Xəbər verdiyimiz kimi Xocalı soyqırımı ərəfəsində Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın aparıcı siyasi partiyası olan PvdA-nın millət vəkili xanım Marja Van Der Meer və partiyanın fəal üzvləri Hetty Jansen, Niels De Vries, Grietje Weeringa və s. ilə görüş keçirmişdi.
Bu görüş haqqında Niderland mediasında “Yerli
və əcnəbi siyasətçinin görüşündən öyrənilən yeniliklər” başlıqlı xəbər verilib.
Xəbərdə iki xalq arasında dostluq münasibətlərinin genişləndirilməsi haqqında
yazılıb. Həmçinin Azərbaycan ərazisinin 20%-nin işğal olunması, 1 milyon
soydaşımızın qaçqın və məcburi köçkün düşməsi haqqında məlumat verilib. Xəbərdə
Niderland-Azərbaycan Evinin PvdA ilə gələcəkdə həyata keçirəcəkləri layihələrdən
danışılır.
Yazıda Elxan Mirhəşimli və Niderland-Azərbaycan
Evinin fəaliyyəti haqqında da məlumat verilib. Qeyd edək ki, görüşdə Niderland
Azərbaycan Evinin mətbuat katibi və hüquqşünası Mədinə Mirhəşimli də iştirak
edib. Xatırladaq ki, PvdA 70 il ərzində Niderlandın aparıcı siyasi partiyasına
çevrilib. Hər seçkilərdə 30-50 faiz səs toplayaraq nazirlər kabinetində bir neçə
nazirliyə rəhbərlik edirlər.
Elnur Eltürk