Respublika üzrə aprel ayının pensiya ödənişi YEKUNLAŞDI
528
15 Apr 2023 | 11:42

Respublika üzrə aprel ayının pensiya ödənişi YEKUNLAŞDI

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb. 

Fonddan Bizim.Media-ya verilən xəbərə görə, aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. 

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər