İşğaldakı torpaqların azad edilməsi ilə bağlı Azərbaycan cəmiyyətində mövcud olan ənənəvi narahatlıqlardan biri Rusiya faktoru və bu faktorun Qarabağ savaşında ermənilərə dəstək verəcəyi ehtimalıdır. Hansı ki, I Qarabağ müharibəsində bu ehtimal reallığa çevrildi və Ermənistan rus ordusunun aktiv iştirakı ilə Azərbaycanın bir sıra rayonlarını zəbt etməyə nail oldu. Lakin bu da bir həqiqətdir ki, Qarabağ məsələsində Ermənistana hərbi-iqtisadi baxımdan yardım edə biləcək daha bir dövlət mövcuddur ki, bu da I Qarabağ savaşında Azərbaycana heç bri yardım etməyən, istər müharibə, istərsə də atəşkəs dönəmində Ermənistanla iqtisadi əlaqələri genişləndirməklə onu iqtisadi fəlakətdən xilas edən İran amilidir. Azərbaycanın dövlət sərhədlərini qurudan və dənizdən zaman-zaman pozmaqla ölkəmizə qarşı əsl niyyətini ortaya qoyan, ruhundan tutmuş iliyinə qədər Cənubi Azərbaycanın müstəqil Azərbaycanla birləşə biləcəyi qorxusu hakim kəsilən İranın, qarşıdakı müharibədə Azərbaycanın qələbəsindən məmnunluq duyacağı inandırıcı görünmür.
Maraqlıdır, Qarabağın
azadlığı uğrunda Azərbaycanın aparacağı müharibədə İran həqiqətən də neytral
qalacaqmı? Hər zaman Azərbaycanın zəifləməsi istiqamətində davamlı iş aparan
İranın Qarabağ müharibəsində açıq və ya gizli Ermənistana yardım etməsi
mümkündürmü? Ümumiyyətlə, Azərbaycanın bu müharibədə qələbəsi Ermənistan üçün nə
dərəcədə arzuediləndir?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən Azad Demokralar Partiyasının sədri, politoloq
Sülhəddin Əkbər hesab edir ki, əsas diqqət İran deyil, Rusiya faktoruna yönəlməlidir:
“Birincisi, onu nəzərə
almaq lazımdır ki, bu konfiliktin arxasında Rusiya dayanır. Hətta Ermənistan
Silahlı Qüvvələri işğaldakı torpaqları tərk etmək istəsə, Rusiya buna imkan
verməyəcək. Bunu Azərbaycan cəmiyyəti birdəfəlik bilməlidir. Azərbaycan üçün
başlıca problem Rusiyadır. Bu problem 1722-ci ildən, Rusiya imperiyası
yarandığı dövrdən başlayıb. 1721-ci ildə rus imperiyası yaradılıb, 1722-ci ildə
Azərbaycan torpaqlarına təcavüz edib. Ruslar Xəzərsahili ərazilərə yürüşlər təşkil
edib, talanlar, qırğınlar törədib. Şimali Azərbaycanı işğal və ilhaq edən də
Rusiya olub”.
Politoloq Azərbaycanın
Rusiya tərəfindən işğal və ilhaqının bir neçə mərhələdən ibarət olduğunu
bildirib: “Birinci mərhələdə Azərbaycanın torpaqları işğal və ilhaq olunub. Bu,
1804-1913 və 1826-1828-ci illərin Rusiya-İran müharibəsindən sonra, bu müharibələrin
nəticəsi olaraq baş verib. Bundan sonra, müstəmləkəçilik dövrü başlayır. Şimali
Azərbaycanda İrəvan xanlığının ərazisində İrəvan vilayəti yaranır. İrəvan vilayətinə
Rusiya İran və digər yerlərdən 124 min nəfər erməni köçürür. 1918-ci ildə isə
Ermənistan dövlətini yaradır. Bolşeviklər dönəmində isə Zəngəzur ermənilərə
verilir. İndi isə növbə Qarabağa çatıb. Rusiya imperiyasının yarandığı ilk gündən
məqsədi türk-müəlman ərazisində, Azərbaycan torpağında erməni dövləti qurmaq
olub. Bu tarixi bilmədən bu gün baş verənlərə düzgün qiymət vermək mümkün
deyil”.
Politoloqun sözlərinə görə,
Ermənistan Qarabağ savaşında tərəf kimi görünsə də, əslində bu müharibədə rəsmi
İrəvanın heç bir söz haqqı yoxdur:
“Bu prosesi aparan Ermənistan
deyil. Bu, tarixi dərinliyə malik bir təhdiddir və bu təhdid Rusiyadan
qaynaqlanır. Biz bunu anlamalıyıq. Konfilik başlayacağı hadla Rusiya bu məsələyə
müdaxilə edəcək. Çünki bu konfilikti yaradan elə Rusiyadır. İkicnisi isə,
Rusiya və Ermənistan arasında hərbi ittifaq müqaviləsi var. Hər iki dövlət
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təmsil olunur. Rusiya
hər şeydən öncə bu iki səbəb görə Ermənistanı müdafiə edəcək”.
İrana gəlincə, S.Əkbər rəsmi
Tehranın Ermənistanı həbi baxımdan dəstəkləyəcəyini güman etmədiyini qeyd etdi:
“İranın Ermənistanı hərbi
baxımdan dəstəkləyəcəyini düşünmürəm. Əksinə, Azərbaycan düzgün siyasət
apararsa, o zaman İrandan dəstək ala bilər. Bu gün regiondakı vəziyyət dəyişib.
Mənə elə gəlir ki, Azərbaycan İranla bağlı siysətini yeni paratiqma üzərində
qurmalıdır. Dediyim tarixi paratiqma nəzərə alınmalıdır. Azərbaycan ”“ indiki
milli dövlət tarixi qazanılan dövlətin bir parçasıdır. Bu, bizim ümumi dövlətimizdir.
Bu məsələyə konseptual yanaşma dəyişməlidir. Konseptual yanaşma dəyişərsə, biz
məsələyə düzgün yanaşarıqsa, İran nəinki Ermənistana dəstək veməz, əksinə Azərbaycana
dəstək verər”.
Seymur Əliyev