Elektrik enerjisi ixracından gəlirlərimiz kəskin artdı
623
15 Apr 2023 | 23:44

Elektrik enerjisi ixracından gəlirlərimiz kəskin artdı

2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib. 

Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur. 

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər