"Muğam oxuyanların bəziləri əsməcə xəstəliyinə tutulublar"
Oxunub: 5984
14 Feb 2016 | 13:52
Moderator.az saytının bu dəfəki müsahibi Azərbaycanın ilk şoumeni, estradaşünas ”“alim, fəlsəfə doktoru Qorxmaz Əlilicanzadədir. 


- Tanınmış sənətşünas, professor İlham Rəhimli Moderator.az-a  verdiyi müsahibəsində Azərbaycan estrada teatrının durumundan danışıb. Belə bir cümlə də işlətmişdi: “Azərbaycanda son 30-35 ildə estrada janrı yarandı. Onun ilklərindən olan Qorxmaz Əlilicanzadə əsl şoumen idi, estrada teatrının estetikasına yaxşı bələd idi. Təssüflər ki, bu istiqamətdə fəaliyyətini davam etdirmədi”. Qormaz müəllim, əvvəlcə ondan başlayaq ki, siz gözəl bildiyiniz bu istiqaməti niyə davam etdirmədiniz?


- Əvvəlcə mən istərdim ki, mənim ünvanıma söylədiyi xoş sözlərə görə, çox hörmətli, dəyərli alimimiz, sənətşünaslıq doktoru, professor İlham Rəhimliyə öz minnətdarliğımı bildirim. 1970-80-cı illərdə İlham müəllim özünün qərəzsiz, sərt tənqidləri ilə həmişə gündəmdə olub. Bu tənqidlərin çox böyük əhəmiyyətləri var idi. Aktyorlar, rejissorlar, dramaturqlar teatrşünas tənqidindən çəkinərək, bir tələbkarlıq hiss edirdilər. Elə bil onlar  həm tələbkar tamaşaçılar, həm də tələbkar teatrşünas qarşısında cavabdeh olub məsuliyyət daşıyırdılar. Heç kim də düzgün, peşəkar tənqidindən incimirdi. Son 15 ildə vəziyyət çox dəyişib. İndi nəinki, tənqid, heç dostcasına tövsiyə də edə bilmirsən. Mən kimisə tənqid etsəm və ya məsləhət versəm belə, cavabı o olacaq ki, “Qorxmaz biz cavanlara paxıllıq edir, gözü götürmür, özü sənətdə nə edib ki? Onun qatarı çoxdan gedib”. Dediklərimlə üzləşdiyim üçün bunları söyləyirəm. İlham müəllimə belə sözlər deməyəcəklər, çünki, sırf sənətşünasdı, nə aktyordu, nə rejissordu, nə də dramaturq. Amma, peşəkar tənqidçi olduğu üçün, hamısından çox bilir. 10 il bundan əvvəl “Tək səbir” verlişinin ünvanına tənqid yox, sadəcə fikirlərimi və məsləhətimi söylədim. Dedim ki: "İstedadları var, amma onlar özfəaliyyət səviyyəsindədirlər. Yaxşı olardı ki, peşəkar rejissor-aktyora müraciət etsinlər, onlar cavanları yetişdirirb peşəkar səviyyəyə çatdırar”. İştirakçıların hamısı mənimlə düşmən oldular və mediada ünvanıma əvvəl dediyim “gözəl təriflər” yazdılar. Sözlərindən belə çıxdı ki, Qorxmaz sənətdə kimdi ki... “Loto verilişində torbadan daş çıxardan”. Bundan sonra mən heç kimə irad tutmadım. Bu “özfəaliyyət” sözündən bilmirəm niyə səksənirlər. Bütün peşəkar aktyorlar, rejissorlar fəaliyyətlərini bu dərnəklərində  başlayıblar. Xalq və əməkdar artistlər başda olmaqla. “Özfəaliyyət” - yəni özü tək fəaliyyət göstərir, ustad görmədən, “məktəb” keçmədən. İndi televiziya kanallarında seriallarda özfəaliyyət artistləri, “dramaturqlar”, rejissorlar meydangirlik edirlər. O peşəkarları çağırırlar ki, onlar pul xətrinə susub, heç bir rəy-məsləhət vermədən öz işini görürlər. Məni çağırsalar peşman olacaqlar. Onların xeyrinə danışacağam, onlar narazı olacaqlar. İnanın, bu sənət axır vaxtlar yalançı təriflər üstündə qurulub. Fikir vermirsiz, qalmaqalda olan aktyor, müğənni, rəqqas, aparıcılar sənət davası etmirlər. Heç biri demir ki, bu səbəbdən, sən düzgün, peşəkar ifa etmirsən. Yalnız, bir-birinin geyimindən, xasiyyətindən, qeybətindən danışırlar. Bir dəfə rəhmətlik Məmmədbağır Bağırzadəyə dedim ki, sən eşidirsən ki, muğam ifaçıları düz oxumurlar, qəzəlin vəznin pozurlar, sözün vurğusun düzgün demirlər, niyə irad tutmursan, tənqid etmirsən? Dedi ki, ay Qorxmaz, vallah deyəndən sonra məndən inciyirlər, soyuq görüşürlər, arxamca danışırlar. Dedim bəs Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Nəriman Əliyev səni tənqid edəndə, irad tutanda sən inciyirdin? Dedi ki, biz ədəb- ərkan sahibi olmuşuq, böyüyün üzünə qayıtmamışıq, niyyətimiz öyrənmək olub. 

Sizə bir söz deyim, İncəsənət Universitetində dərs dediyim dövrdə Əzizağa müəllim (səhnə danışığı müəllimi idi) mənə yaxınlaşıb dedi ki, Ay Qorxmaz müəllim, indinin tələbələri niyə dərsə biganədilər. Heç alışıb-yanmırlar. Dedim, Əzizağa müəllim, əvvələr biz instituta gələndə yanmağa gəlirdik, indi tələbələr bizi yandırmağa gəlirlər.
 
O ki, qaldı "niyə davam etdirmirəm" sualına, mane olanlar çox oldu, gördüm ki, imkan vermirlər, sıxışdırırlar, sakitcə kənara çəkildim. İmkan vermədim ki, məni tam məhv eləsinlər. Amma xahiş edirəm soruşmayın kimlər və niyə mane oldular. Mən qalma-qaldan qaçıram. 

- Qorxmaz müəllim, ümumiyyətlə, estrada teatrımızın bugünkü durumu haqqında nə deyə bilərsiniz?

- 1998-ci ildən müəyyən səbəblərdən fəaliyyətimi dayandırmışam. Yeri gəlmişkən bu il mənim 1990-cı ildə yaratdığım “Estrada teatr”ınn 26 ili tamam olur. Gəncləri yığmağa cəhd eləmişəm. İstəmişəm cavanları bir yerə toplayıb iş görüm, alınmayıb. Səbəbi odur ki, onların səbri yoxdur, 3 ay məşq eləsinlər. Deyirlər ki, “eh biz 5 ay məşq edəcəyik, yoldan keçənlər efirdə “qan” edirlər, reklam tuturlar, hamı tanıyır, həm də pul qazanırlar. Biz burda havayı, maaşsız işləyəni, tamaşaçı qarşısında “yetişib bişəni” 1 il keçəcək. Bizə sərf eləmir. Hətta olub ki, 3 ay yayın istisində məşq eləmişəm, axırda demişəm ki, görüm harda bir konsert tapım, xahiş edim bizə səhnədə imkan versinlər, yoxlayaq görək nə səhvlərimiz var. Mənə dedilər ki, nə qədər pul verəcəksən? Biz sənin xətrinə pulsuz məşq elədik, amma səhnəyə pulsuz çıxmayacağıq. Onlar istəyirlər ki, hər şey bir ayın içində alınsın. Həm şöhrət, həm də pul. 

- Bu gün estrada teatrının ən üzdə olan nümayəndələri “Bu şəhərdə”nin təmsilçiləri, eləcə də digərləri Rusiyanın sanballı estrada teatrı ilə müqayisədə çox geri qalırlar. Siz bu geriliyin səbəbini nədə görürsünüz?

- Bilirsiz, maraqlıdı, mən bu suala elmi şəkildə ya da sadə dillə desəm nə dəyişəcək, nə düzələcək? “Bu şəhərdə"nin təmsilçiləri 16 ildə bir dəfə mənə dəvətnamə göndərmədilər ki, gəl bax, fikrini söylə. Mənim fikrim heç kimi maraqlandırmır. Artıq onlar şöhrət sahibidilər. Onların heç kimin rəyinə, tənqidinə ehtiyacları yoxdur. Nəinki onların, heç bir “gülüş” aktyorlarının mənim sözümə ehtiyacları yoxdur. Artıq reklam hamısının başını dumanladıb, baş gicəllənmə həyatın yaşayırlar. Onu da deyim ki, Rafael və Coşqun peşəkar aktyorlardır. Onlar ustad rejissor rəhbərliyi ilə məktəb görüblər.
 
Nəzərinizə çatdırım ki, İlham Rəhimli mənim elmi rəhbərim olub. Mən “Milli estrada sənətinin yaranması və təşəkkülü” (qədim və erkən orta əsrlər) mövzusunda kitab yazıb fəlsəfə doktoru adına layıq görülmüşəm. İndi də “Milli estrada sənətinin inkişaf mərhələləri” elmi işi üzərində çalışıram. Mənim ixtiyarım var ki, estradaşünas-alim kimi tənqid edim və rəy bildirim. Yuxarıda söylədiyim kimi tənqid və ya məsləhət düşmənçiliyə gətirib çıxardır.

- Bundan əlavə, siz sənəti həm də televiziya vasitəsilə sevdirməyə cəhd göstərən şəxslərdən biri olmusuz. Bu gün televiziya, şoulara kifayət qədər yer ayırmaqla sənətə nə dərəcədə zərbə vurur?

- Azərbaycanda “Şou-proqram”ları ilk dəfə mən yaratmışam. İlk peşəkar “şoumen”əm. Sonuncu “konferansye”yəm. “Şou-biznes”in təməlin mən qoymuşam. 6 il “Şou-Əlili” estrada proqramının aparıcısı və təşkilatçısı olmuşam. İlk dəfə “Estrada teatrı” yaradıb rəhbərlik etmişəm. Həm bədii rəhbəri, həm müdiri olmuşam. Tele-kanallarda bu qədər şou-proqramlar yayımlanır. Bir dəfə də olsun mənə zəng edib dəvət etməyiblər ki, ay Qorxmaz müəllim, sənin məsləhətinə ehtiyacımız var. Aparıcılar bir dəfə də olsun zəng edib deməyiblər ki, xahiş edirəm efirdə mənim çıxışıma bax, fikrini, məsləhətini de. Bu insanlar öyrənmək istəmirlər.  Şou-proqramların efirdə çox olması pis deyil. Amma onların hamısı Şou-proqramdı bəyəm? “Şou”nun qayda qanunlarından xəbərləri var ki? Şoumen necə olmalıdı bilən var ki? İndi hamı özünə “şoumen” deyir. Mənim bu barədə danışmağımın heç bir mənası yoxdur. Mənim qəbul etdiyim və sənətini, şəxsiyyətini bəyəndiyim Azər Axşamdı. Ona baxanda özümü görürəm. “Aba” telekanalı var idi. 1998-ci ildə Əhməd Orucoğlu “Bu axşam” adli bir verliş yaratdı. O vaxt mən ondan incidim ki, o verlişə məni dəvət etmədi. Mən o verilişdə öz aktyorluq istedadımı daha çox nümayiş edə bilərdim, tamaşaçı məhəbbətim ikiqat çoxalardı. Amma indi deyirəm ki, yaxşı ki Azər Şabanovu dəvət etdi. O verilişdə Azərə “Axşam” ləqəbini Əhməd Orucoğlu verdi. Azərbaycan bir istadad qazandı. Və bir istedanı itirdi. (gülür)

- Qorxmaz müəllimin özünün yenidən televiziyaya qayıtmaq fikri varmı?

- Yox. Daha gecdi. 60 yaşında qoca aparıcı kimə lazımdı. Mənim televiziya məkanımda heç vaxt bəxtim gətirməyib. İndi gənclərə elə yollar açılıb ki, sevindirici haldır. Amma bizim vaxtda mənə belə imkanlar heç vaxt yaratmayıblar. Dövr başqa idi. İndi gənclər efirdə pul qazanırlar. Amma mən heç vaxt efirdən pul almamışam. Bir dəfə serialda belə imkan olub. 

- Sizin şoumen kimi fəaliyyətinizin kökündə maarifçilik missiyası var idi. Bu sizi elitar, ziyalı zümrə tərəfindən də sevilmənizə səbəb olmuşdu. Bəs indiki şoumenlərin yaradıcılığında bu maarifçilik elementi niyə yoxdu?

- Yenə məni tənqidə sövq edirsən. Danışmağımızın mənası yoxdu, düzəlməyəcək. Efirdə ləhcə baş alıb gedir. Azərbaycanın illər boyu formalaşmış efir danışıq dili, dövlət dilimiz itib. Elə efir var ki, ingilis ləhcəsində danişir. Elə bilirsən ingilis azərbaycanca veriliş aparır. Türk sözləri dilimizə qarışıb. “Sizlər”, “Bizlər”, “İlk öncə”, “Olacaydır”, “Olmayım”, “Gejə”, “Petformans” vallah aləm qarışıb, məssəb itib. “İlk öncə” nə deməkdi? “İlk” və “öncə” sözü bir-biri ilə uzlaşmır axı. Onun əvəzinə “ilk olaraq”, “ilkin olaraq” desək düz danışmış oluruq. “Öncə” sözü nə deməkdi, belə söz yöxdu. Mənasız sözdü. İlham müəllimin əlifbamız haqqında dediyi fikirlərlə şərikəm. Ən mühüm bəlamız apastrof işarəsinin əlifbamızdan çıxarılmasıdı. Apastrof işarəsinin danışığa böyük təsiri var. Danışıq “melodiya”mız korlanıb, “axıcılıq” itib. Deyirik ki, fars dili ən şirin dildi. Bizim dilimiz ondan geri qalmir. “a”, “o”, “u”, “i” saitlərinin danışıq zamanı, digər saitlərə nisbətdə, uzun tələffüzü danışığımızda xüsusi bir “avaz” əmələ gətirir. Əruz vəznində yazılmış şeirlərin düzgün tələffüzü üçün apastrof işarəsi, əvəzolunmaz, mühüm rol oynayır. Media bu məsələ ilə əlaqdar debatlar aparmalıdılar. Apastrofun əlifbaya qaytarılmasına nail olmalıq.

Mahnılarımız türk, rus, İran, Avropa stilində yazılır. Azərbaycan muğamı məhv olmağ üzrədi. Muğama ərəb, fars, türk, hind, özbək, madaqasqar “nəfəsləri”,ifa üslubları qatışdırılıb. Az qalıb Vyetnam-Çin üslubları  da qatsınlar. Muğam oxuyanlarının bəziləri “parkinson” əsməcə xəstəliyinə tutulublar. O qədər mikrafonu aşağı-yuxarı, sağa-sola aparırlar ki, xəbərləri olmur oxuya-oxuya “xa甝 da vururlar. Üz mimikalarını o hala salırlar ki, adan baxanda yazığı gəlir. Geyimləri də ki, super. Eləsi var çin fəhlələrinə oxşayır. Yanacaq doldurma məntəqəsində işçilərin geyindiyi formaya oxşar geyinib efirə çıxırlar. Mahnının orijinali qalır bir kənara, bəstəkarin mahnısının kantasını dəyişdirib təzədən yazırlar. Belə çıxır ki, bəstəkar anlamayıb, düz yazmayıb. Vallah danışdığca bitmir. Gəl müsahibəni bu yerdə saxlayaq. Ürəy doludu. Amma vallah danışmaq mənə qalacaq. Görünür atalar deyən sözə əməl etməliyik: “Palaza bürün, elnən sürün”. Amma neyniyim ki, palaza bürünə bilmirəm. Çəkilmişəm kənara, oturmuşam xalçanın üstündə çay içə-içə sakit həyatımı yaşıyıram. Bekar dayanmıram, elmlə məşğulam. Mən dostum İlham Rəhimlinin xatirinə müsahibə verdim. Mən müsahibə verməydən qaçıram. Sizə uğurlar arzu edirəm.

Elmin NURİ
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR