Umud Rəhimoğlu: "Yatsam yuxuma girməzdi ki, bu işlə məşğul olaram"
Oxunub: 2248
13 Feb 2016 | 17:27
Umud Rəhimoğlu:
Tanınmış şair-pulisist, Prezident yanında KİVDF Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun 55 yaşı tamam oldu. Bununla bağlı o, yaşantılarını, düşüncələrini və duyğularını "Bizim Yol" qəzetinə ifadə edib.
 
Moderator.az həmin müsahibəni təqdim edir: 
 
- Bir dostumuzun 55 yaşı olanda ona: "Allahdan iki dənə "5" almısan"demişdim. Allah Sizə də iki dənə "5" verib. Bu, necə hissdir? 100-ün yarısını keçmək...

- Ömrün iki "beş"ini yaşadım. Bununla bağlı təbrik mesajlarını aldım. Ömrüm boyu dürüst yaşamağa çalışdım...

- Necə bir ailənin övladısınız?

- Ata-anam zəhmət adamı olublar. Gözümü açıb onları iş başında görmüşəm. Onlardan görüb götürdüyüm və İnsan üçün ən gözəl xüsusiyyətlərdən biri  işgüzarlıqdır. Mənim üçün 55 il dolu il olub. Hələ çoxlu arzularım da var. Etmək istədiklərim var. Onu da deyim ki, etdiklərimi ürəkdən etdim. Niyyət  xoş olanda Allah da kömək olur.

- Siz eyni vaxtda çox işlə məşğulsunuz...

- Bəli. Tale elə gətirdi ki, mən çox işlə məşğul olmalı oldum. Mən orta məktəbdə təhsil alarkən müxtəlif adamlarla bağlı yazılar hazırlayırdım, şeirlər yazırdım. Həyatımın yalnız bu istiqamətdə davam edəcəyini düşünürdüm. Amma bir gün obamızda, ölkəmizdə mizan-tərəzi dəyişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə böyük köç yaşandı. Qarabağımız qarış-qarış işğal olundu. Qohumlar, qardaşlar yurdundan-yuvasından didərgin düşdülər. Şeir yazmaq, nəyisə çap etdirmək bir az arxa plana keçdi. Zaman qalmadı. Çadır, dəva-dərman, çörək axtarırdıq. Ölkəmizlə bağlı xaricdə yaşayanlara məlumat vermək, təbliğat işini aparmaq lazım idi. Bu işi üzərimizə götürdük. Bu durumda biz belə bir özkeçmiş yaşadıq.

- Beynəlxalq  Avrasiya Mətbuat Fondu o ehtiyacdan doğdu yəni?

- Bəli, 1992-ci ildə BAMF yarandı. Bu qurum fəaliyyət göstərdiyi müddətdə ölkə daxilində və beynəlxalq camiyədə özü barəsində müsbət bir imic yaratdı. Təşkilatımız ciddi şəbəkəyə çevrildi. Bu gün BMT-nin ən yüksək statusunu-xüsusi məşvərətçi statusunu qazanmışıq. BMT ilə 31 min təşkilat əməkdaşlıq edir. Onların içərisində 146 təşkilatın belə bir statusu var. Bu status təşkilatlara dövlətlərin səsverməsi ilə verilir. Postsovet məkanından 10-a yaxın təşkilat bu statusu alıb. Amma onların hamısı SSRİ dövründə Moskvada fəaliyyət göstərən qurumlar olublar. Belə bir statusun qazanılması asan məsələ deyil. Bunun üçün illər sərf olunmalıdır, davamlı istək olmalıdır. Biz bunu istədik. Bizə səs verən dövlətlər təqdim etdiyimiz işimizə görə səs verdilər. Hələ qarşıda görəcəyimiz çox işlər var.

- Fondun fəaliyyətini izləyirəm. Məlum olur ki, adınız ərazilərin minalardan təmizlənməsi işi ilə də yanaşı çəkilir. Buna təəccüblənən şəxslər də olub. Deyilirdi ki, Umud Rəhimoğlu hara, minaların təmizlənməsi hara?

- Mən özüm də yatsam yuxuma girməzdi ki, bu işlə məşğul olaram. Amma biz bu problemin içindəydik, kimsə bu işlə məşğul olmalı idi. İşin də maraqlı tərəfi budur ki, bir yazar eyni zamanda ərazilərin minalardan təmizlənməsinə çalışır. Bizim təşkilat minaların tədqiqi ilə bağlı BMT-nin elan etdiyi tenderlərdə iştirak etdi. Bu işi həyata keçirmək üçün işğaldan azad olunmuş ərazilərdə olub yerli əhali ilə görüşmək, onlardan müsahibələr almaq, koordinatları hazırlamaq lazım idi. Bunun üçün ünsiyyət qurmaq bacarığı olan şəxslərin komandasına ehtiyac vardı. Təbii ki,  jurnalistikaya bağlı insanlar gərək idi. O zaman xeyli sayda jurnalistika ilə məşğul olanlar sıralarımızdaydı. 

Azərbaycanda mina təmizlənməsi ilə bağlı sonra görülən işlər bizim o zaman əldə etdiyimiz məlumatlar əsasında həyata keçirildi. Həmin vaxtlarda bizimlə fəaliyyət göstərən rəhmətlik Hüseyn Əfəndinin "Minalanmış hekayələr" adlı kitabı çap olundu. Beləliklə, təşkilatımızın bazasından minadan zərərçəkənlərlə bağlı layihələri həyata keçirən qrup formalaşdı. Biz bu gün də bu əməkdaşlığı davam etdiririk. Bizim fəaliyyətimiz münaqişə bölgələri ilə bağlı olub və konflikt olan ərazilərdə olmuşuq. 
Umud Rəhimoğlunun heç kəsin dəstəyi olmadan o qanlı-qadalı günlərdə yüzdən artıq əcnəbi jurnalisti ölkəyə gətirib, onları qarşılayıb öz avtomobili ilə səngərlərdə gəzdirməsi yada düşmür. Təəssüf olsun ki, bu işimi bəziləri yaxşı mənada hallandırmır. Mən məcburən bu işlə məşğul olmuşam. Yaxşı olardı ki, qanlı-qadalı günlər arxada qalsın. Doğrudur, biz problemin həlli üçün çabalar göstəririk. Amma problemin həlli bizdən uzaqdır.  

- Bu məsələnin başqa tərəfi də var. Umud Rəhimoğlu xarici jurnalistləri çətin zamanlarda ölkəyə gətirib, onlara əsgərlərin və mülki əhalinin öldürülməsinə planlanmış minaların olduğu əraziləri göstərib...

- Biri var azərbaycanlının beynəlxalq tribunadan danışması, bir də var əcnəbinin Azərbaycanla bağlı danışması. Bunlar tamam fərqli məsələlərdir. O zaman Azərbaycana gələnlərin ölkəmiz barəsində yazmasının fərqini biz həmin vaxt da görürdük. Hazırda da qlobal dünyada savaş gedir. Hər yerdə konflikt var. Maraqlar və dəyərlər uğrunda savaşlar gedir. Bu gün Şərq od-alovun içindədir. Afrika ölkələrində durum bəllidir. Avropa ölkələrində də böyük miqrasiya hadisələri baş verməkdədir. 
Ölkəmizlə bağlı haqlı mövqeyimizi dünya birliyinə çatdırmaq üçün dostluq çevrəmizi yaratmalıyıq. Məncə, bu müstəvidə də mübarizənin aparılmasına ehtiyac var. Mübarizəmiz ölkəmizin hər bir vətəndaşının apardığı mübarizədən asılıdır. Ölkəmiz münaqişəyə cəlb olundu. Münaqişə olmasa, bəlkə də mənim tərcümeyi-halım fərqli olardı.

- Siz bir az öncə bildirdiniz ki, haqlı mövqeyimizi dünyaya çatdırmaq üçün əcnəbi dostlara ehtiyacımız var. Xaricdə səsimizi nə dərəcədə eşidirlər?

- Hər şey maraqlara bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulması problemi ilə məşğul olan təşkilatlar bu problemin nədən ibarət olduğunun fərqindədirlər. Yəqin istəsəydilər, bu problem öz həllini tapardı. Burada böyük güclərin maraqları var. Biz bütün məqamlarda indiki duruma rəğmən fəaliyyətimizi daha da artırmalıyıq, bu işin təbliğatı ilə məşğul olmalıyıq. Mən hesab edirəm ki, beynəlxalq ictimaiyyətin rəyi böyük təsir gücünə malikdir. Bu münaqişədə Azərbaycan əsgərindən  öncə Azərbaycan jurnalistikası uduzdu. Biz informasiya müharibəsində məğlubiyyətə düçar olmuşduq. O zaman Azərbaycanda rəsmi Moskvaya bağlı jurnalistika vardı. Dünyaya çıxış üçün bütün kanallar üzümüzə bağlı idi. Amma indi internet resursları vasitəsi ilə dünyaya səsimizi çatdıra bilərik. Ərazi bütövlüyümüzün təmin olunması üçün hamımız fəaliyyətimizdə götür-qoy etməliyik. Güclü olmağımız üçün birliyimiz olmalıdır.
 
- Baş verən hadisələr yazıçı-publisist, şair Umud Rəhimoğlunu bizdən alıb apardı başqa istiqamətə. Amma yenə bu şərtlərdə publisistika və ədəbiyyat baxımından yaradıcılıq nə yerdədir? 

- Mən çox da uzaqlaşmamışam. İçimdə yüz dəfə yanıb külə dönmüşəm, qıvrılmışam. Hər dəfə də ağrılı şeylər ortaya çıxır. Hər insanın bir missiyası var. Mən çox şeyləri öz üzərimə götürdüm deyə düşünürəm. Bəzən görürük ki, həmkarlarımız cılızcasına qaçqınlara və məcburi köçkünlərə çamur atırlar. Əlbəttə, ola bilsin ki, onların içindən bir neçə nəfər iqamətgah tikib. Amma o insanlar faciələri yaşamış adamlardılar. Bir insan iynəsini itirəndə narahat olur və bütün günü  axtarır. O insanlar isə xatirələrini, yaşadığı mühiti itirdilər. Onların bu yaşadıqlarını unutmaq və biganə qalmaq olmaz.

- Deyirlər ki, insan heç olmazsa ildə bir dəfə doğulduğu torpağın  havasını udmalı, orda gəzməli və suyundan içməlidir. Qarabağlılar 20 ildən çoxdur öz torpaqlarına gedə bilmir. Bu baxımdan onlar həssas insan toplumudur. Həm də bu torpaq hamınındır axı...

- Bizim kəndimiz ön cəbhəyə yaxındır. Kəndimiz yerlə yeksan olunub. Məzarlıq gülləbaran edilib. İldə bir neçə dəfə kəndimizi ziyarət edirəm. Ziyarət edərkən içimdə bir rahatlıq  tapıram. 

- Demək istədiyiniz və ya demək istəmədiyiniz nəsə qaldımı? 

- Bizim söhbətimiz gözlənilməz oldu. Gözləmirdim ki, biz bu günlərdə həmsöhbət olarıq. Bəlkə də tamam başqa mövzulara toxuna bilərdik. Arxada 20 yanvar faciəsini qoyub gəldik, öndə Xocalı soyqırımı var. Əlbəttə, bunlar 55-in içindədir. Məsələn, mən 20 yanvar hadisələrində qanlı küçələrdə idim.  Bir qrup jurnalistlə "20 yanvar" dairəsi və indiki Ziya Bünyadov dairəsindəydik. Küçələrdə meyitlər, qanlı yollar və maşınlar... Mən xalqımızın faciələrinə şahid olmuş şəxslərdənəm. Böyük köçü gördüm. Faciələrlə dolu mübarizələrdən sonra biz müstəqilliyimizi əldə etdik. Şükürlər olsun ki, bu gün biz müstəqil dövlətimizin vətəndaşıyıq. Bu müstəqilliyimizdə azacıq da olsa qatqımız varsa, bu 55-ə dəyər. 

Hesab edirəm ki, insanlarımız maariflənməlidir, bütün sahələrdə peşəkar olmalı və özünü təqdim etməyi bacarmalıdır. Bunun üçün ölkəmizin resursları var. Dövlət başçısının uğurlu siyasəti var. Bu gün ölkədə baş verən problemləri həll etmək üçün o cəmiyyətdən dəstək istəyir və mesajlar verir. Ən xırda problemdən tutmuş qlobal problemlərə qədər biz onun yanında olmalıyıq. Arzulayıram ki, problemlərimizi gələcək nəsillərə miras qoymayaq. Yaxşı bir Azərbaycanı onlara təqdim edək.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC