“Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz riskli idi”
Oxunub: 9409
29 Apr 2016 | 17:18
“Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz riskli idi”

Son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

Moderator.az BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Strateq.az-a müsahibəsini təqdim edir:

 

”“ Qüdrət bəy, son zamanlar cəbhə bölgələrində vəziyyət gərginləşib. Belə demək mümkünsə, müharibə yenidən başlayıb. Ermənilərin birdən-birə Azərbaycana hücumu və bizim əks həmləmizin kökündə nə dayanır? Nə oldu ki, atəşkəs pozuldu?

 

”“ Mənə elə gəlir ki, müharibənin yenidən qızışması rus hərbi iradəsinin daxili hesablaşmasının nəticəsidir. Bildiyimiz kimi, Ermənistanın hərbi rəhbərliyi tamamilə Rusiyanın nəzarəti altındadır. Eyni sözləri onların siyasi hakimiyyəti üçün də demək mümkündür. İstər indiki prezident Serj Sarkisyan, istərsə də sabiq erməni lideri Köçəryan Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşlarıdır. Vaxtilə onlar sərha komandirləri kimi Rusiyanın tapşırıqlarını yerinə yetirirdilər. Görünür, hal-hazırda Sarkisyanla Rusiya arasında müəyyən anlaşılmazlıqlar yaranıb. Rusiya da erməni ordusundakı özlərinə bağlı qüvvələri ona qarşı hərəkətə gətirib. Fikrimcə, proseslər Sarkisyanın siyasi hakimiyyətinə son vermək üçün Rusiyaya bağlı erməni hərbçilər tərəfindən həyata keçirilən təxribatdır. Bilirsiniz ki, Sarkisyan konstitusiyanı dəyişdirdi, ölkənin siyasi xarakterini prezidentlik üsul idarəsindən parlamentli respublikaya çevirdi. Məqsədi bundan sonrakı hakimiyyətini baş nazir kimi davam etdirmək idi. Rusiya isə bunu istəmir. Sarkisyanın 2-ci dəfəki prezidentlik səalhiyyətini  başa vurduqdan sonra hakimiyyətdən ayrılmasını arzulayır. Moskvanı o qıcıqlandırır ki, Rusiya istəməyə-istəməyə Sarkisyan konstitusiya dəyişikliyi üçün referendum keçirir, hakimiyyət iddiasını yerə qoymaq istəmir.

 

”“ Belə çıxır ki, Rusiya Ermənistanın demokratikləşməsinin qarşısını onun öz ordusunun təxribatları ilə almağa çalışır?

 

”“ Bəli, zənnimcə, cəbhə bölgəsində son zamanlar baş verən hadisələrin əsas səbəbi bu idi. Erməni ordusu Sarkisyanın hakimiyyətini laxlatmaq üçün Azərbaycana hücuma keçmişdilər. Amma onlar bu cür ağır cavab alacaqlarını da təxmin etmirdilər.

Bilirsiniz ki, Cənubi Qafqaz ölkələri arasında parlamentli respublikaya ilk keçən Gürcüstan oldu. Sonra ermənilər bu addımı atmaq üçün referendum keçirdi. Parlamentli respublikaya keçid perspektiv planda Rusiyanın maraqlarına cavab vermir. Çünki indiki mərhələdə Sarkisyanın bu addımı öz hakimiyyətini davam etdirmək üçün atılsa da, gələcəkdə ölkənin demokratikləşməsinə yol aça bilər. Bu isə, öz növbəsində ölkənin siyasi hakimiyyətini müəyyənləşdirmək şansının Rusiyanın nəzarətindən çıxması, erməni xalqının əsas təsirli qüvvəyə çevrilməsi deməkdir. Rəsmi Yerevanın pis nümunə ortaya qoymasından qıcıqlanan Moskva artıq Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmağa qərar verib. Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasının yolu isə müharibədən və ağır məğlubiyyətdən keçir.

 

”“ Deməli, belə çıxır ki, bu müharibədən məğlub kimi ayrıcaq tərəf Sarkisyan olacaq və əslində özü də bunun fərqindədir. Ən əsası isə hadisələr Sarkisyanın iradəsindən kənar baş verir”¦

 

”“ Bu, mənim versiyamdır. Böyük ehtimalla, hücumlar Sarkisyandan xəbərsiz həyata keçirilir. Bu hadisə Ermənistan siyasi həyatında ilk nümunə deyil. Ter-Petrosyan da bir zamanlar öz iradəsindən kənar hərbi əməliyyatlarla qarşılaşmışdı. Yəqin ki, o dövrləri xatırlayırsınız. Şuşa və Laçın ermənilər tərəfindən işğal olunanda Ter-Petrosyan hücumlardan xəbərsiz olduğunu açıq dillə etiraf edirdi. Ter-Petrosyan bu hadisədən sonra dünya dövlətləri tərəfindən artıq qəbul edilməməyə başladı və hakimiyyətini itirdi. Həmin vaxt Ter-Petrosyana bu tələni Sarkisyan qurmuşdu. İndisə eyni hadisə onun öz başına gəlir. Bu dəfə isə qalib yox, məğlub tərəf kimi. Böyük ehtimalla, indiki  əməliyyatlar da Sarkisyandan xəbərsiz başlayıb və Azərbaycan, sözsüz ki, uzun müddətdən bəri torpaqlarını azad etmək fürsətindən faydalanmağa çalışır.

 

”“ Ermənistanın siyasi islahatlar aparmasının qarşısını almaq üçün Rusiyanın həyata keçirdiyi təxribatın tərəfi olmağımıza necə baxırsınız? Axı, Ermənistanın demokratikləşməsi və rus təsirindən çıxması bu gün olmasa belə, sabah Azərbaycanın mənafeyinə uyğundur. Belə olduğu halda, rus təxribatından istifadə etməyimiz nə dərəcədə doğrudur?

 

”“ Doğru olmayan nədir? Əvvəla, biz Ermənistanın yox, ermənilər Azərbaycan torpaqlarını ələ keçirib və ölkəmiz də həmin əraziləri təbii olaraq geri qaytarmağa çalışır. Əgər indi o şərait yaranıbsa, niyə bundan istifadə etməməlidir? İkincisi, Ermənistan demokratikləşsə belə, bizim haqqımızı geri qaytarmayacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, heç kəs ələ keçirdiyi torpağı xoşluqla geri verməz. Bu, həmin ölkə daxilində ciddi etirazlara səbəb ola və demokratik mühit güzəştli mövqe tutan hakimiyyətlərin daha asanlıqla yıxılmasına yol aça bilər. Odur ki, Ermənistanın demokratikləşməsi və ya bu istiqamətdə keçirilən siyasi islahatların bizim haqq işimizə heç bir dəxli yoxdur. Üçüncüsü, Sarkisyanın mövqeyindən aydın olur ki, o, heç bir güzəştə getmək fikrində deyil. Çünki güzəştə gedəcəyi təqdirdə, devriləcəyini anlayır. Ermənistan Rusiyanın təsir dairəsindən ayrılsın deyə, Azərbaycan öz suverenlik haqqındanmı imtina etməlidir? Erməni siyasi iradəsi özündə güc tapıb Azərbaycanın suverenlik hüquqlarına hörmət göstərməli, bundan sonra daxili siyasi islahatlar haqqında düşünməlidir. Dördüncüsü, siyasət mümkün olanı həyata keçirmək deməkdir. Ermənistan Azərbaycanla bağladığı atəşkəs sazişini pozmaqla bizə uzun illərdən bəri arzuladığımız fürsəti yaratdı. Azərbaycan ordusu bu fürsətdən istifadə edərək, ermənilərə son Qarabağ müharibələri ərzində ilk dəfə güclü və sarsıdıcı zərbə vurdu. Amma özlərinə sərf etmədiyi halda, “niyə Ermənistan bu hücumu etdi” sualına mən belə cavab verərdim: çox böyük etimalla, Sarkisyanın bu hücumlardan xəbəri olmayıb. Ola bilsin ki, Ermənistan ordusunun Rusiyaya bağlı generaliteti bu təxribatı törədib. Məqsəd isə Sarkisyanı devirməkdir.

 

”“ Sizin bu versiyanızı Sarkisyanın son zamanlar atdığı addımlar da təsdiqləyir. Bilirsiniz ki, o, bir neçə gün öncə üç generalı işdən çıxartdı. Deməli, həqiqətən də, ya onların əməlində təxribat izi görürmüş, ya da öz hakimiyyətinə hansısa başqa bir təhlükə hiss edirmiş.

 

”“ Mən də elə bunu deyirəm. Mənim gəldiyim əsas qənaəti siz dediyiniz fakt da təsdiqləyir.

 

”“ Məsələ burasındadır ki, həmin hücumlar prezidentlərin ABŞ səfəri zamanına təsadüf edirdi. İlham Əliyevin Ağ ev rəhbərliyi ilə görüşləri keçirildiyi bir məqamda”¦

 -Görünür, Ermənistan generaliteti özləri üçün uğurlu bir zaman seçdiklərini düşünüblər. Zənn ediblər ki, Azərbaycan prezidenti də ölkədə yoxdur, hücuma keçsələr, biz heç bir qərar qəbul edə bilməyəcəyik. Erməni tərəfi sadəcə atəşkəsi pozmaqla Sarkisyanı pis vəziyyətdə qoyacaq və onun beynəlxalq nüfuzunu aşağı salacaq. Zənnimcə, onlar bizim əks-hücuma keçəcəyimizi düşünmürdülər. Fikirləşirdilər ki, Azərbaycan tərəfi olsa-olsa bu hücumu dəf etməyə çalışacaq. Ona görə də ermənilər çox arxayınlıqla bu təxribata getdilər.

 

”“ Amma belə bir versiya da var ki, İlham Əliyevin ABŞ-da keçirdiyi görüşləri Rusiya öz maraqlarına zidd hesab edirdi. Xüsusilə ikitərəfli görüşlərdə müzakirəsi ehtimalı olunan Cənub Qaz Dəhlizi məsələsi Rusiyanı qıcıqlandırırdı. Avropanı öz qazından asılı vəziyyətdə tutmaq istəyən Moskva bu layihəni öz enerji strategiyasına zidd addım kimi görür. İlham Əliyevlə görüşdə ABŞ-ın ikinci adamı Co Baydenin Azərbaycanın Cənub Qaz Dəhlizində yerini təqdirlə müdafiə etdiyini açıq dilə gətirməsi suyu daşıran son damla oldu. Görüşdən az sonra isə cəbhə bölgəsindən atəş səsləri gəldi. Sizə elə gəlmir ki, bu təxribat həm də Azərbaycanın enerji strategiyasına qarşı yönəlib?

 

”“ Ümumiyyətlə, geopolitik siyasətlər şahmat oyununa oxşayır. Xarici siyasəti müəyyənləşdirdiyin zaman hər hansı istənilən gedişdə bir neçə versiya, variant fikirləşməlisən. Həmlədən sonra qarşı tərəfin cavabının necə olacağı növbəti gedişi müəyyənləşdirir. Baxın, bu yaxınlarda ABŞ dövlət katibi Con Kerri Suriya məsələsiylə bağlı maraqlı bir fikir söyləmişdi. Demişdi ki, əgər tərəflər atəşkəs məsələsində yekdil fikrə gələ bilməsələr, ABŞ da məcbur qalıb “B” planını işə salacaq. Yəni bununla da o, ehtiyatlarında bir neçə variantın olduğunu etiraf etmişdi. Ümumiyyətlə, bütün böyük oyunçular oyunlarını bir neçə variant üzərində qururlar. Amma onlardan biri “A” varinatı olur. Yəni oyunçunun əsas hədəfi. Əgər o hədəf reallaşmasa və ya işin gedişatında tamamilə başqa sürprizlər ortaya çıxarsa digər addımlar atılır. Rusiya da böyük oyunçudur. Onun da istənilən gedişdə bir neçə versiyasının olması təbiidir. Azərbaycan-Ermənistan arasında baş verən son hadisələrdə də onun, yəqin ki, bir neçə variantı var. Amma hesab edirəm ki, “A” variantı Sarkisyanı cəzalandırmaqdır. Bu, o demək deyil ki, işin gedişatında tamamilə başqa zərurətlər ortaya çıxmayacaq və Moskva mövqeyini dəyişməyəcək. Rusiyanın hədəfləri arasında Azərbaycanı da münaqişəyə cəlb etmək planının olması mümkündür. Bunu heç kim istisna edə bilməz. Fəqət bu ikinci və üçüncü planda özünü büruzə verə bilər. Birinci planda isə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür. Rusiya Sarkisyanı zəiflətmək üçün ona kiçicik də olsa  məğlubiyyət yaşatmaq istəyir. Onun məğlubiyyəti isə Azərbaycanın qalibiyyəti deməkdir. Bu tərs mütənasiblikdə ermənilərin məğlubiyyəti nə qədər olacaqsa, Azərbaycan da bir o qədər zəfər qazanacaq. Təsadüfi deyil ki, Sarkisyan da məsələnin mahiyyətini başa düşdüyündən, prosesi Rusiyaya qarşı çevirməyə çalışır. Hazırda Yerevanda anti-Rusiya mitinqləri keçirilir. Yəqin ki, bu mitinqləri elə onun özü təşkil edir.  Düşünürəm ki, Azərbaycan hakimiyyəti də nə baş verdiyinin fərqindədir. Rəsmi Bakı üçün Rusiyanın Ermənistandan nə istəyib-istəmədiyi maraqlı deyil. Onu nəyin bahasına olursa olsun, torpağını azad etmək maraqlandırır. Bununla belə, Rusiya bütövlükdə Qarabağ probleminin həllində maraqlı olamadığına görə Azərbaycanın bu irəliləyişini durdurmalı, ona "yox" deməliydi və dedi də.

 

”“ Bu zamana qədər həmişə Ermənistanın yanında gördüyümüz Rusiyanın indi Azərbaycana yönəlməsi nə qədər qalıcı ola bilər? Bu, sadəcə, Ermənistanı cəzalandırmaqdırsa, deməli, istədiyini ondan aldıqdan sonra Moskvanin bizə qarşı çevrilməsi də istisna edilməməlidir. Məni narahat edən də budur. Rusiyanın keçici hədəfləri üzərində Azərbaycanın öz suverenlik davasını qurmasını nə qədər rasionaldır?

 

”“ Ümumiyyətlə, beynəlxalq siyasətlərdə daimi olan heç nə yoxdur. Bugünkü dostun sabahkı düşməninə və ya dünənki düşmənin bugünkü dostuna çevrilə bilər. Uğurlu xarici siyasət yaranmış münbit şəraitdən doğru istifadə etməyi, çətinlikdən baş çıxarmaq məharəti tələb edir. Rusiyanın Qarabağ məsələsində hazırda Azərbaycanla hardasa ortaq mövqeyə gəlməsinin başlıca səbəblərindən biri də bizim ondan asılılığımızı artırmaq niyyətindən də irəli gələ bilər. Mən bunu da istisna etmirəm. Çünki bu zamana qədər həmişə ermənilərin yanında yer tutmaqla Rusiya istər-istəməz Azərbaycanı Qərbə yaxınlaşdırır. Azərbaycan görəndə ki, Rusiyadan ona heç bir xeyir gəlmir, məcburən başqa istiqamətlərə yönəlir. Amma Rusiyanın balanslaşdırılmış siyasət yürütdüyünü görəndə isə yaxın qonşusuyla münasibətləri genişləndirmək xəttini tutur. Azərbaycanın Rusiyadan bu məsələdə gözləntiləri var və bu da normaldır. Prinsipcə də, Rusiya bizim yanımızda olmalıdır. Əgər biz MDB-nin üzvüyük və Rusiyayla strateji tərəfdaşıqsa, üstəlik, bizim ərazilərimiz işğal olunubsa, Moskvanın da bu müttəfiqliyə hörmətlə yanaşmasını gözləməliyik və gözləyirik. Gözləyirik ki, o, özünün iradəsinə tabe olan Ermənistanı ya bu işğalçılıq siyasətindən yayındırsın. Ya da kənarda dursun, şərait yaratsın ki, biz özümüz bir-birimizlə hesablaşaq. Bu gün ermənilərin özləri etiraf edirlər ki, Sarkisyan Rusiyanın hansısa vilayətinin qubernatoru səviyyəsində belə ciddi nüfuza malik deyil. Onun Moskvanın yanında heç Kadırov səviyyəsində belə, müstəqilliyinin olmadığı bəllidir. Rusiya isə, bayaq dediyim kimi, münaqişənin həllində maraqlı deyil və atdığı addımlar da bu istiqamətdədir. Təsadüfi deyil ki, Rusiya Azərbaycanın Ermənistana sarsıdıcı zərbə vurduğunu görəndə hər iki ölkənin Baş Qərargah rəsisini Moskvaya dəvət etdi və atəşi dayandırdı. Hesab edirəm ki, Azərbaycanın atəşi dayandırması doğru addım idi. Bizim Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz çox riskliydi.

 

Oxşar xəbərlər
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:42
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?