Habil Şirinovdan başsağlığı və birlik mesajı
3765
15 Mar 2016 | 11:18

Habil Şirinovdan başsağlığı və birlik mesajı

Qarabağ müharibəsi veteranı və əlili, ehtiyyatda olan polkovnik-leytenant Habil Şirinov Moderator.az-a açıqlamasında Ankara terroru və bu terrorun mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, türk dünyasına başsağlığı verib:

Dəyərli, həmvətənlərim.

Bu gün Türk dünyası üçün hüznlü bir gündür.Mənfur düşmənlərimizin törətdiyi terror nəticəsində Ankarada insanlarımız həyatlarını itirmişdilər. Eyni zamanda, müsəlman dünyasının ilaxır cərşənbə bayramıdır.Mənim də ad günüm bu hüznlü günə düşüb. Bayram və Hüzn günü. Türklər döyüşdən-döyüşə mətinləşir,verdiyi itkilərə rəğmən ağlamaqdan çox daha da sıxlaşaraq düşməndən intiqam almaq hissi ilə yaşayır. Mən bütün TÜRK dünyasına səslənirəm. Mənfur düşmənlərimiz rus şovinistləri, PKK-çı kürdlər,ermənilər birləşərək Türk dünyasına qarşı yüz illərdir mübarizə aparır. Amma heç nəyə nail ola bilmirlər. Baxın dünya xəritəsinə nə qədər TÜRK dövlətləri var. Ona görə ki, TÜRK mübarizdir, ədalətlidir, insansevərdir, özündən zəiflərə arxa-dayanandır, dostluğa sədaqətlidir, düşmənə qarşı isə barışmazdır. Xocalı soyqırımı, Qarabağ və onun ətrafındakı rayonların işğalı, Türkiyədə həyata keçirilən terror hadisələri, İraqda, Suriyada türkmanlara qarşı aparılan soyqırım müharibəsi bu mübarizənin tərkib hissəsidir. Biz bütün türk dünyası bu gün sıx birləşib düşmənə qarşı birgə mübarizə aparmalıyıq.

Bizim heç kimin torpağında, malında gözümüz yoxdur. Bizə qarşı xoş niyyətlə bir addım atana qarşı on addım atmağa hazır olan millətik. Bu mənfur düşmənlərin Azərbaycanda da əlaltıları var. Bunlara qarşı bütün millət birgə olmalıdır.Əgər pkk-çı terrorist məhkəmə zalıandan azad olunursa, Bakının mərkəzində “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov kimilər bəbək qatili Öcalanı kürdlərin milli-azadlıq hərəkatının lideri hesab edirsə, deməli bunların arxasında duran xain qüvvələr var.

Düşmənin niyyəti indiki vəziyyətdə Azərbaycanda qarışıqlıq yaratmaqdır. Odur ki, mən bütün vətənpərvər insanlar adından, Qarabağ düyüşlərində iştirak edənlərin adından bəyan edirəm ki, xalqa, dövlətimizə qarşı düşmənlərlə birləşib xainlik edənlərə qarşı birgə barışmaz olacayıq. Azərbaycanın daxilində nə baş verməsindən asılı olmayaraq, qarşıdurma yaranmasına imkan verməyəcəyik.

Sonda Ankarada baş verən terror hadisəsində həyatlarını itirmiş qardaş-bacılarımıza Qarabağ döyüşçüləri adından ba sağlığı verirəm. ALLAH TÜRKÜ qorusun.AMİN”.

 

Link kopyalandı!
Son xəbərlər