Allergiya irsi xəstəlikdir- HƏKİM MƏSLƏHƏTİ
Oxunub: 2086
29 Apr 2016 | 13:44
Allergiya irsi xəstəlikdir-  HƏKİM MƏSLƏHƏTİ
Son zamanlar bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb. Bəs allergiyanın müalicəsi varmı?Onunla necə mübarizə aparılmalıdır, sağala bilən xəstəlikdirmi?
 
 
Moderator.az xəbər verir ki, bu sualları Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının allerqoloqu Tahirə Pənahova ilə müsahibəni təqdim edir:
 
- Tahirə xanım, allergiyanın yaranma səbəbi nədir?
 
- Allergiya insan orqanizminin hansısa allergenlərə (qida məhsulları, bitki mənşəli tozcuqlar, ev tozu, dərmanlar, heyvan tükü, kimyəvi vasitələr) qarşı yüksək reaksiyasıdır. Allergenlər orqanizmə dəri vasitəsilə, tənəffüs və qida yolları ilə daxil olur. Ümumiyyətlə, istər uşaqlarda, istərsə də böyüklərdə allergiya ola bilər. Bu xəstəliyə müxtəlif yaş qruplarındakı insanlarda rast gəlmək olar. Erkən yaşlı uşaqlarda isə əsas əlamətlər  özünü dəridə və həzm yollarında göstərir. Ana qidalanmasına fikir vermədikdə, konservləşdirilmiş məhsullardan, qatqılardan istifadə etdiyi zaman uşaqlarda allergiya dəridə üzə çıxır. Yeni doğulmuş uşaqlarda dəri allergiyası ilə rastlaşırıq ki, bu da allergik diatezdir. Uşaq doğulandan iki həftə sonra dəridə səpkilər, baş dərisində qabıq qoymalar başlaya bilər. Bu zaman uşaqda qaşınma olur, yuxu rejimi pozulur, iştahı azalır. Allergiya tək qaşınma kimi özünü göstərmir, uşaqlarda bu hal bəzən özünü qusma və qarında ağrı, ishal formasında da büruzə verir. Bəzi həkimlər bunu iltihabı ishal kimi qiymətləndirirlər. Amma bunun əsas səbəbi allergiyadır. Bir çox xarici ölkələrdə buna allergik enterokolit və ya allergik kolit də deyilir. Bu, allergiyanın çox geniş yayılmış formasıdır. Əsas səbəbi də ananın yediyi qidanın tərkibi ilə bağlıdır.
 
- Belə vəziyyətdə uşaqlara ilk yardım kimi necə köməklik edilir?
 
- Allergik enterokolit və ya allergik kolit müşahidə etdiyimiz uşaqlarda bu hal nəcisdə qan izlərinin olması ilə ortaya çıxır. Belə vəziyyətdə müraciət edən valideynlərə ilk tövsiyəmiz o olur ki, qidalanmalarına fikir versinlər. Hətta analar bəzən təşvişə düşərək, bu xəstəlik zamanı hansısa bir infeksiyanın olduğunu düşünürlər. Amma onlar bilməlidirlər ki, selikli qişa çox zərif və həssas olduğuna görə bu kimi hallar baş verir. Əgər ana uşağı öz südündən məhrum edirsə və tamamilə inək südü verirsə, bilməlidir ki, bu, uşaqda allergik səpkilər və bağırsaq problemləri yarada bilər. Bunun qarşısını almaq üçün müraciət edən valideynlərdən həkimlər öncə uşaqda qızdırma olub-olmadığını soruşmalıdır və digər narahatçılıq doğura biləcək halları xəbər almalıdır. Əgər ciddi bir problem yoxdursa və ana öz qidalanmasına bu müddət ərzində fikir verirsə, bu hal tez bir zamanda aradan qalxır.
 
- Allergiyanın başqa hansı növləri var?
 
- Allergiyanın geniş yayılmış digər bir forması da allergik rinitdir. Analar bəzən uşaqlarda gecə yatdıqları zaman xorultu, çətin nəfəsalma və öskürək hallarının olduğunu deyir və bunu soyuqdəymə kimi başa düşürlər. Belə bir vəziyyətdə özbaşına, həkim göstərişi olmadan lazımsız dərmanlardan istifadə etməyə başlayırlar. Bu isə tamamilə yanlışdır, çünki əks reaksiya verə biləcək bir dərman uşağın hətta həyatını itirməsinə də gətirib çıxara bilər.
 
 
Allergiyanın daha bir ağır forması isə azyaşlı uşaqlarda boğulmalarla başlayır. Bu tənəffüs yolunun xəstəliyidir  və çox təhlükəlidir. Ona görə də belə uşaqlar müntəzəm olaraq həkim nəzarəti altında olmalıdır. Bu xəstəliyi bronxial astmanın başlanğıcı kimi qiymətləndirmək olar. Çünki hazırda ölkəmizdə təxminən 20% uşaq bronxial astmadan əziyyət çəkir.
 
 
Bronxial astma zamanı uşaqlarda boğulma bəzən həftələrlə davam edir. Onlar daim oksigen çatışmazlığından əziyyət çəkir, yəni hipoksiya vəziyyətində olur. Bu da sözsüz ki, sinir sisteminə və sinir toxumasına təsir edir və uşaqlarda əsəbilik yaradır.  Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü göstərir. Xüsusilə bu aylarda bitkilərə qarşı həssaslıq artır və xəstəlik özünü asqırma, burunda tutqunluq, gözdə qaşınma, öskürək halları kimi biruzə verir. Bu növ allergiya mövsümi xarakter daşıyır. Buna elmi dildə pollinozda deyilir. Belə xəstələr isə həmin fəsillər bitdikdən sonra tamamilə sağalır.
 
 
- Əsəbilik allergiyanın yaranmasına səbəb ola bilərmi?
 
- Əlbəttə. Əgər bir uşaqda allergiya varsa, o uşaqda əsəbilik, nevrozluq halları mütləq olur. Güclü qaşınma, təngnəfəslik, boğulma hissi bu uşaqlarda sinir sistemi pozğunluğuna və nəticədə də ümumi narahatçılığa gətirib çıxarır.
 
 
- Bu xəstəlik zamanı uşaqlara antibiotiklərin verilməsi nə dərəcədə düzgündür?
 
- Ümumiyyətlə, biz çalışırıq ki, antibiotikləri allergiyalı uşaqlarda istifadə etməyək. Amma ola bilsin ki, bəzi vaxtlar onlarda hansısa infeksion xəstəlik yaranar və bu uşağa mütləq antibiotik verilməsi lazım gələr. Bu zaman həkimin göstərişi ilə seçimli antibiotiklərin verilməsi məsləhətdir. Allergiyalı uşaqlarda antibiotiklər çox yüksək reaksiya verə bilər. Ona görə də bu seçimdə çox diqqətli olmaq lazımdır. Çünki indi bəzi analar həkim resepti olmadan apteklərdən istədikləri dərmanları alıb uşağa verirlər.
 
Elə xəstələr var ki, onların yalnız dərman vasitələrinə qarşı allergiyası olur. Əgər dərman allergiyası olan uşağa antibiotik vurulsa, onda elə həmin anda anofilaksik (şok effekt) yaranar, sonda bu vəziyyət ölümlə nəticələnər.
 
Hətta biz belə xəstələrə istər uşaqlar, istər böyüklər olsun, diş həkiminə getdikləri zaman çox diqqətli olmalarını məsləhət görürük. Çünki diş həkiminin istifadə etdiyi hər hansı bir dərman vasitəsi ani bir vaxtda nəfəsin dayanmasına, udlaqda ödem baş verməsinə səbəb ola bilər. Ona görə də həkimə müraciət edən hər bir xəstədən bütün həkimlərin vəzifəsi onda allergiyanın olub-olmadığını soruşmaqdır. Əgər bir insanda allergiya varsa, istənilən sahə üzrə çalışan həkimin bunu bilməsi mütləqdir.
 
- Allergiya hansı yaş qrupunda uşaqlarda daha çox müşahidə edilir?
 
- Allergik xəstəliklərə hər bir yaş qrupunda rast gəlinir. Son vaxtlar isə bu xəstəliyi daha çox yeni doğulan uşaqlarda müşahidə edirik.
 
Anaların qidalanması, valideynlərin uşaqların yatağını yumşaq oyuncaqlarla bəzəməsi, evdəki xalçalar, aromatizatorlar, ətirlər və kimyəvi yuyucu vasitələrdən istifadə allergiyanı yaradan başlıca faktorlardandır.
 
- Belə olan halda analara nə məsləhət verərdiniz?
 
- Öncə analar qidalanmasına fikir verməlidir. Onlar təbii, təmiz qidalar qəbul etməli, geni dəyişdirilmiş modifikasiya olunmuş qida məhsullarından (GMO) uzaq durmalıdırlar.  Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bəzi analar südlərini artırmaq üçün qatlaşdırılmış süd məhsullarından istifadə edirlər və nəticədə həddindən çox istifadə uşaqlarda səpkilərin yaranmasına və vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Bu vasitə ananın südünü çoxalda bilər, amma uşağı narahat edir. Analar xüsusilə diqqət etmələri gərəkən bir məsələ də uşaqları yuyan zaman düzgün gigiyenik qaydalara əməl etmələridir. İstifadə etdikləri sabunlar uşaqlara çox pis təsir edir. Bəzən kimyəvi yuyucular da uşaqlarda allergiyanı yarada bilər. Ona görə də analar uşaqların paltarlarını yumaq üçün istifadə etdikləri yuyucu vasitələrə diqqət etməlidirlər. Çünki son zamanlar allergiyanın hansısa uşaqda olmasını irsən deyil, məhz ətraf mühitin və qeyri-sağlam yaşayış tərzinin təsirindən meydana gəldiyinin şahidi oluruq.
 
- Bitkilərin allergiyanın müalicəsində nə kimi təsiri var?
 
- Hər insan orqanizmi müxtəlif olduğu üçün onların müxtəlif müalicə üsullarına qarşı da cavabvermə reaksiyası fərqli ola bilər. Bəzi allergiyalı xəstələrə bitkilərlə müalicə yaxşı təsir etdiyi halda, əksər insanlarda bu heçdə yaxşı effekt vermir. Əgər bir insanda bitkilərə qarşı allergiya varsa, onlara bitki tərkibli dərman vasitələrinin qəbulu məsləhət görülmür.
 
- Sonda hər kəs üçün maraqlı olan bir sualı da vermək istərdik: allergiya sağala bilən xəstəlikdirmi?
 
- Allergiya elə bir xəstəlikdir ki, burda həkimlərin edəcəyi ən əsas köməklik xəstələrin vəziyyətinin yüngülləşdirilməsidir. Bəzi uşaqlar var ki, biz onlarda tamamilə allergiyanın sağaldığını müşahidə edirik, amma elə uşaqlar var ki,onlarda bu xəstəlik davamlı olur. Ona görə də qida rasionun düzgün təşkil edilməsi, düzgün yaşayış tərzi allergiyanı tam sağalmasına kömək edən başlıca amildir.
 
Amma bir gerçəklik də var ki, allergiya çox zaman davamlı olur və bu prosesi dayandırmaq mümkün olmur. Burda əsas rolu irsiyyət oynayır. Çünki allergiya bildiyiniz kimi, irsi xəstəlikdir. Bəzi valideynlər soruşurlar ki, “mən uşağımı yaxşı şəraitdə böyüdürəm, düzgün qidalanır, amma hansısa qidanı qəbul etdikdən sonra səpməyə başlayır”? Biz bunu araşdıran zaman bu halın məhz irsən keçdiyinin şahidi oluruq. Çünki valideynlərin bilməsi vacib olan məslələrdən biri də budur ki, allergiya ata-anadan keçməyə bilər, əgər nənə-babada, hətta ulu nənə-babada bu xəstəlik olubsa, mütləq özünü yeni nəsildə göstərəcəkdir. Amma əksər hallarda allergiya daha çox ana xətti ilə ötürülür.
 
Allergiyanın davamlı proses olduğunu nəzərə alsaq, bu halda düzgün profilaktik tədbirlərin görülməsi vacibdir. Valideyn bilir ki, uşağı hansı qidanı yediyi zaman onda allergiya halları baş verir. Ona görə də o mütləq uşağını bu qidalardan maksimum dərəcədə uzaq tutmalıdır.
 
Mən valideynlərə tövsiyə edərdim ki, onlar uşaqlarında belə bir hal müşahidə etdikdə vaxtında həkim-allerqoloqa, mütəxəssisə müraciət etsinlər. Çünki vaxtında səbəbkar allergenin tapılması, düzgün müalicə və müayinənin aparılması bu xəstəliyi olan uşaqların tez bir zamanda sağalmasına kömək edir. Nəticədə uzun müddətli yaxşılaşma halı müşahidə olunur.
 


Oxşar xəbərlər
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:58, Bu gün
Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
GÜNLÜK
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 12:01
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
23 Apr 2024 | 11:55
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
23 Apr 2024 | 11:58
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
23 Apr 2024 | 12:05
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 11:58
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
23 Apr 2024 | 12:14
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
23 Apr 2024 | 12:18
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 12:01
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
23 Apr 2024 | 11:55
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
23 Apr 2024 | 11:58
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
23 Apr 2024 | 12:05
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 11:58
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
23 Apr 2024 | 12:14
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
23 Apr 2024 | 12:18
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO