Basketbol Lıqasında 19-cu tur başladı - FOTO 
1228
22 Feb 2023 | 21:44

Basketbol Lıqasında 19-cu tur başladı - FOTO 

22 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "Sərhədçi PİK" və "AAAF Xırdalan BK" basketbolçuları arasında 19 -cu turun açılış oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə üstünlük əldə etmiş xırdalanlılar yekunda 73-66 hesablı qələbə qazanblar.  

Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 24 xal, 4 ribaund ), "AAAF Xırdalan BK" ( Endryu Korum - 20 xal, 13 ribaund ). 

Qeyd edək ki, 19-cu turun digər oyunları ( "NTD BK" - "Sabah BK", "Gəncə BK" - "Neftçi İK", "Olimpik Şəki BK" - "Zirvə Astara BK" ) 23, 25 və 26 fevral tarixlərində keçiriləcək. 










Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər