Ələt-Astara magistralında QƏZA: Xəsarət alanlar var 
672
30 Mar 2023 | 19:49

Ələt-Astara magistralında QƏZA: Xəsarət alanlar var 

Ələt-Astara magistral avtomobil yolunda qəza olub.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.  

İlkin məlumata görə, "Nissan Sunny" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər