Ağstafanın icra başçısına açıq məktub - İLGİNC FAKTLAR
Oxunub: 5516
11 Feb 2016 | 17:41
Ağstafanın icra başçısına açıq məktub
 - İLGİNC FAKTLAR
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyevə açıq məktub

Hörmətli Məhərrəm müəllim, müstəqillik illərində Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri yüksələn xətt üzrə həyata keçirilir. Ötən dövr ərzində başqa rayonlarda olduğu kimi Ağstafa rayonunda da bir sıra gözəçarpan abadlıq işləri görülüb. Lakin biz bu açıq məktubumuzda Ağstafa rayonundakı  bir sıra neqativ halları sizin nəzərinizə çatdırmaq niyyətindəyik. 

Azərbaycan Respublikasının prezidenti ayrı-ayrı çıxışlarında dəfələrlə vurğulayıb ki, rəhbər işçilər, məmurlar öz işgüzarlıqlarını, güclərini xalqa xidmətdə göstərməlidirlər. Prezident İlham Əliyev bir sıra məqamlarda onu da vurğulayıb ki, mətbuat orqanları mövcud neqativ hallara qarşı barışmaz olmalı və buna qarşı operativ reaksiya verməlidi. Bu baxımdan Ağstafa rayonunda  uzun illərdən bəri baş vermiş ciddi hadisələri sizin nəzərinizə çatdırmağı özümüzə borc bilirik. Açıq deyək ki, respublikamızın digər rayonları ilə müqayisədə Ağstafa bələdiyyələrinin fəaliyyəti iflic vəziyyətindədir.

Hazırda respublikada 1609 bələdiyyə mövcuddur. Bu baxımdan Ağstafa yeganə rayondur ki, burada bir nəfər də olsun qadın bələdiyyə sədri yoxdur. Və yaxud bələdiyyə üzvlüyünə seçilən qadınların bələdiyyə işində fəaliyyətləri yox dərəcəsindədir. Rayon bələdiyyələrində bələdiyyə iclasları demək olar ki, keçirilmir. İclasların formal  keçirilməsi tərtib olunmuş protokollarda da aydın görünür. Rayondakı ayrı-ayrı bələdiyyələrin  protokollarını nəzərdən keçirsəniz görərsiniz ki, onların hamısı bir boyda, bir biçimdədir.

Respublika prezidenti ötən ili kənd təsərrüfatı ili elan edib. Bu il də rayonlarda torpaqlara daha çox qayğı göstərilməli, əkin sahələri, eləcə də kənd təsərrüfatında həyata keçirilə biləcək işlərin miqyası genişləndirilməlidir. Lakin təkcə Dağ Kəsəmən kənd əhalisinə məxsus pay torpaqlarının qeyri-qanuni yolla alınıb başqa təyinat üzrə istifadə olunması qanunazidd hərəkətdir. Daha doğrusu, Azərbaycan Respublikasının qanunlarında birmənalı olaraq göstərilir ki, əhaliyə ayrılmış pay torpaqları ancaq və ancaq kənd təsərrüfatı məhsullarının istehsalına yönləndirilməlidir. Lakin Ağstafa rayonunda buna məhəl qoyulmayıb, həmin torpaqlar əhalidən ucuz qiymətə alınıb və bir sotu təxminən 3-4 min manata ayrı-ayrı şəxslərə həyətyanı sahə kimi satılıb. Hazırda Ağstafa-Dağ Kəsəmən arasında 20 hektardan çox torpaq sahəsi bu metodla öz təyinatından kənarlaşdırılıb. Çox acınacaqlı haldır ki, Canpolad adlı (bu, bəlkə də onun ləqəbidir)  bir nəfərin əli ilə kimə gəldi satılan bu torpaqlara ev tikdirmək üçün heç bir rəsmi sənəd verilməyib. Ev tikdirənlərə əllərində rəsmi sənədi olmadığı halda rayon icra hakimiyyətinin memarı tərəfindən bəzi hallarda icazə sənədi verilib. Bu yerdə onu qeyd edək ki, əgər rəsmi sənədlər mövcud olubsa,  torpaqlar satılıbsa, rayon rəhbəri olaraq siz  bütün bunlardan xəbərsiz ola bilməzsiniz. Və yaxud  bu sənədlər olmayıbsa,  yüzlərlə vətəndaş  pay torpaqlarında qeyri-qanuni mənzil  tikibsə, bu halda da rayon rəhbərliyi buna göz  yuma bilməzdi. Təkcə onu qeyd edək ki, sizin başçılıq etdiyiniz rayon icra hakimiyyətində ərazi idarəetmə orqanları ilə iş  şöbəsinin müdiri Şaiq Qurbanovun şəxsi  villası  da qeyri-qanuni olaraq pay torpağında tikilib. Bir daha qeyd edirik ki, pay torpağında yalnız yardımçı təsərrüfat  tikililəri  ola  bilər. Ancaq Şaiq Qurbanovun heç bir qanuna məhəl qoymadan Poylu yolunun üstündə özbaşına tikdirdiyi villasını necə olub ki, siz  görməmisiniz?


Qırlı bələdiyyəsinin sədri Nəsrəddin Məmmədov barədə 2015-ci ildə ciddi bir yazı  çap olunmuşdu. Bələdiyyə sakinlərinin şikayət ərizəsinə istinadən yazılan həmin yazıda  içki düşkünü olduğu qeyd edilib, bələdiyyə sahəsində yarıtmaz  fəaliyyəti tənqid olunub. Söz yox ki, bu yerdə deyə bilərsiniz ki, bələdiyyə müstəqil qurumdu, onun öz işi var, icra hakimiyyətinin tabeçiliyində deyil. Bu, doğrudur. Amma təəssüf ki, icra hakimiyyətinin tabeçiliyində olmayan bələdiyyələrə məhz  sizin   rəhbərlik etdiyiniz  qurumun səlahiyyətli şəxsi Şaiq Qurbanov göstəriş verir. 

Ağstafada analoqu olmayan bir məsələ də var. 2014-cü ilin dekabrında bələdiyyə seçkisi zamanı  seçkidə iştirak etməyən, MSK-da qeydiyyatda olmayan Azad Mehdiyev necə olub ki, Poylu qəsəbə bələdiyyəsinin sədri vəzifəsini icra edir, cibində bələdiyyənin möhürünü gəzdirir?  Ceyrançöldə  dislokasiya olunmuş “N” saylı hərbi hissədə vəzifə daşıyan Azad Mehdiyevi qəsəbə bələdiyyəsinə kim  təyin edib? Axı, bələdiyyə sakinləri onu elə də tanımırlar. Əslən Tərtər rayonundan olan bu şəxsin nə bələdiyyə işindən  xəbəri var, nə də bələdiyyə seçkisindən. Yeri gəlmişkən onu da qeyd edək ki, həmin qəsəbənin icra nümayəndəsi Rüstəm Quliyev də əslən Ağdam rayonundandır.

Biz bu yazıda insanların hansı bölgədən olmasını önə çəkmirik. Lakin onu qeyd etmək istəyirik ki, bir qəsəbədə yerli əhalinin taleyi yerli problemləri bilməyən kənardan gəlmiş şəxslərə tapşırılır. Elə bunun da nəticəsidir ki, hər iki möhür gəzdirən şəxs qəsəbədə bildikləri kimi hərəkət edir, yerli  problemlərin həll olunmasında heç bir iş görmür, "burda mənəm, Bağdadda kor xəlifə" iddiası ilə bütün qanunlara zidd olaraq torpaq alveri ilə məşğuldurlar. Məhz bu cür bələdiyyə sədrinin qanunsuz hərəkətləri ucbatından Poylu qəsəbə sakinlərinin işləri düyünə düşüb.

Hazırda Poylu qəsəbəsində  pay torpaqları ərazisindən "yol çəkilir" adı ilə iş başlanılıb. Bu görüləcək yol təmirinin nəticəsində Sərdar Aslanovun, Şükür Allahverdiyevin pay torpaqlarının bir hissəsi zəbt edilir. Sakinlərin verdiyi məlumata görə bu işdə də bələdiyyə  sədrinin, icra nümayəndəsinin, eləcə də ərazi idarəetmə şöbəsinin müdiri Şaiq Qurbanovun əli var. Yolu öz yatağından yox, pay torpaqları ərazisindən keçirməklə bu şəxslər öz bazarları üçün münbit şərait yaradırlar.

Problem təkcə bu olsaydı dərd yarı idi. Qeyri-qanuni fəaliyyət göstərən Azad Mehdiyevin bu cür işlərə başı o qədər qarışıb ki, sakinlərin şikayətini dinləməyə də  vaxt tapa bilmir.  Poylu qəsəbəsində 26 nəfər pay torpaq sahibi bu gün öz  torpaqlarını əkib-becərmək imkanında deyil. Kim harda gəldi, necə oldu boş torpaq sahəsi tapıb əkməyə can atır. Ərizanova Sevinc Şahqulu qızı Poylu qəsəbəsində yaşayır. Onu da qeyd edək ki, atası Şahqulu Ərizanov  Ağstafa rayonunda tanınmış şəxslərdən biri olub. O, əmək qəhrəmanı kimi şərəfli ad daşıyıb. Amma bu gün acınacaqlı haldır ki, əmək qəhrəmanının qızı Sevinc xanım uzun müddətdir ki, pay torpağından istifadə edə bilmir. Sevinc xanımın adına 10 sot pay  torpağı, anası Şamama xanımın isə 17 sot torpaq sahəsi var. Hazırda bu xanımların əlində islahat komissiyasının 33 nömrəli sənədi ola-ola onların pay torpağını Hüseynov Məsi İbrahim oğlu zəbt edib. Hüseynov Məsinin pay torpağı isə Dövlət Aktında 52 nömrəsi ilə qeydə alınıb. Ancaq nədənsə Məsi Hüseynovun  torpağını qardaşı Knyaz Hüseynov əkib-becərir. Bütün bu olaylar haqqında şikayətçilər  dəfələrlə icra hakimiyyətində olmalarına  baxmayaraq hələ də bir nəticəsi yoxdu.

Şikayətçilərlə  söhbət zamanı o da bəlli oldu ki, bu adamlar dəfələrlə icra hakimiyyətinə müraciət etmək istəsələr də, onları yarı yoldan qaytarıblar. Hər dəfə də söz verilib ki, sizin məsələniz  müsbət həll olunacaq. Lakin  məsələlər acı bağırsaq kimi bu  günə qədər uzanır. İş o yerə çatıb ki, əmək qəhrəmanının  qızı Sevinc Ərizanova özünü yandıraraq intihar edəcəyini açıq-aşkar  söyləyir.

Hörmətli Məhərrəm müəllim,  dünyada iqtisadi böhran son dərəcə gərginləşib. Bu  böhran  bizim respublikamızdan da yan keçməyib. Məhz buna görə də hər bir azərbaycanlı bu böhrandan çıxmaq üçün yollar aramalıdır. Azərbaycanın prezidenti İlham Əliyevin də məmurlardan haqlı tələbi budur. İndi torpağa üz  çevirmək vaxtıdı. Torpağın sahibi bölgədə yaşayan əhalidi.  Bələdiyyələrin mülkiyyətində olan  torpaqlar da var. Bu gün bələdiyyələrə etibar edilməlidir, onların fəaliyyətinə maneçilik törətmək vətənə xəyanət etməyə  bərabərdir. Bələdiyyə seçkisində şəffaflıq  nə qədər təmin olunarsa, xalq üçün bir o qədər  yaxşı olar. Bu gün Ağstafa bələdiyyələri ələbaxımlılığa öyrəniblər, müstəqil fəaliyyət göstərə bilmirlər, öz layihələrini həyata keçirməkdə acizdirlər. Məhz bu səbəbdən də bələdiyyə  torpaqları, eləcə də sakinlərə məxsus  pay torpaqları necə gəldi istifadə olunur, yaxud da istifadəsiz qalır.  Bələdiyyələr barədə olan qanunlara Ağstafa rayonunda məhəl qoyulmur. Halbuki prezident İlham Əliyevin çıxışlarında aydın şəkildə vurğulanır ki, torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməlidi. Amma Ağstafada  100 hektarlarla torpaq  təyinatından kənarlaşdırılıb, ayrı-ayrı şəxslərin əlinə keçib. Biz ümidvarıq ki, prezidentin tələbinə Ağstafa rayonunda da əməl olunacaq, bələdiyyələrə sərbəstlik veriləcək, onlara yerli problemlərin həll olunmasında kömək  göstəriləcək və bələdiyyə torpaqlarının, eləcə də sakinlərə məxsus pay torpaqlarının talanına son qoyulacaq. Ağstafa bələdiyyələrinin respublika bələdiyyələri sırasında nüfuzu artacaq,  həmçinin bələdiyyələrlə sakinlər arasında əlaqələr  genişlənəcək.

Cümşüd  İSGƏNDƏR  
Oxşar xəbərlər
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb