“Günəşli”də daha bir quyu istismara verildi
Oxunub: 1614
13 Feb 2016 | 11:25
“Günəşli”də daha bir quyu istismara verildi
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 37 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. 

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 

Məlumata görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2945-2941 metr intervaldan sutkalıq 85 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 
Oxşar xəbərlər
Redaktordan
GÜNLÜK
HƏFTƏLİK
AYLIQ
Yazarlar