"Məmurların iştahına dur deyilsə, xalq dolanışıq yolunu tapar"
Oxunub: 5655
12 Feb 2016 | 16:49
Xalq şairi Sabir Rüstəmxanlının Moderator.az -a verdiyi müsahibəsinin 4-cü hissəsini təqdim edirik:

- Müxalifətin tədbirlərinə niyə qatılmırsınız?

- Hansı tədbirlərə? Biz öz planımıza uyğun işimizi görürük: rayon təşkilatlarının konfransları keçirilir, qurultayımıza hazırlaşırıq, dəyirmi masalarımız olur. Bu məsələlərə mənim və partiyamızın fərqli münasibətimiz var və tədbir, proses deyiləndə yalnız mitinq və kütləvi hərəkat düşünmürük. Bundan sonrakı işlərimizi də partiyamızın ümumi xəttinə, vətəndaş həmrəyliyi ideyasına uyğun aparacağıq.

- Ölkədə ciddi iqtisadi böhranın yaşandığını indi hamı etiraf dir. Amma heç şübhəsiz ki, bunun arxasınca da daha ciddi siyasi böhranın gəlməsi qaçılmazdır və belə işartılar artıq görünür. İqtidar tərəfi və hakimiyyət təmsilçiləri bunu hələlik qətiyyətlə inkar eləsə də, prosesin dərin siyasi börhanla davam edəcəyi də şübhə doğurmur. Belə bir vəziyyətdə xaotik şəkildə meydanlara axacaq kütlənin dağıdıcı selə çevrilməməsini önləyə bilmək üçün xalqın qarşısına çıxmaq və prosesləri nəzarətdə saxlaya bilmək gücünü özünüzdə hiss edirsinizmi?

- Bu “iqtisadi böhran” deyilən mərhələni gec-tez keçməliydik, bazarın və sərbəst iqtisadiyyatın öz qanunları var, biz də ona uyğun hərəkət etməliydik. Neft faktorundan daha yaxşı istifadə edə bilsək bu sarsıntılar olmazdı. Neft və zəhmətsiz gəlir dopinqinin vaxtı bitdi, indi torpağımızın bərəkətinə və millətimizin iş qabiliyyətinə güvənməliyik və bütün imkanları da buna yönəltməliyik. Maneələr götürülsə və məmurların iştahına dur deyilsə, xalq dolanışıq yolunu tapar və daha etibarlı, daha dayanıqlı iqtisadi inkişaf başlanar. Məncə, hakimiyyət bu istiqamətdə tərəddüd eləmədən, cəsarətli addımlar atmalıdır. Görüntü yaratmaqla, camatı sakitləşdirmək üçün kosmetik dəyişikliklərlə uzağa getmək olmaz. Xalqa güvənmək və onunla açıq danışmaq lazımdır. Məncə, prezident bir çox reallıqları görür və komandası imkan versə, lazım olan addımlar atılar. Mən iqtsadi böhranın siyasi böhrana və xaosa çevrilməsinin əleyhinəyəm və bu istiqamətdə gedən proseslərə qatılmaram. O ki, qaldı xalqın qarşısına çıxmağa, bu, bizim borcumuzdur. El qarşısında üzüm ağdır, buna görə də istər auditoriya olsun, istər meydan - sözümü deməyə həmişə hazıram və buna fiziki, mənəvi gücüm də yetərincədir. Buna şükür edirəm. Ötən illər ərzində həmişə nəzərə almışam ki, əvvəl-axır bütün yazdıqlarımız da, dediklərimiz də, xalqın tərəzisinə qoyulacaq, necə ki, qoyulur və tarix məhkəməsi qarşısında cavab verəcək. Həyatda varsan-yoxsan, fərqi yoxdur, bir oxucu kütləsi var, xalqın gözü var və istənilən halda bundan qaçmaq mümkün deyil. Düzdür, bəzi rəqiblərimiz var ki, illər uzunu siyasi mübarizəylə bir-birini hər vasitəylə gözdən salmaq yolunu səhv salıblar; ideoloji, siyasi platformada mübarizə aparmaq, yeni və fərqli proqramlar ortaya qoyaraq onların cəmiyyətin xeyrinə həllinə nail olmaq əvəzinə, bir-birinə qarşı bəzən xırda, bəzən də böyük ixtilaflarla məşğul olublar. Bunun Azərbaycan müxalifətinin cəmiyyətdəki nüfuzuna təsirsiz qaldığını iddia etmək olmaz.. Təəssüf ki, Azərbaycanın indiki vəziyyətə gəlməsində bu məsələlərin də xeyli rolu olub. Bununla belə, o siyasilər də, onlara dəstək verənlər də cəmiyyətin az hissəsidir. İstərdim ki, belə məsələlərdə zamanı və reallıqları nəzərə alaq. 1988-ci ildə biz öz meydanımızı yaratdıq, idarə etdik və nəticəsini də gördük. Onlar hamısı bizim həyatımızın və mübarizəmizin məntiqi axarıydı. Xalq kimə inanmaq və lider olaraq kimi qəbul etmək məsələsini də özü həll etmişdi.

- O zaman orda qabağa çıxacaq elə çox adam da yox idi axı. Baxmayaraq ki, indi çoxları az qala, Nemətdən də, Sabirdən də qabaq orda olduqlarını, hətta meydanı da idarə elədiklərini deyillər. Onda bunu eləməyin də nəylə nəticələnəcəyi də bəlli deyildi ki, Sovet hökuməti ilə bu cür zarafata qalxmaq xüsusu iradə və cəsarət istəyən məsələydi. Indi nə var deməyə ki, öndər də, lider də elə məniydim.

- Amma ona qədər də mənim keçdiyim müəyyən yol var idi. Kitablar, müzakirələr, zavodlarda, universitetdə, digər ali məktəblərdə görüşlər, həmin auiditoriyalarda insanlarla münasibət qura bilmək təcrübəsi var idi. O işlər də milli qeyrət və cəsarət istəyirdi. Biz də, indi iqtidarda olanlar da keçib gedəcəyik. Xalqımızın və dövlətimizin gələcəyi haqqında düşünməliyik. Mən istəyirəm ki, gənclər arasından yeni liderlər yetişsin, onlar gəlsinlər meydana. Yeni zananın tələblərinə və standartlarına cavab verən davamçılarımız çox olsun. Gələcək 30-40 ildə siyasi səhnədə yer ala biləcək yetkin, iradəli, avantüradan uzaq, milləti doğmalara və yadlara bölməyən gənclərimiz çıxmalıdır ortaya və biz də onlara kömək göstərməliyik. Burada hər hansı formada “mənəmlk” söhbəti ola bilməz. Söhbət yaxın onilliklər üçün Azərbaycanın qazandıqlarını qoruyub inkişaf etdirən, ölkəmizin düzgün seçimini təmin edən, dünya dövlətləri işərisində yerini möhkəmləndirən, milli ideallarımızı daim göz önündə tutan və bunlarla yanaşı, Qarabağ probleminin həllinə doğru real addımlar atan, gözütox, vicdanlı, qanunlara sayğılı yeni bir komandanın yetişməsindən gedir. Bu konandanın sabah, ya da biri gün hakimiyyətə gələ biləcəyi məsələsi də önəmli deyil. İndiki hakimiyyət də, ortada belə bir gücün varlığını hiss etməlidir və onun qanunlar çərçivəsində fəaliyyətinə şərait yaratmalıdır ki, özündən sonra yeni tarix və yaddaş repressiyalarının yaranmayacağından arxayın olsun.

- Bizim nə o qədər vaxtımız var, nə də siz deyən o ehtiyat komandamız və sabah, ya da o bur gün meydalara axışacaq insan selini məcrasında tuta biləcək ötkəm sözlü, həm də o kütlənin qəbul edə biləcəyi kişilərə daha çox ehtiyacımız var. Bu əsanda verəcəyim sual da budur. Sabir bəy, nə cür oldu ki, Nemət Pənahlıdan, Sabir Rüstəxxanlıya, Etibar Mməmmədovdan Rəhim Qazıyevə, Rəsul Quliyevdən Surət Hüseynova, Ramiz Tağıyevdən Arif Paşayevə, hətta bir məqamda Elçibəyin özünə və o illərin tanınan digər əfsanəvi şəxslərinə qədər, çox önəmli adamları “Azadlıq” və “Yeni Müsavat” qəzetləri, ən yaxşı halda “satqın”, ən pis hala isə “vətən xaini” elan elədilər. Heç bu məsələnin fərqinə varıbsınızmı? Nəticə etibarı ilə də, indiyədək bu qəzetləri “azad mətbuat” adına pərdə arxasından idarə edənlərin özlərinin də əllərində elə bir siyasi güc, sosial baza yoxdu, bu birilərin də, bayaq sisin dediyizi söz misalı, cammat içinə çıxacaq üzlərini qoymuyublar.

- Mən burda o qəzetləri müzakirə etmək istəmirəm. Onların qüsurları olduğu kimi, mətbuat tariximizdəki xidmətləri də danılmazdır. Sənin dediyin məsələ, təəssüf ki, bütün mətbuatımıza və təbliğat sisteminə aiddir. Gözə görünməz bir təbliğat maşını təkcə yaxın tarixin liderlərini yox, bütün böyük tarixi şəxsiyyətlərimizi, ziyalılarımızı qaralamaq, gözdən salmaqla məşğuldur. Bu da savaşın bir növüdür. Milli-mənəvi dayaqlarımızı sarsıtmaq - yad bir qüvvəyə yol açmaqdır. Hər şey göz qabağındadır. Bu mənəvi faciə, xalqın sevgisini görənlərin haqqımızda apardıqları qısqanclıq, böhtan, yalan kampaniyası bizi sındırmaq, əlimizi işdən soyutmaq məqsədi daşıyıb. Məni həmişə yazı-pozu işimin çoxluğu və yolumun düzgünlüyünə inamım qoruyub, Çox erkən yaşında Yardımlıdan gəlmiş, yalquzaq kimi tək böyümüş bir adamam və öz mübarizəmi də o cür aparmışam. Amma xoşbəxtlikdən 21 yaşımdan jurnalistika ilə məşgul olmağım, “Yazıçı” nəşriyyatının buş redaktoru kimi geniş fəaliyyətim, kitablarım, ilk müstəqil qəzetimiz olan “Azərbaycan” ı buraxmağım, eləcə də meydan hərəkatı çevrəmə on minlərlə, yüz minlərlə adam yığmışdı və nə qədər təbliqat aparsalar da, bu gün də o insanların sayqısı qalmaqdadır. Amma hərdən adamı üzən şeylər də olur. Böyüklərimiz “Qarı düşmən mərd olmaz” deyiblər.

- Keçdiyimiz yollar dərs olmadı yazanlara?

- Çoxu işin mahiyyətini bilməyən, bayaq dediyim kimi, şaiyələrlə danışan adamlardır. O gün baxiram biri yazır ki, nə olsun, yazıçılıqla, şairliklə məşğul olan adam idi, sonra hökumətdə yer aldı, ardınca da Elçibəyə xəyanət elədi, Heydər Əliyevin yolunu tutdu və s.. Yəni bu yöndə qanmadığı, görmədiyi şeylərdən, bəlli siyasi mətbəxlərin tör-töküntülərini yazmaqdan yorulmurlar. Xalqın gözləri önündə baş vermiş hadisələrdi axı bunlar! Bu, bir ədalət axtarışı deyil. Sadəcə olaraq, Azərbaycan ziyalısına damğa vurmaq istəyidir və bu adamların bəziləri uğursuz müxalifət təmsilçiləri, bəziləri də hakimiyyətdə olan əlinə bir dənə Azərbaycan kitabı almamış məmurlar tərəfindən idarə olunur. Xalqın intibahını, bütövlüyünü, Azərbaycanın tarixi haqlarının bərpasını, dilimizin və millətimizin adının qorunmasını, milli dəyərlərimizə sahiblənməyimizi həyat amalı seçən əsil milli təfəkkür sahiblərinə, böyük ideallara xidmət edən adamlara təzyiqlər hardan gəlir, bunu araşdırmaq lazımdır. Və maraqlıdır ki, milli ziyalı kimi nə qədər çox iş görürsənsə hücumlar da o qədər artır. Bir sözlə, qayğılarımız çoxdur və mən də dərd üstünə dərd gətirmək istəmirəm. Həm də dediklərim yeni deyil, 25 il Milli Məclisdə dəyişilməz bir ardıcıllıqla milli problemlərimizi dilə gətirmiş, xalqın sözünü demisəm. Deyilməyənlərə görə də xalq bizi qınamaz. Təkrar da olsa xatırladım, vaxtılə bir şeirimin axırında yazmışdım ki:

O sirlər ki, dərd artırar millətimə,
Mən yazmadım, mən açmadım, tarix açar...

- Bə niyə demirsiniz ki, bir millətin şairi demiyən dərdli sirlərin açılması tarixə çoxmu lazımdı?

Davamı var...
Oxşar xəbərlər
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb