01:25
0°C
Bakı
Gəncədə bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən 35 yaşlı kişi tibb müəssisəsindən yaralı vəziyyətdə qaçıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən hadisə şəhərin mikrorayonlarından birində baş verib.
1988-cü il təvəllüdlü Emin Həsənov döş qəfəsindən bıçaq xəsarəti alıb. İlkin versiyaya görə onu tanıdığı şəxs bıçaqlayıb.
Hadisənin baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu