"Kəmaləddin Heydərovla eyni ilin, eyni ayın eyni günündə anadan olmuşuq, amma..."
Müsahibə
Oxunub: 13416
02 May 2016 | 15:52
Indi zəmanə dəyişib və yazı-pozu adamları daha özlərini cəmiyyətə təqdim edə bilmək üçün nə qəzetlərin qapılarını döyüb redaktorların nazı ilə oynamaq, nə də sponsor axtarmaqdan usanıb, nəşriyyatların qapılarında qalmaq məcburiyyətindədilər. İnternetin imkanları və sosial şəbəkələrin bolluğu bu məsələni birdəfəlik çözüb. Düzdür, hələ də əvvəlki illərin ətaləti ilə yaşıyan, nəyin bahasına olursa olsun, kitab çap etdirməklə tarixə düşmək istəyənlər də yetəri qədərdir. Və kitab çap etdirməyin də elə bir sakıncası yoxdu məncə. Amma ən azından, dediyim kimi indi artıq nə dərc olunmaq, nə də nəşr olunmaqla cəmiyyətə təqdim olunmaq, kütləvi oxucu qarşısına çıxmaq problemi var...
Yazanlar və necə yazmasından asılı olmayaraq, sosial şəbəkələrdə həm poeziya, həm də nəsr əsərlərini təqdim edənlərin sayı isə  indi “N” qədərdi. Və deyim ki, son aylarda burda xeyli sayda gerçəkdən yaza bilən adamlar kəşf eləmişəm. Adları saymağa belə cəsarət eləmirəm ki, kimlərisə unudub xətrinə dəyməyim. Amma demək istədiyim o ki, təkkəbbürlü qəzet redaktorlarının və  işi-peşəsi naşirlikdən çox pulgirlik olan nəşriyyatçıların ümidinə qalsaydılar, bəlkə də kimsənin tanımayacağı, onlarla sanballı şairlər, nasirlər var ki, indi onların adi bir statusu, mənəm deyən qəzetlərin tirajı, ya da satılma faizi gədər “layk”lar gətirir... 

Heç şübhəsiz, bu yazarların içərisində, qısa müddətdə xeyli populyarlıq qazanmışlardan biri də Aləmzər Sadıqqızıdı.  Ã–zünəməxsus yazı üslubu olan və az qala hər gün yeni və kifayət qədər sanballı, ən başlıcası da zamana ayna tuta bilən şeirləri ilə FB-dəki oxucularının görüşünə gələn Aləmzər xanımla müsahibə almaq isyəyimin iki özəl səbəbi var. Birinci səbəb odur ki, Aləmzər Sadıqqızının bütün yaradıcılığının içində qırmızı xətlə keçən Qarabağ dərdi və Şuşa yanğısı var. Açığı, bu qədər yanğının nədən və hardan qaynaqlandığını çox maraq edirdim. İkinci səbəb isə, bu günlərdə onun yazıb paylaşdığı bir status oldu. “MƏN QALİB DİYARIN MƏÄžLUB QIZIYAM” ”“ anlamına gələn bu stsus da xeyli maraq və bir o qədər də suallar doğurdu deyə, elə Aləmzər xanımla söhbətimə də bu statusa, bir növü izahat istəməklə, körpü salmağa çalışdım...
... və çözələnərək, uzandıqca uzanan bu söhbətin tamamını oxuculara təqdim etməyə qərar verdim. Niyəsini isə müsahibəni oxuduqca hər kəs anlayacaq. Aləmzər Sadıqqızının dediklərinə, etiraflarına, şikayətlərinə, qayğllarına, bir şair ömrünün görünən və görünməyən tərəflərinə isə qiymət verməyi, mühakimə yürütməyi oxucuların öz öhdəsinə buraxıram. 

Beləliklə, növbəti müsahibim özünə qalib diyarın məğlub qızı deyən Aləmzər Sadıqqızıdır...

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/134184.html

Bir qadın tənhadırsa, həyat yoldaşı yoxdursa, ya da adı var özü yox kimidirsə və belə qadınların sayı on minlərlədirsə, bu söz onların hamısının taleyinə oxunan dua kimi bir şeydir...

Əgər sən hər gün verə bilmədiyin borc haqqında düşünürsənsə, əgər həftədə azı üç dəfə gəlib sənin işığını kəsmək istəyirlərsə, əgər qaz dərdi çəkirsənsə, adicə uşağın yeməyi belə çəkilməz dərdə dönüşürsə...

III hissə

- Elmira Axundova nə dedi ki?

- Dedi ki, nə qəribə qızsan sən, mənim məktubumun üstü yazıla, mən də beləcə sakit oturub gözləyəm, indi hər gün 10 dəfə teleqram vururdum, neçə illərdi necə dözürsən buna? Dedim ki, axı mən neyləməliyəm, axırı üstü yazılan məktubla bağlı nəsə olmalıydı ki? Bütün bu müddət ərzində baxdım ki, hamı bu işi bir-birinin boynuna atır. Hamısı da məsləhət verir ki, sən bunu elə elə, onu belə elə və sair. Bəlkə də bu məsləhət verənlərin özlərinin bu məsələni qaldırmaları və həllinə çalışmaları mümkün idi. 

- Bayaqlar bir az da gileyli kimi, qaçqın-köçkünlərin evində kirayə qaldığından danışdınız. Amma çox az şeirləriniz olar ki, orda Şuşanın adı keçməsin, bir bənd, bircə misra da olsa, Qarabağ mövzusundan söhbət açılmasın. Mən hətta sevgi şeirlərinizdə belə gördüm bunu. Bəlkə sizin məsələnizin həll olunmalı olduğu yerlərdə, Şuşanın adının  cür hallanmasını istəmirlər?

- Bu ola biləcək şey deyil axı. Bilirsiniz, mən cəmi bircə dəfə, 1984-ci ildə Şuşada olmuşam. Qohum toyuna getmişdik və üç gün orda qaldıq. Elə o üç gündə gördüyüm gözəllik və Şuşaya heyranlığımla, Şuşanın düşmən əlində olmağına dözə bilmirəmsə, indi düşünün ki, Şuşalıların özləri nələr yaşayıblar bu illərdə?  Sonralar,  qonağı olduğum toy evinin sahibəsi qaçqın kimi Bakıya gələndən üç gün sonra infarktdan öldü. Baxın, bir daxma üçün mən neçə illərdi ki, Bakıda döymədiyim qapı qalmayıb və heç nəyə də nail ola bilməmişəmsə, o boyda evini-eşiyini itirən bir qadın ölməliydi demək. Ağdamda da olmuşam vaxtilə və oranın da ayrı bir gözəlliyi var idi.  Mən təkcə şeirlərimdə yox ki, işlədiyim bütün qəzetlərdə çıxan, apardığım səhifələrdə gedən elə bir yazım, elə bir müsahibəm olmayıb ki, orda mütləq Qarabağ haqqında söhbət açmamış, Şuşanı xatırlamamış olum. Bu gün də mən inana bilmirəm ki, bütün vətəndaşlarımızın içində, bu və ya digər şəkildə, Şuşa nisgili, Qarabağ dərdi, itirilmiş torpaqlarımızın ağrısı olmasın. Buna görə də, sizin məsələyə bu cür yanaşmanızı və problemin də, Şuşa və Qarabağ haqqında yazılarımla bağlı olduğunu qəbul eləyə bilmirəm. Bu mümkün də deyil. İnanın ki, mən bu sözlərimdə səmimiyəm və yazdıqlarım da pafos-filan deyil. Mənim içimdə gerçəkdən o ağrılar var və torpaqlarımız azad olanadək, Şuşada Azərbaycan bayrağı dalğalanadək olacaq.  

- Bu ölkənin müəyyən adamları var ki, onların adları, Azərbaycanda da, elə dünyada da, yetimlərin sahibi, kimsəsizlərin kimsəsi kimi hallanır. Onların bu adı gerçəkdən də, nə qədər doğrultduqları başqa məsələdir. Amma bu illərdə, tutaq ki, xeyirxahlığına, xeyriyyəçi fəaliyyətinə görə beynəlxalq “Qizil Ürək” mükafatı almış Mehriban xanım Əliyevaya, ya da, elə sizin  “Qaib Diyar” deyib öydüyünüz  məkanın  qalib oğullarından biri olan Kəmaləddin Heydərova heç müraciət elədinizmi?

- Onlara mənim özüm yox, dostlarım müraciət eləmişdilər. Yəni, mənim yaxın dostlarımın hamısı, hansı problemlərin içərisində yaşadığımı gözəl bilirlər. Yenə də həmin dostlarımın təklifi ilə belə bir məktub hazırlandı və  Mehriban xanıma da, Kəmaləddin Heydərova da göndərildi . Mən hələ də inanırdım ki, bu insanların içində mərhəmət və xeyirxahlıq kimi nələrsə var. Hər dəfə o kirayə evlərindən gəlin köçürəndə (pauza, gözlərini gizlətməyə çalışır, kövrəldiyini, qəhərlənərək sözlərinin boğazında düyünləndiyini hiss etməmək mümkün deyil ”“ S.Ə.), çəkdiyim əzabların sırasında razı qala biləcəyim, az-çox təsəlli tapacağım tək bir şey, bir il prezident mükafatı almağım oldu. Elə onun hesabına da, ümumiyyətlə yaşamaq şəraiti olmayan bir kirayədən xəstə anamı, az-çox şəraiti olan başqa bir kirayəyə  köçürə bildim. Üç yüz manat mükafat alırdım və onun da 280 manatını həmin evə verirdim. 

- Yəni 300 manatı burdan alıb, ora verirdiniz...

- Hə, demək olar ki eləydi. Amma o bir ildə bilirdim ki, heç olmasa bu var. Lakin yenə də orda müəyyən çətinliklər var idi və mən yenə də qardaşımın qızını başqa evdən köçürməyə məcbur oldum (qəhərlənir).

- Bilmirəm özünüz fərqindəsiniz, ya yox, amma başından sonuna kədər yağan, qüssə, qəm ələnən şeirləriniz, əslində tək sizin yox, on minlərlə, elə sizin durumda olan, ərli, ya ərsiz, amma faktiki olaraq dul və ya tənha qadınların taleyindən bəhs edir. 

- Yəqin ki, fətqindəyəm. Bilirsiniz, mən bayaq FB-də bir qızla da elə bu haqda söhbət eləyirdim. Tutaq ki, mənim bir sevgi şeirimdə “sənsizlik” sözü var. Bu təbii ki, fərdə aid olan söhbət deyil. Yəni bir qadın tənhadırsa, həyat yoldaşı yoxdursa, ya da adı var özü yox kimidirsə və belə qadınların sayı, siz deyən kimi, on minlərlədirsə, bu söz onların hamısının taleyinə oxunan dua kimi bir şeydir. 

- Başa düşmədim, “adı var özü yox”  olan həyat yolaşı nə cür olur ki?

- Çox sadə, nə qədər kişilər indi yad ölkələrdə bir tikə çörək peşindədi. Orda da nataşaların, valyaların, qalyaların əlindən nəsə qoparıb burda yolunu gözləyən Zeynəbə, Fatmaya beş manat göndərə, ya göndərməyə. Hələ bunun nə qədəri həbsxanalardadı, burda olsalar belə, ya qul bazarlarında, ya da çayxanalarda, dominoxanalarda, daha nə bilim nə xanalarda gün keçirən, baş girələyən  işsiz-gücsüz kişilərin sayını bilən varmı? Amma o qadınlar evdəki balalarının qarnını doyurmağa, nə bilim məktəblisini məktəbə, tələbəsini instituta, xəstəsini xəstəxanaya göndərmək, aparmaq zorundadılar, məhkumdular buna. Bir düşünün hələ, bu yazıq qadınlar bunu necə bacarırlar. Bu gün düşmənlə üz-üzə dayanıb Vətən qoruyan, şəhid olan, yaralanan, şikəst olan oğulların əksəriyyəti, bax, həmin anaların böyüdərək əsgər yolladığı oğullardı. Mən bu yaxınlarda paylaşdığım bir statusda yazmışdım ki, indi həyat yoldaşı olmayan qadınlar, əslində vətənsiz kimidilər. Yaxşı ər öz qadını üçün həm yaxşı yoldaşdı, həm yaxşı dostdu, həm yaxşı qardaşdı, həm yaxşı atadır, həm də vətəndir. Yəni bir insan vətənsiz hansı əzabları çəkir, hansı hissləri yaşayırsa, ərsiz bir qadın da eyni şeyləri yaşayır. Bəlkə də mən heç istəməzdim ki, şeir yazım. Ümumiyyətlə bir qadının şeir yazması, onun dərun bir quyuya dərdini deməsinə bənziyir. Amma o düşüncələrini yazmasa, adamın ürəyi partlaya bilər. 

- İndi harda yaşayırsınız?

- Hə, bəzən FB dostlarından da belə suallar gəlir, deyirlər ki, Binədə yaşayırsan? Mən də bir qayda olaraq bu suallara cavab yazıram ki, hə, Binədəyəm, amma yaşadığımı deyə bilmərəm. İllər uzunu, hər gün ölə-ölə yaşamaq, əslində yaşayış deyil ki,  heç sürünmək də deyil bunun adı. Əgər insanlar hansısa dərdlərini unuda bilmirlərsə və bu dərdin altında bir ömür əzilirlərsə, bu, mütləq yaşayışın çətinlikləri ilə bağlıdır. 

- Söhbət bir az kövrək notlara keçdi deyə, Mehriban xanımla, Kəmaləddin Heydərova göndərilən məktubların nəticəsi haqda damışmağı unutdunuz.

- Yox, niyə ki. Mən adətən dostlarıma deyirəm ki, bürclərə inanmıram. Çünki, Kəmaləddin Heydərovla eyni ilin, eyni ayın eyni günündə anadan olmuşuq. Amma birimiz dünyanın ən xoşbəxt, birimiz isə ən bədbəxt adamıyıq.

- Doğrudanmı Kəmaləddin Heydərov xoşbəxtdir, həm də dünyanın ən xoşbəxti?

- Düzdür, mən bunu bir az da zarafatla deyirəm, hətta bürclərə də inanıram. Kəmaləddin Heydərov da incəsənət adamıdır. Bəlkə də siz bilmirsiniz,  çoxlu sayda ən gözəl mahnılar var ki, onların bəstəkarı Kəmaləddin Heydərovdur. Əslində onun atası da incəsənət adamıydı. Bilmirəm, bunu siz necə başa düşəcək və necə qəbul edəcəksiniz, amma mənim ona çox böyük hörmətim var, doğrudan da bu belədir. Məsələn mən bilirəm o kimlərə, hətta içinin mebeli liə bir yerdə ev verib, kimlərə torpaq verib, iş verib, qurulu obyekt verib, və sair. Ümumiyyətlə, bir dəfə onun qəbuluna düşmək istədim. Qəbulda o qədər adam var idi ki, aşağıdan nə qədər mənim adımı çağırsalar da, o insan selinin içindən keçib gedə bilmədim. Adam çox ürəyi yumşaq və barəsində də deyildiyi kimi, səxavətli biridir. Amma yenə də, bayaq dediyim kimi, ortada məmurlar məsələsi var.  Hər halda bu həyatda onun yaxşılıq elədiyi adamlar çoxdur. Bilirəm bu dediklərimə görə də məni qınayanlar çox olacaq. Amma bütün dediklərimlə yanaşı onnların hamısından, elə Kəmaləddin Heydərovdan da bəzən inciyirəm. Onlar gözləməməlidirlər ki, mən onların qarşısına gedim, qapılarında durum. Ən azından özümüzünkülər məni tanıyır və hansı vəziyyətdə, hansı şəraitdə yaşadığımı bilirlərsə, özləri nəsə eləməlidirlər. Mən mütləq gedib onlara yalvarmamalı, qürurumu sındırmamalıyam. Və heç vaxt bunu eləməmişəm, eləməyəcəm də. Onsuz da bundan belə ömrümün nə qədəri qalıb ki? Indiyə kimi hecə yaşamışamsa, yaşamışam, bundan sonrasını da eləcə yaşıyaram. Mənə başqa rayonlulardan təkliflər gəlir ki, istəsən, kitabının çapı üçün xahiş edərik. Mənə də qəribə gələn odur ki, başqaları bunu eləmək istiyirlər, amma özümüzünkülərdən səs çıxmır. Nə olsun ki, mənim kitabım indiyədək çıxmayıb, maddi vəziyyətim imkan vermirsə, neyləmək olar. Amma mən kitab çapı üçün gedib kiminsə qarşısında öz mənəviyyatımı alçaldası deyiləm ki. Hər halda, bəlkə də bir gün mən həyatda olmasam belə, o kitablar çap olunacaq. 

- FB elə kitabdır dəə...

- Orası doğrudur, bu gün bir şeiri paylaşırsan, bir də görürsən ki, İsraildən, Amerikadan, Türkiyədən və daha haralardan şərhlər gəlir, nəsə yazırlar, rəy bildirirlər və sair. Adami incidən bir dənə o olur ki, özünlə bərabər sənin uşaqların da əziyyət çəkir. Bir az istəyirsən ki, uşaqların üçün nəsə rahat olsun. Nəzərdə tutduğun işlər var ki, onları görə bilmirsən. Bütün ömrüm boyu bir romam yazıram, hələ də sırf şəraitsizlik ucbatından üzərində işləyib bitirə bilmirəm. Əgər sən hər gün verə bilmədiyin borc haqqında düşünürsənsə, əgər həftədə azı üç dəfə gəlib sənin işığını kəsmək istəyirlərsə, əgər qaz dərdi çəkirsənsə, adicə uşağın yeməyi belə çəkilməz dərdə dönüşürsə, o zaman insanın içində nələr baş verdiyini izah eləməkdə belə çətinlik çəkirəm. Bilmirəm ki nə deyim axı, əslində bütün dediklərimə rəğmən kimsəni də qınamaq fikrim yoxdu, bəlkə mən özüm nəyisə bacarmırm. Düzdür mənim elə adamla dostluğum var ki, istəsəydim, bir kəlməyə özümə qəzüet də açardım, jurnal da təsis elətdirərdim. Amma cəmiyyət indi elə bir səviyyəyə gəlib ki, nə qədər təmiz olursan ol, bir şeylədən yan keçmək olmur. Həm də o qəzetin və ya jurnalın maliyyəsini özün təmin eliyə bilmirsənsə, mütləq gedib kimlərinsə qapısını döyməlisən. Və o kimlərinsə qapısını döyməmək üçün heç lazım da bilmirəm.   

- Bu arada, İzraildən, Amerikadan danışdınız, ümumiyyətlə isə sizin də tanıdığınız xeyli yazarlar-filan öz rahatlıqlarını xaricdə tapıblar, siz niyə getmirsiniz, bir halda ki, burda alınmır ?  

- Hə, mənim də tanıdıqlarım var. Amma mənə xaricdə onlarla villa versələr, hər cür təmin olunmuş həyat təklif eləsələr də getmərəm. Gerçəkdən,  mən Azərbaycansız yaşaya bilmərəm!!!

Sərdar Əlibəyli, məxsusi olaraq Moderator.az üçün
Oxşar xəbərlər
09:19, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
15 Apr 2024 | 19:06
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15 Apr 2024 | 19:03
Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb
15 Apr 2024 | 18:57
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 18:38
Bakıətrafının görünməyən tərəfləri: Zibilli yol - VİDEO
15 Apr 2024 | 18:35
İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
15 Apr 2024 | 18:00
Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib
15 Apr 2024 | 17:56
Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
15 Apr 2024 | 17:52
Müstəmləkə dövrünün xiffəti: Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH + FOTO
15 Apr 2024 | 17:48
Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO
15 Apr 2024 | 17:45
Siqaretin qiyməti bahalaşacaq? - AÇIQLAMA
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 17:36
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
15 Apr 2024 | 17:32
Şəkidə sahibsiz itlər heyvanlara hücum edib - VİDEO
GÜNLÜK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO
HƏFTƏLİK
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
AYLIQ
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO