Zaqatalada yeni direktoruna etiraz edilən məktəbdə SON VƏZİYYƏT – VİDEO
1175
20 Feb 2023 | 13:14

Zaqatalada yeni direktoruna etiraz edilən məktəbdə SON VƏZİYYƏT – VİDEO

Şəki-Zaqatala Regional Təhsil İdarəsi və rayon təhsil sektorunun əməkdaşları Şıxali Qurbanov adına 3 nömrəli tam orta məktəbin valideyn komitə üzvləri və müəllimlərlə görüşüblər. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, səhər saatlarından Zaqatala şəhər Şıxali Qurbanov adına 3 nömrəli tam orta məktəbin qarşısında etiraz aksiyası keçirən valideyn və müəllimlərlə müvafiq qurumların rəsmi nümayəndələri görüşüb. 

Razılıq əldə olunub ki, hər kəsin şikayəti dinlənəcək və lazımi tədbir görüləcək.

Bizim.Media-nın sorğusuna cavab olaraq, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məlumat daxil olan kimi məktəbə rayon təhsil sektorunun əməkdaşları yollanıb. Bildirilib ki, ilkin araşdırmalar aparılıb, valideynlər dinlənilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO


Daha sonra Regional təhsil idarəsinin sektor müdiri Bəhruz Nəbili valideyn komitə üzvləri həmçinin müəllim kollektivi ilə görüşərək fikir mübadiləsi aparıb. Araşdırmalara başlanılıb. 

Bəhriz Nəbilinin Bizim.Media-ya eksklüzüv açıqlamasını təqdim edirik:


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Link kopyalandı!
Son xəbərlər