“Dövlət məmurların xaricdəki sərvətinə əl qoymalıdır”
Oxunub: 4879
12 Feb 2016 | 13:27
“Dövlət məmurların xaricdəki sərvətinə əl qoymalıdır”

Sərdar Cəlaloğlu: “Azərbaycanda aqrosənaye sahəsi demək olar ki, sıfırlanıb”

 

ADP sədri Sərdar Cəlaloğlu ölkə gündəmi ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 

-Sərdar bəy, son günlər ölkə başçısı harınlamış məmurlar və məmur övladlarının ünvanına ciddi xəbərdarlıq səsləndirməkdədir. Sizcə bu xəbərdarlıqların əməli nəticəsi olacaqmı?

 

-Azərbaycan qanunvericiliyində məmur uşaqları ilə bağlı hər hansı qanun yoxdur. Qanun hamı üçündür. Bu baxmdan prezidentin məmur  övladları ilə bağlı hansısa sərəncam verməsinə ehtiyac yoxdur. Kimsə qanunu pozursa, qanun qarşısında cavabdehdir. Bu baxımdan qanunçuluğun sözsüz və net şəkildə yerinə yetirilməsi ilə bağlı prezident müəyyən göstərişlər verə bilər ki, bu zaman söhbət kiminsə övladından getmir. Amma Azərbaycan reallığı budur ki, ölkədə Roma hüququna, təsərrüfat hüququna bənzər bir vəziyyət formalaşıb. Yəni kimin pulu var, o, qanundan yuxarıdır. Kimin pulu yoxdur, o, qanundan aşağıdır. Bu gün Azərbaycanda belə bir prinsip mövcuddur. Bunu isə sərəncam vasitəsi ilə həll etmək mümkün deyil. Əslinə baxsaq, biz bu gün bir suala cavab verməliyik. Nə üçün Azərbaycan dövlətini təmsil edən insanların övladları bu cür cinayətkar davranışlara malikdirlər? Onlar niyə qanunazidd fəaliyyətlərlə məşğuldurlar? Öncə bu suala cavab verilməlidir.

 

-Sizcə bunun səbəbi nədir?

 

-Otta Şpenqlerin məşhur bir sözü var. O, deyir ki, pul necə qazanılırsa, o cürə də xərclənir. Oğru heç vaxt öz pulunu xeyirxah işlərə, haqq işinə sərf etməz. Kapitalizmin ilkin dövrlərində vəhşi kapital yığımı var idi. Oğurluq, cinayət yolu ilə kapital əldə edirdilər. Həmin kapital isə daha sonra yeni müharibələrin başladılmasına sərf olunurdu. Bu baxımdan, əslinə baxanda məmur övladlarının qanunu pozmasının yeganə səbəbi onların atalarının əldə etdiyi gəlirlərin qeyri-qanuni olması ilə bağlıdır. Pul qeyri-qanuni qazanıldığı üçün həmin şəxsləri qeyri-qanuni fəaliyyətə sövq edir. Biz məmur və məmur övladlarının qanunsuz hərəkətlərini önləmək üçün rüşvət və korrupsiyanın qarşısnı almalıyıq. Yəni problemin həllinə məhz burdan başlamalıyıq. Necə ki, ata korrupsiya ilə məşğuldur, onun övladından qanuna hörmət, qanun çərçivəsində yaşamağı gözləmək gülüncdür. Gərək gəlirlər qanuni ola ki, onun xərclənməsi də qanuni müstəvidə reallaşa.

 

-Maliyyə amnistiyası ilə bağlı məsələ bir neçə dəfə gündəmə gəlsə də, qəbul edilməyib. Sizcə maliyyə amnistiyasının elan edilməsinə ehtiyac varmı?

 

- Qeyri-şərtsiz maliyyə amnistiyası verilə bilməz. Qeyd-şərtsiz amnistiya sovet dönəmindən müstəqillik dövrünə keçən zaman verilə bilərdi. Çünki ölkədə siyasi rejim dəyişilirdi. Amma neçə illərdir ki, ölkəmizdə bəlli bir konstitusiya və qanunvericilik var. Oğrular, korrupsionerlər isə bu konstitusiya və qanunları poza-poza böyük pullar yığıblar. İndi biz durub desək ki, maliyyə amnistiyası veririk və həmin şəxslər məsuliyyətdən uzaqdır, o zaman adamdan soruşarlar ki, eyni qanunsuzluğa yol verən başqalarını niyə həbs eləmisiniz? Necə ola bilər ki, oğurluqla pul yığanlar indi birdən-birə cəmiyyətin ən hörmətli adamına çevrilsin?

Maliyyə amnistiyaları adətən keçid dövrlərində verilir. Yəni bəlli bir yeniliklər olmur, köhnə nizam isə dağılır. Maliyyə amnistiyaları belə situasiyalarda elan edilir ki, kimin nəyi varsa çıxarıb ortaya qoysun, yeni bir həyatın başlanmasına töhfə versin. Vəhşi kapitalizmdən bazar iqtisadiyyatına keçid zamanı da belə oldu. Lakin bazar iqtisdiyyatna keçəndən sonra bir qəpik oğurluq edənin mülkiyyəti əlindən alınıb, özü də həbsə atılıb. Yəni oğurluq edən qanun qarşısında cavab verib. Əgər biz indi maliyyə amnistiyası elan etsək bildirməliyik ki, yeni keçid dövrünə qədəm qoyuruq. Halbuki, heç bir yeni sistemə keçid yoxdur. Buna görə də hesab edirəm ki, maliyyə amnistiyası vermək olmaz. Əksinə, dövlət büdcəsindən oğurlanmış pulların geriyə qaytarılması üçün dövlət xüsusi rekvizisiya siyasəti həyata keçirməlidir. Həm vətəndaşların, həm də dövlət vəsaitini mənimsəmiş şəxslərin əmlakını, maliyyə vəsaitlərini dövlət geri qaytarmalıdır.

Azərbaycan dünya dövlətlərinə müraciət etməlidir. Xarici banklarda hansı azərbaycanlı məmurun külli miqdarda əmlakı, pulu varsa, bunların hamısını Azərbaycan dövləti geriyə qaytarmalıdır. Bugünlərdə 20 milyon dollara bir azərbaycanlının villalar aldığı ilə bağlı xəbərlər yayıldı. Həmin villara, pullar egri qaytarılmalıdır. Həmin müəssisərləin pulu Azərbaycana qaytarılmalıdır. Çünki bunlar Azərbaycandan oğurlanıb. Hansı məmur əmək haqqı hesabına 20 milyon pul yığa bilər? əgər Azərbaycan hökuməti vəziyyətdən çıxmaq istəyirsə, oğurlanmış, xaricə qaçırılmış əmlakı geri qaytarmaq üçün dövlət siyasəti həyata keçirməlidir.

 

-Bunun üçün konkret hansı addımlar atılmalıdır?

 

-Bu əmlakların olduğu ölkələrlə hüquqi müqavilələr bağlanmalıdır. Məhkəmələr, prokurorlar bu məsələni araşdırmalıdır. Onlar sübut etməlidirlər ki, bunlar oğurluq pullar hesabına alınıb və həmin pullar qaytarılmalıdır. Bugünlərdə keçirilən yoxlamalar göstərdi ki, bütün icra hakimiyyətlərində, 300-ə qədər bələdiyyədə, digər müəssisələrdə korrupsiya var. Əgər bu təftişlər nəticəsində korrupsiyaya yol verən şəxslərin xaricdə də hesabı varsa, o zaman bu pulların qaytarılması istiqamətində dərhal hüquqi addımlar atılmalıdır. Həmin şəxsin, onun uşağının və ya həyat yoldaşının adında olan pullar geri qaytarılmalıdır. Bu yolla büdcəyə milyard manatlarla vəsait qaytarmaq mümkündür. Biz bu pulları qaytarmasaq, onsuz da o pullar batacaq. Çünki həmin korrupsionerlər o pulları xərcləyə bilməyəcək. Çünki ABŞ da, Avropa da bilir ki, bu pullar oğurluq pullardır. Həmin şəxslər bu pulları çıxarda bilməyəcək. Bir tək dövlətin imkanı var ki, həmin şəxslərin özünün razılığı ilə o əmlakları geri alsın. Amnistiya bu şərtlə verilə bilər ki, həmin şəəslər əmlaklarınlı, pullarını dövlətə qaytarsın və  əvəzində məsuliyyətə cəlb edilməsin. Bu istiqamətdə böyük bir kampaniya aparıla bilər.

 

-Sizcə ölkədəki mövcud böhranın təsirini azaltmaq, vəziyyətdən çıxmaq üçün daha hansı addımlar atılmalıdır?

 

-Azərbaycan hökuməti ölkəni indiki böhranlı vəziyyətdən çıxartmaq üçün milliləşdirmə siyasəti həyata keçirməlidir. 1993-cü ildə Azərbaycanda bütün dövlət mülkiyyəti özəlləşdirildi. Bu özəlləşdirmədə məqsəd ondan ibarət idi ki, gəlir verməyən dövlət müəssisələrini daha gəlirli müəssisələr çevirmək və özələşdirilmədə iştirak edən şxəslərin öz kapitalını bu müəssisələrə qoyub onları inkişaf etdirməsinə nail olunsun. Əgər bu gün biz iqtisadi böhrandan şikayətləniriksə, bu gün iqtisadiyyatın neftdən asılılığından danışırıqsa, o zaman prezident özəlləşdirilən bu müəssisələrin taleyi ilə maraqlanmalıdır. Biz həmin vaxt 4 milyardlıq müəssisə özəlləşdirdik. Bunun dövlət büdcəsinə hansı xeyri oldu? Ən azı bu müəssisələr dövlətin tabeçiliyində olduqları qədər gəlir verirmi? Əgər verirsə, bunu başa düşmək olar. Amma bu gün həmin müəssisələr bir qəpik də olsun gəlir vermirsə, onlar dərhal milliləşdirilməlidir. Hansısa müəssisənin xüsusi mülkiyyətə verilməsi şəxsi mülkiyyətə verilməsi demək deyil. Xüsusi mülkiyyət sadəcə sərəncam hüququnun dəyişdirilməsidir. Indi sərəncam hüququnu dövlət əlinə almalı, o müəssisələri milliləşdirməlidir. Həmin zavodları, fabrikləri geri qaytarmalıdır. Amma bu bir həqiqətdir ki, bu gün həmin zavodlar, fabriklər yoxdur. Bu gün ölkədə milyonlarla işsiz var. Özəlləşdirilən bütün müəssisələr məhv edilib, dağıdılıb. Hökumət özəlləşdirilmiş müəssisələri dağıdan şəxslər haqqında ciddi tədbirlər görməlidir və  həmin müəssisələrin nominal dəyəri dövlətə qaytarılmalıdır. O vaxt 3 maşın kupikin pulu ilə bahalı müəssisələri özəlləşdirənlər, milyardlarla pul götürüblər. Dövlət büdcəsinə isə bir qəpik pul ödəməyibər. Dövlət axmaq deyildi ki, özünün bahalı müəssisəsini sənə 5-10 manata versin. Bu müəssisələr ucuz qiymətə ayrı-ayrı şəxslərə verildi ki, bu şəxslər həmin müəssisələrdə yenidənqurma işləri aparsın. Həmin müəssisə həm işsizliyin ortadan qalxmasında dövlətə kömək olsun, həm də dövlət büdcəsinə pul versin. Lakin reallıq bundan ibarətdir ki, bu gün nə işsizlik probleminin həllində özəl sektorun rolu var, nə də bu sektordan dövlət büdcəsinə vəsait daxil olmur. 1-2 yeni yaranan marka istisna olmaqla, sovet dönəmindən qalma bütün müəssiələr məhv edilib.

Ermənistanda adambaşına düşən məhsul 4,5%-dir. Azərbaycanda isə bu rəqəm 0,9%-dir. Bizdəki bu rəqəmin özü də formaldır. Real olaraq Ermənistanda göstərici bizdəkindən 8-10 dəfə yüksəkdir. Bunun da öz səbəbi var. Ermənistanda özəlləşdirilən heç bir müəssisə məhv edilməyib və edilə də bilməz. Çünki bu, cinayətdir. Amma Azərbaycanda bu müəssisələr dağıdılıb. Birinci, bundan başlamaq lazımdır. Əgər biz ölkədə sağlam iqtisadiyyat qurmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq istəyiriksə, ilk növbədə qeyri-neft sektorunda bu vaxta qədər mövcud olan vəziyyəti təhlil etməliyik. Hanı bizim zavodlarımız? Bizdə soyuducu, kondinsioner, alüminium, Səttərxan adına zavod vardı və s. Bu zavodlar hanı? Sovet dönəmində ölkəmizdə dünyanın 90 ölkəsinə məhsul ixrac edən zavod var idi. Indi bunların heç biri yoxdur.

 

-Kənd təsərrüfatındakı mövcud durumu necə dəyərləndirirsiniz? Sizcə bu sahədə təsəlliverici hansısa uğur və ya irəliləyiş varmı?

 

-Xeyr. Kənd təsərrüfatına bu vaxta qədər 50 milyard dollardan artıq vəsait ayrılıb. Lakin buna baxmayaraq, kənd təsərrüfatı ilə məşğul olan insanlar yoxdur. İndi məlum olur ki, yüz min hektarlarla torpaq istifadəsiz hala salınıb. Maraqlı bir sual meydana çıxır. Kənd təəsrrüfatının inkişafı adı ilə götürülən bunca pullar kənd təsərrüfatının inkişafına yönəlməyibsə, hara yönəlib? Halbuki, bu qədər böyük pulla Azərbaycanda böyük aqrosənaye formalaşdırmaq olardı. Hansı ki, bunun hesabına dölət büdcəsinə milyardlarla vəsait qazandırmaq olardı. Amma bir dənə yeni zavod ”“ pambıq, yun zavodu və ya digər bir müəssisə yaradılmayıb. Azərbaycanda aqrosənaye demək olar ki, sıfırlanıb. Bu baxımdan hesab edirəm ki, hökumət ilk növbədə bu məsələlərdən başlamalıdır.

 

Seymur Əliyev

 

 

 

Oxşar xəbərlər
11:43, Bu gün
SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:23
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 12:23
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:23
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 12:23
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO