"Qarabağı da Moskvanın əli ilə saqqallılardan təmizləyəcəyik"
Araşdırma
Oxunub: 7183
01 May 2016 | 01:09
Dəyərli oxucu, aprelin 30 - da Azərbaycanın ən uğurlu hərbi əməliyyatlarından biri kimi tariximizə düşən Göygöl rayonunun ermənilər yaşayan Çaykənd kəndinin köçürülməsinin ildönümü idi. Ona görə də həmin hadisələrin birbaşa iştirakçısının xatirələri oxucular üçün ikiqat maraqlı olduğundan onu da sizlərə təqdim edirik...

Yeri gəlmişkən, Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/134300.html


QƏLƏBƏDƏN QƏLƏBƏYƏ                                        

Müharibədə ruh  yüksəkliyi qələbə üçün vacib amildir. Bu ruh təkcə döyüşçülərə aid olmur, millətə də təsir edir. Ruhu, inamı olan millətin döyüşçüsünün  qələbə əzmi ondan güclü olan düşmənin məğlubiyyətinə gətirir. Tarixdən də məlumdur ki, ruhu, qələbəyə  inamı olan ordu sayca özündən artıq olan düşməni həmişə məhv edib.
1991-ci ilin aprelində Çaykəndin azad edilməsi onu azad edənlərdə - yəni DTK və “OMON”un döyüşçülərində xüsusi ruh yaratmışdı və təbii ki, bu ovqat xalqa da sirayət etmişdi. Ağcakənd (keçmiş Şaumyan) rayonunun şimal hissəsindəki üç kənd - Erkeç, Manaşid, Buzluq erməni yaraqlılarının  hərbi bazasına çevrilmişdi. Bu kəndlərin qonşuluğundakı Sarısu, Todan kəndləri, eləcə də azad edilmiş digər kəndlər hər zaman erməni qüvvələrinin hücumuna məruz qala bilərdi.

Çaykəndin geri alınması üçün ermənilərin  hazırlıq gördüyü barədə məlumatlar gəlirdi. Bu üç kəndin azad edilməsi Ağcakənd istiqamətində yolu tam  açır, perspektivdə Ağdərəyə həm Tərtər, həm də Ağcakənddən daxil olmaq imkanı yaradırdı. Gəncədə əməliyyat müşavirəsi zamanı DTK sədri Vaqif Hüseynov qarşıda məhz belə bir strateji hədəfin olduğunu deyəndə bəzilərinə real görünməsə də, Çaykənd əməliyyatı zamanı generalın istər hərbi, istər siyasi baxımdan Rusiyanın vacib dairələri ilə apardığı prinsipial danışıqlar onun dediklərinin reallaşacağına inam  yaradırdı. Qısa bir zamanda əməliyyat  hazırlığı başlandı.

Erkeç, Manasid, Buzluğun azad edilməsi DTK-nın xüsusi təyinatlı dəstəsinin və şəxsi heyətinin gücü ilə həyata keçirilməli idi. “OMON” o dövrdə daha çox Dağlıq Qarabağda əməliyyatlar keçirirdi. Amma əməliyyata başlamazdan əvvəl “OMON”dan da xüsusi bölük köməyə  gəlmişdi. 1991-ci ilin iyulun əvvəllərində artıq Todan kəndinin klubunda DTK-nın qüvvələri  kazarma yaratmış, hazırlıq işləri başlanmışdı. Hər üç kəndə eyni vaxtda və üç istiqamətdə  hücum hazırlanırdı.
Sovet ordusunun əsgərləri hələ də erməni yaşayış məntəqələrini  qoruyurdu. Belə bir durumda döyüşün faktiki olaraq rus əsgərlərlə aparılacağı  gözlənilirdi. Rəhbərliyin apardığı  danışıqlar nəticəsində iyulun 15-dən sonra rusların Xankəndidəki hərbi hissəyə qayıdacaqları məlum oldu. Goranboyun Dəliməmmədli qəsəbəsində DTK-nın qüvvələri peşə məktəbinin həyətində son  təlimatlar alandan sonra Todan kəndinə yollandı.  Səhər  tezdən hücum başladı. Elə ilk atəşdən sonra Manaşid, Buzluq kəndi istiqamətlərində  sovet ordusunun 2 zirehli maşını göründü. Buzluq və Manaşid istiqamətlərində hücuma keçən  əməkdaşlarımız onların güclü atəşi nəticəsində yarı mühasirə vəziyyətinə düşdü. Güllə yağış kimi  yağdığından baş qaldırmaq mümkün deyildi. Biz tərəfdən avtomat, pulemyot atəşləri yetərli deyildi, geri çəkilmək  belə çətinləşmişdi. Rusların hələ də  bu kəndləri qoruduğunu gözləmirdik.
Düşmən tərəfdə elektrik  transformatorunun arxasında dayananların atəşi heç imkan vermirdi. Bizim qumbaraatançımız mənə dedi irəli sürünək, o məsafəyə qədər ki, dizi üstə durub, erməni mövqeyini qumbaraatanla məhv edə bilsin. Təhlükəli  idi, amma oldu. Pulemyotla  erməni mövqeyini aramsız atəşə tutub ona şərait yaratdım ki, dizi üstə durub atəş aça bilsin. 3 mərmi atəşindən sonra ermənilərin istehkamı dağıldı və bir az geri çəkildilər.
Bu vaxt fürsətdən istifadə  edib bizim uşaqlar geri çəkilə bildi. Heç iki dəqiqə  çəkməmiş yenidən atəş altına düşdük. Qumbaraatançı ilə çox çətinliklə sürünüb  təhlükəsiz yerə çəkilə bildik. Həmin gün kəndləri ala bilmədik.


Axşam tərəfi yenə  Dəliməmmədli qəsəbəsinə toplaşıb döyüşün nəticələrini müzakirə etdik.
Məktəbin stadionunda DTK sədri  Vaqif Hüseynov və milis polkovniki Ramiz Məmmədov qarşımızda çıxış edib bildirdilər ki, döyüş zamanı bizim əməkdaşlardan iki nəfər yaralanıb, “OMON”dan isə iki əsgər həlak olub. DTK-nın əməkdaşları etiraz etdilər ki, nədən rus  əsgərlərinin olduğu əvvəldən bilinməyib, nədən zirehli maşınların mövcudluğu barədə informasiya verilməyib? Bir neçə  izahatdan, sual-cavabdan sonra Vaqif Hüseynov bir hadisə danışdı və bununla da suallara son qoyuldu.
Vaqif Hüseynov dedi:
- Bir dəfə yazıçı Fadeyev Stalinin qəbuluna gedib yazıçılardan şikayət etməyə başlayır. Deyir ki, Simonov semitdi, İlya Erenburq antisemitdi, Şoloxov tamam  antisovetdi, filankəs də burjua yazıçısıdır. Üzdə olan bir çox yazıçılar barədə  donosvari çıxış edir. Stalin qulaq asıb deyir: “Aleksandr Aleksandroviç, mənim sizin üçün başqa yazıçılarım yoxdur. Olanımız budur, gedin  işinizlə məşğul olun.” İndi Stalinin sözü olmasın, siz elə şey  tələb edirsiniz ki, o da yoxdur. Yəni bizim ordumuz,  sərkərdələrimiz yoxdur. Olanımız budur. Amma bu  olanla da istəyimizə çatacağıq. Səbr edin.
İki gün Todan kəndində  hazırlıq işləri gördük. Bu günlərdə ermənilərin  radio-danışıqlarını qeydə alır, gecə tərcümə etdirir, məlumatları Vaqif Hüseynova çatdırırdım. General Gəncədə dislokasiya olunmuş sovet ordusunun komanda heyəti ilə görüşlər keçirir, Xankəndidə yerləşən hərbi hissələrə Moskva vasitəsilə təsir edir, məsələni hüquqi cəhətdən əsaslandırır, ermənilərin qanunsuz silahlı dəstələrinə qarşı dövlət strukturlarının apardığı əməliyyata ordunun nəinki bitərəf qalmasını, hətta bizi dəstəkləməsini tələb edir, yüksək səviyyədə danışıqlar aparırdı. Və bütün bunlar  Bakıdan  deyil, birbaşa hadisə yerindən - DTK-nın Gəncə Şəhər Şöbəsindən aparılırdı.
 
İyulun 18-də yenə də üç istiqamətdə  hücuma keçməyi planlaşdırırdıq. Sabah ciddi döyüşün olacağını bilirdik. Ermənilərin radio danışığından da hiss edirdik ki,qarşı tərəf də hazırlşır. Qərara alındı ki, axşamdan  təxribat məqsədli kiçik hücum təşkil edib düşməni çaşbaş salmaq, atəş nöqtələrini, silahlarının  növünü öyrənmək lazım idi. Üç kənddən birini seçməli idik. Ən çox silahlanan Erkeç kəndi idi. Gün enəndə kiçik bir dəstəylə kəndin lap yaxınlığına ”“hardasa  200-300 metrliyinə yaxınlaşdıq. Cəmi 10 nəfər idik. Komandir Ağəli Rəhimov, Riyad Əhmədov, Akif Rüstəmov, Qoşqar Hüseynov  adlarını  unutduğum daha 5 üzvümüz və mən mövqe tutduq, ermənilərin səsini də eşidirdik. Komandir məni kiçik bir ağacın arxasına keçib mövqe tutmağımı,döyüş başlayanda atışma səsinə qonşu erməni kəndlərindən gələ biləcək qüvvələrin qarşısını almağı tapşırdı. Mövqeyim  bir az açıq yer idi. Saatlar yoxlandı, konkret vaxtda atəş açılması əmri verildi. Mən gözləməli, yalnız geri çəkiləndə erməni mövqelərini atəşə tutub, diqqəti yayındırmalı, dəstənin geri çəkilməsinə şərait yaratmalıydım. Döyüş başladı, ermənilər təşvişdə idilər, hara gəldi atəş açır, bizim qəfləti hücumu gözləmirdilər. 10 dəqiqə bitdi, növbə mənim idi. Əl pulemyotu ilə kiçik fasilələrlə atəş açır, uşaqların geri çəkilməsini təmin edirdim. Ermənilər tutduğum mövqeni güclü atəşə tutdular. Belə də olmalı idi. Bütün atəş mənə tərəf yönəlmişdi, əməkdaşlarımız geri çəkilirdilər. Yerim, mövqeyim çox da etibarlı deyildi. Güllələr başımın üstündən keçib, nazik armud ağacına girirdi. Gün tamam batdığından güllələrin işığı aydın görünürdü. Güllə üstümə yağış kimi yağırdı. Dayandığım dikdən çönüb geri çəkilmək belə mümkün deyildi. Dəstəmizin dərədə onları gözləyən maşına mindiklərini görəndə geri sürünməyə başladım. Etiraf edim ki, indi vurularam, bu saat vurularam fikri beynimdən çıxmırdı. Geri ”“geri bir xeyli sürünüb təhlükəsiz yerə çatanda dayanıb nəfəsimi dərdim. Artıq güllələrin başımın üstündən yuxarı uçduğunu sakit izləyirdim. Qarın nahiyəmdən yanıqlı ağrı hiss etdim. Fikirləşdim ki, axı ağzı üstə uzanıb atəş açırdım, qarnımdan yaralana bilmərəm. Əlimi ağrıyan hissəyə toxundurdum, əlim tamam qana batdı.Yenə anlamırdım ki, axı mənə güllə dəyməyib, üzü üstə olmuşam. Baxdım.Yayın günündə çalınmış otların sərt kökləri mən geri süründükcə hərbi kofta yuxarı çəkilmiş, dərimi ot kökləri tamam dağıtmışdı. Dəstənin üzvlərinə tərəf getdim, maşına minib  Todan kəndinə döndük.

Səhərisi gün yaxşı əhval ”“ ruhiyyə ilə üç istiqamətdə hücuma keçdik. Artıq ilk atışmada  ermənilər geri çəkilməyə, sonra qaçmağa başladılar. Kənd  camaatı yaraqlıların qaçdığını görüb onlara qoşuldu. Şərait  yaratdıq ki, əhali çıxa bilsin. Bu mənzərəni  o anda müşahidə etmək xoş olsa da, elə gecə növbə çəkəndə evini, neçə illər yaşadığı yeri, keçmişini itirən insanların, xüsusilə qadınların bir az uzaq olsa da üzlərindəki, səslərindəki təlaşı, vahiməni, həyəcanı görürdüm və  yaddaşımda yenidən canlandırıb bu adamları böyük siyasətin qurbanları hesab edirdim. Millət olaraq bunlar daha çox bizim başımıza gəldi. Malını, canını, ən əsası doğma yurdu, vətən torpaqlarını itirmək bizim alnımıza yazıldı. Alın yazımız davam edir, onun pozulmasının  Allahdan nə qədər asılı olduğunu deyə bilmərəm, amma özümüzdən asılı olduğuna şübhəm yoxdu. Buzluqda növbə çəkdiyim o gecədə də belə düşünürdüm, indi də”¦

7 “OMON”çu və 12 nəfər DTK işçisi Buzluq  kəndinə girdik. Başqa  dəstələr də Erkeç, Manaşid kəndlərini azad etdi. Bu kəndlər, xüsusilə Buzluq  kəndi Azərbaycanın ən səfalı guşəsində yerləşir. Kəpəzin şərq hissəsində həm meşəliyi, həm Alp  çəmənliyi olan bu kənd bir təbiət möcüzəsidir. Kəndin içindən axan çay və çayboyu tikilən evlər  çox gözəl mənzərə yaratmışdı. Tələbəlik illərində Hacıkəndə dincəlməyə gələrdik. Geri qayıdanda bir dəfə yaxın qohumum xanım-xatın Rəxşəndə xalam soruşdu ki, hara yaylağa getmişdin? Dedim ki, Hacıkənddə idik. Rəxşəndə xalam:”Hacıkənd nə vaxtdan yaylaq olub. Yaylaq Buzluğun boynudu”. Buzluq kəndinə girib mənzərəni görəndə, havasını udanda bildim ki, xalam düz deyirmiş.

Hər bir evi axtarıb əmin olduq ki, heç kəs  yoxdur. Ağcakənddən gələn yolu daim nəzarətdə saxlaya bilmək üçün kəndin hündür yerindəki  bir evi qərargah, həm də müşahidə məntəqəsi kimi seçdik.
Qərargah kimi seçdiyimiz  evdə çox şey qalmışdı. Qalan əşyalar içərisində məni  ən çox  ağrıdan fotoalbom oldu. İnsanın  keçmişi, tarixi, xatirələridir fotolar.
İllər keçdi, “Avropa” qəzetində “Şəkilli  söhbət” rubrikasının qonağı oldum. Şəkilləri redaksiyada dostum Hikmət Sabiroğluna verəndə dedim ki, hamısı itsə olar, bircə 6 yaşımda çəkilmiş şəkildən başqa. Hikmətin üzünü bir anda bürüyən hüzn yadımdan çıxmaz: “İlham bəy, ailə albomlarımız Şuşada qaldı. Şəkil  itkisinin nə olduğunu yaxşı bilirəm”. 
Onda Buzluqdakı erməni  evində qalmış fotoalbomu xatırladım və bir daha bu müharibəni başlayanları ürəyimdə lənətlədim. 

Üç kəndin azad edilməsi üç rayonun - Gəncənin, Xanların (Göygöl), Goranboyun  dincliyi, rahatlığı demək idi. Qarşıda Ağcakəndin  azad edilməsi dururdu. Dağlıq Qarabağın  ən böyük rayonuna - Ağdərəyə şimal tərəfdən yol tam açılacaqdı. Kəndlər azad edildikdən sonra onların  məskunlaşması  prosesinə hazırlıq işləri görülürdü. Ermənistandan gələn qaçqınların və yandırılmış Başqışlaq  kəndinin sakinlərinin bu yerlərə köçürülməsi nəzərdə tutulmuşdu. Bu plan, bir az gec olsa da, baş tutdu.
Bir neçə gündən sonra  DTK sədri Vaqif Hüseynov yenidən Gəncəyə gəldi. Əməliyyat müşavirəsi keçirdi və növbəti hədəfin Ağcakənd rayonunun ərazisi - ermənilərin əlində olan  Qaraçinar, Başkənd, Ağcakənd istiqaməti olduğunu və tezliklə əməliyyata başlanacağını bildirdi. 

Ruh yüksəkliyi bizi  göylərə qaldırmışdı. Müşavirə bitəndən sonra Vaqif Hüseynov üzünü mənə tutdu:
- Sən hazırlaş, mənimlə Goranboya gedəcəksən. Artıq sənin  təcrübən var. Müşahidə  aparacağıq. Komanda heyətinin məntəqəsini və hücum  istiqamətlərini müəyyənləşdirdikdən sonra müzakirə etməliyik. İnformasiya qıtlığımız var. Yəqin ki, səni Rus Borisi kəndinə  (orada malakanlar yaşayır), ermənilərin arxasına atmalı olacağıq. Bələdçi  səni müşayət edəcək. Bir neçə gün erməni qüvvələri barədə maksimum  informasiya topla, sonra geri dön, bir daha ölçüb-biçərik, uğurlu döyüş-əməliyyat planı hazırlayarıq. Amma,  hələ  Goranboya bir yerdə gedəcəyik. 

“Çayka”ya əyləşib  yola düşdük. Yolboyu  işdən çox ölkədək i vəziyyətdən, siyasətdən, qəzetlərdən söhbət etdik. Əlavə etdi ki, biz səninlə həm də jurnalist kimi  kolleqayıq, ona görə mətbuatdan da danışırıq.
Aramızdakı  dialoqu belə xatırlayıram. 
- İlham, biz  Çaykəndi, Buzluğu, Manaşidi, Erkeçi azad etdik, elədirmi?
- Bəli. 
- Bu əməliyyatlarda özün gördün ki, bizə ruslar kömək etdi. Həm yeri  gələndə neytral qaldılar, bəzən də texnika ilə kömək etdilər, elədirmi?  
- Belə oldu. 
- Biz indi hazırlaşırıq “Şaumyan selski”ni də (o vaxtkı Şaumyan kənd rayonunu) azad edək. Moskva yenə bizə kömək edəcək... Biləsən ki, bu, asan olmur, gecə-gündüz  aparılan çox çətin danışıqların nəticəsidir. Vaxt  gələr, bilərsən. İndi mənə de  görüm biz bu işimizlə kimə xidmət edirik?      
Sualı verib, diqqətlə üzümə  baxdı. Maşının  arxasında yanaşı oturmuşduq.    
- Xalqımıza - dedim.
- Bəli, Azərbaycana, Azərbaycan xalqına xidmət edirik. Amma gör, sənin (bizim demədi) jurnalist kolleqaların nə yazır, - “Azadlıq” qəzetini  göstərdi, - hər gün yazır ki, Moskvaya xidmət edirik. Bunlar bilmirlər ki, biz Moskvanın əli ilə  xalqımıza xidmət edirik. Qarabağda da  belə olacaq. Qarabağı da bu “boyevik”lərdən, saqqallılardan təmizləyəcəyik, Moskvanın əli ilə. 

...DTK sədri general-mayor Vaqif Hüseynov, baş əməliyyat müvəkkili mayor İlham İsmayılovla qəlb söhbəti edirdi...
Bu mənim Vaqif Hüseynovla sonuncu  söhbətim və görüşüm oldu. Goranboya gedib-qayıtdıqdan sonra bir daha generalı görmədim... 
Mən Rus Borisi kəndinə getmək üçün avqustun 19-da sabah erkən DTK-nın Goranboy şöbəsinə gəldim. Heç  kəs yox idi. Saat 9:00-da rəis Hüseynağa müəllim gəldi. Gülə-gülə dedi ki, heç yana getmək lazım deyil: “Qorbaçovu aşırtdılar. Gəncənin rəisi  Nağıyev zəng vurmuşdu. Dedi İlham geri qayıtsın”.
Moskvada  çevriliş olmuşdu. Əməliyyat telefonu ilə Gəncəyə  zəng etdim. Rəis Cəbrayıl Nağıyev bildirdi ki, Vaqif Hüseynov deyir geri qayıtsın, plan dəyişib. 
Gəncəyə  qayıtdım. Vaqif Hüseynov təcili Bakıya dönmüşdü.
                                                              
Tarixə “QKÇP”kimi düşmüş hadisələrdən sonra ermənilərin Qarabağ və ətraf rayonlarda fəaliyyəti hiss ediləcək dərəcədə artmış, hətta azad etdiyimiz Buzluq kəndinə qədər gəlib çıxmış, Başqışlaq kəndini tamam yandırmışdılar. Respublika rəhbərliyi səviyyəsində “putça”dan sonra ruh düşkünlüyünün yaranması, qəti addımların atılmaması açıq görünürdü. Qarabağ və ətrafında cərəyan edən hadisələrə adekvat reaksiya verilmirdi. Ermənilərin Buzluğa girib çıxması perspektivdə Çaykəndin yenidən işğalına gətirib çıxara bilərdi. Şöbədə hamı nahar fasiləsinə gedəndə rəisin otağına girib hökümət telefonuyla Tamerlan Qarayevin nömrəsinə zəng etdim. Özümü təqdim edəndən sonra yaranmış vəziyyəti danışdım və burda qüvvələr yerləşdirilməsə Çaykəndin yenidən işğal olunması təhlükəsini bildirdim.Tamerlan bəy Əsədovla danışacağına söz verib xudahafizləşdi. 

Belə bir vaxtda ”“ avqustun 30-da, günortadan sonra şöbəyə xəbər gəldi ki, Goranboyun Şəfəq kəndində bizim xüsusi təyinatlı dəstəmiz mühasirəyə düşüb, kömək etmək lazımdı. Mən və daha 4 əməkdaşımız silahlanıb Şəfəq kəndinə yollandıq...

Ardı var...
Oxşar xəbərlər
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub