Xomeyni məktubunda Qorbaçova nəyi başa salmağa çalışıb? - ŞOK
Oxunub: 11795
01 Mar 2016 | 00:10
Xomeyni məktubunda Qorbaçova nəyi başa salmağa çalışıb?  - ŞOK
Bir neçə gündür ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından Azərbaycana da dəxli olan bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır. 

Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...

Əvvəlini bu linkdən oxumaq olar----moderator.az/news/122896.html


Ayətullah Xomeyni ilə tarixi görüş...


Dünyanın bir çox yerlərində olmuşam. Amerika və Skandinaviyadan başlamış Yaponiya, Afrika və Avstraliyaya qədər hər yerdə. Bir-birindən olduqca böyük fərqlərlə seçilirlər - salamlaşma jestləri də müxtəlifdir. Bu reallığın müxtəlif ifadələrlə dərk edilməsi bəzən anlaşılmazlığın əsasına da çevrilə bilər. Bu baxımdan 1989-cu ildə İrana - Ayətullah Xomeyninin yanına səfərimi xatırlayıram. Həmin vaxt üçün İranla, demək olar ki, ilıq əlaqələrimiz var idi. O, yeddi il ərzində Sovet İttifaqının dostu İraqla müharibə aparırdı. Bu zaman bizim ordumuz Əfqanıstanda idi və nəticə o idi ki, Rza Pəhləvinin istefasından sonra, Sovet İttifaqından yeddi il ərzində heç bir rəsmi şəxs İrana getməmişdi. Sözün qısası, bu müddət ərzində İranla heç bir əhəmiyyətli əlaqələrimiz olmamışdı. Qərara alındı ki, Şərq turnesi həddində Suriya və İraqdan sonra İrana getməli və iki dövlət arasında olan əlaqələri həll etməli idim. Əlaqələrin normallaşdırılması istəyi İran tərəfdən də hiss olunurdu. 1989-cu ilin 4 yanvarında Xomeyninin şəxsi nümayəndəsi Ayətullah Cavad Amol vasitəsilə Qorbaçova göndərilən 6-7 səhifəlik məktub bunun ən əhəmiyyətli ifadəsi idi. Xomeyni heç bir dövlət vəzifəsi icra etmirdi, amma ruhani lideri və faktiki olaraq I şəxs idi. 

Fevralın 25-də Mixail Qorbaçovun İmam Xomeyniyə olan cavab məktubu ilə Tehranda idim. Xomeyninin məktubu Qorbaçovu çox düşündürdü. Cavabında nə yazmalı olduğunu bilmirdi, mən də bilmirdim. Xomeyni öz məktubunda reallığa münasibətdə Qorbaçovun cəsarətini müsbət dəyərləndirirdi və qeyd edirdi ki, kommunizmin uğursuzluğu göz qabağındadır, amma İran lideri üçün heç bu da əsas deyildi. Xomeyninin məktubu dərin fəlsəfi mətndən ibarət idi. İmamın özü ərz edirdi: «Mən Qorbaçovda ölümdən sonra mövcud olacaq ali və daimi həyat barədə təsəvvür yaratmaq istəyirdim. Mənim məktubumun əsas mənası bu idi». 

Sovet İttifaqı Kommunist Partiyasının ateist lideri İranın ali ruhani şəxsinin bu teoloji söhbətinə, sözsüz ki, qoşula bilməzdi. Qərara alındı ki, Qorbaçovun məktubu bizim iki dövlət əlaqələrimiz, onun inkişafının gələcək perspektivləri və region münaqişələrinin müzakirəsi ilə məhdudlaşdırılsın. Mənim ora getməyim İran üçün çox şey demək idi. Mən gedənə qədər, İran mətbuatının rəhbər şəxsləri bu səfərə böyük ümid bəsləndiyini yazmışdı. İmam Xomeyni ilə gələcək görüşümüz və Qorbaçovun cavab məktubu böyük marağa səbəb olmuşdu. Xomeynidən başqa İranın rəhbər şəxsləri - İran prezidenti Xəmnei, baş nazir Musəvi, parlament sədri Rəfsancani, xarici işlər naziri Vilayəti ilə (onunla yaxın dostluq əlaqələrimiz var idi. O, ixtisasca həkim idi. Çox ziyalı və müdrik insan idi. Heç cür fanatiklərə aid etmək olmazdı) rəsmi görüşlər planlaşdırılmışdı. Tehranın siyasi dairələrinin fikrincə, Sovet xarici işlər nazirinin İrana səfəri böyük əhəmiyyət kəsb edirdi. Ona görə ki, imam Xomeyniyə Qorbaçovun cavab məktubunu aparırdım. Bu cavab məktubu onlar üçün regionda proseslərin sonrakı inkişafı nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik idi. Səfər eləcə də, Qərbin, xüsusilə də Amerikanın İran İslam Respublikasına sözlə kəskin ittihamı və son 10 il ərzində onunla əlaqələrini keyfiyyətcə ən aşağı səviyyəyə endirməsi baxımından da əhəmiyyət kəsb edirdi. İrana səfərin uğur açarı Qorbaçovun məktubunun məzmunundan asılı idi. Gedən kimi, xarici işlər naziri Vilayəti bildirdi ki, imam mənimlə görüşməyə hazırdır. Görüşə mən də böyük ümid bəsləyirdim, ona görə də, nailiyyətlər arzusu ilə Xomeyninin müqəddəs şəhəri Quma yollandım. Xomeyni xəstə idi və həkimlərin qoyduğu qadağa əsasında heç kimi qəbul etmirdi. Mənimlə görüşə razılaşması istisna hal idi və sözsüz ki, bu da xarici işlər naziri olduğum həmin böyük dövlətə hörmət əlaməti idi. Lakin ola bilər ki, söylənilməmiş və ya gizli - tarixən daim mövcud olan başqa səbəblər də var idi: Gürcüstanda farsların (indiki İran) dövlət maraqlarını nəzərdə tuturam. Hər halda bu fikir də beynimdə fırlanırdı. Qar yağırdı. Xomeyninin yaşadığı yer yüksəklikdə yerləşirdi. Daxil olarkən, məsciddə olduğu kimi, ayaqqabılarımızı çıxarmalı idik. Çıxardıq və içəri corablarla daxil olduq. Bunun özü də narahatlıq yaradırdı. Diplomatik protokolun hər bir tələbinə uyğun geyim və ayaqqabısız olmaq rahatlığı pozurdu. İbadət etdiyin vaxt olduğu kimi yalqız olmamalısan, həmsöhbətin olmalıdır və onu öz doğruluğuna əmin etməlisən. Əvvəlcədən xəbərdarlıq etdilər ki, mən, imamın İran inqilabından sonra görüşdüyü ilk xariciyəm. Onun vaxtı məhdud idi və görüşümüz 15-20 dəqiqəni əhatə etməli idi. Oturduq və sükut içərisində gözləməyə başladıq. Otağa - Xomeyninin asketik yaşayış məskəninə göz gəzdirdim. Görünürdü ki, burada əsas şey həyat varlığının məna dərinliyinə varmaq idi. İmama heç nə mane olmamalı idi. Hər şey sadə idi - döşəməyə açıq boz rəngli xalça sərilmişdi. Sözün qısası, otaqda yalnız vacib şeylər mövcud idi. Otaqda mən və tərcüməçidən başqa ev sahibləri də var idi. Onlar imamın gəlişini səssiz sitayişlə gözləyirdilər.


 Fikrim tarixə yönəldi. Fars şahlarının qəbulunda neçə gürcü bu cür oturub gözləyib. Doğrudur, mən başqa ölkə nümayəndəsiyəm, amma yenə də”¦ Narahat gözləmə hissi bədənimə hopdu. Xatırladım ki, bu ölkənin böyük gürcü rəhbəri bir neçə vaxt bundan əvvəl öz həmkarları ilə Tehranda oturmuş və dünya əhəmiyyətli sahələri bölüşdürmüşdü”¦ O zaman İranın taleyi əsasən bu gürcüdən asılı idi. Burada qar tez-tez yağmır, amma yağdıqda şaxtalar başlayırdı. Corabda olduğuma görə üşüməyə başladım. Təxminən 15 dəqiqə gözləməli oldum. Sonra bildim ki, İran rəhbərliyi ilə görüş bu cür qəbul olunub və 10-15 dəqiqə gec başlamalıdır. Bir neçə dəqiqədən sonra işarə etdilər: «Gəlir». Əvvəl oğlu göründü. O da hörmət əlaməti olaraq «gəlir» deyə işarə etdi. Orada qəbul olunmuş adətə əsasən, otağa qara əmmaməli və boz rəngli milli xalatda balaca, nurani, ağsaqqal bir qoca daxil oldu. Bizim kürsülərin yanında, taxtın küncündə əyləşdi. Təqdim etdilər. Ətrafımızda heç kəs görünmürdü, amma hiss olunurdu ki, mənim hər bir jestim, sözüm və ya əhəmiyyətsiz baxışım və pıçıltım da xüsusi diqqət mərkəzində idi. 

Televiziyanı görə bilmədim. Heç kim görünmürdü. Vilayəti əvvəlcədən xəbərdarlıq etmişdi ki, görüşün xoşagələn istiqamətə yönəldilməsinin yeganə şansı Qorbaçovun yazdığı məktubun müzakirəsinin 15-20 dəqiqə ərzinə yerləşdirilməsidir. Salamlaşdım. Dedim ki, sizin məktuba cavab olaraq Qorbaçov məktub göndərdi. 15 dəqiqə dinlədi. Bəzən başını bulayırdı. Sonra isə sanki bir an fikrə getdi və cavabında dedi: - Mənim ümidim puça çıxıb. Eşitmişdim ki, Qorbaçov ağıllı insandır. Ona məktub göndərməyim heç də təsadüfi deyildi. Orada insanın rolu və yeri torpaqdakı yox, göydəki kainatda həll olunur. Məni yer üzündə baş verənlər maraqlandırmır. Mən ora - yuxarı baxıram. Bu barədə cavabı isə hələ götürməmişəm. 


«Əlaqələrin normallaşdırılmasına gəldikdə isə, mən yardım edərəm», - bu sözləri razılıqla dedi. Söhbətimiz elə bundan ibarət idi. Sonra durdu və çıxıb getdi. Az da olsa əhvalım pozuldu. Çıxdım, ayaqqabılarımı geyindim. Buz kimiydilər. Hesab etdim ki, görüş də istədiyim səviyyədə baş tutmadı. Öz adamlarıma dedim: «Bəlkə planlaşdırılan görüşləri ləğv edək?» Xarici işlər nazirinin ləyaqətinin təhqir olunmasından ehtiyat edirdim. Vilayəti hər şeyi başa düşdü və dedi ki, zəng edərik. Sovet İttifaqını «incitmək» İran üçün həqiqətən də əlverişli deyildi. Xomeynilə görüşümdən sonra, İranın Sovet İttifaqındakı səfiri Xeyran Nobar bizimkilərlə əlaqə saxladı və xahiş etdi ki, İmam Xomeyni ilə görüşün işıqlandırılması üçün məni razı salsınlar. - İran tərəfi bu görüşü müsbət dəyərləndirmək istəyir və onu dostluq görüşü kimi dərk edir. Görüşün yalnız müsbət cəhətlərini qeyd edir. İran və Sovet rəhbərliyi əlaqələrinin inkişaf istəyinə xətt çəkiləcək. Şevardnadze Xomeyniyə Qorbaçovun məktubunun məzmununu danışarkən, imam qeyd olunan fikri dəstəklədi. İran tərəfinin hazırladığı məlumatda imamın bu replikaları tam əks olunacaq. Təəssüf ki, həkimlərin məsləhəti ilə bağlı olaraq görüş uzun müddət davam etdirilə bilməzdi. Onların fikrincə, söhbət onsuz da uzun sürdü. Mən görüşün İran tərəfdən bu mövqedən işıqlandırılması ilə razılaşdım və həqiqətən də heç yarım saat keçmədi ki, Vilayəti zəng etdi və dedi: «İmam çox razı qalıb. Tərcüməçiniz yanınızdadırsa, televizoru yandırın!» Televizoru yandırdım və nə görsəm yaxşıdır: «Bu tarixi bir görüş idi və bununla Sovet İttifaqı ilə əlaqələrin yeni mərhələsi başlanır! Görüş bir saat davam etdi. Bu cür presedent heç yerdə görünməyib. Qızğın görüş, qızğın sağollaşma”¦ İmam Qorbaçovun məktubunu çox yaxşı dəyərləndirdi!» və getdi”¦ Televiziya”¦ radio”¦ qəzetlər”¦ Sanki izolyasiyada idilər və Qərbin qapısı indi açılmışdı. Orada iki gün qaldım. Şam yeməyi zamanı Vilayəti bir daha təkrarladı: - İmam görüşdən çox razı qaldı. «Bu, xüsusi bir görüş idi» - deyir imam (sözsüz ki, imamın razılığı olmasaydı Vilayəti bu cür bəyanat edə bilməzdi). - Amma o, bir-iki sözlə kifayətləndi. Hesab edirəm ki, normal söhbət edə bilmədik. - Siz görmədiniz, o, sizə üç dəfə baş əydi. Bu, bilirsiniz, nə deməkdir?! Dərin hörmət və diqqət nümayişi idi - deyə Vilayəti cavab verdi. Sözün qısası, hər bir jest, hər bir işarə, mədəniyyətin hər bir kodu özünəməxsus şifrələnmə tələb edir. Səfər öz nəticələrinə görə, doğrudan da tarixə yazıldı. Bu səfər İranda bu gün də yaddaşlardadır. Gürcüstana qayıtdıqdan bir neçə vaxt sonra, Rəfsancani Tbilisiyə səfər edərkən bildirdi ki, mən, Xomeyninin görüşdüyü ilk xarici idim. Xomeyni böyük şəxsiyyət idi. İranı, özü saldığı izolyasiyadan elə özü öz məktubu ilə çıxardı. Paradoks hesab olunsa da, demək istəyirəm ki, Gürcüstan və İranın yeni əlaqələrinin - tərəfdaşlıq əlaqələrinin əsası elə orada qoyuldu. İllər sonra mənim, Gürcüstan lideri kimi Rəfsancani, Xatəmi və İranın başqa liderləri ilə əlaqələrimi elə Xomeyni ilə görüşüm müəyyənləşdirirdi. Baxmayaraq ki, bəzən maraqlarımız üst-üstə düşmürdü (məsələn, neft məsələlərində). Sanki Xomeyninin sözsüz razılığı ilə Gürcüstan və İran arasında çox müsbət, xüsusi isti əlaqələr yaranmağa başladı. 

Yeri gəlmişkən, İrana səfər edənə qədər Bəsrə şəhərində Səddam Hüseynlə görüşdüm. İraqda 12 min nəfərə qədər Sovet vətəndaşı xidmət edirdi. Səddam, mənə hörmət etdiyini göstərməyə çalışırdı. Sözsüz ki, söhbət zamanı İraq-İran müharibəsinin mənasızlığına da toxundum. Hiss etdirdim ki, bu müharibə həqiqətən də çox faydasız müharibə idi, gec və ya tez İraq-Sovet İttifaqı münasibətlərinə də təsir göstərəcəkdi. Səddam məndə bir növ tərs insan təsəvvürü yaratdı. O zaman Küveyt haqqında nə fikirləşdiyini heç təsəvvür belə edə bilməzdim...


Ardı var...
Oxşar xəbərlər
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
GÜNLÜK
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR