Məlum olduğu kimi, son vaxtlar ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində bəzi mülki vətəndaşlarımızın həlak olub və yaralanıb.
Maraqlıdır, düşmən atəşi
nəticəsində yaralanan və ya həyatını itirən mülki şəxslərin ailəsinə
kompensasiya ödənilməlidirmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Aqil Abbas düşmən mərmisindən həlak
olan mülki vətəndaşların ailəsinə kompensasiya ödənilməsinin zəruriliyini qeyd
edib:
“Mən hər zaman bu kimi hallarda
vətəndaşların ailəsinə kompensasiya ödənilməsinin tərəfdarı olmuşam. Sizə bir
fakt deyim. Mənim nənəmgilin evinə düşmən mərmisi düşüb və evi dağılıb. Bu hadisədən
üç gün öncə mən orda çay içirdim. Həmin mərmi mən olan zaman da ora düşə bilərdim
və mən də, mənimlə birlikdə ordakı yaxınlarım da ölə bilərdi. Elə kəndlər var
ki, onlarla düşmən arasındakı məsafə daha yaxındır. Məsələn, Məmmmədbağırlı kəndi
var. Bu kəndlə erməni arasındakı məsafə 600-700 metrdir. Avtomat güllələri evlərə
dəyir. Bu və bu qəbildən olan yaşayış məntəqlərində yaşayan insanlar xəsarət
alarsa, həlak olarsa, o zaman həmin insanların ailəsinə təbii ki, kompensasiya
verilməlidir
Əgər kimsə evində otrubsa,
ora bir mərmi düşürsə, həmin şəxs ölürsə, deməli o, şəhiddir, müharibə
qurbanıdır. Bu adamı maşınla vurmayıblar, bıçaqlayıb qətlə yetirməyiblər... Vaxtiylə
Ağdamda, Tərtərdə, Füzulidə, Şuşada və s. yerlərdə düşmən mərmisindən həlak
olan insanlarımız da bu qəbildən olan insanlardır. Bunlar da şəhiddir. Bu insanların
ailəsinə də müavinət verilməlidir. Yaralılara da bu cür müavinət verilməlidir”.
Seymur Əliyev