“Minilliyin Görüşü”nün pərdəarxası... Papa və Patrirax Rusiya və Qərbi barışdıra biləcəklərmi?
Oxunub: 1691
14 Feb 2016 | 00:49
“Minilliyin Görüşü”nün pərdəarxası... Papa və Patrirax Rusiya və Qərbi barışdıra biləcəklərmi?

Xristian dünyasının iki dini lideri ”“ Roma Papası və Moskva Patirarxının Kubada bir araya gəlməsini dünya mediası tam haqlı olaraq, “minilliyin görüşü” kimi təqdim etdi. 

Havannada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş barədə çox xəsisliklə məlumat verilir.  Qeyd olunur ki, Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Dini rəhbərlər dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.

Şübhəsiz ki,  tarixdə Rus Pravoslav və  Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşünün məqsədi yalnız Bəyannamə imzalamaq və dünya ictimaiyyətinə müraciət ola bilməzdi. Bu görüşü zəruri edən çox əhəmiyyətli məqsəd, Papa və Patriarxı yüz illərdir davam edən umu-küsünü bir kənara qoyub əl sıxışmağa vadar edən çox qlobal səbəblər olduğu da aydındır. Havanna görüşü barədə yəqin ki, bundan ətraflı məlumat verilməyəcək. Amma bu “minilliyin görüşü”nün məqsəd və səbəbləri barədə müəyyən mülahizələr irəli sürməyə mane ola bilməz.

İlk növbədə hazırda Roma-Katolik Kilsəsi və Rus Pravoslav Kilsəsinin siyasi və rəmzi baxımdan hansı qüvvələri təmsil etdiyinə diqqət yetirmək lazım gəlir. Şübhəsiz ki, Roma- Katolik Kilsəsi Rus Pravoslav Kilsəsi öz-özlüyündə qlobal proseslərə əhəmiyyətli təsir göstərə biləcək güc mərkəzləridir. Bununla belə, hər iki kilsə dini məsələlərlə yanaşı, dünyəvi işlərə münasibətdə də konkret qütblərdə durublar. Hansı ki, hazırda bu qütblərin gərgin qarşıdurmasının şahidiyik.  Söhbət Vaşinqtondan və Moskvadan gedir.

ABŞ IV Roma imperiyası kimi

Sirr deyil ki, bir çox strateqlər, elə Vaşinqton analitikləri də qlobal layihələrdən, söz açarkən ABŞ-ı “IV Roma İmperiyası” adlandırmaqdan çəkinmirlər. Elə ABŞ-ın dövlət atributlarında, dövlət quruluşunda, hətta dövlət binalarının arxitekturasında Roma İmperiyasının rəmzlərindən geniş istifadə olunur. Vaşinqtonda da Konqresin binası Kapitoli təpəsində yerləşir.

Qədim Romada da Kapitoli təpəsində Yunona, Konkordiya məbədləri, sikkəxana və dövlət arxivinin binası tikilibmiş. Qələbə çalmış Roma qoşunlarının zəfər yürüşü Kapitolidə başa çatardı. Buarada  Roma oyunlarının bayram şənlikləri başlayarmış. Həmçinin qaçmış qullar üçün sığınacaq Kapitolidə yerləşirdi.

ABŞ-da parlamentin yuxarı palatası Romada olduğu kimi Senat adlanır. Hətta məşhur dollar işarəsinin belə ($) qədim Romanın kiçik pul vahidi-sestesiyadan götürülməsi versiyası var.  ABŞ-ın dövlət gerbində isə Roma qartalının əksindən istifadə edilib.  Pax Romania (Roma dünyası) kimi Pax Americana (Amerika dünyası) anlayışı da var.  Roma imperiyası dövründə bütün Aralıq dənizi hövzəsi, Afrikanın Şərqi, sonra isə Avropanın Qərbində (yəni o zaman üçün sivilzasiyanın yayıldığı  deyə biləcəyimiz  ərazilərdə) latın dili, Roma pul vahidləri, Roma qaydaları dominant idi. İndi isə ABŞ və dollar haqqında bunu demək olar.

O zamanlar bir Roma senatorunun məktubu ilə qüdrətli Parfiya çarı Mitridat qonşu ölkələrə hücum əmrini geri oxuyurdu, indi isə Vaşinqton senatorları bu cür hökmə malikdirlər.  Bu cür oxşarlıqları və bənzətmələri daha çox sadalamaq olar. Amma buna ehtiyac yoxdur, şişirtməyə yol vermədən açıq deyə bilərik ki, ABŞ timsalında IV Romanı-qlobal imperiyanın müşahidə edirik və bu bir gerçəkdir.  Bu baxımdan Vaşinqton, həm də xristian dünyasının bir hissəsinin (protestant və katoliklər) lideridir.

Roma-Bizans rəqabəti Moskva-Vaşinqton yarışı ilə əvəz olunub

Baxmayaraq ki, ABŞ daha çox protestantlıqla assosasiya olunur, bununla belə Vaşinqton və Roma Katolik Kilsəsinin sıx əlaqələri və çox ciddi işbirliyi var. Bu yaxınlarda Kuba ilə ABŞ arasında münasibətlərin normallaşmasında da əsas vasitəçiliyi Roma-Katolik Kilsəsi həyata keçirdi. Protestanlığın daha çox hakim olduğu ABŞ  pravoslav dünyası ilə müqayisədə katoliklərlə daha yaxındır.  ABŞ-ın qlobal dünya gücünə çevrilməsindən, yəni II Dünya Müharibəsindən sonra   Roma Katolik Kilsəsi amerikalıların himayəsinə sığınıb. “Soyuq müharibə” illərində isə sovetlərə qarşı Vaşinqtonun ən etibarlı və nüfuzlu müttəfiqi məhz Roma papaları idilər.

Pravoslav-katolik, Roma-Konstantinapol mübarizəsi, rəqabəti II Dünya Müharibəsindən sonra Vaşinqton-Moskva savaşı ilə davam edib. Bu savaşda bir çox hallarda katoliklər Moskvaya, pravoslavlar isə Vaşinqtona kömək ediblər. Məsələn, Kuba ruslarla müttəfiq olub. Amma bu qlobal miqyasda mübarizədə heç nəyi dəyişməyib. Şərq xristanları ilə Qərb xristianları mübarizə aparıblar.Yunanlar praqmatik romalıları, praqmatik romalılar isə xəyalpərəst yunanları bağışlamayıblar.

1054-cü ildən xristanlığın iki qola ayrılması ilə başlayan rəqabət əsrlər boyu eyni vektor üzrə davam edib. Katoliklər qədim Roma timsalında olduğu kimi qlobal hökmranlığa, unversallığa can atıblar.   Sonralar protestantlar da bu xəttə qoşulub.  Pravoslavlar (ruslar) isə Bizans və Konstantinapol  timsalında saha çox özünəməxsus yol axtarışında olublar. Konstantinapol  kimi təcrid olunmağa meyillilik, qalada yaşamaq  mədəniyyətinin hakim olması ilə fərqləniblər. Moskva bir çox hallarda Bizansın addımlarını təkrarlayıb.

İndi isə ABŞ və Rusiya Suriyada üz-üzə gəlib. Onların ortaq nöqtə tapması ilə bağlı səylər, son 2 ildə Kerri və Lavrovun çoxsaylı görüşləri,  hətta “rəngli inqlablar ifritəsi” dövlət katibinin müavini Nuladın Rusiyaya səfərləri, Kerri-Putin danışıqları, Fransa, Almaniyanın  vasitəçilik cəhdləri Moskva və Vaşinqtonu barışdıra bilmir. Bu rəqabət isə, hər gün kecdikcə daha qorxulu xarakter alır və III Dünya Müharibəsi təhlükəsi reallağa çevrilir. 

Xristianlar, xüsusən pravoslavlar 1054-cü ilə ayrılmasından sonra, Bizansın təklənməsinin və Konstantinapolun süqutunun bütün xristian dünyası üçün hansı nəticələrə səbəb olduğunu yaxşı xatırlayırlar.

Türk ordusunun Avropanın simvollarından biri Vyanaya yürüşü də yaddan çıxmayıb.Son anda xristianların birləşməsi Vyananı süqutdan qurtara və türklərin işğal coğrafiyasının genişlənməsinin qarşısını ala  bildi.

Bütün   bunları yəqin ki, hamıdan yaxşı din xadimləri xatırlayırlar. Çünki hər iki tərəfdə onlar əsas ideoloq və fiqurlardan biri idilər. Şəxsən savaşmasalar da, əsəgərlərin önündə gedirdilər.

Hazırda da Avropaya 1 milyon müsəlman axın edib. Avropa isə Türkiyədən onların gəldiyi qapıları bağlamağı xahiş edir.  Eyni zamanda katolik və protestant ölkələr hesab edir ki, bu axına pravoslav Rusiyanın Suriyadakı əməliyyatları səbəb olub. Digər pravoslav ölkə Yunanıstan isə miqrantların qitəyə buraxılmaması üçün heç nə etmir. Pravoslav Rusiya isə başda ABŞ olmaqla Qərb ölkələrini onu müsəlman ölkələri ilə müttəfiqlikdə əsas strateji məntəqələrdən Aralıq dənizi, Qara dəniz bölgəsi, Yaxın Şərq, Orta Asiya, Xəzər  hövzəsi və bütün Avrasiya regionundan, Balikyanı ölkələr və Şərqi Avropadan sıxışdırıb çıxarmağa çalışmaqda ittiham edir.

Ruslar hesab edir və açıq bəyan edirlər ki, onlar heç bir halda Pax Americana ideyasının bir hissəsi olmaq istəmirlər. Onların Avrasiya və Avropanı birləşdirən nəhəng ölkə kimi öz məxsusi inkişaf yolları var və SSRİ-nin imtiyazlarının bir hissəsi, mütləq onlar üçün də tanınmalıdır.  ABŞ isə  bu yanaşmanı qəbul etmir və beləcə Roma-Konstantinapol  rəqabəti yeni formatda, yeni çalarlar, müttəfiqlər, üsullar və vasitələrlə davam edir.

Niyə Kuba?

Amma qeyd etdiyimiz kimi bu rəqabətin sonu çox təhlükəli görünür. Bu təhlükə çox realdır və artıq din xadimləri diplomatik danışıqlara qoşulmağa qərar veriblər. Bunun üçün əsrlərdən gələn umu-küsü bir kənara qoyulub. Görüş üçün seçilən yer də rəmzi məna daşıyır. Kuba dünyanın ən katolik ölkələrindən biri sayılır. Bununla belə Kubanı Rusiya və ruslarla çox sıx, tarixi bağlar biləşdirir.  Düzdür artıq sözün əsil mənasında tam“qırmızı Kuba”dan danışmaq olmaz. Kastronun vətəni, tədricən artıq dollar rənginə üstünlük verir. Bununla belə rusların nüfuzu hələ də qalır.  Yəni Papa və Patrirax ruslara rəğbət bəsləyən ən katolik ölkədə bir araya gəliblər. Həmçinin o ölkədə ki, bir az əvvəl on illiklərlə sərt mübarizədən sonra Katolik Kilsəsinin köməyi ilə Vaşinqtonla barışıb. Yəni Havanna həm də barışıq şəhəri kimi seçilib. Eyni zamanda dini liderlər amerikalıların ən barışmaz rəqibi Kastronun vətəninin Vaşinqtonla əl sıxışdığını diqqətə çatdırmaqla Putin Rusiyası üçün də bunun mümkünlüyünə işarə vurublar.  Hər halda biz belə düşünürük.

Fikrimizcə, Papa və Patriraxın görüşü daha çox dünyəvi işlərlə bağlı olub. 1054-cü ildən bəri ən sərt formada özünü biruzə verən, “soyuq müharibə”nin davamı kimi Moskva-Vaşinqton qarşıdırmasını səngitməyə hesablanıb. Son 3 ildir ki, pezident Putin Rusiya Pravoslav Kilsəsinə xüsusi diqqət göstərir və faktiki olaraq özünü Bizans imperatoru statusunda aparır. Yəni çətin ki, “minilliyin görüşü” onun razılığı olmadan baş tutub.

Yeni Bizans imperatoru Putin və Pravoslav kilsəsi: Moskvada Konstantinapol  siyasətinin davamı

Putin hakimiyyətə gəldikdən sonra əvvəlki prezident Boris Yeltsindən fərqli olaraq, Rusiya Pravoslav Kilsəsinə məxsusi münasibətini nümayiş etdirdi. Rus təhlilçilərindən birinin qeyd etdiyi kimi, Putin Pravoslav Kilsəsinə Çar Rusiyası zamanındakı nüfuzunu, həşəmətini, paraqlılığını, sərvətini, dnüyəvi işlərə təsir imkanlarını bərpa etməyə imkan yaratdı. Kilsə borclu qalmadı və Putinin iki müddət prezidentlitindən sonra  Dmitriy Medvedevin seçilməsində yardımçı olmaqla “varis planına” ən böyük dəstəyi verdi. Pravoslav Kilsəsi Krımın ilhaqı, Ukraynanın şərqində müharibəyə legitimlik qazandırmaqda və cəmiyyətin aparıcı təbəqələrinin Putinin ətrafında səfərbər olmasına yardım etdi. Kilsə Putinin hüquq-müdafiəçilərinə qarşı kampaniyalarına da dəstək verdi. Keşişlər onları satqın kimi təqdim etməkdən çəkinmədilər.

Putin-Pravoslav Kilsəsi ittifaqı hər iki tərəf üçün çox böyük fayda verir. Putindən nümunə götürən on minlərlə insan Kilsəyə qaydırır. Din xadimlərinin dəstəyi isə Putinə çox böyük mənəvi dəstək verir və onun addımlarına legitimlik qazandırır. Xüsusən, Qərb ölkələrinə qarşı mübarizədə Kilsənin dəstəyi əvəzolunmazdır. Qərb dəyərləini təqnid edən Putin Pravoslav Kilsəsindən dəstək olmaqla, həm də bu mübarizəni dəyərlər müstəvisinə keçirə bilir. Bu isə hazırda Rusiya cəmiyyətinin səfərbərliyi üçün çox vacib amildir. Putin bu baxımdan Bizans imperatorlarına çox bənzəyir”¦

Hələ 2012-ci ildə “Seliqer -2012” Gənclər Forumunun iştirakçıları ilə görüşündə Putin bildirmişdi ki, rusların knyaz Vladimir tərəfindən xaç suyuna salınması slavyan qəbilələrinin birləşməsinə və Rus dövlətinin yaranmasının əsasını qoyub. Putinin tərəfdarlı olan ideoloq və strateqlər qeyd edirlər ki, pravoslavlıq bütün slavyan və rus dünyasını biləşdirən əsas mənəvi bağdır.

Papa və Patrirax Rusiya və Qərbi, Roma və Bizansı barışdıra biləcəklərmi?

Bu məqamda Pskov monastrının keşişi Filofey Böyük Moskva knyazı III Vasiliy İvanoviçə (İvan Qroznıy) müraciətini də xatırlamaq lazımdır. Müraciətdə Roma İmperiyasının varisləyinin Konstantinapol a və sonra isə Moskvaya ötürülməsi əsaslndırılır. Müraciətdə deyilir:

İki Roma süqut etdi. Üçüncü ayaq üstədir. Dördüncü olmayacaq”¦” Daha sonraFilofey Qroznını özünü çar elan etməyə çağırır.

Bizans mirası Rusiya üçün hər zaman cəlbedici olub və bir çox qərb təhlilçiləri Putinin SSRİ-ni bərpa etmək səylərini də Bizansa bənzər böyük xristian Şərq imperiyası yaratmaq ideyası ilə əlaqələndirirlər.

Bu baxımdan cəsarətlə demək olar ki, Havannada Moskva patriraxı yalnız Pravoslav Kilsəsinin başçısı kimi yox, həm də Putinin şəxsi emissarı kimi çıxış edib.

962-ildən sonra bir araya gələn Papa və Patrirax Rusiya və Qərbi, Roma və Bizansı barışdıra biləcəklərmi? Bunu isə zaman göstərəcək.

Amma katoliklərin və pravoslavların dini liderlərin bir araya gəlməsi şübhəsiz ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək.(strateq.az)

Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb