“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi eskpert Üzeyir Cəfərov facebook səhifəsində təmas xəttində baş verənlərlə bağlı maraqlı status paylaşıb. Moderator.az həmin status oxuculara təqdim edir:
“Əziz
dostlar, hörmətli həmkarlar!!
Son günlər cəbhədə baş verənlərin fonunda mən bəzi
dövlət və hökumət qurumlarının sanki biganəliyinin, vəzifə borclarına bir qədər
lazımı səviyyədə yanaşmadığının şahidi oluram. Təki mən səhv edim, amma mənə elə
gəlir ki, bəzi qurumlar üzərinə düşən vəzifələrinin ciddiliyini hələ də tam şəkildə
anlamırlar.
Hamı hər şeyi Müdafiə Nazirliyindən umur.
Üstümüzə öz havadarları ilə bərabər artıq xeyli müddətdir ki dayanmadan
basqılar edən Ermənistan ordusu artıq yeni şərəfsiz "taktikaya" - kəndlərimizi,
mülkü əhalini atəşə tutmağa keçib.
Aydın məsələdir ki, bu düşməndir. Ondan heç bir mərhəmət və
kişiyanə hərəkət gözləməyə dəyməz. Azərbaycan ordusu düşmənin təxribatının
qarşısını almaq üçün nə lazımdırsa edir və bundan sonra da edəcək. Ordumuz
hazırda düşmənin yalnız hərbi obyektlərinə zərbələr endirir. O da məlumdur ki,
Silahlı Qüvvələrimizin arsenalında Ermənistana böyük məğlubiyyət yaşadacaq hərbi
texnilar və avadanlıq mövcuddur.
Bəs cəbhəyanı rayonların Fövqəladə Hallar
Komissiyası və onların müvafiq strukturları mülki əhalinin düşmənin hava
hücumundan və hava zərbələrindən, o cümlədən kimyəvi, bakterialoji və ya digər
qadağan olunmuş vasitələrdən qorunması üşün müvafiq işləri görməyə
hazırdırlarmı? Məncə bu gün hörmətli FHN naziri Kəmaləddin Heydərov ya öz, ya
da onun çoxsaylı general və polkovniklərindən böyük bir qismi Bakıda deyil, cəbhəyanı
rayonlarda yerləşməlidirlər. Çünki
içi mən qarışıq biz dəfələrlə mətbuat səhifələrində yazdıq və
həyacan təbili çaldıq ki, ay yoldaşlar, ay qardaşlar, düşmənin fitnə-fəsadlarından
xalqımızı təkcə Müdafiə Nazirliyinin şərəfli əsgər və generalları deyil, o cümlədən
bəzi qurumların səlahiyyətləri də qorumalıdırlar. Azərbaycan əsgəri üzərinə düşənləri
edir və bunun da davamı olacaq. Amma baxın məkrli Ermənistan insanlar arasında
panika, həyacan və qorxu, təşviş yaratmaq üçün görün hansı naqisliklərə al
atır. Gecə mülki obyektləri amansızcasına raket və digər mərmi atəşinə tutur. Məhz
belə məqamlarda bütün təhlküə olan rayon və kəndlərimizdə FHN-nin müvafiq
strukturlarının fəaliyyəti olmalıdır. Yəni, onlar əvvəlcədən hazırlanmış
sığınacaq və yeraltı bunkerlərdə mülki əhalini düşmənin zərbələrindən müdafiə
etmək üçün yerlər hazırlamalı idilər. Bəli, bəli, məhz hazırlamalı idilər.
Onlar isə yoxdur. Mən bildiyimə görə, bu gün Tərtər Rayonunun İcra başçısı hörmətli
Müstəqim Məmmədov artıq bəzi işlərin görülməsi haqqında göstərişlər verib. Eyni
qaydada, bütün cəbhəboyu - Füzuli,Beyləqan, Ağcəbədi, Xocavənd, Ağdam, Tərtər və
adını çəkmədiyim rayon və kəndlərin müvafiq qurumları TƏCİLİ olaraq bu işləri
görməlidirlər. Son vaxtlar həm mətbuatda, həm də cəmiyyətdə belə bir fikir
dolaşır ki, mülki əhalinin oralardan çıxarılması nədən həyata keçirilmir? Şəxsən
mən nə qədər qəribə də olsa, mülki əhalinin ön mövqelərdə olmasının çox böyük
siyasi və mənəvi əhəmiyyət daşıdığını bildirirəm. Yəqin ki, düşmənin də niyə məhz
onlarla üz-üzə dayanmış əsgərlərə deyil, məhz mülkü əhaliyə artilleriyadan, o
cümlədən digər ağır texnikalardan atəşaçmasının da ən başlıca məqsədi panik əhval
ruhiyyənin yaradılmasıdır. Bu minvalla onlar əsgər və zabitlərimizin də döyüş və
qələbə ruhunu sındırmaq, onlara psixoloji təsir etmək istəyirlər. Qarşıda bizi
çox ağır və çətin sınaqlar gözləyir. Nə qədər ki, rrmənilər və havadarları Qarabağla
bağlı doğru-düzgün addım atmayıblar, biz öz şanlı əsgər və zabitlərimizlə bir
yerdə məkrli düşməni ərazilərimizdən uzaqlaşdırmaq üçün çox işlər görməliyik.
Bir də, inşallah, Silahlı Qüvvələrimiz işğalçı erməniləri ərazilərimizdə təmizləyəndən
sonra da haqqında bəhs etdiyim yeraltı sığınacaq və bunkerlər sonralar da bizim
hər an gərəyimiz olacaq.
Dəyərli dostlar, bu gün güvən və arxa-dayağımız
olan Ordumuz tez bir zamanda bu erməni-rus yaramazları Qarabağdan təmizləmək
üçün tam hazır vəziyyətdə dayanıb. Əmin olun ki, bir həmlə ilə inşallah yaxın
vaxtlarda biz çox böyük bir irəliləyişin olmasını gözlüyürük. Düşmənimizin də
psixoloji durumu çox pozulub. Onlar əsəbi və məğlub bir durumda olduqlarına görə
çoxlu səhvlərə yol verirlər. İnşallah, tez bir zamanda biz nəhayət ki, çoxdan
gözlədiyimiz o QƏLƏBƏ sevincini yaşayacağıq. Bu işdə Tanrı da bizə və əvəzsiz
Silahlı Qüvvələrimizə yar olacaq.!!!
Tanrı Azərbaycanımızı və onun şərəfli Silahlı
Qüvvələrini qorusun!!”