Bundan sonra ali və orta ixtisas məktəblərində antikorrupsiya mövzusu tədris ediləcək. Maraqlıdır, antikorrupsiya mövzusunun ali və orta ixtisas məktəblərində tədrisi ölkədə korrupsiyanın miqyasının azalmasına, bu sahədə vəziyyətin qismən də olsa yaxşılaşmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov məlum yeniliyin
sadəcə maarifçilik baxımından əhəhmiyyət daşıdığını, real vəziyyətə təsir göstərməyəcəyini
bildirib:
“Sözügedən yeniliyin real vəziyyətə
təsir göstərəcəyini düşünmürəm. Antikorrupsiya mövzusunun tədrisi ilə bu
problemin həllinə təsir göstərmək mümkün deyil. Hüquq fakültəsində cinayət
hüququ tədris olunur. Bununla yanaşı,
hüquqla əlaqədar fənlər də tədris edilir. Bu məntiqlə, gərək cinayətkarlığın
kökü kəsilərdi. Bu, sadəcə maarifləndirmə məqsədli bir addım ola bilər. Bunun
real mübarizəyə hər hansı təsirinə inanmıram.
Korrupsiyaya qarşı
mübarizəni aparan konkret orqanlar var. Bunlar hüquq-mühafizə orqanlarıdır. Cəmiyyət
də belə hallara qarşı fəal olmalıdır. Buna qarşı mübarizəni həm də vətəndaş cəmiyyəti
aparmalıdır. Bu problemi tədris hesabına həll etmək mümkün deyil”.
Seymur Əliyev