"Alışanov insan yaramazlığının tükənməz potensiala malik olduğunu göstərdi"
Gündəm
Oxunub: 8418
14 Feb 2016 | 14:16
1956-cı il fevralın 14-də Azərbaycanda televiziya kütləvi yayıma başlayıb. Həmin dövrdən düz 60 il keçir. İlk vaxtlarda insanların “sehrli güzgü” adlandırdığı televiziya bu illərdə bizə nə verib, kütlələrə nə aşılayıb, cəmiyyətin gözləntilərini doğruldubmu? 

Moderator.az-ın əməkdaşı bu və ya başqa suallarla teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərrəmliyə müraciət edib. 

”“ Qulu müəllim, mümkündürsə, əvvəlcə “bu gün televiziya bizim üçün nədir” sualına cavab verərdiniz...

”“ Televiziya indi o qədər çoxşaxəli və çoxmənalı olub ki, onun mahiyyətini bir sözlə ifadə etmək hünər istəyir. Bütün hallarda televiziya bizi kitabdan və onun insanlarda yaratdığı xətti düşüncədən ayırıb, qeyri-xətti və mozaik düşüncəyə alışdırıb. Ona görə də deyə bilərik ki,  yaşadığımız dünyanın şüurumuzda mozaik modelini yaradan TV insanlar üçün, ilk növbədə informasiya mənbəyi və əyləncə vasitəsidir, bəziləri üçün ev kinosudur, bəzilərinin qulaq yoldaşıdır. Cəmiyyəti idarə edənlər üçün TV yaxşı idarəetmə vasitəsi, ictimai rəyə təsir və bəzən də manipulyasiya alətidir. Məqsəd və siyasi şəraitdən asılı olaraq TV maarif, demokratiya məktəbi də ola bilər, avtoritarizmə də xidmət edər. Yəni televiziya təxminən atom bombası kimi bir şeydir, dinc və xeyirxah məqsədlərə də xidmət edə bilər, Şərin də qulluğunda dura bilər.

”“ Bəs onda dediyiniz bu vasitə indiyə kimi bizim teleməkanda  nə kimi rol oynayıb, Xeyirə, yoxsa Şərə xidmət edib, yəni ən aşağısı bizim telekanallar bu gün cəmiyyətin istək və maraqlarına cavab verirmi?

”“ Xoşbəxtlikdən bizim TV-lər uzun illər xoş niyyətlərə xidmət edib, yalnız son bir neçə ildir ki, telekanallarda Şərin əlamətləri görünür. Bütövlükdə televiziyanın yaranması bizim milli düşüncəmizə, ictimai baxışımıza, dünyagörüşümüzə və mədəniyyətimizə böyük töhfələr verib. Düzdür, sovet sistemi televiziyaya güclü təbliğat aləti kimi baxırdı. Amma bu vasitə həm də bizim mədəniyyətimizin, musiqimizin və ədəbi dilimizin inkişafında müstəsna rol oynayıb və müəyyən istisnalarla bu missiyanı yenə də davam etdirir. O ki qaldı bizim TV-lərin cəmiyyətin istək və maraqlarını ifadə etməsinə, nə qədər qəribə olsa da, sovet dövründən fərqli olaraq bu suala indi birmənalı cavab vermək müşküldür. Təəssüflər olsun ki, mənəvi cəhətdən zədələnmiş telekanallarımızın cəmiyyətin istək və maraqlarını, təfəkkür və düşüncə tərzini, qayğı və problemlərini əks etdirməməsini əsas qüsur saymaq olar. Sanki biz bir başqa yerdə yaşayırıq, telekanallarımız isə tamam başqa cəmiyyəti ifadə edir.  


”“ Siz televiziya və radio tarixini araşdırmış azsaylı alimlərdən birisiniz. Bu 60 illik tarixi hansı inkişaf mərhələlərinə bölürsünüz?

”“ TV tarixini mərhələlərə bölmək, müəyyən mənada, şərtidir. Amma bununla yanaşı, mən belə hesab edirəm ki, tarixi inkişaf baxımından 4 mərhələ haqqında danışmaq olar: birincisi, TV-nin texniki baxımdan bir fakt kimi ortaya çıxması və yayıma başlamasıdır, bu, təxminən 1955-60-cı illəri əhatə edir. İkinci dövr ekranda davamlı xəbər proqramlarının, analitik verilişlərin və telepublisistikanın kəmiyyət və keyfiyyət baxımından dirçəlməsi dövrüdür ki, bu proses 1980-ci ilə qədər çəkmişdir. Üçüncü dövr 1980-ci ildən başlanır və müstəqilliyə qədər olan bir tarixi əhatə edir ki, həmin mərhələni televiziyanın ictimai həyata təsirinin artması kimi səciyyələndirmək olar. Dördüncü dövr isə tarixi-xronikal baxımdan müstəqillik dövrü sayıla bilər ki, məhz bu dövrə çoxşəbəkəli televiziya sistemi formalaşmışdır. 


”“ Bəs bu tarixdə AzTV-nin yerini necə görürsünüz?

”“ Bu tarixin üçdə ikisi mədəniyyətimiz və ictimai düşüncəmiz üçün mühüm və əhəmiyyətli işlər görmüş AzTV-nin payına düşür. Bu TV Azərbaycan mədəniyyətinin və incəsənətinin, xüsusən musiqi mədəniyyətimizin, inkişafında, ədəbi dilimizin cilalanmasında, mədəniyyətimizin təbliğində, audiovizual sənətin, xüsusən orjinal ekran sənətinin təşəkkülündə önəmli rol oynayıb. Bu gün radio və televiziyanın videotekasında bənzərsiz sənət nümunələri yatır. AzTV bu sənət nümunələrini yaratmağa qadir olan çoxsaylı peşəkar yaradıcı insanların iş yeri olub.
 
”“ Uzun bir tarix keçmiş AzTV-də hansı parlaq rəhbərlər yaddaşlarda qalıb? Bu rəhbərlərdən kimlər telekanalın inkişafında əhəmiyyətli rol oynayıb?

”“ Bu gün 60 yaşlı AzTV-nin tarixində 10-dan çox sədr olub, lakin mənim fikrimcə, onlardan üçünün adı tarixə qızıl hərflərlə yazılmalıdır: Teymur Əliyev, Elşad Quliyev və Məmməd Murad. Bunların hər üçü, xüsusən televiziyanın bünövrə daşlarını düzmüş, onu sənət və jurnalistika faktı kimi formalaşdırmış, həm də ekrana milli sima vermiş, bir ziyalı kimi bilik və ləyaqət mücəssəməsi olmuş Teymur Əliyevin xidmətləri misilsizdir. Televiziya işini çox gözəl bilən Elşad Quliyev yaradıcılıq baxımından AzTV-ni müəyyən keyfiyyət mərhələsinə qaldıra bilmişdi. Çox çətin dövrdə rəhbərliyə gəlmiş, amma stereotipləri qırmaq üçün ciddi addımlar atmış Məmməd Murad isə bizim TV tariximizdə yeganə islahatçı sədr kimi qalıb. Sədrlər arasında Məmməd İsmayılın və Babək Hüseynoğlunun adlarını da qeyd etmək olar, bu adamlar televiziyada mənəvi parametlərə diqqət yetirib, ekranda  milli çaları gücləndirib, yaradıcı adamlar üçün geniş meydan açıb, müəyyən ənənə formalaşdıra biliblər.
 
”“ Bəs, adı, imici, fəaliyyəti ictimaiyyətdə heç də birmənalı qarşılanmayan indiki sədr Arif Alışanov haqqında nə deyə bilərsiniz?

”“ Bu adamın rəhbərliyə gəlişi, içi mən qarışıq, əməkdaşların əksəriyyətində illüziya yaratmışdı. Amma çox tezliklə məlum oldu ki, sədr kreslosuna əyləşmiş bu adamın içi bom-boşdur, çox bəsitdir, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savadı, ümumi səviyyəsi və elementar dünyagörüşü yoxdur. Bu səviyyə ilə də heç nə yaratmağa qadir deyil. Yarada bilməyəndə isə adamların başını digər şeylərlə qatmalı olursan, sökməyə və dağıtmağa meyillənirsən. İndi ekranda sadəlövh tamaşaçını aldatmağa xidmət edən kosmetik görüntülərə baxmayaraq, Alışanov mahiyyətcə yaradıcılıqdan çox uzaq, dağıdıcı adamdır. Pis odur ki, məqsədi televiziya inkişaf etdirmək olmayan belə tragikomik adamlar yaradıcı şəxslərə və bütövlükdə televiziyaya ciddi zərər vurur, insanların mənəviyyatını zədələyirlər. Buna görə də mən Arif Alışanovu AzTV tarixinin qara ləkəsi adlandıranların fikri ilə razıyam.

”“ Axı hamı indi də danışır ki, siz vaxtilə Alışanovla çox yaxın dost olmusunuz...

”“ Bu köhnə mövzu olsa da, əlbəttə, mən bu adamla nə vaxtsa yaxın olmağımı dana bilmərəm və o vaxtkı Alışanov haqqında da yalnız yaxşı şeylər deyə bilərəm. Amma bilirsiniz, hamının zay çıxan dostu ola bilər, o cümlədən mənim də (gülür). Təəssüf ki, Alışanov sədr kreslosunda təkcə məni yox, onu tanıyanların çoxunu təəccübləndirdi. Feodal düşüncəsi, əcaib idarəçiliyi, kobudluğu, məkrliyi, şərə xidməti, qeyri-adekvat və impulsiv davranışları ilə nələrə “qadir olduğunu” üzə çıxartdı. Bir də bu adam insan xislətinin nə qədər mürəkkəb olduğunu və bir də insan yaramazlığının nə qədər  tükənməz potensiala malik olduğunu göstərdi.
 
”“ Demək istəyirsiniz ki, onun rəhbərlik etdiyi bu on ildə AzTV-də yaxşı heç nə olmayıb?

”“ Elə düşünmək ədalətsizlik olardı, mən demək istəyirəm ki, potensialına görə bu TV-nin tərəqqi etmək imkanları daha böyükdür. Bilirsiniz, AzTV-nin müəyyən ənənənəsi var və sədrin kimliyindən asılı olmayaraq həmin ənənələr davam edir. Bu mənada, əlbəttə, yaxşı cəhət odur ki, bu 10 ildə ekranda görüntünün keyfiyyəti xeyli yüksəlib, maddi-texniki baza güclənib, təmir-tikinti işləri genişlənib, kənardan lisenziyalı proqramlar alınıb, muğam müsabiqələri keçirilib, xüsusən musiqi proqramlarının, eləcə də bəzi ədəbi verilişlərin çəkilişi və təqdimatı yaxşılaşıb. Əsas odur ki, büdcə artırılıb, amma bunun müqabilində əməkdaşların maaşı azaldılıb, bir çox peşəkar kadrlar, o cümlədən yaxşı rejissor, aparıcı və prodüsserlər telekanalı tərk edib və ya işdən çıxarılıb, sifəti olan aparıcılar yoxa çıxıb. Xoşa gəlməyən odur ki, gəncləşdirmə adı ilə oraya xeyli naşı və təfəkkürsüz adamlar doldurulub. Alışanov o boyda TV-ni, sanki eksperimental studiyaya, oyuncağa çevirib, strukturla bağlı tez-tez qeyri-ciddi, diletant və bəzən də əcaib addımlar atılır, mənasız kadr dəyişiklikləri ara vermir. Rəhbərin qeyri-sabit, dəyişkən və qərarsız olması istənilən televiziya üçün təhlükədir.

”“ Siz efirdə nələri ciddi nöqsan hesab edirsiniz?

”“ Çox şeyləri sadalamaq olar, amma detallara varmadan bircə konseptual məsələni deyim. Fikrimcə, ən pis olan AzTV-nin kommersiyalaşması və özəl kanalları yamsılamasıdır. Yəni bu qədər yaradıcı qüvvəsi və pulu olan bir TV-nin özəl kanalların artığına göz dikməsi, oradan layihə və aparıcı gətirməsi biabırçılıqdır. Bu gün format etibarı ilə AzTV ekranına yaraşmayan çoxlu sayda verilişlərin  gəlməsi acizlikdir. Halbuki bu TV-nin özündə hələ istedadlı adamlar var və onlar daha maraqlı proqramlar hazırlaya bilərlər, amma faciə bundadır ki, əvvəla, pul xərcləmək istəmirlər, ikincisi isə həmin adamlara meydan vermirlər. Bu səbəbdən də telekanalın öz məhsulu olan orijinal və baxımlı verilişlər azdır. Bir də aşkar hiss olunur ki, AzTV-nin uzun illər ərzində formalaşdırdığı yaradıcılıq meyarları itib, indi hər hansı verilişə qiymət verərkən peşəkar meyarlar yox, Alışanovun və onun iş tapşırdığı adamların bəsit zövqü əsas götürülür. Ona görə də 60 illik tarixi olan bir televiziya zövqsüzlüyün, bəsitliyin və özfəaliyyətin qurbanına çevrilir. Düşünmək lazımdır, axı necə olur ki, ATV və ANS kimi məhdud maliyyə resursları olan telekanalların verilişləri dövlətin hər il büdcədən milyonlarla manat vəsait ayırdığı AzTV-nin proqramlarından maraqlı olur?

”“ Bəlkə bunun bir səbəbi maliyyənin düzgün xərclənməməsi ilə bağlıdır. Siz adını əvvəldə çəkdiyiniz mərhum Elşad Quliyev vaxtilə AzTV-nin kriminallaşmasını xüsusi olaraq qeyd edirdi. Siz buna necə baxırsınız?

”“ Sualınızın qoyuluşu çox incədir, amma kriminallaşma məsələsi iqtisad çətinliklərlə üzləşdiyimiz bu günün yoğun problemlərindən biridir. AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur, mən hələ bu barədə yazılanları demirəm. Rəhmətlik Elşad müəllim də o vaxt məhz AzTV-nin indiki sədri Arif Alışanovun ciddi söz-söhbətlərə səbəb olmuş maliyyə fəaliyyətini nəzərdə tutaraq bu barədə həyəcan təbili çalırdı. Onda Alışanov sədr müavini idi və maliyyə məsələlərini idarə edirdi. İndi isə o, sədrdir və hər şeyə baxır, deyilənə görə, hətta İTV-nin kadr və maliyyə məsələsini də bu qoçaq həll edir. Belə olduqda siz də, başqaları da yəqin ki, indi vəziyyətin necəliyini, o cümlədən kriminallaşmanın miqyasını  yəqin ki, aydın təsəvvür edirsiniz. 
              
Ağa Cəfərli


Oxşar xəbərlər
15:05, Bu gün
Türkiyə İsrail və İranı gərginliyin münaqişəyə çevrilməsindən çəkinməyə çağırıb
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"