İqtisadçı ekspert büdcəyə yüz milyonlar qazandırmağın yolunu tapdı...
Oxunub: 5747
25 Mar 2016 | 14:44
İqtisadçı ekspert büdcəyə yüz milyonlar qazandırmağın yolunu tapdı...


 

İqtisadçı ekspert Elçin Qurbanovun vergi qanunvericiliyi ilə bağlı müxtəlif zamanlarda irəli sürdüyü səmərəli təkliflərlə, yəqin ki, Moderator.az - ın səhifələrindən də tanışsınız. Ekspert bu dəfə də ciddi müzakirələrə səbəb olacaq qanun layihəsi hazırlayıb. Özünün etirafına görə, bu layihə qanuni qüvvəyə minərsə, Azərbaycanın dövlət büdcəsi yüzmilyonlarla dollar əlavə vəsait qazanacaq. Ən əsası isə həmin vəsaitlər imkanları vətəndaşlardan yığılacaq və cəmiyyətin kasıb təbəqəsi bundan təsirlənməyəcək.

Layihənin səmərəli olacağını nəzərə alıb onu Moderator.az oxucularına təqdim edirik.

Qeyd edək ki, Elçin Qurbanov yeni layihəsini Prezidentə də göndərib. Buyurun, siz də həmin sənədlərlə tanış olun:

 

“Ölkə başçısına müraciət

Cəmiyyətdə dövlətçilik təfəkkürünün inkişafı, xalqın dövlətə inamının, etibarının bərpası, sosial ədalət və  ümumxalq rifahının gözlənilməsi hələ antik dövlətçilik fəlsəfəsinin əsaslarından sayılırdı. Hesab edirəm ki, bu məsələlər  müasir dövrümüzdə də aktuallığını qoruyub saxlayır. Tarixin ən zəki simalarının yaradıcılığına nəzər salanda dövlətin daxili qarşıdurmalarında və süqutlarında  başlıca səbəb antidövlət bürokratik ünsürlərin baş qaldırması olmuşdur. Məhz ona görə də belə cərəyanların  neytrallaşdırılması zəruri hesab edilməlidir.

Cənab Prezident!

Qeyd etmək lazımdır ki, xalqı sizin ifadənizcə desək, harınlamış, azğınlaşmış məmur özbaşnalığı həddindən artıq qıcıqlandırır. Savadsızlıqları, mədəniyyətsizlikləri və cəhalət saçan əməlləri ilə bir çox məmur toplumu bütövlükdə ölkənin siyasi imicinə xələl gətirir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu zümrə üzərində nəzarətin yaradılması həm ictimai, həm də siyasi atmosferin zərərvericilərdən qorunması effektini yarada bilər. 

Hesab edirəm ki, məmurların dövlət və cəmiyyət qarşısında hesabatlılıq öhdəliklərinin hüquqi bazasının yaradılması həm iqtisadi , həm də mənəvi əhəmiyyətli nəticələrə səbəb ola bilər.  Odur ki,  məmurların fəaliyyəti barədə həm sizin, həm də ictimaətin məlumatlılığını təmin etmək, onların hər hansı yarıtmaz fəaliyyətlərinin ağır nəticələrə səbəb olmasının qarşısını almaq məqsədilə beynəlxalq təcrübəyə  əsaslanaraq, hazırladığım  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə dəyişiklik üçün  “Xüsusi Əmlak Vergisi”  barədə qanunvericilik layihəsini təqdim edirəm. Sözügedən əlavə və dəyişklik təklifininin Milli Məclisin müzakirəsinə təqdim olunması üçün yardım etmənizi xahiş edirik.

Danılmaz həqiqətdir  ki, bu ölkədə istənilən problem tərəfinizdən münasibət olmayınca, öz həllini tapmır. Məlumat üçün bildirirəm ki, qanun layihəsi qüvvəyə mindiyi təqdirdə əsaslı mənbələrdən vergi daxilolmaları yüz milyonlarla manat büdcə gəlirlərinin artmasına şərait yaradacaq. Paralel olaraq rüşvət və korrupsiyanın qarşısının alınmasında əvəzsiz tövhələr verəcək.

Cənab prezident!  Digər məsələ isə Azərbaycan Respublikası Konstitusiyasının Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ . I, II, IV bəndlərində təsbit edilmiş 40 min seçki hüququ olan vətəndaşın; -  bu hüquqdan istifadə etməsi barədə prosedur qaydaların müəyyən edilməsi barədə ( VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.)  müvafiq göstəriş vermənizi xahiş edirik. Qeyd etmək lazımdır ki, bu, həm də dövlətin idarə edilməsində ictimai iştirakın təşkili kimi əhəmiyyətli özəlliklərə malikdir.

                                                           LAYİHƏ

                                                           Qısa şərh.

 

                                                        Xüsusi Əmlak Vergisi

Xüsusi Əmlak Vergisi  bazar qiyməti 396000 manatdan artıq olan daşınmaz əmlaka, dəyəri 50000 manatdan yüksək olan ziynət əşyalarına, kolleksiya və digər qiymətlilərə ( qiymətli əsərlər,incəsənət nümunələri,antik əşyalar,heykəllər, barelyeflər, klassik avtomobilllər və.s.) tətbiq edilən fiziki şəxslərin əmlak vergisidir. Xüsusi Əmlak Vergisi ( bundan sonra XƏV) mülkiyyət hüququnun ümumi əsaslarına müvafiq öhdəlik yaradır. (sahiblik  istifadə , sərəncam)

Xüsusi Əmlak Vergisinin dərəcəsi hüquqi şəxslərin (müəsisələrin) əmlak vergisi dərəcəsi və ödənilməsi qaydaları anoloji xüsusiyyətlərə malikdir.

Ölkədə sosial kompromisin, iqtisadi sabitliyin, qanunçuluğun və bu ülvi niyyətlərdən doğan dövlətçilik təfəkkürünün inkişafı məqsədilə Az. Res. Konstitusiyasının 57 .mad. I ”“ hissəsini rəhbər tutub, müraciət etmək hüququmdan istifadə edərək Qanun Layihəsini diqqətinizə ərz edirəm ! 

                 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə

                                           Maddə 196. Vergi ödəyiciləri

                                       Redaksiyada  olan variant

Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

                                    Təklif olunan  variant

Maddə 196. Vergi ödəyiciləri

Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

Mülkiyyətində bazar qiyməti 396000 manatdan artıq daşınmaz əmlak, dəyəri 50000 manatdan çox olan qızıl ziynət əşyası, almaz , almazlı  əl işləri, qiymətli əsərlər, incəsənət nümunələri, antik əşyalar, heykəllər, barelyeflər, klassik avtomobilllər və bu qəbil digər qiymətliləri olan fiziki şəxslər Xüsusi Əmlak Vergisinin ( bundan sonta XƏV) ödəyiciləridir.

 

 

 

                                      Maddə 197. Vergitutma obyektləri

                                            Təklif olunan əlavə

197.1.2.   Fiziki şəxslərin mülkiyyətində olan və mənəvi xüsusiyyətləri qanunvericiliklə müəyyən edilmiş əmlak XƏV məqsədləri üçün vergitutma obyektidir. 

Xüsusi Əmlak Vergisi üzrə öhdəliklər, şəxsin həmin növ (qəbil) əmlaka sahib olduğu vergi dövründən başlayır. Xüsusi Əmlak Vergisi üzrə öhdəliklər yaradan əmlakın  maddi və mənəvi xüsusiyyətləri o, cümlədən siyahısı qanunvericiliklə müəyyən edilir.         

                                               Maddə 198. Vergi dərəcələri.

                                            Redaksiyada olan variant

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə ”” onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):                  

                                           Təklif olunan variant

Maddə 198. Vergi dərəcələri.

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə ”” onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):                                                                                                                   I. . Fiziki şəxslərin Xüsusi Əmlak Vergisi ”“ bu növ vergi tətbiq edilən əmlakın müəyyənləşdirilən dəyərinə 1 faiz dərəcə ilə vergi hesablamaqla ödəyirlər.

Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

                                      Təklif edilən əlavə .

Maddə 200.7. Fiziki şəxslərin Xüsusi Əmlak Vergisi  əmlakın real bazar qiymətinə (dəyərinə) münasibətdə hesablanır və hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki Xüsusi Əmlak Vergisinin məbləğinin 20 faizi həcmində  dövlət büdcəsinə ödənilir. 

    Nominal arayış: Hesablanma əsaslanır 25 illik əmək fəaliyyəti üzrə gəlirlər və xərclərin fərqi ilə əldə edilən xalis gəlirin yönəldilməsi və maddi nəticələri. Bu isə təxminən 2000 manat əməkhaqqı alan məmurun 25 illik fəaliyyəti eyni zamanda himayəsində olan ailə üzvləri  və  qüvvədə olan digər yaşayış minimumu məbləği qədər azaldıldıqda yaranan məbləğ təxminən aşağıdakı kimidir. 25 il = 300 ay ,  300 x 2000 = 600000 manat. Satatistik orta azərbaycanlı ailəsinin tərkibi 4 nəfər götürülməklə;  136 x (4 +1)   x 300 = 204000 manat .  Buradan 600000 manat ”“ ümumi gəlir (və ya ÜG-in kəmiyyətcə ifadəsi)  204000 - yaşayış münimumu (YM) məbləğidir. Bu rəqəm qanunla təsdiq edilmiş rəqəmdir. Yaranan pul sərvəti                 PS = UG ”“ YM  .   Yəni 600000 ”“ 204000 =  396000 manat  . Deməli  396000 manatdan yüksək bazar qiyməti olan mülkiyyət dəbdəbəli daşınmaz əmlak kateqoriyasına aid edilə bilər və etalon kimi qəbul etmək olar. Xüsusi dəbdəbəli kateqoriyaya aid edilən daşınmaz əmlaka tətbiq edilməsi nəzərdə tutulan vergi forması “Xüsusi Dəyərli Əmlak” vergisi adlandırıla bilər”.

Oxşar xəbərlər
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO