“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxucuların diqqətinə çatdırırıq:
“Dəyərli dostlar, hörmətli
həmkarlar!!!
Mən çox nadir hallarda ixtisasıma və peşəmə
uyğun olmayan yazıları səhifəmdə paylaşır və rəy bildirirəm. O da olsa, bu daha
çox ictimai əhəmiyyət kəsb edən və Azərbaycanımıza, xalqımıza birbaşa dəxli
olan və bizim maraqlarımıza toxunan yazılar olduqda biganə qalmaq mümkün olmur.
Amma son günlər millətimin və xalqımın çox əcaib şəkildə sakit, susqunluqla
seyr etdiyi rəzalətə dözə bilmədiyim üçün bu haqda öz fikirlərimi qısaca da
olsa burada bölüşməyə qərar
verdim. Sadəcə baş verən rüsvayçılığa və rəzalətə əlaqədar qurumların, adını
ziyalı qoymuş xeyli qadın QHT-lərin də sadəcə seyrçi mövqe sərgiləməsi
başadüşülən deyil. Yeganə təsəllimiz odur ki, heç olmasa bəzi həmkarlarımız
prinsipial mövqe sərgiləyərək öz etirazlarını dilə gətiriblər. Elə aşağıdakı
yazının müəllifi hörmətli Raminə xanım Eyvazqızına və Qafqazinfo saytına minnətdarlıq
etmək istərdim. Özünü çox gülünc vəziyyətə qoyan bir qadın 75 milyon Türkiyə
Respublikasının və 10 milyona yaxın Azərbaycan Respublikası vətəndaşlarını öz
aləmində guya barmağına dolayıb. 64 yaşlı bir qadının hamının aydın şəkildə
başa düşdüyü və onun öz dilindən eşitdiyimiz sözü sonradan guya düzgün
anlaşılmadığını deməsi, danması, bir daha bu qadının yerində olmayan əxlaqından
və səhv yolda olmasını açıq şəkildə sübut etdi. Ola bilsin onun söylədiklərini
Türkiyə türkləri tam başa düşməsinlər. Amma biz azərbaycanlılar ki, onun nə deməsini çox böyük xəcalət və
utanclıqla həm eşitdik, həm də şahidi olduq. Buna bu qadının hansı təkzibi,yaxud
bəraətverici arqumentləri ola bilər ki??!! Şəxsən mənə ağır gələn, içimi
ağrıdan o məqamdır ki, nədən bu özünü get-gedə daha biabırçı, rüsvayçı duruma
salmaqda davam edən qadına başa salan bir nəfər tapılmır ki, ayıbdır, bəsdir və
yetər artıq. Nəslini-kökünü, özünü və Azərbaycan Qadını
adında yüksək əxlaqlı, ismətli və həyalı ana və bacılarımızı rüsvay etmə, yanlış
yoldan geri dön. Mənə
elə gəlir ki, bu yolunu düzgün seçməyən qadın orada nə qədər çox qalsa, Azərbaycanlı
xanımlarının indiyə kimi formalaşmış yaxşı adını və imiclərini heçə endirməkdə
davam edəcəkdir.
Allah sonrasından
saxlasın!!”