“Mışka” sevgisinin qurbanı
Oxunub: 7713
14 Feb 2016 | 12:48
“Mışka” sevgisinin qurbanı
Moderator.az yazıçı Cəlil Cavanşirin 14 fevral-Sevgililər gününə həsr olunmuş hekayəsini təqdim edir. 

Fransua Perrenə sevgilərlə”¦

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi. Kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur əhvalatı sizə nəql edim, sonrası nə ola, ola”¦

”¦Sevgililər günüydü. Yuxudan oyanıb özümə gələn kimi, yollandım şəhərin oyuncaq satılan ən böyük dükanlarından birinə. Məqsədim yüngülvarı bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi. Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər də maşallah, ceyran belində. Mağaza od tutub yanırdı. Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng mişkalar satılan bölməsinə. Mişkalar yan-yana düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə lazımdı? Niyə gənc oğlanlar öz incə, nər-mənazik sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında laübalı xəyallara dalmışdım ki, dükanın qarşısında üç CİP dayandı. Arxadakı maşından iki yekəpər gedə düşüb qaça-qaça qabaqdakı ən bahalı CİPin qapısını açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...


...Görkəmlərindən cangüdən olduqları bəlli olan 6-7 nəhəng idmançı nəhəng yolu boşaldıb, gənclərə yol açdı. Səs-küyə dönəndə gördüm ki, dükan sahibi də daxil olmaqla bütün əhli-dükan qapıya doğru yüyürür. Satıcılar və dükan sahibi qapının yanında boy cərgəsi düzülüb farağat dayandılar.

Şıltaq gənclər deyə-gülə, boy cərgəsi düzülənlərə istehzalı bir nəzər salıb içəri keçdi. Görünüşlərindən sevgili olduqları bəlli olan gənclər düşünmədən yekə mişkalara ”“ yəni mənim olduğum bölməyə tərəf yönəldilər. Mişkaların arasında sakitcə dayanıb yerimdən tərpənmirdim. Dükan sahibi onların yanında quyruq bulayır, həvəslə mişkaları qıza göstərirdi. Yerimdən tərpənmədən gəncləri süzürdüm. Gənclər mişkaların ora-burasını dartışdıra-dartışdıra bir dəfə yanımdan keçdilər.

Yavaş-yavaş özümə gəlib nə baş verdiyini anlamağa başlamışdım. Düz başa düşmüşdümsə, dükana təşrif buyuran adlı-sanlı biznesmenlərdən birinin oğlu və onun şirin-şəkər sevgilisi idi. Oğlanın ədabaz davranışları, ətrafında dolaşanlara münasibəti məni vahimələndirməyə başlamışdı. Bir neçə dəfə jurnalların üz qapağında, internet saytlarında şəklini gördüyüm gənc biznesmen yüksək səslə danışır, dükan sahibiylə qulluqçusu kimi davranırdı. Gördüklərim qanımı qaraltdığı üçün, aradan çıxmağı düşünə-düşünə yerimdən tərpəndim. Gənc biznesmenin sevgilisi qəfildən elə cikkə çəkdi ki, yerimdə donub qaldım:

- Aşkıııııım.... Buna baaax! Gör nə qəşəngdi! Ayaaaallllla!
Qızın cır səsi qulaqlarımı dəlib keçəndə donum açıldı, sanki yuxudan ayıldım. Cikkə çəkən şıltaq qızcığaz düz qarşımda dayanıb, barmağıyla məni göstərirdi:

- Aşkııııım, noooolar bu mişkanı alax da....nooollaaar!

And olsun bütün müqəddəslərə ki, qız məni göstərirdi. Bir anlıq özümü itirib duruxsam da, cəld özümü toparladım. Mişka olmadığımı bəlli etmək üçün bir ağız öskürdüm. Yerimdən tərpənməyə macal tapmamış qız boynuma atıldı:

- Aşkımmmmm. Canlı mişka! Bunu alaq, bunu alaaaaaq!

Oğlan kübarcasına sevgilisinin qolundan yapışıb kənara çəkdi:

- Balaşkam, görmürsən adamdır? Düzdü bir az ayıya oxşayır, amma adamdır. Ok? Gedək mişka alaq.

Qız dodaqlarını büzüb mızıldandı:

- Yooooo, istəmirəm! Bəs demişdin istəsən bütün mağazanı müdirqarışıq mənə alacaqsan? Hə, demişdin?

- Balaşkam...

- Eeee, nə balaşkam? Al bunu! Bunu istəyirəm. Başqası lazım deyil.

Oğlan çarəsiz-çarəsiz başını bulayıb mənə tərəf addımladı. Zibilə düşmüşdüm. Udquna-udquna gənc biznesmenin üzünə baxdım:

- Bilirsiniz, mən yazıçıyam... Ailəliyəm... kitablarım var... Hə... Xanımıma hədiyyə...

- Uzatma! Yazıçıya bax! Sən bu gündən mişkasan! Hahahahaha.... Ə, məllim, qiymətini de. Balaşkam səndən bezənə qədər onun mişkasısan! Kankret mişkasan ha! Vəssalam!

Mübahisə edəcək, özümü müdafiə edəcək durumda deyildim. Gənc biznesmenin səsindəki amiranəlik, məni yuxarıdan aşağı süzməsi gözümü qorxutmuşdu. Üstəlik cangüdənlərin belində parıldayan tapançalara baxanda ürəyim ağzıma gəlirdi. Balaşkası məni mişka hesab edirdisə, başqa yolum yox idi. Ağlıma gələn ilk rəqəmi dilə gətirdim:

- 100 min.

- Manat?

- Dollar olsa yaxşı olar...

Gənc biznesmen gülüb çiyinlərini oynatdı. Sonra arxasınca dolaşan nəhəng idmançını yanına çağırıb qulağına nə isə pıçıldadı. Nəhəng göstərişi eşidən kimi uşaq kimi maşına tərəf götürüldü. Gənc biznesmen mənə tərəf döndü:

- Prablem yoxdur. İndi sənə çek verəcəklər. Bilirsən də çek nədir? Bank çeki! Hahahaha! Nə zaman istəsən pulu bankdan götürə bilərsən.

Yazıq-yazıq üzünə baxdım:

- Ailəmlə görüşə bilərəm?

- Yox!
- Bəs pul göndərməyə icazə verərsiniz? Bir də kiçicik bir hədiyyə... Xanımım üçün...

- Olmaz! Ünvanı ver, bütün mağazanı evinə daşısınlar. Sən qayıdana qədər ailən darıxmasın. Pul da problem deyil. Bir-iki aya 20 min kifayət edər. Onsuz da bir-iki aya balaşkam bezəcək səndən...

Keyimişdim. Səsimi çıxarmadan ona baxırdım. Balaşkası yanımda fırlanır, saçlarımı qarışdırır, çimdikləyir, barmaqlayır, sevinclə qəhqəhə çəkirdi:

- Ayaaaaalla. Nə qəşəngdi, nə yumşaqdı, nə tüklüdüü... - Qız saqqalımdan ikiəlli yapışıb dartışdırmağa başladı. Ağrıtsa da yenə səsimi çıxarmadım. - Ayaaaaalla.- Nəhayət əlini yanağımdan çəkib qopardığı bir çəngə tükü qan qırmızısı dodaqlarına yaxınlaşdırdı və “füüü” edib üfürdü.

Sonra məndən ayrılıb sevgilisinin boynuna sarıldı. Uzun-uzun qoxlaşdılar, öpüşdülər və gənc biznesmen balaşkasını nəzakətlə bağrına basdı:

- Sən istə balaşkam, sən istə Marsda sənin üçün torpaq da alım.

- Lazım deyil. Sən ki mənə canlı mişka aldın, başqa heç nə istəmirəm. Aşkım, olar bunun adı Panduşka olsun? Gör necə şirindiiii. Pandaya oxşuyur, hə?

- Daha çox boz ayıya oxşayır. Hahaha...Amma sən deyirsənsə Panduşka olsun.

- Onda gedək evə. Axşama partimiz var, yadında? Bunu aparaq evə. Təmiz geyindirək, yedirək yatsın. Biz də gedək rəqs edək, əylənək. Dayan selfie edim, Panduşkamın şəklini qızlara göstərim. Sonra da İnstaqrama ataram....

- Getdik. Çimdirək, geyindirək, sonra çəkərsən şəklini.

...İki nəhəng mənim qoluma girib maşına apardı. Maşında evə balaca bir məktub göndərməyimə izn verdilər. “Hər şey qaydasındadır. İş elə gətirdi ki, bir müddət sizdən ayrı qalmalı oldum. Ümid edirəm mənsiz güzaranınız pis keçməyəcək. Hələlik”.

Gənc biznesmen məktuba baxıb gülümsədi və iki “paçka” dolları da məktubqarışıq mühafizəçiyə uzatdı:

- Kağızdakı ünvana. Dilcavabı vəziyyəti izah elə. Qoy evdəkilər panduşkadan narahat olmasınlar. Hihihihi...

...Evə çatan kimi əvvəlcə məni hamama salıb yaxşıca kisələdilər. Sonra qurulayıb təmiz  ev paltarı geyindirib, başıma da qulaqlı papaq qoydular. Ətirləyib gənc cütlüyün yanına ötürdülər. Gənc biznesmen məni diqqətlə süzüb şaqqanaq çəkdi:

- Panduşka, oçkini çıxar. Belə balaşkamın xoşuna gəlməz.

- Yooo aşkım, qoy qalsın. Yazıxdı eee... Ayalla, nə şirindi buuu...

Balaşka məni xeyli qıdıqladı, papağımın qulağıyla oynadı, dartışdırdı, çimdiklədi və sonra sevgilisini mənimlə baş-başa qoyub bəzənməyə yollandı. Gənc oliqarx deyəsən sevgilisinin məni barmaqlamasından utanmışdı, başını aşağı dikdi:

- Bunu anlayışla qarşılayacağınıza inanıram. Balaşkam çox ərkəsöyündür. Papa da, mama da xaricdədir. Nazını mən çəkirəm. Bir dediyini iki eləmirəm. Küsən kimi mənimlə görüşməkdən imtina edir. Mən də söz-söhbət olmasın deyə özümü oda-közə vururam. Yəqin tezliklə toyumuz olacaq və mənim də bu yersiz kaprizlərdən canım qurtaracaq. Hələliksə dözmək lazımdır. Sən də dözərsən, məllim.

Bilirsən, hər bayram mənə 150-200 minə başa gəlir. Ad günündə 22 metrlik tort hazırlatmışdım. Bir dilim yedi, qalanını fermaya göndərdim. Ötən Novruzda iki “Galenvagen” yandırıb, vertolyotla yuxarıdan tamaşa elədik. Yeni ildə tayqadan küknarlar gətirib villasının dörd tərəfinə əkdirdi, ağacları bəzədi. Sonra da sökdürüb hamısını yandırmağımı istədi...Bir ay məni danışdırmadı. Nə var, nə var küknarların üstündəki dələlər buna baş əyməyibmiş... Ehhh... Sən də deyirsən yazıçıyam, kitabım var...

Sakitcə üzünə baxırdım. Danışmağa həqiqətən qorxurdum. Cibindən bir qutu adını bilmədiyim siqaret çıxardı:

- Çəkirsən?

- Hə.

- Balaşka gələnə qədər çəkək, vaxt getsin.

...Balaşkası gəldi. Yenidən məni qıdıqlayıb, kürəyimdən, qarnımdan dişləyib aşkıyla əylənməyə getdilər.

...Evdəkilərin hamısı xarici olduğu üçün danışmağa adam yox idi. Mənə yemək gətirir, qarşıma cürbəcür meyvələr, şokoladlar düzür, işarə ilə yeməyimi istəyirdilər. Boğazımdan yemək keçmirdi. Oturub siqaret sümürür, başıma gələnləri düşünürdüm.

...Gecə yarıdan keçmiş, səs-küyə oyandım. Gənc cütlük əyləncələrini bitirib geri dönmüşdü. Qulluqçular gəncləri qarşılayıb yuxarı ötürdülər. Balaşka içkili olsa da məni xatırlayıb göstəriş verdi:

- Panduşkanın pijamasını geyindirib aparın yataq otağıma. Yatmasın! Gəlib onunla oynayacam...

...Artıq neçə gündür balaşka öz gənc biznesmenindən küsüb. Bütün günü məni qucaqlayıb yatır. Depressiyadadır. Hər gün hamama salıb çimdirir, ətirləyib bəzəyir, qıdıqlayır, öpür, dişləyir... Xülasə sevgilisini unutmaq üçün mənim başıma oyun açır...

Ailəmlə hər gün 10 dəqiqə danışmağa icazə versə də, dostlarla əlaqəmə, internetə girişimə icazə yoxdur. 100 min artıq ailəmə təhvil verildiyi üçün xanımım da məndən nigaran qalmır.

Amma bir problem var...

Biznesmenin balaşkası mənə daha ayı gözüylə baxmır. Panduşka deyib əzizləsə də hiss edirəm artıq insan olmağımı qəbul edir. Deyəsən məndən xoşu gəlir. Yox, düzünü deyim ki, balaşka mənə əməlli başlı aşiq olub... Hərdən məni danışdırır. Ona şeir-zad oxuyuram. Əvvəl qarnımı, kürəyimi, yanağımı dişləyirdisə, indi yalan olmasın yarım saat dodaqlarımdan öpür...

Hələ gecə yatanda başıma açdığı oyunları demirəm...

Xülasə, gənc biznesmenin qayıdışından it kimi qorxuram... Qorxuram hirslənib məni yesin...

Başıma gələcək sürprizləri həyəcanla gözləməkdəyəm. Bu məktubu gecə fürsət tapıb balaşkanın kompüterindən yazdım. Mümkünsə ictimailəşdirin...
Oxşar xəbərlər
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 14:24
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 14:24
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO