“Ümid Rusiyanın dağılmasına qalıb”
5629
15 Mar 2016 | 03:26

“Ümid Rusiyanın dağılmasına qalıb”

“Qarabağ, Abxaziya, Donetsk və s. kimi konfiliktlərin həlli yalnız Rusiyanın dağılmasından sonra reallaşa bilər”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin sözlərinə görə, bütün bu münaqişələri yaradan və idarə edən Rusiyadır və bu dövlət var olduğu müddətdə problemlərin həllinə imkan verməyəcək:

“İstər Qarabağ, istərsə də keçmiş sovet dövlətlərindəki oxşar problemləri yaradan, onları idarə edən, bu münaqişələrin həllinə imkan verməyən Rusiyadır. Nə qədər ki, Rusiya öz maraqları naminə xalqların taleyi, dövətlərin suverenliyi ilə oynayır, bu konfiliktləri həll etmək mümkün olmayacaq. Bir sözlə, ümid Rusiyanın dağılmasına qalıb”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər