Bizi sosial şəbəkələrdən izləyin:
"Əgər Türkiyə "Əl-Qaida"nın Suriya qanadını dəstəkləməyi dayandırmasa, mən çar II Nikolayın başladığı işi sona çatdıraraq Konstantinopolu (İstanbul-T.T) xristianlara qaytaracağam. O, Birinci Cahan müharibəsi zamanı Dardanel və Bosfor boğazlarını azad etməklə, çar Rusiyasının dəniz girişinin təhlükəsizliyinə nail oldu, amma təəssüf ki, zalım fələk ona mane oldu”
Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov
Moderator.az -a açıqlama verərək Putinin fikirlərinə şərh verib:
“Putinin 2008-ci ildən bu yana verdiyi bəyanatları aqresiya üzərində qurulub. Putin bilir ki, Rusiyanın gücü yoxdur, artıq onlar üçün siyasi kabus başlayacaq. Putin Rusiyanın ərazilərini genişləndirərək özünü 2-ci Pyotra bənzətmək istəyir. Gürcüstana hücum, Ukraynanın işğalı, Qarabağ problem onu Putinin qorxusunu və aqresiyasini bir daha göstərməkdədir. Putin kiçik dövlətlərin ərazilərini işğal etmək siyasəti yeridir. Çünki onun gücü NATO üzvlərinə çatmır. Putinin bu addımları göstərir ki, tezliklə onun da 2-ci Pyotrun aqibəti gözləyəcək. Onun atdığı addımlar beynəlxalq münasibətlərə ziddir. Putin Xristian-İslam məsələsini gündəmə gətirərək Qərb dünyasından özünə tərəfdaş qazanmağa cəhd edib. Amma bu alınmayacaq. Putin bu iki din arasında savaşı alovlandırmaq istəsə ən çox təbii qaynaqlara malik olan müsəlman ölkələri asan təslim olmazlar. İslamda cihad anlayışı var, bu çox böyük idealogiyadır. Putinin çıxışları həm də daxili auiditoriyaya hesablanıb, o, öz hakimiyyətini qorumaq, daxildə xallar qazanmaq istəyir. Putin 2-ci dünya müharibəsində Rusiyanın təkbaşına qalib gəldiyini deyib. Halbuki o müharibədə 15 respublika və 1943-cü ildə ABŞ müdaxiləsi sayəsində udublar. SSR-dən fərqli olaraq türklər Çanaqqala savaşını heç kimin köməyi olmadan qazanıblar. Rusiya Türkiyə ilə hər hansısa savaşa girərsə bu cihad olacaq və Rusiya məhv olacaq.”