Təmas xəttində hərbi aktivliyin artması müharibə ehtimalını daha da artırır. Maraqlıdır, faktiki olaraq düşmən ordusu ilə toqquşmaya cəlb edilən Azərbaycanın mühribə üçün lazımi maliyyə və iqtisadi gücü varmı? Bu güc Ermənistan üzərində qalibiyyəti təmin etmək üçün yetərlidirmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən iqtisadçi ekspert Samir Əliyev qısamüddətli
müharibənin Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcəyini vurğuladı:
“Təbii ki, istənilən
müharibə dövlətin büdcəsi hesabına başa gəlir. Müharibə xeyli dərəcədə ölkə
iqtisadiyyatına zərər vurur. Bu zərər özünü onda göstərir ki, ölkə torpaqları
işğal olunur, təsərrüfatlar dağılır, hərbi sahəyə daha çox vəsait sərf olunur, işçi
qüvvələri müharibəyə yönəldilir və s. Bu səbəbdən də ölkə iqtisdiyyatı üçün çox
böyük zərər meydana gəlir. Hazırda baş verən hərbi əməliyyatların ölkəmiz üçün
zərəri yoxdur. Əgər aktiv hərbi əməliyyatlar uzun müddətli olarsa, bu, təbii
ki, ölkə iqtisadiyyatlı üçün əlavə xərc deməkdir.
Doğrudur, bizim
torpaqlarımız onsuz da işğal olunub. Hazırkı iqtisadiyyatlmız həmin torpaqların
iştirakı olmadan formalaşıb. Buna görə də artıq hansısa təsərrüfatın dağıdılmasından
söhbət gedə bilməz. Nizami orduya malik olduğumuz üçün hələlik əmək qüvvələrinin
də ordu sıralarına cəlb edilməsinə ehtiyac yoxdur. Silahlı Qüvvələrimiz,
onların maddi-texniki bazası əvvəlki büdcələrin hesabına formalaşıb. Lazımi vəsaitlər
xərclənib, alınması gərəkən silah-sursat alınıb. Hesab edirəm ki, qısamüddərti
bir müharibə olarsa, bu, bizim büdcəmizə ciddi bir zərər vurmayacaq. Lakin
müharibə uzunmüddəli olarsa, o zaman bu, büdcə və iqtisadiyyata daha ciddi təsir
göstərə bilər. Çünki hazırda dövlət büdcəsi neftin ucuz olmasından əziyyət çəkir.
Bu baxımdan qısamüddətli müharibədən fərqli olaraq, uzunmüddətli müharibənin
ölkə iqtisdiyyatına daha ciddi təsir göstərəcəyi şübhəsizdir”.
Seymur Əliyev