Vəfa müəllim 7 rayonun qayıtması haqda ”“ Yeni suallar
Oxunub: 2312
02 May 2016 | 16:23
Vəfa müəllim 7 rayonun qayıtması haqda  ”“ Yeni suallar
Bu gün Azərbaycanın məşhur siyasi xadimlərindən olan Vəfa Quluzadənin ölümündən bir il keçir. Azərbaycanın xarici siyasətinin formalaşmasında rol alan bu şəxsin bir zamanlar söylədiyi fikirlər indi də öz aktuallığını qoruyub saxlayır.
 
Vəfa Quluzadə dövlət müşaviri kimi Qarabağ danışıqlarında iştirak etdiyi üçün bu yöndən mərhum siyasi xadimin şərhləri hər zaman diqqətçəkici olurdu.
 
Moderator.az axar.az-a istinadən Qarabağ müzakirələrinin son günlər daha ciddi aparıldığını nəzərə alaraq, Vəfa Quluzadənin bununla bağlı müxtəlif müsahibələrində və açıqlamalarındakı fikirlərini müsahibə formasında yenidən təqdim edir.
 
Hazırladığımız müsahibədə yeni dövrə aid qoyduğumuz suallara Vəfa müəllimin vaxtilə verdiyi cavablar əksini tapıb. Və müsahibə hazırlanarkən, bir məqam xüsusilə özünü göstərdi: tarix təkrar olunur və hər yeni situasiyada dövlətlərin dəyişməz siyasəti köhnə yanaşmanı aktuallaşdırır.
 
 
- Vəfa müəllim, Rusiya vaxtaşırı olaraq Jirinovskinin simasında yenidən erməniləri müdafiə edir. Ötən gün isə Jirinovski “Qarabağda Rusiya bayrağı dalğalanmayınca sülh olmayacaq” fikrini dövriyyəyə buraxdı. Maraqlıdır, Rusiya niyə hələ də belə simalardan istifadə edir?
 
- Jirinovski o vaxt Qarabağda Rusiyanın hərbi bazasının yerləşdirilməsi təklifini dilə gətirmişdi. Onun fikrincə, Dağlıq Qarabağ nə bizim, nə ermənilərin, yalnız Rusiyanın olmalıdır. Rusiya Qarabağı onsuz da erməni adı ilə işğal edib. Rusiya istəyir ki, Azərbaycan diz çöküb Qarabağı onlara bağışladığını desin. Lakin Azərbaycan heç vaxt bunu etməyəcək. Ona görə də Jirinovskinin bəyanatları olduqca başsız çıxışlardır. Jirinovski kimi adamın gəlib yüksək vəzifə tutması (Jirinovski Dumanın vitse-spikeridir ”“ red.) Rusiya dövlətinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Sovet dövrü Rusiyanın ən güclü dövrü idi. SSRİ zamanında Jirinovski kimi adamlar küçə süpürürdü. Sovet dövründə siyasi iqtidar var idi. Siyasi iqtidar Kommunist Partiyası, Siyasi Büro idi və güc strukturları ona tabe idi. İndi isə Rusiyada hərc-mərclikdir. Burada siyasi hakimiyyət yoxdur. Rusiyanı güc strukturları idarə edir və Jirinovski də onların bir nümayəndəsidir. O, KQB-nin adamıdır və hər zaman da belə qalıb. Bir ölkədə ciddi siyasi hakimiyyəti yalnız güc strukturları idarə edirsə, deməli, onun vəziyyəti olduqca pisdir.
 
- Dördgünlük müharibədən sonra Ermənistanda Sərkisyan əleyhdarlarının sayı artıb. Bəzi ekspertlər Moskvanın Sərkisyandan canını qurtaracağını deyirlər. Siz necə fikirləşirsiniz, Sərkisyanın hakimiyyətdən getməsi Qarabağda irəliləyişə səbəb ola bilərmi?
 
- Qarabağ Moskvanın günahıdır. Moskva Sərksiyanın cəmiyyət arasında hörmətdən düşdüyünü və bunun Rusiyanın avtoritetinə ziyan vuracağını görüb onu dəyişirsə, bunun bizə bir xeyri olmayacaq. Üstəlik, Qarabağ konflikti üçün də heç bir xeyirli şeyi bu dəyişiklikdən gözləmək gərək deyil. Əgər Ermənistan müxalifəti Moskvanın iştirakı olmadan xalqı ayağa qaldırıb Sərkisyanı devirsə, o zaman Qarabağda irəliləyiş olacaq. Həmin vaxt ermənilər öz talelərini əllərinə alıb, onu həll etməyə çalışacaq. Müharibə şəraitində Ermənistan çökür və inkişafı üçün müsbət heç bir şey yoxdur. Bu, tam aydındır.
 
- Son günlər bir çox politoloqlar işğal altında olan 7 rayonun Azərbaycana qaytarılması məsələsi ilə bağlı mövqe sərgiləyirlər. Bu, nə dərəcədə reallığa yaxındır?
 
- Rusiya 20 ildir ki, bizi aldadır. Hər dəfə Ermənistanla sülhə imkan yarananda, Rusiya bunu pozur. Sözün düzü, Rusiyanın bizimlə bağlı strategiyasının dəyişməsinə inanmıram. Kremlin öz siyasətini dəyişməsinə böhran, sanksiyalar və sairə təsir edə bilər. Amma qəti nəsə söyləmək olmaz. İnanmıram ki, Rusiya Azərbaycana 7 rayonu qaytarsın. Moskva Bakıya 7 rayonu yalnız Azərbaycanın Qarabağdan imtina edib onu Ermənistana vermək qərarına gələndən sonra hansısa don geyindirib qaytara bilər. Bununla da Azərbaycan öz müstəqilliyindən imtina edib İrəvanın gününə düşər. Yəni Azərbaycan öz taleyini Rusiyaya verir, o isə bizdən istədiyi kimi istifadə edir. Bax, bu cür Rusiya-Azərbaycan əlaqələrinin tam əleyhinəyəm. Bilmirəm, bu mümkündür, ya yox. Arzu edərdim ki, mümkün olmasın.
 
- Son proseslərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun aktivliyi müşahidə edilir. O, bir ay ərzində artıq iki dəfə İrəvanda olub”¦
 
- Lavrovun İrəvana getməsi də bir oyundur. Onlar, sadəcə, Sərkisyanı Moskvaya dəvət edib deyə də bilərdilər ki, Qarabağda 1-2 rayonumuzu boşaltsınlar. Amma bunu etməklə bizim suverenliyimizi əlimizdən ala bilməzlər. Tutaq ki, iki rayon boşaldı. Bəs ondan sonra nə olacaq? Rusiya bu məsələnin həllindən sonra yenidən öz qoşunlarını Azərbaycana qaytarmaq istəyir. 1994-cü ildə Budapeşt sammitindən sonra Rusiya çalışırdı ki, BMT rus qoşunlarının Qarabağa yerləşdirməsi üçün onlara mandat versin. İndi Lavrov deyəcək ki, gəlin, sizin rayonları boşaldaq, amma ora rus qoşunları sülhməramlı kimi gətirilsin. Biz də o sülhməramlıların nə olduğunu artıq Abxaziyada, Osetiyada görmüşük. Buna isə iqtidar heç vaxt razı olmamalıdır.
 
- Vəfa müəllim, Dördgünlük müharibə aprelin 5-də Rusiyanın birbaşa müdaxiləsi ilə sona çatdı və tərəflər Moskvada atəşkəsə əməl etmək barədə razılığa gəldilər. Amma Rusiyanın bu məsələdə aktivliyinə baxmayaraq, ermənilər cəbhədə hələ də təxribatlarla məşğuldur. Buna səbəb nədir? Yəni İrəvan Moskvanın iradəsinə qarşı çıxır?
 
- Dəfələrlə demişəm, cəbhə xətti Moskvadan idarə edilir. Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, onda ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı.
 
- Bəs Ermənistanla Azərbaycan ikitərəfli qaydada, hər bir üçüncü qüvvə olmadan həll etmək iqtidarında deyillərmi?
 
- Əgər iş Azərbaycanla Ermənistana qalsaydı, biz burada həqiqətən böyük nailiyyətlər əldə etmişdik. Məsələn, 1999-cu ildə Heydər Əliyevlə Köçəryanın arasında danışıqlar oldu. Bu danışıqların pərdə arxasında Ermənistanın güclü şəxsiyyətləri Vazgen Sərkisyan, Karen Dəmirçiyan dayanmışdı. Biz o razılığa gəlmişdik ki, Rusiyadan soruşmadan bu sülhü əldə edək. Müqaviləni İstanbul sammitində imzalayacaqdıq. Ozü də onlar bizə zəmanət vermişdilər ki, biz bütün qoşunları bir əmrlə eyni anda işğal olunmuş 7 rayondan çəkirik. Heç bir müşahidəçi və sülhməramlı qoşun ora yeridilməməli idi. Yəni ermənilər bizim sözümüzə inanıb bura sülhməramlı qoşun yeridilməməsinə razılıq vermişdilər. Yəni biz bir-birimizə inanırdıq. Qarabağ məsələsi isə başqa idi. Biz ermənilərə Qarabağda güzəştə gedirdik. Sülh 1999-cu ildə əldə olunacaqdı. Parlamentdə Ermənistanın iki ən güclü şəxsiyyəti, həm də Rusiyanın adamları olan Karen Dəmirçiyanla Vazgen Sərkisyan güllələndi. Onları güllələməklə Moskva Ermənistanın sülh məsələsində mövqeyinə zərbə vurdu. Çünki onlar olanda Ermənistan müstəqil siyasət yürütməyi bacarırdı, müstəqil qərar verə bilirdi. Vazgen Sərkisyan, Karen Dəmirçiyan və Ermənistan prezidenti buna imza qoyanda etibar edə bilirdilər ki, Moskva bununla hesablaşacaq. Parlament gülləbaranından sonra ermənilərin sülhə inamı sındı. Ermənilər başa düşdülər ki, onlar Moskvadan ayrı müstəqil surətdə addım ata bilməzlər. Bu hadisələri ört-basdır edirlər. Bu hadisələr haqqında məndən başqa heç kim danışmır. Ermənistanda da bunun ardınca düşmürlər. Soruşmurlar ki, niyə parlamentdə seçmə adamları güllələyiblər? Hamı bilir bunun arxasında kim dayanıb, amma danışmır. Çünki qorxurlar. Başqaları da sakit durur. Çünki hesab edirlər ki, onu eşələməklə Rusiyanı qıcıqlandırarlar.
 
- İndiki zamanda Rusiya Qarabağa sülhməramlılarını yerləşdirməkdə israr edə bilərmi?
 
- Heç kəs bilmir ki, sülhməramlıları regiona hansı qərar əsasında gətirə bilərlər. 1994-cü ildə Budapeşt sammiti oldu. Burada belə bir qərar qəbul olundu ki, regiona gətiriləcək sülhməramlı qüvvələr Rusiyadan ibarət ola bilməz. Budapeşt sammitində Rusiya tələb etdi ki, BMT ona mandat versin və Rusiya BMT-nin mavi dəbilqələrini geyinib bu regiona girsin. O zaman buna biz də etiraz etdik. ABŞ-ın o zamankı Dövlət katibi Kristofer burada böyük iş gördü. Qərar belə oldu ki, sülhməramlı qüvvələrin tərkibində Rusiyanın sayı 30%-dən artıq olmasın. Bunların qalanları isə amerikalılar, avropalılar, hətta türklərdən ibarət olmalıdır. Çox təəssüf ki, bunu heç kim bilmir. Bu qərar böyük nailiyyət oldu. Rusiya və ermənilər bu qərarın adını çəkmir. 
Oxşar xəbərlər
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir