Azman...
Oxunub: 1707
28 Apr 2016 | 22:16
Azman...
Bu yaxınlarda 8 Mart münasibətilə bir qadın Feysbukda maraqlı bir status yazmışdı: “Sevgilim, mən bu gün səndən heç bir hədiyyə gözləmirəm. Bunun üçün 364 gün var”.

Əslində elə dəyərlər var ki, onu doğrudan da bir günə sığışdırmaq olmur. Təxminən iki ay əvvəl məşhur jurnalist Şakir Yaqubovun növbəti ad günü yaxınlaşanda bu qeydləri yazmaq qərarına gəldim. Amma tez də fikrimdən daşındım. Əvvəla, onun bu barədə kompleksli biri olduğunu lap çoxdan bilirəm. İkincisi, onu tanıdığım 25 ilə yaxın müddətdə heç vaxt belə şeylər üçün nəinki xüsusi canfəşanlıq göstərdiyini, əksinə, o qədər də xoşhallıqla qarşılamadığının şahidiyəm. Ona görə də, belə qənaətə gəldim ki, onun haqqında yalnız yubiley və ya ad günlərində deyil, hər vaxt və həmişə söhbət açmaq olar...

Onsuz da hər dəfə oxucusu barmaqla sayılan qəzet-jurnallarla, cümləsinin başı-ayağı bilinməyən saysız-hesabsız saytlardakı materiallarla tanış olanda, televiziya və radio verilişlərinə qulaq asanda istər-istəməz düşünürəm: görəsən, o da bunları oxuyurmu? Oxuyursa, hansı hissləri keçirir, necə reaksiya verir? Axı həmin kütləvi informasiya vasitələrində dərc olunan qeyri-dəqiq, əksər hallarda həqiqəti əks etdirməyən və qeyri-səlis ifadələrlə dolu cümlələr ən adi oxucunu qəzəbləndirirsə, gör onda ustad jurnalistdə hansı reaksiya doğurur?

Bir neçə il əvvəl istedadlı yazıçı Baba Vəziroğlu ad günü ilə əlaqədar müsahibəsində illər ötdükcə yaşlanmağı barədə suala cavab verərkən demişdi: “Əgər rəqəmlərin artmağı heç nəyə mane olmursa, qoy artsın”. Maraqlı cavabdır, deyilmi?

Amma Şakir müəllimin həyatında belə deyil axı... Yaşının artmağı onun üçün problemlər yaradıb. Bir neçə dəfə həkim naşılığı ilə üzləşib. Onun üzərində aparılan bir əməliyyat uğursuzluqla nəticələnib, digər əməliyyatdan sonra bir ayağının damarları işləməyə başlasa da, digər ayaq damarlarında tutulma baş verib. Özü demişkən, apardığı əməliyyatların yüksək səmərəsi ilə seçilən məşhur kardioloq-cərrahın ən uğursuz xəstələrindən olub.

Yeri gəlmişkən, həmin əməliyyatlardan sonra özünü “ikinci dərəcəli əlil” hesab edən Şakir müəllimə bir dəfə İctimai Televiziyada mətbuat haqqında veriliş aparan təcrübəli həmkarı zəng edərək, verilişinə dəvət etmək istəyir. Telefonla hal-əhval tutmaq istəyən təcrübəli həmkarının onun səhhəti, sağlamlığı barədə sualına Şakir müəllim öz incikliyini özünəməxsus şəkildə ifadə etmək üçün bir qədər rəngləri tündləşdirərək cavab verib: “Neçə vaxtdır ki, ikinci dərəcəli əliləm, araba ilə gəzirəm...” Əlbəttə ki, həmkarı qələm dostunun sağlamlıq durumuna görə çox məyus olur və səhəri günü televiziya efirindən elə bu cür də deyir: “Biz bu verilişə təcrübəli jurnalist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovu da dəvət etmək fikrində idik. Amma dünən ona zəng edəndə məlum oldu ki, o artıq neçə illərdir ki, ikinci dərəcəli əlildir və araba ilə gəzir...”

Maraqlıdır ki, Şakir müəllim həmin vaxt ekran qarşısında əyləşib verilişə tamaşa edirmiş...

Mərhum xanəndə Hacıbaba Hüseynov ömrünün ixtiyar çağlarında həmişə gileylənirmiş ki, həyatda üçüncü bir adama, ədalətli münsifə çox böyük ehtiyac duyur. Bir qəzəl oxuyursan, biri deyir olar, biri deyir yox, onda mən hardan alım Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini ki, ədalətli münsif kimi hər şeyi yerbəyer eləsin. Yaxud bir qəzəl yazıram, biri qəbul edir, o biri yox. Onda mən hardan alım Əkrəm Cəfəri, Əli Fəhmini ki, münsif kimi nəyin doğru, nəyin yanlış olduğunu göstərsin. Bu gün Azərbaycan jurnalistikasının böyük xoşbəxtliyidir ki, onun məhz Şakir Yaqubov kimi azman bir sənətkarı, ustadı var.

Hər gün sayt və xəbər portallarında, müxtəlif mətbuat səhifələrində, qəzet və jurnallarda baş-ayaq cümlələri, alaşıq-dolaşıq ifadələri, məna və üslub xətalarını görəndə istər-istəməz Şakir müəllim yada düşür və onun redaktor qələminin yeri görünür. Bu gün Azərbaycan jurnalistikasının bədbəxtliyidir ki, belə bir azman sənətkarın təcrübəsi, bilik və bacarığı öyrənilmir, mətbuata qədəm qoyan gənclərin böyük əksəriyyəti təəssüf ki, onun sənətkarlıq və yaradıcılıq qabiliyyətindən, demək olar ki, xəbərsizdir. Halbuki “Şakir Yaqubov məktəbi” açmağa, onun ustad dərslərini dinləməyə çox böyük ehtiyac var...

Şakir Yaqubovu “səyyar ensiklopediya” adlandıranlar haqlıdırlar. İndiki dövrdə məlumatları dəqiqləşdirmək üçün internet, qooql, vikipediya və s. kimi mənbələr var və müasir dövrdə hansısa məlumatı çox rahatlıqla oradan əldə etmək mümkündür. Amma əvvəllər bu mənbələr yox idi axı?! Hansı plenumun, hansı sessiyanın nə vaxt keçirildiyini, hansı qərarın nə vaxt və neçənci ildə verildiyini öyrənmək üçün gərək arxivləri ələk-vələk edəydin, kitabları, qəzet-jurnalları vərəqləyəydin. Məhz belə məqamlarda onun yaddaşından etibarlı mənbə yox idi. Nəinki iş yoldaşları, hətta digər qəzet və jurnallarda işləyən həmkarları da lazımi məlumatı dəqiqləşdirmək üçün həmişə ona üz tutublar.

Onun fenomen yaddaşı barədə danışarkən universal biliyini də qeyd etmək yerinə düşər. Vaxtilə Neft Akademiyasının Energetika fakültəsində güc-bəla ilə oxuyan qohumu diplom işini kiməsə yazdırmaq fikrinə düşür və ondan bu işi bacaran bir nəfər tapmağı xahiş edir. Şakir müəllim ondan mövzuya aid ədəbiyyat tapıb gətirməyi xahiş edir. Gələcək “energetik” onları tapıb gətirəndən sonra Şakir müəllim qolunu çırmayıb, bir neçə günə diplom işini yazır. Əsasən “kafi” qiymətlə oxuyan tələbə diplom işinin müdafiəsi zamanı mövzunu hərtərəfli və əhatəli işlədiyinə görə “əla” qiymətə layiq görülür...

Ustad jurnalist Şakir Yaqubov qəzet işinin, jurnalistikanın böyük peşəkarı, mükəmməl bilicisi olmaqla yanaşı, həm də onun “xəstəsidir”. Ötən əsrin 90-cı illərinin axırlarında xəstəxanada müalicə olunarkən, həkimlər bir müddət ona qəzet-jurnal oxumağı qadağan ediblər. Lakin bir gün də olsa mütaliəsiz yaşaya bilməyən Şakir müəllim bundan da “çıxış yolu” tapır. Ona zəng edən dost-tanış, həmkarları və yanına gəlmək istəyənlərin hərəsinə iki-üç qəzet almağı xahiş edir. Həkim otağa girəndə onun çarpayısının yanındakı mizin üstündə qalaqlanmış qəzetləri görəndə təslim olmaqdan başqa yol görmür...

Bu gün əvəzsiz redaktor, yüksək səviyyəli naşir, azman jurnalist kimi tanınan Şakir Yaqubov imzası dövri mətbuatda ötən əsrin 60-cı illərindən görünməyə başlayıb. Universitetin Kitabxanaçılıq fakültəsində oxuya-oxuya “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq etməyə

başlayıb. Az sonra həmin qəzetin redaksiyasında adına əmək kitabçası açılıb, ədəbi işçi, şöbə müdiri olub. “Kommunist” (“Xalq qəzeti”) qəzetində şöbə müdiri, məsul katib, “Həyat”, “Azərbaycan”, “Səhər” qəzetlərində baş redaktorun birinci müavini vəzifələrində işləyib. Harda işləyibsə, vicdanla, məsuliyyətlə çalışıb, hələm-hələm onun redaktor qayçısından yerinə düşməyən bir ifadə, bir söz belə yayınmayıb. Çoxlu tərcümələri ilə tanınan Şakir Yaqubov həm də müxtəlif vaxtlarda qələmə aldığı “Mən şahidəm ki...”, “Bizim səfər haçandır?”, “Hakim mərkəzi göstərir”, “Banışevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən” və s. kitabların müəllifidir.

Müasir jurnalistikanın ən peşəkar nümayəndələrindən olan Şakir Yaqubovun yaradıcı ömrünü bütünlüklə qəzetçilikdən və qələmə aldığı kitablardan ibarət hesab eləmək düzgün olmaz. O, peşəyə könül verən ən istedadlı və bacarıqlı gənclərin qolundan tutub, onların ən tələbkar və prinsipial müəllimi, yolgöstərəni olub. Zəngin bilik və bacarığı, böyük təcrübəsi sayəsində Şakir Yaqubov məktəb səviyyəsinə yüksəlib. Bu məktəbin məzunu olan kifayət qədər peşəkar jurnalist nəsli yetişib: mərhum Adil Qaçayoğlu, Müsəllim Həsənov, Elşən Əliyev, Rövşən Binnətli, Hikmət Sabiroğlu, İmran Bədirxanlı, Aydın Canıyev...

Vaxtilə ustad qələm sahibinin yaradıcılıq çeşməsindən su içən gənc həmkarları daim onunla görüşür, zəngləşir, ünsiyyət qurur, məsləhət alırlar. Şakir Yaqubov bu gün onlarca kitabın redaktoru və ya ön sözün müəllifidir. Zaman keçsə də, informasiya texnologiyaları öz hökmünü versə də, indinin özündə də epistolyar formada onunla yazışanlar var. Budur, bir vaxtlar onunla bir yerdə işləyən, nisbətən gənc həmkarlarından biri yazır:

“Əzizim Şakir müəllim!

Sizi çox sevdiyimi bilirsiniz - qədərini bilməsəniz də... Ancaq bunu gizlətməyə də ehtiyac görmürəm. Mübaliğəsiz deyirəm ki, sizinlə bir dövrdə, bir zamanda yaşadığım üçün özümü xoşbəxt sayıram. Təbii ki, özünüz məndən də yaxşı bilirsiz - xarakterinizdəki sərtliyə, haqqı nahaqqa verməməyə, istedadsıza “yox” dediyinizə görə çox vaxt sizi bəyənməyib, tükənməz istedad və bacarığınıza baxmayaraq hətta giley-güzar da ediblər. Amma mən belələrinin nə özlərini ciddiyə almışam, nə də arqumentlərini. Axı siz istedadsınız, başqa necə olmalıdır? Qoy onlar necə hesab edir-etsin, amma sizinlə bir neçə il “Səhər”, iki il “Panorama” qəzetlərində işlədiyimi, XXI əsr girəndən həftədə, ayda bir dəfə olan görüşlərimizi ömrümün çox qiymətli və unudulmaz anları hesab edirəm.

Yaxşı bilirəm ki, sizin də tərifdən xoşunuz gəlmir və çox düz də edirsiz. Amma mən bunu həmişə yox, ildə bir dəfə ad gününüzdə söyləməkdən də vaz keçə bilmirəm. Yaxşı ki, varsız, Şakir müəllim! Əgər siz olmasaydız, onda biz nəyi necə yazmağı, kimə nə sual verməyi, hansı sözün, cümlənin necə dəqiq tərcümə olunduğunu, hansı sözün necə yazıldığını kimdən öyrənərdik? Bəlkə də kiməsə çox adi görünür, elə sözlər var ki, özüm bir cürə bilirəm, indiki mətbuat bir cürə yazır, orfoqrafiya lüğətində isə başqa cür verilib. Mən həmin məqamlarda yeganə düzgün qərar sizin dediyinizi hesab edirəm...

Babəkin anasına sual verirlər: oğlunuz hansı at üstündə döyüşüb? Deyir ki, mənim oğlum at üstündə yox, ad üstündə döyüşüb. Bəli, siz də təmiz, ləkəsiz adınızı həmişə qorumusunuz, uca tutmusunuz və o təmizliyin, ucalığın, düzlüyün yanına bir peşəkarlıq da əlavə etmisiniz.

Hərbi xidmətdə olarkən sıraya düzülmüş əsgərlərə “düzlən!” komandası veriləndə hamı özündən soldakı dördüncü əsgərin sinəsinə baxıb düzlənir. Siz bütün vicdanlı və təpərli jurnalistlər, qələm adamları üçün “düzlən!” komandasısınız.

Biz sizi çox sevirik, Şakir müəllim - arada diskussiya və mübahisələrimizə baxmayaraq...

Biz sizi həmişə və hər vaxt xatırlayırıq - bəzən gec-gec zəng etməyimizə baxmayaraq...

Biz sizi heç vaxt unutmuruq - həmişə yadda olanı necə unutmaq olar?..

Arzu edirəm ki, təzələnən zaman sizə ancaq təqvim ili kimi əlamətdar olsun, yaşınız üstünə gələn il sizə ancaq yaş dəyişikliyi gətirsin, canınız həmişə sağ, nəfəsiniz üstünüzdə, əliniz kürəyimizdə olsun!

Şakir müəllim, siz bizim dostumuz, böyük qardaşımız və ağsaqqalımızsınız. Dost kimi sizin zarafatlarınıza, qardaş kimi məsləhətlərinizə, ağsaqqal kimi öyüd-nəsihətinizə həmişə ehtiyacımız var. Allah sizi dostluqdan, qardaşlıqdan və ağsaqqallıqdan əskik etməsin!”

Bu sətirlərin altından məmnuniyyətlə mən də öz imzamı qoyardım.
Oxşar xəbərlər
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!