ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır - Azərbaycan uduşda
Oxunub: 7746
02 May 2016 | 08:18
ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır -  Azərbaycan uduşda
Vaşinqtondan “Yaxın xaric”də Rusiyanı zəiflədəcək plan; Konqresdə qeydiyyatdan keçən sənəd Krım və digər ərazilərin işğalını qanunsuz elan edir, Moskvaya qarşı sanksiyaları gücləndirməyi nəzərdə tutur; sanksiyalardan forpost Ermənistana da pay düşəcək, çünki...
Qarabağ konfliktinin həllində Rusiyanın fəallıq göstərməsi ABŞ-ın passivliyi və guya onun Moskva ilə gizli anlaşması haqda rəy formalaşdırıb. Lakin bir çox müşahidəçilərə görə, bu, ilk baxışda belədir. Hesab edilir ki, Qərb, ABŞ  hələlik gözləmə mövqeyindədir və Rusiyanın sülh təşəbbüsü nəticə versə, o zaman lazımi məqamda müdaxilə edəcək. Əslində isə istər Dağlıq Qarabağ problemi olsun, istərsə də Ukrayna, Suriya kimi digər böhranlı məsələlər, bu iki güc mərkəzi bir-birinə gizli-açıq rəqabətdədir.    

Bu da təzə fakt: ABŞ Konqresində Rusiya əleyhinə “Akt STAND” adlı yeni qanun layihəsi qeydiyyatdan keçib. “Amerikanın səsi” radiosunun Ukrayna bölümünün məlumatına görə, sənəd Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı, bütövlükdə postsovet məkanında Rusiya işğalları və Kremlə qarşı sanksiyaların gücləndirilməsi, habelə Ukraynaya əlavə iqtisadi-maliyyə və innovativ kömək barədədir. 

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü sonuncunun suverenliyini sarsıdıb, eyni zamanda ABŞ-ın bütöv, azad və dinc Avropaya uzunmüddətli sərmayələrinə təhlükə yaradıb. “Krımın ilhaqı - qanunsuzdur. Bu məsələdə Amerika siyasəti ifrat dərəcədə dəqiq olmalıdır, necə ki, Sovet İttifaqının üç Baltikyanı ölkənin çoxillik ilhaqı zamanı belə bir mövqe tutmuşdu. Biz aydın işarə verməliyik ki, ABŞ Putinin öz qonşularını qorxutmasına, NATO-nun vahidliyini sınaqdan çıxarmasına və Qərb ölkələrinin birliyini sarsıtmaq səylərinə seyrçi qalmayacaq” - qanun müəlliflərindən olan konqresmen Eliot Engel bildirib. 

Sənəd müəlliflərindən digəri - konqresmen Adam Kinzinqer isə deyib: “Vaxtı çatıb ki, ABŞ təsdiq eləsin ki, biz Rusiya təcavüzünə loyal qalmayacaq, Krımın Rusiya tərəfindən ilhaqını heç vaxt qəbul etməyəcəyik”.




Qeyd edək ki, “Akt STAND” Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini ehtiva edir və Moskvanın Krım üzərində hakimiyyətinin hər hansı formada tanınmasını rədd edir. Bundan əlavə, Ukraynanın özünümüdafiə hüququnu müəyyən edir və sanksiyaların yumşaldılmasını Minsk anlaşmasının vaxtında və tam yerinə yetirilməsi ilə əlaqələndirir. Xüsusi vurğulanır ki, yalnız Krım Ukraynanın tərkibinə qaytarıldıqdan sonra sanksiyalar tam aradan qaldırıla bilər.
Qanun həmçinin, Moskva Ukraynada ilhaqa son qoymayanadək  NATO-ya üzv ölkələr tərəfindən Rusiyaya Amerika texnologiyaları və komponentləri olan hərbi təyinatlı predmet və xidmətlərin ötürülməsinə qadağa qoyur, “Maqnitski qanunu”nun təsirini Rusiyanın işğal elədiyi və ya nəzarətdə saxladığı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə kimi ərazilərə yaymağı nəzərə tutur. Bundan başqa, Ukraynaya əlavə maliyyə-investisiya köməyi üçün yollar təklif edir, Dövlət Departamentinə isə tapşırır ki, Rusiyanın dezinformasiya səylərinə və təbliğatına qarşı strategiya işləyib həyata keçirsin.




***
Sözügedən sənəd şübhə yox ki, Azərbaycanın da ciddi faydasınadır. Çünki Azərbaycan da postsovet ölkəsi və Ukrayna kimi işğaldan əziyyət çəkir, onunla oxşar taleyi yaşayır. Bizim də ərazi bütövlüyümüz illərdir Rusiyanın forpostu Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20%-i işğal altındadır - hansı işğala ki, dünya, o cümlədən ABŞ apreldəki 4 günlük savaş zamanı bir daha əminlik hasil elədi. 

Məsələ də ondadır ki, keçmiş SSRİ məkanında hazırda iki işğalçı dövlət mövcuddur -  Rusiya və Ermənistan və onlar bir-biri ilə üstəlik, müttəfiqdirlər. Belədirsə, onlardan birinin zəifləməsi məntiqi olaraq, digərinin də zəifləməsinə gətirməlidir. Odur ki, yeni anti-işğal sənədinin birbaşa və dolaysıyla Azərbaycana, onun ərazi bütövlüyünə də dəxli var. 



Bu qanun ölkəmizin də ərazi bütövlüyü məsələsinin ABŞ üçün önəmini artırmış olacaq, onu diqqət mərkəzinə gətirəcək. Hər necə olmasa, postsovet ölkələrinə, işğal məsələsində yanaşmada ABŞ ikili yanaşmadan çıxış edə bilməz. 

***
Doğrudur, qanun layihəsində bilavasitə Azərbaycanın və Dağlıq Qarabağın adı çəkilmir, çünki orada ilk növbədə Rusiyanın ilhaq elədiyi Krımdan, Abxaziya və Cənubi Osetiyadan, Dnestryanı bölgədən danışılır - hansı regionlar ki, birbaşa Rusiyanın işğalına məruz qalıb. Amma amerikanlar bilməmiş deyillər ki, Azərbaycan əraziləri də məhz Rusiyanın köməyi ilə işğal olunub. Başqa yandan, “Putin öz qonşularını qorxudur” ifadəsi yüzdə yüz Qərbin, ABŞ-ın bölgədəki əsas enerji tərəfdaşı Azərbaycan sarıdan da narahatlığın ifadəsidir.




Qanunun Azərbaycan üçün önəmi həmçinin, ondadır ki, sənəd işğalçı Ermənistanın əsas müttəfiqi Rusiyanı bir az da zəiflədəcək, onun iqtisadi çöküşünü sürətləndirmiş olacaq. İqtisad-maliyyə durumu ağır olan Rusiya isə Ermənistana əvvəlki kimi nə maliyyə-iqtisadi dəstəyi göstərmək imkanında olacaq, nə də əvvəlki illərdəki kimi, ona ucuz qiymətə və ya havayı silah sata biləcək. 

Moskva hələ heç ötən il İrəvana vəd elədiyi 200 milyon dollarlıq krediti verə bilmir ki, sonuncu elə həmin məbləğə  Rusiyanın özündən silah-sursat ala bilsin. Bundan ötrü Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan 4 günlük müharibədən dərhal sonra bir neçə günlük fasilə ilə şəxsən Moskvada olsalar da, nəticə yoxdur. 




Yeni sanksiyalar isə şübhəsiz ki, Rusiyanın iqtisadi-maliyyə göstəricilərini bir az da ağırlaşdıracaq. Bu isə avtomatik şəkildə Moskvanın gözündə Azərbaycan kimi etibarlı və sərfəli silah alıcılarının önəmini qaldırmış olacaq. Paralel surətdə Ermənistanın önəmi azalacaq. Onsuz da 4 günlük savaşdan sonra Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuqluq yaranıb. Demək, İrəvan-Moskva münasibətlərində yaranmış çat daha da dərinləşəcək ki, bu da sözsüz ki, Bakının maraqlarına uyğundur. 

Birincisi, ona görə ki, o halda ərazilərimizin güc yolu ilə azad edilməsi üçün daha məqbul şərtlər yetişə bilər. Konqresdə qəbulu gözlənilən anti-işğal sənədi bu yöndə bizə əlavə stimul yaradır. İkincisi, zəifləmiş Rusiya Qarabağ nizamlanmasını özünün monopoliyasına ala, Azərbaycana istədiyi sülh modelini sırıya bilməyəcək - bir şərtlə ki, rəsmi Bakı da yeni şərait və şərtlərdən bacarıqla istifadə eləsin. 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası