Milli Məclisdəki komitələrdən biri uşaqların psixologiyasını zorakılıqdan bəhs edən informasiyaların doğuracağı mümkün fəsadlardan qorumaq üçün qanun hazırlayır. Qanunuşaqları bucürinformasiyalardantəcridetməyinəzərdə tutur.
Maraqlıdır, bu gün bağça və orta məktəblərdən tutmuş ictimai həyatın bütün sahələrində baş alıb gedən rüşvət uşaq psixologiyasına vurulan ən böyük zərbə deyilmi? Uşaq psixologiyasını zorakılıqdan bəhs edən informasiyaların mümkün fəsadlarından qorumazdan öncə, uşaq psixologiyasına bundan min dəfə çox ziyan vuran rüşvət və s. kimi digər problemlərin əməli həllinə diqqət yetirilmək daha məntiqli deyilmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı məlum problemin həlli üçün öncə ailələrin sosial rifahının yüksəldilməsinin vacib olduğunu bildirib:
“Uşaqların psixikasını zorakılıqdan qorumağın ən əsas yolu (gənc) ailələrin sosial problemlərinin həllinə dövlərin dəstəyidir. Bu gün Bakıda 23 yaşlı gənc ata intihar edib. Gedərkən oğlunu öpərək həyat yoldaşına deyib: "Onu sənə tapşırıram!". Onun yaxınları səbəb kimi ailənin iqtisadi durununu pis olmasını göstəriblər. Bu səbəbdən ailələrdə münaqişələrin sayı durmadan artır. Kimi boşanır, kimi qoyur gedir, kimi intihar edir. Əgər ailədə belə ittihamlar, zorakılqlar varsa, o zaman uşaqları kimdən qorumalıyıq? Əlbəttə, qanunun qəbul olunması yaxşıdır. Ancaq bu qanuna necə əməl olunacaq? İllərdir uşaqlara dövlət qayğısından danışırıq. Əmək fəaliyyətimin böyük bir hissəsi uşaqların təlim-tərbiyəsi, psixoloji problemlərinin həllinə sərf olunub. Uzun müddətdir bu işlə məşğulam. Əmin olduğum bir şey var. Uşaqların psixoloji müdafiəsi ailədən başlanmalıdır. Onlar özünü ailədə təhlükəsiz hiss etməlidirlər. Bu müdafiə cəmiyətdə, ictimai müəssisələrdə ciddi qanunlarla tənzimlənməlidir. Əgər mümkünsə, xeyirli olsun!”
Seymur Əliyev