronomiya rəmmallığa xidmət edən tətbiqi elmlərdi. Onu da qeyd edək ki, Ulduz cədvəli kitabı beş hissədən ibarətdir. O beş hissənin ikisi rəmmallığa - ulduzlara görə insan taleyindən xəbər verilməsinə həsr olunub...

... Sonda belə qənaətə gəlmək olar ki. Uluqbəylə aparılan mübarizədə İslam təəssübkeşləri məğlub olub. Düzdü, aparılan mübarizədə rəsədxana dağıdılır, bir hökmdar kimi Uluqbəy qətlə yetirilir. Lakin Uluqbəy ömrü yazdığı əsərlərində yaşayır. Adı, şöhrəti uzaq-yaxın ölkələrə yayılır, tarixin yaddaşında əbədiləşir. Onu da qeyd edək ki, Uluqbəyin üstündə Teymuri adı vardı. Ancaq arxeoloq Vyatkini Səmərqəndə - Kuhək təpəsinə gətirən bu səcərə deyildi. Bir alimin şöhrət tacı- əsərləri idi.

Arxeoloq Vyatkin ömrünün bir neçə ilini rəsədxananın tapılmasına və bərpasına sərf edir. Sübut etmək istəyir ki, XV əsrdə Səmərqənd dünyanın əsas elmi mərkəzlərindən biri olub. Bu həqiqət  1941-ci ilin iyun ayında II Cahan müharibəsinin başlanmasına beş gün qalmış bir sıra alim, həkim, kriminalist və tarixçini Guri-Əmir məqbərəsinə gətirir. Orada, bir məzarın sinə daşında oxunur: “ Bu nurlu qəbir ... hökmdarın sonuncu rahat yeridir. Cismi bura yendirməklə cənnət bağlarına səfa gətirmiş , behişt sakinlərinin gülşəninə səadət bəxş etmişdir. O həm də dünyaya və dinə kömək edən istəkli sultan, savadlı xəlifə sultan Uluqbəydir - Allah onun qəbrini nurla doldursun... Onun oğlu ona qarşı haqsızlıq etmiş və atasının boynunu xəncərlə vurdurmuşdur. O, hicri 853-cü ildə Ramazan ayının 10-da əzab-əziyyətlə ölmüşdür”.

Uluqbəyin əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verdi. Onun Avropada görkəmli bir astronom kimi tanınmasını 1648-ci ildə məşhur astronom Yan Hevel tərəfindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər bir daha sübut edir. Adı çəkilən kataloqda dünyanın məşhur astronomlarının rəsmləri təsvir edilmiş qravüra var. Həmin məşhur astronomlar arasında Uluqbəy də var.

Uluqbəyin astronom kimi əldə etdiyi uğurlar Avropada ona böyük şöhrət qazandırdı. 1830-cu ildə onun adının əbədiləşdirilməsi qərara alındı. Böyük alman astronomu, Uluqbəyi özünə ustad hesab edən Iohann Henrix fon Medler Ayda kəşf etdiyi krateri Uluqbəyin adı ilə adlandırdı. Uluqbəyin əsərləri dəfələrlə Avropada nəşr olunub və indinin özündə belə, Avropa astronomları onu hörmətlə yad etməkdədirlər.

Uluqbəy böyük astronom olmaqla yanaşı, həm də mahir riyaziyyatçı idi. O, dərslik kimi istifadə edilən triqonometrik əsərlərin müəllifidir. 

Uluqbəyin xidmətlərindən biri də çoxsaylı kitabxanalar inşa etdirməsidir. O, bu kitabxanalara Çindən, Hindistandan, Ərəbistandan və digər yerlərdən çoxlu sayda elmi kitablar gətirtmiş, orada işləmək üçün ən məşhur alimləri ölkəsinə dəvət etmişdi.

Uluqbəyin sarayında çalışanlar içərisində Anadolunun müxtəlif yerlərindən, o cümlədən İstanbuldan da çoxlu sayda elm adamları, memarlar, incəsənət nümayəndələri vardı.

Uluqbəy tarixə türk-islam dünyasının, eləcə də bütün dünyanın ən məşhur astronomu, elm və dövlət xadimi kimi düşmüşdür. Onun adı doğman vətəni Özbəkistanda əbədiləşdirilib və hər il doğum və ölüm günü xüsusi mərasimlərlə qeyd edilməkdədir.

Elmin NURİ

Oxşar xəbərlər
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”