Milli Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-2018-ci illərdə istehlakçıların hüquqlarının qorunması məqsədi ilə ictimai nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi həyata keçiriləcək.
Maraqlıdır,
bu yenilik istehlakçı hüquqlarının daha etibarlı şəkildə qorunmasını, bu sahədə
vəziyyətin yaxşılaşmasını təmin edəcəkmi?
Moderator.az-a
açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məsələ
ilə bağlı maraqlı fikirlər səsləndirib:
“AİB 20 ilə yaxındır ki, ictimai nəzarət mexanizmini
həyata keçirir. Mən tərəfdarıyam ki, ölkədə yüzlərlə bizim kimi qurum olsun. Bu
illər ərzindəAİB kimi istehlakçı hüquqlaırnı qoruyan üç təşkilat qeydiyyatdan
keçib. Təəssüflər olsun ki, bu üç təşkilat AİB-nin vaxtiylə buraxdığı səhvləri
təkrar edir. Bu təşkilatlar mənim təkidlərimə baxmayaraq Ümumdünya
İstehlakçılar Təşkilatına üzv olmayıblar.
Bəzi təşkilatlar var ki, öz
şəxsi məqsədlərinə yetmək üçün ölkənin hər tərəfində dilənir. Biz bildiririk
ki, bu qəbildən olan təşkilatların AİB-yə heç bir aidiyyatı yoxdur. Bir təşkilat
əgər ictimai nəzarət funksiyasını yerinə yetirirsə, o zaman gərəkdir ki, biznes
qurumlarından rüşvət almasın. Mən qorxuram ki, yeni yaradılacaq qurum neqativ əməllərlə
məşğul olsun. MDB məkanında bu qəbildən olan təşkilatlarda bu cür hallara çox
rast gəlinir. Bizim adımızdan istifadə edəərk öz şəxsi məqsədlərinə çatmaq üçün
yanlış yollara əl atan insanlar tutulub. Bu insanların bizim təşkilatla heç bir
əlaqəsi olmayıb.
Biz istərdiki ki, indi
belə bir nəzarət mexanizminin yaradılması istiqamətində iş gedən zaman beynəlxalq
təşkilata üzv olan yeganə təşkilat kimi AİB ilə məsləhətləşmə aparılsın. Təəssüflər
olsun ki, bu günə kimi belə bir məsləhətləşmə aparılmayıb. Bizim bu sahədə çox
böyük təcrübəmiz var. Çalışacayıq ki, bu sahədə hökumətə lazımi köməklik göstərək.
Çalışacayıq ki, yeni yaranan qurum KİV-lə şəffaf şəkildə işləsin, şəxsi məqsədlərdən
uzaq olsun, ictimai maraqların keşiyində dayansın. Iqtisadiyyat və Sənaye Nazirliyi
bizim ən mühüm partnyorumuz olsa da, onlar bu cür danııqlar aparmağa hazır
deyillər. Çünki onların özlərinin dünya təcrübəsindən xəbərləri yoxdur”.
Seymur Əliyev