Xəbər verdiyimiz kimi REAL hərakatı İlqar Məmmədovun həbsdə saxlanmasına etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır. Maraqlıdır, hərakat bu aksiyaya digər siyasi partiya və qurumları dəvət etməyi düşünürmü?
Hərakatın
Idarə Heyətinin üzvü Erkin Qədirli Moderator.az-a açıqlamasında bildirdi ki,
onlar aksiyanı tək keçirəcəklər:
“Bildiyiniz kimi biz artıq
partiya olmaq yünündə addımlarımızı atmağa başlamışıq. Təşkil etmək istədiyimiz siyasi aksiyada öz gücümüzü bilmək istəyirik. Bu, həm də bizim gücümüzə, sıralarımıza nəzər yetirmək baxımından da önəmlidir.
Ona görə də təşkil edəcəyimiz aksiyaya heç bir partiyanı dəvət etməyəcəyik. Sözsüz ki, hansısa partiya və qurumun üzvləri meydana gəlmək istəsələr, qapılar onların üzünə açıq olacaq. İstənilən şəxs gəlib bizim cəmyyətə
çatdırmaq istədiyimiz fikirlərlə tanış ola bilər.”